Məhkəmə qərarları › İş №2-1(102)-1953/2023

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1953/2023

28.09.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1953/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (kassasiya şikayətinin mümkünlüyü; şikayətin vəkil tərəfindən tərtib edilməməsi, vəkillə təmin etməkdən imtina ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Mə hkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1837/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli təqib nəticəsində, xx.xx.2022-ci ildə 10VP398 nömrə nişanlı “Renault” markalı ** ZG *** nömrə nişanlı yarımqoşqulu əmlakının qərar təqdim etmədən 18 saylı duracaqda 3 gün saxlanması nəticəsində 1000 manat zərərin ödənməsi (həmin zaman GMS firmasının köçürülməsi üçün yük daşıma xidməti göstərirdi), 64 manat ödədiyi pul vəsaitinin ge ri qaytarılması, xx.xx.2020-ci il tarixində ona saxlanma barədə qərar təqdim etməyərək 18 saylı duracaqda 7-8 min manat çəkilmiş zərərin ödənilməsi,10XT873 dövlət nömrə nişanlı “Qaz 3110” markalı əmlakının yararlı vəziyyətə salınaraq özünə qaytarılması, Asan Xidmət mərkəzində sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün yaradılmış suni maneənin aradan qaldırılması, 6-7 il mənəvi əzablara görə 10.000 manat pul vəsaitinin ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3735/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakim-M.Qarayeva) iddia təmin edilməmişdir.

3. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3735/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

4. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1837/2023 nömrəli qərarı ilə (hakimlər P.Hüseynov-sədrlik edən və məruzəçi, C.Yusifov və Ş.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş,Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmşıdır.

5. İddiaçı kassasiya şikayəti verərək, apelyasiya məhkəməsinin həmin qərardadının ləğv edilməsini, xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT

6. İş materiallarından müəyyən edilir ki, verilmiş şikayət vəkil tərəfindən tərtib edilməmiş, vəkil tərəfindən imzalanmamış və vəkilin orderi kassasiya şikayətinə əlavə edilməmişdir. Kassasiya şikayətinin vəkil tərəfindən tərtib ed ilməməsi, vəkil tərəfindən imzalanmaması, vəkil orderinin şikayətə əlavə olunmaması qanunvericiliyin tələblərinə görə şikayət üzrə kassasiyanın mümkünsüz hesab edilməsi üçün əsasdır;

7. Məhkəmə kollegiyası tərəfindən iddiaçıya 18 sentyabr 2023-cü il tarixədək qeyd olunan çatışmazlığın aradan qaldırılması təklif olunmuş, əks halda, şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. Bununla bağlı mövcud çatışmazlıqlar konkret qeyd edilməklə iddiaçıya rəsmi bildiriş və sms xəbərdarlıq göndərilmişdir.

8. Bundan sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti vermək üçün dövlət vəsaiti hesabına vəkillə təmin olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikasının Konstitusiy ası: Maddə

61. Hüquqi yardım almaq hüququ İ. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. İİ. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir.... 10. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

20. Dövlət hesabına hüquqi yardımın göstərilməsi İ. İnzibati qaydada tutulmuş şəxslərə, cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə və məhkəmədə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. Ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış vəkil tərəfindən göstərilən hüquqi yardımın ödənilməsi də, məhkəmə tərəfindən məhkumun üzərinə qoyuldu ğu hallar istisna olmaqla Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin edilir. Dövlət hesabına ödənilən hüquqi yardımın məbləği və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.5. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər. Maddə

67. Vəkilin prosesdə məcburi iştirakı 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. 67.2. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. Maddə

121. Nümayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi... 121.2. Bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Qanunvericiliklə müəyyən edilən məbləğdə ödənilmiş bu vəsait iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış şəxsdən tutularaq dövlət büdcəsinə ödənilə bilər. Maddə 407.3. şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Maddə 407.4 Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.

12. İnzibati Prosessual Məcəllə: Maddə 1.2 Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 90.3. bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYANİN MÜMKÜNLÜYÜ

13. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının vəkillə təmin olunması barədə ərizəsi təmin olunmamalı şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

14. İPM-in 90.3-cü və MPM-in 67.1 və 407.3-cü maddələrinin tələblərinə görə, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməli, vəkil tərəfindən imzalanmalı və şikayətə vəkilin orderi əlavə olunmalıdır. Kassasiya şikayəti vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir.

15. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik dövlət bü dcəsinin vəsaiti hesabına vəkillə təmin edilmə institutunu hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslərə münasibətdə nəzərdə tutmuşdur. Lakin hazırki mübahisəyə münasibətdə iddiaçı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitə malik olmadığını əsaslandırmamış, bunu təsdiq edən hər hansı sübutu ərizəsinə əlavə etməmişdir. Həmçinin, iddiaçı tərəfindən hüquqi yardımla bağlı hər hansı vəkilə və ya vəkil bürosuna müraciət olunduğunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

16. Qeyd olunmalıdır ki, şəxsin dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması mütləq xarakter daşımır və bu baxımdan heç də bütün hallarda onun hüquq və azadlıqlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.Belə ki, müraciət edən şəxs ən azından məhkəmə qaydasında hüquqi müda fiəyə ehtiyacı olduğunu, vəkillə təmsil olunmasına zərurətin yarandığını və vəkilin xidmət haqqını ödəmək imkanına malik olmadığını öz ərizəsində əsaslandırmağa və bunu təsdiq edən müvafiq sənədləri ərizəsinə əlavə etməyə borcludur. Nəzərə almaq lazımdır ki, ümumu mülahizələrlə ifadə olunan və həmin mülahizələrin yuxarıda qeyd olunmuş şəkildə hər hansı sənədlə təsdiq olunmadığı ərizələr əsaslı sayıla və təmin oluna bilməz. Belə yanaşma həmin institutdan sui-istifadə hallarının qarşısının alınması məqsədlərinə xidmət edir.

17. Belə olan halda dövlət vəsaiti hesabına vəkillə təmin olunma barədə vəsatət təmin olunmamalı və kassasiya şikayəti mümkün sayılmamalıdır.

18. Yuxarıda şərh edilənlərə və İPM-in 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı vəkillə təmin ol unması barədə ərizəsi təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1837/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır. Kassasiya şikayətinin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar