Məhkəmə qərarları › İş №2-1(102)-1951/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1951/2024

21.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1951/2024 21.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: çıxarışın verilməsi; işin hallarının araşdırılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər: Göygöl bələdiyyəsi və X2) qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, bu barədə müvafiq çıxarışın verilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 mart 2024-cü il tarixli, 2-1(104)-52/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinin xx.xx.2010-cu il tarixli, 24 nömrəli rəyində qeyd edilmişdir ki, həyətyanı məqsədilə satılması nəzərdə tutulan torpaq sahəsi 1.5 ha olmaqla Göygöl bələdiyyəsinin mülkiyyətinə aiddir, həmin torpaq sahəsi perspektiv inkişaf fond torpağı olmaqla, həmin məqsəd üçün satılması qanunamüvafiqdir.

2. Göygöl bələdiyyəsinin 18 noyabr 2010-cu il tarixli, 10 nömrəli qərarı ilə 25 nəfər vətəndaşa Göygöl bələdiyyəsinin perspektiv inkişaf fondu torpağından, 1,5 hektar ayrılıb hər birinə 0,06 hektar olmaqla, fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin alqı-satqı yolu ilə satılması qərara alınmışdır (həmin qərarla torpaq sahəsi alan vətəndaşların siyahısında iddiaçının adı qeyd edilmişdir – 17-ci sırada).

3. Göygöl bələdiyyəsinin yerquruluşu planından çıxarışda Göygöl bələdiyyəsinin 18 noyabr 2010-cu il tarixli, 10 nömrəli qərarına əsasən iddiaçıya 0,06 ha torpaq sahəsi ayrıldığı qeyd olunmuşdur. 4. 29.11.2010-cu il tarixli, 29 nömrəli “Torpaqların alqı-satqısına dair” aktda qeyd edilmişdir ki, Göygöl bələdiyyəsinin 18 noyabr 2010-cu il tarixli, 10 nömrəli qərarına əsasən satılmış 0,06 ha torpaq sahəsinə görə iddi açı tərəfindən bələdiyyənin müvafiq bank hesabına 840 manat pul ödənilmişdir.

5. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2010-cu il tarixdə iddiaçıya Göygöl bələdiyyəsinin 18 noyabr 2010-cu il tarixli, 10 nömrəli qərarına əsasən satılmış 0,06 ha torpaq sahəsinə dair “Torpaq sahəsinin plan və ölçüsü” tərtib edilmişdir (A 297526 nömrəli).

6. Göygöl bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 501 nömrəli arayışına əsasən, ünvan 1 ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi iddiaçının istifadəsindədir.

7. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2022-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, araşdırma zamanı torpaq sahəsi üzəri ndə bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alınmadan, qanunvericiliyin tələblərinə əməl edilmədən torpaq sahəsinin satıldığı müəyyən edildiyi üçün ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı iddia ərizəsində işin hallarına istinad edərək tələbi ni onunla əsaslandırmışdır ki, cavabdehin imtinası qanunsuz və əsassız olmaqla, onun mülkiyyət hüquqlarını məhdudlaşdırır.

10. Cavabdehin iddia tələbinə yazılı etirazının dəlilləri imtinanın dəlilləri ilə eynilik təşkil edir.

11. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-492/2023 saylı qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilmiş, Göygöl bələdiyyəsinin 18 noyabr 2010cu il tarixli, 10 nömrəli qərarı ilə iddiaçıya satılmış 0.06 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

12. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsini onunla əsaslandırmışdır ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan və bu əsaslardan heç biri hazırkı işdə mövcud olmadığından iddia tələbi əsaslı və qanunidir. Bundan əlavə, bələdiyyələrin öz mülkiyyətində olan torpaq sahələrini qanunla müəyyən edilmiş qaydalara əməl etmədən (hazırkı halda torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydiyyata aldırmadan) satması Əmlak Məsələləri Dövlət Xidmətinin mənafeyinə zidd və həmin əsasla torpaq sahəsinin qeydə alınmasından imtina əsaslı hesab edilə bilməz. Başqa sözlə, bələdiyyələrin fəaliyyətinə nəzarət hazırkı iş üzrə cavabdeh qurumun səlahiyyətlərinə aid olmadığından, bələdiyyənin müəyyən prosedur qaydalarına riayət etməməsi əsası ilə bələdiyyə tərəfindən satılmış torpaq sahəsinin qeydə alınmasından imtinaya əsas verə bilməz. Həmçinin məhkəmə qeyd edir ki, bələdiyyələrin öz mülkiyyətində olan torpaq sahələrini qanunla müəyyən edilmiş qaydalara əməl etmədən satması iddiaçının ziyanına şərh oluna bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Apellyasiya icraatı zamanı əldə edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının faktiki istifadə sahəsi, 0.0174 ha hissədə A 297526 nömrəli planda göstərilən sahə ilə üst-üstə düş ür. İddiaçının naturada təqdim etdiyi faktiki sahə 0.06 ha təşkil edir və həmin sahə heyvandarlıq sovxozu ərazisində aparılmış torpaq islahatı əsasında tərtib olunmuş, ərazinin kompleks yerquruluşu layihəsinə istinadən, bələdiyyə mülkiyyətində olan ərazinin kompleks yerquruluşu layihəsinə istinadən, ehtiyat fond torpaqları kateqoriyasına aid yaşayış məntəqələrinin perspektiv inkişaf sahəsidir. Elektron kadastr bazasına istinadən, torpaq sahəsi üzərində, digər şəxslərin mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənəd (Çıxarış) qeydə alınmamışdır. Elektron kadastr bazasına istinadən, iddiaçının naturada təqdim etdiyi faktiki sahənin, kommunikasiya xətlərinin mühafizə zolağına və sürüşmə zonasına düşmədiyi müəyyən olunmuşdur.

15. Apellyasiya icraatı zamanı əldə edilmiş xx.xx.2024-c ü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, A 297526 nömrəli plan və ölçü sənədindən göründüyü kimi, həmin sənəd, Göygöl bələdiyyəsinin 18 noyabr 2010-cu il tarixli 10 saylı qərarı əsasında iddiaçıya satılmış 600.0 kv.m torpaq sahəsinə dair hazırlanmışdır. Lakin A 297526 nömrəli plan və ölçü sənədinin verilməsinə əsas olan ilkin sənədlərdə, həmin 600.0 kv.m torpaq sahəsinin naturada dəqiq yerləşmə mövqeyi, konfiqurasiyası və koordinatları əks olunmuş cizgi-plan mövcuddur deyildir. İlkin sənədlərdə yalnız Göygöl bələdiyyəsinin mülkiyyətində olan, yaşayış məntəqələrinin perspektiv inkişafı üçün nəzərdə tutulan ümumi əraziyə dair yerquruluşu planından çıxarış (cizgi- plan) mövcuddur ki, həmin cizgi planda da, sözügedən 0.06 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyəti qeyd olunma mışdır. Araşdırma zamanı, A 297526 nömrəli plan və ölçü sənədində göstərilən 600.0 kv.m torpaq sahəsinin, Göygöl bələdiyyəsinin mülkiyyətində olan, yaşayış məntəqələrinin perspektiv inkişafı üçün nəzərdə tutulan ümumi əraziyə dair yerquruluşu planından çıxarış (cizgi planda) göstərilən ərazidə yerləşdiyi müəyyən olunmuşdur. İddiaçının adına tərtib olunmuş A 297526 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlar daxilində yerləşən 600.0 kv.m torpaq sahəsinin 291.7 kv.m hissəsi, **********08 reyestr nömrəli çıxarışa əsasən, X1 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçının naturada təqdim etdiyi faktiki sahənin, elektron kadastr bazasına istinadən, digər şəxslərin mülkiyyət hüquqlarını təsdiq edən sənədlərdə (çıxarış) göstərilən torpaq sahələri ilə üst-üstə düşmə halı müəyyən olunmamışdır.

16. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Z.Mamedov /sədrlik edən və məruzəçi/ A.V.Bayramov və A.V.İsgəndərova) 14 mart 2024-cü il tarixli, 2-1(104)-52/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilmiş, Göygöl bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 10 saylı qərarı ilə İddiaçı satılmış 0,06 ha torpaq sahəsinin 291.7 kv.m. hissəsi, **********08 reyestr nömrəli çıxarışa əsasən X1 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissəsində iddia tələbi mümkün sayılmamışdır.

17. Məhkəmə qeyd etmişdir ki, iddiaçının adına tərtib olunmuş A 297526 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlar daxilində yerləşən 600 kv.m torpaq sahəsinin 291,7 kv.m hissəsi nin, **********08 reyestr nömrəli çıxarışa əsasən X1 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilmişdir. Belə olan halda, iddia tələbi qismən əsaslıdır və məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə üst-üstə düşmə halı müəyyən edilən torpaq sahəsinə münasibətdə iddia tələbi mümkün sayılmamalıdır.

18. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Z.Mamedov /sədrlik edən və məruzəçi/ A.V.Bayramov və A.V.İsgəndərova) 14 mart 2024-cü il tarixli, 2-1(104)-52/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, Göygöl bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 10 saylı qərarı ilə İddiaçı satılmış 0.06 ha torpaq sahəsinin 308.3 kv.m hissəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilmişdir.

19. Məhkəmə qeyd etmişdir ki, bələdiyyələrin öz mülkiyyətində olan torpaq sahələrini qanunla müəyyən edilmiş qaydalara əməl etmədən (hazırkı halda alğı-satqı aktı olmadan) satması Əmlak Məsələləri Dövlət Xidmətinin mənafeyinə zidd və həmin əsasla torpaq sahəsinin qeydə alınmasından imtina əsaslı hesab edilə bilməz. Başqa sözlə, bələdiyyələrin fəaliyyətinə nəzarət hazırkı iş üzrə cavabdeh qurumun səlahiyyətlərinə aid olmadığından bələdiyyənin müə yyən prosedur qaydalarına riayət etməməsi əsası ilə bələdiyyə tərəfindən satılmış torpaq sahəsinin qeydə alınmasından imtinaya əsas ola bilməz.

20. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

21. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. O, qanuni əsaslarla alqı-satqı edərək torpaq sahəsini almışdır və bu torpaq sahəsi 14 ildir onun sahibliyində və istifadəsindədir. Cavabdeh orqan inzibati orqan olaraq qanunsuz və əsassız torpaq sahəsini reyestrdə qeydiyyata almaqdan imtina etmiş, imtinaya səbəb kimi bələdiyyənin hüquqlarını təsdiq etdirmədən və notarial qaydada alğı-satqı edilmədən torpaq sahəsini satması göstərilmişdir. Torpaq sahəsinin başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi barədə nə inz ibati orqan, nə də ki, üçüncü şəxs heç bir mübahisə açmamışdır. Buna baxmayaraq, məhkəmə ona verilmiş A297526 nömrəli plan ölçü sənədini və mütəxəssis rəyini əsas gətirərək iddianı qismən təmin etmişdir. Halbuki, mütəxəssis rəyində qeyd olunur ki, onun faktiki istifadəsində olan 0.06 ha torpaq sahəsi həyətyanı olmaqla, yaşayış məntəqələri torpaqlarına aiddir və heç kimin torpaq sahəsi ilə üst-üstə düşmür. Ona məxsus torpaq sahəsinə aid A297526 nömrəli plan ölçü sənədi də cavabdehin sələfi olan Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmişdir. Digər tərəfdən, sual yaranır ki, əgər ona məxsus torpaq sahəsinə aid A297526 nömrəli plan ölçü sənədi var idisə, onda necə olur ki, üst-üstə düşən torpağa dair Leyla Bayramovaya çıxarış verilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın də lilləri

22. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Müba hisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır....... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxı mdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilməli, qərar ləğv edilməklə, iş təkrar apellyasiya baxışına göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

26. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, Göygöl bələdiyyəsinin 18 noyabr 2010-cu il tarixli, 10 nömrəli qərarı ilə Göygöl bələdiyyəsinin perspektiv inkişaf fond torpağından fərdi yaşayış evinin tikintisi üçün 0.06 hektar həyətyanı torpaq sahəsi alqı-satqı yolu ilə iddiaçıya satılmış və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torpaq sahəsinə dair “Torpaq sahəsinin plan və ölçüsü” tərtib edilmişdir (A 297526 nömrəli).

27. İddiaçının hüquqi marağı hazırda qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına yönəlib.

28. İddia tələbini qismən təmin edən apellyasiya instansiyası məhkəməsi o hala istinad edir ki, iddiaçıya ayrılmış torpaq sahəsinin 291.7 kv.m. hissəsi, **********08 reyestr nömrəli çıxarışa əsasən X1 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür (xx.xx.2024-cü il tarixli).

29. İlk növbədə qeyd edilməlidir ki, X1 mülkiyyətində olduğu iddia edilən torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd iş materiallarında yoxdur. Apellyasiya instansiyası məhkəməsi yalnız mütəxəssis rəyində qeyd olunanlardan çıxış edərək torpaq sahələrinin üst-üstə düşdüyü nəticəsinə gəlmiş, bununla da İPM-in 12.1-ci maddəsinin tələblərini pozmuşdur.

30. Digər tərəfdən, iddiaçıya bələdiyyə qərarı ilə 0,06 ha torpaq sahəsinin ayrılması işin tərəflər arasında mübahisələndirilməyən halıdır. Göründüyü kimi, iddiaçının üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın – bələdiyyənin qərarı əsasında ayrılmışdır və həmin qərar hazırda qüvvədədir. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daş ıyan inzibati akta - qərara etimad göstərək torpaq sahəsinin dəyərini ödəmiş, həmin sənədin məzmununa uyğun davranmış, bununla da, iddiaçının inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır. Yəni, iddiaçı təxminən 15 ilə yaxındır ki, qüvvədə olan qərar əsasında torpaq sahəsinə faktiki sahiblik etdiyindən onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınacağına dair etimadı mövcud olmuşdur

31. Lakin işin araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə həmin torpaq sahəsinə dair tərtib edilmiş plan-ölçü sənədindəki koordinatlar uyğunsuzluq təşkil edir.

32. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezid entinin 07 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində nəzərdə tutulmuşdur ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qayd asında aradan qaldırılması aşağıdakı tələblərə riayət edilməklə həyata keçirilsin:... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini y erquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək cavabdehin vəzifələrinə aid edilmişdir.

33. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddiaçı ilə digər şəxsə məxsus torpaq sahəsinin üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi məqsədi ilə, digər şəxsə dair hüquqmüəyyənedici sənədləri tələb etməli, həmin sənədlər əsasında müvafiq araşdırma aparmalıdır. Bundan əlavə, iddiaçının faktiki istifadəsində uzun müddət torpaq sahəsinin olmasını, həmin torpaq sahəsinin qüvvədə olan bələdiyyə qərarı ilə ayrılmasını nəzərə almaqla, faktiki uyğunsuzluğun aradan qaldırılmasında “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədb irlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanının tətbiqinin mümkünlüyünü qiymətləndirməlidir.

34. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 mart 2024-cü il tarixli, 2-1(104)-52/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar