Məhkəmə qərarları › İş №2-1(102)-1952/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1952/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1952/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dayandırılmış əmək pensiyasının bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 28.09.2023 hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının bərpası” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1809/2023 nöm rəli, 12 may 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinin xx.xx.2015-ci il tarixli 1779 nömrəli qərarı ilə İddiaçı xx.xx.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. İddiaçı xx.xx.2020-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək ona təyin edilmiş əmək pensiyasının hansı səbəbdən dayandırılması ilə bağlı yazılı məlumat verilməsini və pensiyasının yenidən bərpa edilməsinə sərəncam verilməsini xahiş etmişdir.

3. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli, **********0 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar nəzərinizə çatdırılır ki, sizə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən araşdırılmışdır. 4. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şə rtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metallurgiya istehsalatı bölməsinin (3) polad və ferroərintilər istehsalı, qarışıqların hazırlanması və kopyor işləri, metallurgiya sobalarının təmiri, dolomitin və əhəngin yandırılması peşələr bəndində (3.6) istehsal prosesində xammalın yarımfabrikatların və hazır məhsulun yerdəyi şməsi üzrə fəhlələr və briqadirlər nəzərdə tutulmuşdur. Araşdırma zamanı xx.xx.2002-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində sizin “X3” MMC-nin Mexaniklər xidmətində isti və zərərli iş şəraitində kran təsərrüfatı üzrə usta və kran təsərrüfatı üzrə mexanik vəzifələrində işlədiyiniz müəyyən edilmişdir. Bu fakt “X3” MMC-nin sizə dair 5 noyabr 2015-ci il tarixli 939/L nömrəli arayışında qeyd edilmişdir. Sizin işlədiyiniz kran təsərrüfatı üzrə usta və kran təsərrüfatı üzrə mexanik vəzifələri yuxarıda qeyd olunan istehsal prosesində xammalın yarımfabrikatların və hazır məhsulun yerdəyişməsi üzrə fəhlələr və briqadirlər vəzifələrinə uyğun deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız yoxdur.

5. Göründüyü kimi, sizə xx.xx.2015-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Nizami ra yon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən sizə xx.xx.2015-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 16521,3 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq sizə artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağınız xahiş edilir. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cav abdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək inzibati orqanın hərəkətlərinin qanunsuz hesab olunması, güzəştli şərtlərlə yaşa görə İddiaçı təyin olunmuş əmək pensiyasının 2020-ci ilin dekabr ayı tarixindən bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı xx.xx.2020-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsini xahiş etmişdir. iddiaçının əsaslandırması:

8. İddianın əsaslarına görə, iddiaçı 2015-ci ilin noyabr ayından 57 yaşında güzəştli şərtlərlə təqaüdə çıxmışdır. 2020-ci i lin dekabr ayından etibarən isə qanunsuz olaraq ona təqaüd ödənişinin verilməsi dayandırılmışdır. O, 17 dekabr və 22 dekabr 2020-ci il tarixlərində müvafiq olaraq, 3 saylı Bakı DOST Mərkəzinə və DSMF-nin “İri sığorta edənlərlə iş üzrə departamentinə yazılı ərizə ilə dəfələrlə müraciət etməyinə baxmayaraq, heç bir nəticə əldə edə bilməmişdir.

9. İddiaçı xx.xx.1982-xx.xx.1987-ci il tarixlərində “Azərneft-kimyaquraşdırma” trestinin Bakı Mexanikləşdirmə İdarəsində “usta”, Qamma Deffektos-kopiya (metalların işığa salınması) qurğularında mühəndis-radioqraf vəzifələrində işləmişdir. İşlədiyi bu vəzifələr SSRİ Nazirlər Sovetinin xx.xx.1956-cı il tarixli, 1173 saylı qərarı ilə təsdiq edilmiş siyahı № 1, bölmə № 21-də nəzərdə tutulmuş imtiyazlı təqaüd təminatını verən iş stajına (Təhlükəli şəraitdə iş) daxil edilmişdir (Qeyd: Ümumi staj beş il dörd ay) ("xxxx" ASC-nin 197 saylı 06 noyabr 2015-ci il tarixli arayışı). 29 avqust 2002-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək “X3” LTD (sonradan “X3” MMC) - Mexaniklər xidmətinin kran təsərrüfatı sahəsində - isti və zərərli iş şəraitində çilingər, kran təsərrüfatı üzrə foreman (usta, briqadir), kran təsərrüfatı sahəsi üzrə usta və kran təsərrüfatı sahəsi üzrə mexanik vəzifələrində çalışmışdır. Çalışdığı bu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 3-cü “Metallurgiya istehsalatı” bölməsinin 3.6 (a) yarımbəndində “Metal və ferro-əri ntilər istehsalı”nda isti və zərərli iş sahələrində çalışan təmirçi-çilingər, 3.6 (b) yarımbəndində avadanlığın təmiri üzrə ustalar və sahə mexaniki kimi öz əksini tapmışdır. Bu barədə “X3” MMC-nin rəhbərliyi tərəfindən cavabdeh inzibati orqana № 14/L xx.xx.2021-ci il tarixində ünvanlanmış rəsmi məktubu).

10. Bundan əlavə, əldə etdiyi 199/A saylı xx.xx.2020-ci il tarixli araşdırıcı arxiv arayışında “X3 Limited” Şirkətinin arxiv fondunda 29 avqust 2002-ci il tarixdən 01 avqust 2003-cü il tarixədək Mexaniklər sahəsində isti və zərərli iş şəraitində çilingər vəzifəsində, 01 avqust 2003-cü il tarixindən 01 sentyabr 2009-cu il tarixinədək Mexaniklər sahəsində isti və zərərli iş şəraitində kran üzrə foreman (usta, briqadir) vəzifələrində çalışdığı öz təsdiqini tapır (qeyd: Ümumi staj 7 il). 01 sentyabr 2009-cu il tarixindən 01 iyun 2011-ci il tarixinədək Mexaniklər xidmətində isti və zərərli iş şəraitində kran təsərrüfatı üzrə usta, 01 iyun 2011- ci il tarixindən xx.xx.2015-ci il tarixinədək Mexaniklər xidmətində isti və zərərli iş şəraitində kran təsərrüfatı üzrə mexanik vəzifəsində çalışdığı və bu vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 3-cü bölməsinin 3.6 (b) yarımbəndində avadanlığın təmiri üzrə ustalar və sahə mexaniki kimi öz əksini tapdığını 939/L saylı xx.xx.2015-ci il tarixli Dövlət Sosial Müdafiə Fondunun Rayon Şöbəsinə ünvanlanan “X3” MMC-nin araşdırıcı aray ışı təsdiq edir (Qeyd: Ümumi staj 6 il 2 ay). Qeyd edilən arayışlar əsasında qanuni olaraq 18 il 6 ay stajla güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyasına 57 yaşında çıxmışdır.

11. Qeyd edilənlərdən əlavə olaraq “X3” MMC Poladəritmə Müəssisəsinin podratçı Şirkəti sayılan "xxxx" MMC-də 08 sentyabr 2016-cı il tarixindən 04 yanvar 2018-ci ilin yanvar ayınadək Mexaniklər sahəsində isti və zərərli iş şəraitində kran təsərrüfatı üzrə mexanik peşəsində çalışdığını 2/L saylı xx.xx.2021-ci il tarixli məktubu təsdiq edir. Ümumi hesablandığı zaman 20 ildən çox stajla, təhlükəli, isti və zərərli iş şəraitində çalışan, metallurgiya istehsalını həyata keçirən zavodda mövcud olan qapalı şəraitdə poladəritmə, armatur istehsalı sexlərində xidmət göstərən, 1600 dərəcədə əridilən metalın daşınm asında, metallurgiya sobalarının təmiri prosesində daşıma funksiyasını həyata keçirən, 500-600 dərəcədə metal külçələrin daşınmasını birbaşa təmin edən, körpülü kranların işinə nəzarət edən və texniki sazlığına cavabdeh olan, iş prosesində hər hansı nasazlıq olduğu təqdirdə dərhal müdaxilə edib təmir edən, həmin poladəritmə və armatur sexlərinin kran təsərrüfatı üzrə çilingər, briqadir, foreman (usta), mexanik kimi işləyən İddiaçı güzəştli şərtlərlə pensiya almaq üçün kifayət qədər iş stajı mövcud olmasına baxmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququndan qanunsuz və əsassız məhrum edilmişdir. cavabdehin etirazları:

12. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını iddiaçıya göndərilmiş cavab məktubunda göstərilənlər təşkil edir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5507/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı xx.xx.2020-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin pensiyanın dayandırılması barədə iddiaçıya sadəcə olaraq məktubla cavab verməsi yetərli sayıla bilməz və şəxsin qanunauyğun qərarın qəbuluna, eləcə də obyektiv inzibati icraatın aparılmasına olan tələb hüququnun pozulması kimi qiymətləndirilməlidir. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zaman da səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.

15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1809/2023 nömrəli, 12 may 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSAS İYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

19. Cavabdehin kassasiya şikayəti dəlillərinin əsasını cavabdehin iddiaçıya cavab məktubunda və iddiaya qarşı etirazında göstərilənlər təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları... 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiya sına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. 22. “İnzibati icraat haqqında” Qanun: Maddə

13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.... Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.... Maddə

21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inziba ti aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur.... Maddə

28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi;... Maddə

64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hü quqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.

23. İnzibati Prosessual Məcəllə Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. İşin məhkəmələr tər əfindən müəyyən edilmiş hallarına görə, İddiaçı DSMF-nin Nizami rayon Şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixindən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.

28. Cavabdeh sonradan aparılmış araşdırma nəticəsində iddiaçının güzəştli pensiya hüququna malik olmadığı qənaətinə gələrək xx.xx.2015-ci il tarixli qərarı ilə iddiaçıya təyin edilmiş əmək pensiyasının ödənişini xx.xx.2020-ci il tarixdə dayandırmışdır.

29. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********0 nömrəli məktubla iddiaçıya pensiya ödənişinin dayandırılması barədə məlumat verməklə yanaşı, həm də artıq ödənilmiş məbləğin geri qaytarılmasını tələb etmişdir.

30. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh pensiya ödənişinin dayandırılması barədə məsələni həll edərkən eyni zamanda həm “Əmək pensiyaları ha qqında” Qanunun pensiya ödənişinin dayandırılması ilə bağlı normasının, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. 31. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır.

32. Həmçinin nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.

33. Bu baxımdan inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadl a, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar bir araşdırma nəticəsində müəyyən etməklə, şəxsə pensiya ödənişini dayandırmaqda cavabdeh haqlı sayıla bilməz.

34. Qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsi əmək pensiyasının dayandırılması əsaslarını müəyyən edir. Belə əsaslardan hər hansı birini aşkar etdikdə, cavabdeh inzibati orqan bu qərarın 34-cü bəndində qeyd olunmuş qaydada əvvəlki qərarın qəbulu üzrə inzibati icraatı təzələməyə, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində pensiya ödənişinin dayandırılmasına əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdird ə icraatın sonunda bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, pensiya təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı.

35. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1809/2023 nömrəli, 12 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar