Məhkəmə qərarları › İş №2-1(102)-1951/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1951/2021

20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1951/2021 20.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (57 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, iddiaçının vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafi əsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı 57 yaşdan, yəni hüququnun yarandığı 10.06.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)410/2021 nömrəli iş üzrə 09.07.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 20.10.2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı 14.09.1979-cu ildən - 12.11.1980-ci ilədək, 18.02.1983-cü ildən 01.11.2001-ci ilədək “Azədənizneftinşaat” trestində və “Xəzərdənizneftsosialtikinti” trestində işlədiyi peşələr Azərbaycan Respublikası Nazilər Kabinetinin 12 saylı 23 yanvar 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı’nda 29-cu fəslində (mastika və astarlama tətbiqi işləri ilə məşğul olan rulon dam örtüyü və ədədi dam örtüyü üzrə taxtapuşçular) qeyd edilən peşəyə uyğunlaşdırılaraq, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ba rədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı 10.06.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961ci ildə İsmayıllı rayonu, Talıstan kəndində doğulmuşdur. Əmək fəaliyyətinə 02.03.1979-cu ildə başlamışdır. Həmin tarixdən 12.11.1980-ci ilədək "xxxx" trestinin Mənzil-Kommunal Kontorunda işləmişdir. 14.11.1980-ci ildən 30.11.1982-ci ilədək Sovet ordusunda hərbi xidmət keçmişdir. 18.02.1983-cü ildən 02.04.1990-cı ilədək " xxxx" trestinin Mənzil Kommunal Kontorunda yumuşaq dam örtüyü üzrə 2-ci dərəcəli fəhlə işində işləmişdir. 01.07.1992-ci ildən 01.11.2001-ci ilədək “Xəzərdənizneftsosialtikinti” trestinin MənzilKommunal Kontorunun 3-nömrəli Təmir Tikinti sahəsindən köçürülmə yolu ilə 4-cü, 5-ci, 6- cı dərəcəli yumuşaq dam ötürücüsü ustası peşəsində işləmişdir. Onun işlədiyi peşə Azərbayacan Respublikası Nazilər Kabinetinin 12 saylı 23 yanvar 2007-ci il tarixli "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında 29-cu fəslində (mastika və astarlama tətbiqi işləri ilə məşğul olan rulon dam örtüyü və ədədi dam örtüyü üzrə taxtapuşçular) öz əksini tapmışdır. Qeyd edir ki, o 25 il ümumi stajı və 12 il 06 aylıq xüsusi stajı 01.01.2006-cı ilədək toplamışdır. İddiaçıya 10.06.2018-ci il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Cavabdehə müraciət etmiş, cavabdeh 13.09.2019-cu il tarixli **********6 saylı məktubla bildirmişdir ki, onun təqdim etdiyi sənədlərdə qeyd olunan "xxxx" trestində və “Xəzərdənizneftsosialtikinti” trestində işlədiyi yumşaq dam ortücü ustası və fəhləsi peşəsi Azərbayacan Respublikası Nazilər Kabinetinin 12 saylı 23 yanvar 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulmamışdır. Buna görə də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsindən imtina olunmuşdur. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Belə ki, onun işlədiyi peşə Azə rbayacan Respublikası Nazilər Kabinetinin 12 saylı 23 yanvar 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı’nda 29-cu fəslinə (mastika və astarlama tətbiqi işləri ilə məşğul olan rulon dam örtüyü və ədədi dam örtüyü üzrə taxtapuşçular) uyğundur. Sadəcə əmək kitabçasında rus dilində yazıldığından və hərfi mənada tərcümə olunduğuna görə yumşaq dam ortücü ustası və fəhləsi kimi tərcümə olunub. Halbuki, onunla eyni yerdə və eyni peşədə işləyən iş yoldaşlarından bəzilərinin əmək kitabçalarında sonradan əmək kitabçasına Azərbaycan dilində yazılaraq həmin peşə - taxtapuşçu kimi qeyd olunmuşdur. Onun gördüyü işlərdə qır-mastikadan istifadə edirdi. Hətta ona işlədiyi yerdən zərərli işdə işlədiyinə görə 6 (altı) gün əlavə məzuniyyət günləri verilir. Ona görə də, onun işlədiyi peşə Azərbaycan Respublikası Nazilər Kabinetinin 12 saylı 23 yanvar 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 29-cu fəslində (mastika və astarlama tətbiqi işləri ilə məşğul olan rulon dam örtüyü və ədədi dam örtüyü üzrə taxtapuşçular) qeyd olunan peşəyə uyğunlaşdırılmalıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

4. Birinci instansiya məhkəməsinin 18.09.2020-ci il tarixli, 2-1(112)459/2020 nömrəli (sədrlik edən hakim Fərid Mədətli) qərarı ilə iddianın təmin edilməsi, İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı 10.06.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təy in edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

5. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, Azərbaycan Respublikası Konstitusiyasının 38, 149-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.1, 9.8, 32.1, 32.1-1 və 37.7-ci maddələrinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 52, 68.1 və 68.2-ci maddələrinə, Azərbaycan Respublikası “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na istinad etməklə belə hesab etmişdir ki, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 06 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə onun 57 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.1 və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə ya şa görə pensiyası hüququ yaranmışdır.

6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 18.09.2020-ci il tarixli, 2-1(112)-459/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiya məhkəməsi) 09.07.2021-ci il tarixli 2-1(103)-410/2021 nömrəli (hakimlər Aida Hüseyn - sədrlik edən və məruzəçi, Səadət Bəktaşi və Afaq Nuriyeva) qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 18.09.2020-ci il tarixli, 21(112)-459/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən, birinci instansiya məhkəməsinin də istinad etdiyi maddi və prosessual normaları tətbiq etməklə, hesab etmişdir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

9. Cavabdehin kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, 01.01.2006-cı il tarixədək iddiaçının topladığı güzəştli (zərərli) iş stajı 12 il 6 aydan azdır. Ali Məhkəməsinin bu cür işlərlə bağlı mövqeyi ondan ibarətdir ki, hər hansı peşə adlarını Siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunl aşdırmaq olmaz və ya uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. Lakin, göründüyü kimi, iddiaçı güzəştli şərtlərlə pensiya hüququnun yaranmasını təsdiq edəcək güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə çalışmasını təsdiq edən arayışları təqdim etməmişdir. İddia ərizəsinə qoşma hissəsində qeyd edildiyi kimi “güzəştli staj barədə arayış” yox, “arxiv arayışı” əlavə edilmişdir. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur.

10. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində, apellyasiya in stansiyası məhkəməsinin 09.07.2021-ci il tarixli, 2-1(103)-410/2021 nömrəli qərarın ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Ə.Cavadov kassasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kassasiya şikayətinin təmin edilməsini, iş üzrə apellyasiya instansiyası məhkəməsinin 09.07.2021-ci il tarixli qərarının ləğv edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

12. Məhkəmə iclasında iştirak edən iddiaç ının vəkili Vəkil1 kassasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin 09.07.2021-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kassasiya şikayətinin təmin edilməməsini, iş üzrə apellyasiya instansiyası məhkəməsinin 09.07.2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Konstitusiyası Maddə 38 Bənd

1. Hər kəsin sosial təminat hüququ vardır. Bənd

3. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 71 hissə

2. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

14. Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanun Maddə 1.0.2 Sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

15. İnzibati Prosessual Məcəllə: Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

16. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

17. Apellyasiya inst ansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi

18. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və cavabdehin vəkillərinin çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 09.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

19. Belə ki, Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsus i sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

20. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

21. Qeyd olunan hüquq normasında “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. 22. 01.08.1997-ci il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa.

23. Həmin Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır.

24. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün onun 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının və 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması vacibdir.

25. Ca vabdeh kassasiya şikayətində qeyd etmişdir ki, 01.01.2006-cı il tarixədək iddiaçının topladığı güzəştli (zərərli) iş stajı 12 il 6 aydan azdır. İddiaçı güzəştli şərtlərlə pensiya hüququnun yaranmasını təsdiq edəcək güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə çalışmasını təsdiq edən arayışları təqdim etməmişdir. İddia ərizəsinə qoşma hissəsində qeyd edildiyi kimi “güzəştli staj barədə arayış” yox, “arxiv arayışı” əlavə edilmişdir. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur.

26. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətindəki dəlilləri əsassızdır.

27. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus İT-İ № ******* saylı əmək kitabçasında qeyd edilmişdir ki, iddiaçı 01.03.1979-cu ildə "xxxx" trestinin Mənzil-Kommunal Kontoruna fəhlə işinə işə qəbul edilmişdir. 14.09.1979-cu ildə yumuşaq dam örtüyü üzrə əsaslı təmir qrupuna fəhlə işinə keçirilmişdir. 12.11.1980-ci ildə Sovet Ordusu sıralarına çağırılması ilə əlaqədar işdən azad olunmuşdur. 18.02.1983-cü ildə "xxxx" trestinin Mənzil-Kommunal Kontoruna yumşaq dam örtüyü üzrə 2-ci dərəcəli fəhlə işinə işə qəbul edilmişdir. 02.04.1990-cı ildə “Xəzərdənizneftsosialtikinti” trestinin nəzdində açılan Təsərrüfat hesablı tikinti sahəsinə köçürülməsi ilə əlaqədar işdən azad olunmuşdur. 15.01.1991-ci ildə Briqadir dülgər təyin edilərək 4-cü dərəcəli dülgər vəzifəsinə təyin olunmuşdur. 02.01.1992-ci ildə “Xəzərdənizneftsosialtikinti” trestinin Mənzil - Kommunal Kontoruna 3 №-li Təmir Tikinti sahəsindən köçürülmə yolu ilə 4-cü dərəcəli yumuşaq dam örtüyü ustası peşəsinə qəbul edilmişdir. 01.07.1992-ci ildə 4-cü dərəcəli yumuşaq dam örtüyü ustası peşəsinə keçirilmişdir. 01.06.1993-cü ildə 5-ci dərəcəli yumuşaq dam örtüyü ustası peşəsinə keçirilmişdir. Azərbaycan Dövlət Neft Şirkəti yanında Kapital tikinti üzrə Baş İdarəsinin 25.05.1993-cü il tarixli 30 №li Əmrinə əsasən MKK “XDNSİ” tresti balansından “Azərdəniznefttikintiinşaat” trestinin balansına keçirilmişdir. 02.02.1998-ci ildə 6-cı dərəcəli yumuşaq dam örtücü ustası peşəsinə keçirilmişdir. 01.11.2001-ci ildə əməyin mühafizəsi və təhlükəsizlik üzrə mühəndis vəzifəsinə keçirilmişdir. 24.06.2003-cü ildə “Azneft” İB-nin Sosial Xidmətlər İdarəsinin 2 saylı əsaslı təmir sahəsinə köçürülmə yolu ilə 6-cı dərəcəli kafelçi peşəsinə işə qəbul edilmişdir. 31.03.2006-cı ildə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “a” bəndinə əsasən (müəssisənin ləğv olunması ilə əlaqədar) əmək müqaviləsinə xitam verilmiş və tutduğu peşədən azad olunmuşdur. 03.04.2006-cı ildə ARDNŞ-nin Sİİ-nin Mənzil Kommunal Xidmətlər İdarəsinin bina və tikililər üzrə briqadasına mühəndis-texniki qurğular üzrə briqadasına 6cı dərəcəli kafelçi peşəsinə işə qəbul edilmişdir. 01.08.2006-cı ildə 2 saylı TİS-nin bina və tikililər üzrə əsaslı təmir briqadasına 5-ci dərəcəli üzləyici-piltəçi peşəsinə keçirilmişdir. 01.06.2007-ci ildə 2 saylı TİS-nin TTS adlandırılmışdır. 02.07.2007-ci ildə 2 saylı TTS-nə 6-cı dərəcəli rəngsaz peşəsinə keçirilmişdir. 02.07.2012-ci ildə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş və tut duğu peşədən azad olunmuşdur.

28. İşdə olan “SOCAR”ın Baş Ofisi tərəfindən 12.02.2020-ci il tarixdə sorğuya cavab olaraq birinci instansiya məhkəməsinə ünvanladığı arayışda qeyd edilmişdir ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı həqiqətən 01.03.1979-cu ildə (əmr № 23/k, 01.03.1979-cu il) "xxxx" trestinin Mənzil-Kommunal Kontoruna fəhlə işinə işə qəbul edilmişdir. 14.09.1979-cu ildə (əmr № 106/k, 14.09.1979-cu il) yumuşaq dam örtüyü üzrə əsaslı təmir qrupuna fəhlə işinə keçirilmişdir. 12.11.1980-ci ildə (əmr № 174/k, 13.11.1980-ci il) Sovet Ordusu sıralarına çağırılması ilə əlaqədar işdən azad olunmuşdur. 18.02.1983-cü ildə (əmr № 14/k,14.02.1983-cü il) "xxxx" trestinin MənzilKommunal Kontoruna yumşaq dam örtüyü üzrə 2-ci dərəcəli fəhlə işinə işə qəbul edilmişdir. 02.04.1990-cı ildə (əmr № 26, 13.04.1990-cı il) “Xəzərdənizneftsosialtikinti” trestinin nəzdində açılan Təsərrüfat hesablı tikinti sahəsinə köçürülməsi ilə əlaqədar işdən azad olunmuşdur. 01.07.1992-ci ildə (əmr № 37, 15.07.1992-ci il) “Xəzərdənizneftsosialtikinti” trestinin MənzilKommunal Kontoruna 3 №-li Təmir Tikinti sahəsindən köçürülmə yolu ilə 4-cü dərəcəli yumuşaq dam örtüyü ustası peşəsinə qəbul edilmişdir. 01.06.1983-cü ildə (əmr № 27, 03.06.1993-cü il) 5-ci dərəcəli yumuşaq dam örtüyü ustası peşəsinə keçirilmişdir. Haqq-hesab cədvəlində olan qeydə əsasən 1998-ci ilin aprel ayında 6-cı dərəcəli yumuşaq dam örtücü ustası peşəsinə keçirilməsi göstərilmişdir. 01.11.2001-ci ildə (əmr № 28/k, 29.10.2001-ci il) əməyin mühafizəsi və təhlükəsizlik üzrə mühəndis vəzifəsinə keçirilmişdir. 24.06.2003-cü ildə (əmr № 37/k, 24.06.2003-cü il) “Azneft” İB-nin Sosial Xidmətlər İdarəsinin 2 saylı əsaslı təmir sahəsinə köçürülmə yolu ilə 6-cı dərəcəli kafelçi peşəsinə işə qəbul edilmişdir. 31.03.2006-cı ildə (əmr № 07/k, 31.03.2006-cı il) Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “a” bəndinə əsasən (müəssisənin ləğv olunması ilə əlaqədar) əmək müqaviləsinə xitam verilmiş və tutduğu peşədən azad olunmuşdur. 03.04.2006-cı ildə (əmr № 15/k, 03.04.2006-cı il) ARDNŞ-nin Sİİ-nin Mənzil Kommunal Xidmətlər İdarəsinin bina və tikililər üzrə briqadasına mühəndis-texniki qurğular üzrə briqadasına 6-cı dərəcəli kafelçi peşəsinə işə qəbul edilmişdir. 01.08.2006-cı ildə (əmr № 120/k, 01.08.2006-cı il) 2 saylı TİS-nin bina və tikililər üzrə əsaslı təmir briqadasına 5-ci dərəcəli üzləyici-piltəçi peşəsinə keçirilmişd ir. 01.06.2007-ci ildə (əmr № 140, 01,06.2007-ci il) 2 saylı TİS-nin TTS adlandırılmışdır. 02.07.2007-ci ildə (əmr № 152/k, 02.07.2007-ci il) 2 saylı TTS-nə 6-cı dərəcəli rəngsaz peşəsinə keçirilmişdir. 02.07.2012-ci ildə (əmr № 1096/k, 02.07.2012-ci il) Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “a” bəndinə əsasən (müəssisənin ləğvi ilə əlaqədar) əmək müqaviləsinə xitam verilmiş və tutduğu peşədən azad olunmuşdur.

29. Hazırkı iş üzrə birinci instansiya məhkəməsində məhkəmə iclasında mütəxəssis qismində dəvət olunmuş Memarlıq və İnşaat Universitetinin “Tikinti istehsalatının texnologiyası, təşkili və idarə olunması” kafedrasının dosenti, t.ü.f.d X1 məhkəməyə təqdim etdiyi yazılı ifadəsində göstərdiklərinə uyğun izahat verərək bildirmişdir ki, müasir tikinti şəraitində müxtəlif mühafiz əedici inşaat materialları dam örtüklərində, o cümlədən rulon, mastika, asbestsement, taxta, polad vərəqələri, metalkiramit, kiramit və s. istifadə olunur. Tikintidə bu növ dam örtük işləri taxtapuşçu peşəsi olan fəhlələr tərəfindən yerinə yetirilir. Çox çeşidli dam örtüklərinin düzəldilməsi ümumiləşdirilmiş “taxtapuşçu” termini əmək fəaliyyətində iştiraketmə dərəcəsini məhdudlaşdırır. Digər tərəfdən ağac (taxta) yükdaşıyıcı konstruktiv elementlərin (mauerlat, çatıayağı, tir şəbəkəsi) dam hissəsində keçmişdə və müasir dövrdə ədədi dam örtük işlərində istifadəsi “taxtapuşçu” peşəsi terminini əsaslandırmağa məqam yaradır. Dam örtüyü işlərində başqa növ peşə fəhlələri də (dülgər, şüşəçi, tənəkəçi, bənna, izolyasiya və s.) iştirak edə və ya bu işləri attestasiya keçmiş taxtapuşçu peşə manqası (briqadası) yerinə yetirə bilər. Dünya praktikasında dam örtük işləri peşə fəhləsinin gördüyü işi tam xarakterizə etmir. Belə ki, çatıçı (türkcə), krovelşik (rusca), krovelşik- izolirovşik (çexcə), taxtapuşçu, dammazçı və dam örtük ustası (azərbaycança) peşələri layihəyə uyğun istənilən növ dam örtük işlərini yerinə yetirə bilər. Dam örtüyü öz konstruksiyasının təyinatına görə iki növə bölünür: çardaqlı və çardaqsız. Örtük tətbiq olunan materialına görə yumşaq və ədədi materiallardan dam örtüyü növünə bölünür. Bu hal üçün daha xarakterik yumşaq materiallı dam örtükləri sayılır. Belə ki, bir qrupa ayrılmış sukeçirməyən materiallı - rulon (ruberoid, tol, izol, brizol və s.), mastika (bitum pastaları, bitum-polimer, rezinbitum, qatran-polimer, bitum-emulsiya və s. kombinə edilmiş və başqa növ hidroizolyasiya materiallı dam örtükləri yumşaq dam örtüklərinə aiddirlər. Bitumların tərkibinə bir sıra karbohidrogenlər aiddirlər. Metan və naften sıra karbohidrogenlər, aromatik karbohidrogenlər. Bunlardan başqa bitumların tərkibində azotlu, oksigenli, kükürdlü, dəmirli, nikelli törəmələr də ola bilər. Bitumların qrup tərkibinə aşağıdakı maddələr daxildir: asfaltenlər, yağlar, qatranlar, karbenlər və karboidlər. Dam örtüyündə işlədilmə üsuluna görə bitum mastikaları qaynar (isti) və soyuq növlərə bölünür. İşə istifadə olunmazdan əvvəl isti bitum mastika -160-180 °C, rezin- bitumu -170180 °C, qatran və hidrokam mastika - 70 °C-yə qədər qızdırılır. Soyuq mastika iş yerində havanın temperaturu +5 °C-dən az olmadıqda, qızdırılmadan, daha aşağı temperaturlarda isə 60 - 70° C-yə qədər qızdır ılaraq işlədilir. Dam örtük işlərinin düzəldilməsi potensial olaraq çox təhlükəli iş sayılır. Ona görə ki, iş müxtəlif yüksəklikdə (çoxmərtəbəli bina və qurğuların dam örtük işləri), müxtəlif konfiqurasiyalı dam örtüklərin düzəldilməsində (biryamaclı, ikiyamaclı, mansardlı, valımlı, çatıvari, çox dik yamaclı və s.) və müxtəlif yamaclı və yamacsız (cədvəl 1) dam örtüklərinin tikintisində aparıla bilər. Praktiki olaraq səthə çilənmiş mastika qatı bərkiyərək sukeçirməyən pərdə örtüyü (8 15 mm) əmələ gətirir. Yumşaq dam örtüklərinin inşası taxtapuş fəhlələrin sağlamlığı üçün neqativ (mənfi) təsirli sayılır, yəni uzun müddətli iş fəaliyyəti tələb edir. Odur ki, iş istehsalatının layihəsinə (İİL), texnoloji xəritələrə (TX), əmək proseslərinin xəritəsinə (ƏPX) və təşkilatın daxili qanun qaydaya əsaslanaraq dam örtük işləri fəhlənin dərəcəsindən (İ - Vİ) və iş yerində bölüşdürülməsindən asılı olaraq işin icrasının aparılması və təhlükəsizlik texnikasına riayət olunmalıdır. Attestasiya keçmiş İ-Vİ dərəcəli taxtapuşçu peşəli fəhlələr ədədi və yumşaq materiallı dam örtüyünü briqadirin rəhbərliyi altında inşa edə bilər.

30. Göründüyü kimi, müasir tikinti şəraitində müxtəlif mühafizəedici inşaat materialları dam örtüklərində, o cümlədən rulon, mastika, asbestsement, taxta, polad vərəqələri, metal-kiramit, kirəmit və s. istifadə olunur. Tikintidə bu növ dam örtük işləri taxtapuşçu peşəsi olan fəhlələr tərəfindən yerinə yetirilir. Dam örtüyü öz konstruksiyasının təyinatına görə iki növə bölünür: çardaqlı və çardaqsız. Örtük tətbiq olunan materialına görə yumşaq və ədədi materiallardan d am örtüyü növünə bölünür. Bu hal üçün daha xarakterik yumşaq materiallı dam örtükləri sayılır. Belə ki, bir qrupa ayrılmış sukeçirməyən materiallı - rulon (ruberoid, tol, izol, brizol və s.), mastika (bitum pastaları, bitum-polimer, rezinbitum, qatran-polimer, bitum-emulsiya və s. kombinəedilmiş və başqa növ hidroizolyasiya) materiallı dam örtükləri yumşaq dam örtüklərinə aiddirlər.

31. Məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı Ali Məhkəmənin əvvəlki qərarlarında ifadə edilmiş mövqeyinə uyğun olaraq qeyd edir ki, əgər iddiaçı işlədiyi hər hansı işin, peşənin və ya vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Belə ki, işin, vəzifənin və peşənin adının müəyyən və ya təyin edilməsi məhkəmənin səlahiyyətinə aid deyil.

32. İddiaçının 01.01.2006-cı il tarixədək "xxxx" Trestinin MKK-də KEM ASC-də, “Xəzərdənixneftsosialtikinti” Trestinin MKK-də işlədiyi yumşaq dam örtüyü üzrə fəhlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahının “Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlı XXVİİ bölməsinin 22900000-13201 kod nömrəli güzəştli iş stajı verən mastika və astarlama tətbiqi işləri ilə məşğul olan rulon dam örtüyü və ədədi dam örtüyü üzrə taxtapuşçular peşəsinə uyğundur və həmin dövr üzrə onun güzəştli iş stajı 12 il 06 aydan artıqdır.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” ilə iddiaçının vaxtilə işləmiş olduğu vəzifələr güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələr olaraq müəyyən edilmişdir.

34. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.

35. İddiaçının təqdim etdiyi güzəştli arayışdan onun 01.01.2006-cı il tarixədək olan dövr ərzində 4-cü, 5-ci, 6-cı dərəcəli yumşaq dam örtücüsü peşəsində 12 il 6 aydan ar tıq işləməsi təsdiq olunur.

36. Bu baxımdan da Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 06 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə onun 57 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.1 və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiyası hüququ yaran mışdır.

37. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 09.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.07.2021-ci il tarixli, 21(103)-410/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar