Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1952/2024 25.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 mart 2024-cü il tarixli, 2-1(103)-590/2024 nömrəli qər arından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. M.A.Topçubaşov adına Elmi-Tədqiqat Kliniki və X2 üzrə xx.xx.1993-cü il tarixli, 13 nömrəli əmrə əsasən iddiaçı damar cərrahlığı şöbəsinin həkim cərrahı kimi xx.xx.1993cü ildən Ağdərə rayonuna hərbi hospitala 10 günlük ezamiyyətə göndərilmişdir.
2. N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 22 nömrəli nizami hissə üzrə əmrinə əsasən, iddiaçının 10 gün müddətinə Ağdərəyə ezam olunduğu üçün yemək və yatacaqla təmin edilməsinə göstəriş verilmişdir.
3. Akad. M.A.Topçubaşov adına X9 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda qeyd edilmişdir ki, xx.xx.1981-ci il tarixindən X5 Damar cərrahlığı şöbəsində həkim – ürək -damar cərrahı kimi çalışan iddiaçı xx.xx.1993-cü ildə Ağdərə rayon hərbi hospitalına 10 günlük ezam olunmuşdur. Arayışda həmçinin qeyd olunmuşdur ki, digər ezam sənədlərini, 2002-ci ildə yanğın baş verdiyi üçün təqdim etmək mümkün deyildir.
4. Akad. M.A.Topçubaşov adına X7 xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, həkim – ürək-damar cərrahı vəzifəsində çalışan iddiaçı 1992 və 1993-cü illərdə Ağcabədi, Ağdərə rayonlarında hərbi hospitallarda ezamiyyətdə olmuşdur. Mərkəzdə yanğın zamanı ezamiyyət cədvəlləri, ezamiyyət vərəqləri məhv olmuşdur.
5. İddiaçı ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi barədə cavabdehə müraciət etmişdir.
6. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda iddiaçının hərbi qulluqçu statusuna malik olmadığına görə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən yaradılmış müvafiq komissiyaya müraciət etməsinin məqsədəuyğun olduğu bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1981-ci il tarixdən halhazıradək akad. M.A.Topçubaşov adına X8 Damar cərrahlığı şöbəsində ürək-damar cərrahı kimi çalışır. X6 zamanı hərbi hospitallarda damar cərrahlığı ixtisası üzrə mütəxəssislər olmadığı üçün müxtəlif vaxtlarda dəfələrlə cəbhə bölgələrinə - Ağdərə, Ağcabədi, Kəlbəcər, Ağdam, Füzuliyə ezam olunmuş və damar cərrahı kimi döyüşlərdə yaralanmış əsgərlərə cərrahi yardım göstərmiş, həkim kimi əlindən gələni etmişdir. Sonrakı illərdə iddiaçıya “Müharibə veteranı” vəsiqəsi verilmişdir və o, veteranlara şamil edilən imtiyazlardan istifadə etmişdir. Lakin bir müddət keçdikdən sonra ona məlum olmayan səbəblərdən veteranlıq statusu ləğv edilmişdir. İddiaçı veteran statusunun bərpa edilməsinə dair ərizə ilə cavabdehə müraciət etsə də, nəticəsi olmamışdır. Müharibə gedişində iddiaçının döyüş bölgələrinə - hospitallara ezam olunması rəsmi əmrlərə əsasən olmuşdur. Bununla bağlı işlədiyi akad. M.A.Topçubaşov adına X7 verdiyi xx.xx.2022-ci il tarixli arayışda xx.xx.1993-cü ildə Ağdərə ray on hərbi hospitalına ezam olunduğu təsdiq edilmiş, 2002-ci ildə baş vermiş yanğın nəticəsində digər ezam sənədlərinin təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir
9. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, hazırkı iddiada veteran adının verilməsi məsələsi Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Komissiyanın səlahiyyətlərinə aid olmadığından, cavabdehin məktubunda iddiaçıya izah olunub ki, digər qoşun növlərində xidmət etdiyi üçün həmin qurumun müvafiq Komissiyasına müraciət etməlidir. Bu kimi hallar nəzərə alınaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə münasibətdə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Mübahisənin maddi hüquqi əsas ları baxımından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan “Müharibə veteranı” adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir.
10. Bakı İnzibati Məhkəməsinin (hakim: Aygün Əhədova) 14 avqust 2023-cü il tarixli, 2-1(112)-5607/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
11. Birinci instansiya məhkəməsi iddianın mümkün lüyünə münasibətdə qeyd etmişdir ki, iddiaçı Ağdərə rayon hərbi hospitalına ezam olunmuşdur. Hərbi hospitallar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olduğundan, bununla da mülki şəxsin ezam olunduğu yer Müdafiə Nazirliyi olduğundan “Müharibə veteranı” adı və vəsiqəsi Müdafiə Nazirliyi tərəfindən verilməlidir. Beləliklə, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
12. Birinci instansiya məhkəməsi iddianın mahiyyətinə münasibətdə qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı İ Qarabağ müharibəsi zamanı Ağdərə, Ağdam, Kəlbəcər, Füzuli və Ağcabədi bölgələrinə ezam olunduğunu və damar cərrahı kimi döyüşlərdə yaralanmış əsgərlərə cərrahi yardım göstərdiyini iddia edərək məhkəmədən ona “Müharibə veteranı” statusunun verilməsi öh dəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İş üzrə əldə edilmiş sübutlardan müəyyən olunur ki, iddiaçı M.A.Topçubaşov adına Elmi-Tədqiqat Kliniki və X1 damar cərrahlığı şöbəsinin həkim cərrahı olmaqla İnstitutun xx.xx.1993-cü il tarixli, 13 nömrəli əmri ilə xx.xx.1993-cü ildən Ağdərə rayonuna hərbi hospitala 10 günlük ezamiyyətə göndərilmişdir. Eyni zamanda, Müdafiə Nazirliyinin arxiv sənədlərindən görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 22 nömrəli əmri ilə iddiaçı 10 gün müddətinə Ağdərəyə ezam olunduğu üçün yemək və yatacaqla təmin edilmişdir. Hazırkı halda iddiaçının mülki şəxs kimi döyüş təminatı ilə bağlı Ağdərə rayonunda yerləşən hərbi hospitala 10 günlük tibbi yardım göstərmək məqsədi ilə ezam olunduğu və onu n ezam olunduğu Müdafiə Nazirliyinin hərbi hissə rəhbərliyi tərəfindən təminata götürüldüyü öz təsdiqini tapmışdır.
13. Nəzərə alınmalıdır ki, “Döyüş təminatı ilə bağlı tədbirlərin görülməsi” müddəası bilavasitə döyüş əməliyyatları aparan heyətin döyüş imkanlarının reallaşdırılmasının təmin edilməsi, döyüş əməliyyatları zamanı minimal itkilərlə baş tutmasının təmin edilməsinə yönəlmiş tədbirləri, o cümlədən, silahlanma, hərbi texnika ilə təmin edilməsində iştirak, müvafiq tibbi yardımın təşkili, kəşfiyyat, mühəndis təminatı və s. kimi kompleks tədbirləri əhatə edir ki, bunlardan biri də məhz döyüşən ordunun tərkibində yaralanmış və tibbi yardıma ehtiyacı olan heyətə döyüş əməliyyatları gedən bölgədə (hazırkı iş üzrə Ağdərə rayonu) tibbi yardım göstərməklə onların yenidən döyüşə göndərilməs ini təmin etməkdir. İş üzrə təqdim edilmiş ezam əmrləri, arayış və hərbi hissə əmri belə bir təminatın yerinə yetirilməsində iddiaçının iştirakını sübut etmək üçün kifayət edir.
14. İddiaçı hərbi qulluqçu deyil, mülki şəxsdir və o, mülki şəxs (həkim cərrah) kimi tibbi təminatla əlaqəli hərbi hissəyə ezam olunmuşdur. Odur ki, hərbi qulluqçu olmayan şəxsə münasibətdə cavabdehin istinad etdiyi sənədlər – hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılmasına dair təsdiqedici sənədin təqdim edilməsi tələb edilə bilməz. Beləliklə, hazırkı iş üzrə iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi barədə tələbinin təmin edilməsindən cavabdehin imtinası qanunvericiliyə zidd hesab edilir. Odur ki, iddia tələbi təmin edilməli, iddiaç ıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi cavabdehə həvalə edilməlidir.
15. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Cahangir Yusifov /sədrlik edən və məruzəçi/, Pərviz Hüseynov və Şərafət Məmmədova) 14 mart 2024-cü il tarixli, 2-1(103)-590/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, akad. M.A.Topçubaşov adına X7 və cavabdeh Müdafiə Nazirliyinin tədqiq olunan arx iv sənədlərinə əsasən bir-birini tamamlayan hallardan göründüyü kimi, iddiaçı, həqiqətən, qeyd olunan tarixlərdə həkim cərrah kimi döyüş bölgəsi hesab edilən Ağdərə rayonuna Müdafiə Nazirliyi tabeliyində olan hərbi quruma ezam olunmuş və onun həmin ezamiyyətinin mövcudluğu Nazirliyin N nömrəli hərbi hissə komandirinin əmrinin arxiv nüsxəsində də məlumatlarla, o cümlədən, ezam olunduğu üçün onun yemək və yatacaqla təmin edilməsi barədə əmrin verilməsi ilə öz təsdiqini tapır. Belə olan halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin səkkizinci yarımbəndinin “Qeyd”inin 2-ci bəndinin 1-ci və 4-cü hissələrinə müvafiq olaraq iddiaçıya müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi onun ezam olunduğu cavabdeh Müdafiə Nazirliyinin döyüş əməliyyatları aparan həmin hərbi hissəsinin (hospitalın) yerindən asılı olaraq, məhz, Müdafiə Nazirliyi tərəfindən (onun yaratdığı komissiyanın rəyinə əsasən) verilməli idi.
18. Tədqiq olunan sübutlarla iddiaçının cavabdehə qarşı iddia tələbində haqlı olduğu sübuta yetirilir. Lakin cavabdeh işə əlavə olunmuş iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubunda onun hərbi qulluqçu statusuna malik olmadığına görə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən yaradılmış müvafiq komissiyaya müraciə t etməsinin məqsədəuyğun olduğunu bildirməklə, dolayısı ilə əsassız olaraq onun ərizəsinin icrasından imtina etmiş, bununla da onun qanunla qorunan hüquqlarını pozmuşdur.
19. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
20. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək cavabdehin kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya x idmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə
7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayı l, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bi lavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X3 Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haq qında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Qeyd.
1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxs lər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.... Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X3 Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hə rbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mü bahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qəra r qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
31. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
32. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 mart 2024-cü il tarixli, 21(103)-590/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.