Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1954/2022 23.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Vəkillər Kollegiyasının üzvlüyünə qəbuldan imtina; inzibati orqanın qiymətləndirmə azadlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1964-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı “vəkillər kollegiyasının üzvlüyünə qəbul edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi nin İnzibati Kollegiyasının 17 iyun 2022-ci il tarixli, 21(103)-1958/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının yazılı test mərhələsini müvəffəqiyyətlə vermiş, lakin Vəkillərin İxtisas Komissiyası şifahi müsabiqədə iştirak etmiş iddiaçının cavablarını qeyri-məqbul qiymətləndirmişdir.
2. Vəkilliyə namizədlərlə keçirilən şifahi imtahanın Qiymətləndirmə cədvəllərindən ümumiləşdirilmiş 19 oktyabr 2021-ci il tarixli çıxarışa əsasən namizəd olan iddiaçıya verilmiş sualların məzmunu aşağıdakı kimidir: 1) Vəkilin fəaliyyətinə xitam verilməsi; 2) Mirasın qəbul edilməsi; 3) Ər-a rvadın birgə mülkiyyəti; 4) Şəraitin dəyişilməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilmə; 5) Mülki prosesdə uşağın övladlığa götürülməsi. Cavabların qiymətləndirilməsi Vəkillərin ixtisas Komissiyasının üzvləri tərəfindən 1-ci sual “q/məqbul”, 2-ci sual “q/məqbul”, 3-cü sual “məqbul”, 4-cü sual “q/məqbul”, 5-ci sual “məqbul” hesab edilmiş, nəticə 16 məqbul, 24 qeyri-məqbuldan ibarət olmuşdur.
3. İddiaçı cavabdehin Rəyasət Heyətinə 25 oktyabr 2021-ci il tarixdə şikayət ünvanlayaraq Vəkillərin İxtisas Komissiyasının onun şifahi müsahibədə verdiyi cavabın qeyri-məqbul qiymətləndirilməsinə dair qərarının (inzibati aktın) ləğv edilməsini, şifahi müsabiqədə verdiyi cavabın məqbul qiymətləndirilməsinə dair qərar (inzibati akt) qəbul edilməsini və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyin in tədris-elm müəssisəsində icbari təlimə buraxılmağı və Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
4. Cavabdehin Rəyasət Heyətinin 11 noyabr 2021-ci il tarixli, 1271 nömrəli cavab məktubunda iddiaçıya bildirilmişdir ki, qəbul edilmiş qərara əsasən, vəkilliyə qəbulla bağlı ixtisas imtahanının şifahi müsahibə mərhələsində İxtisas Komissiyası tərəfindən peşəyə yararlığının müəyyən olunması üçün aparılmış qiymətləndirmədən narazılığı ilə bağlı ərizənin təmin olunması üçün əsas yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin müvafiq səlahiyyətli qurumu olan Vəkillərin İxtisas Komissiyası tərəfindən keçiril ən peşə yararlığının müəyyən edilməsinə dair 19 oktyabr 2021-ci il tarixli 27 saylı şifahi müsahibə iclasında ona verilmiş şifahi müsahibə suallarına verdiyi cavablarının məqbul qiymətləndirilməsi və ona peşə yararlığının müəyyən edilməsinə dair müvafiq rəy verilməsi öhdəliyinin; onun müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında) icbari təlimə buraxılmağı öhdəliyinin; onun müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında) icbari təlimi müvəffəqiyyətlə bitirməyi; Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv qəbul edilə biləcəyi tarixə müvafiq olaraq onun işində “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublik ası Qanununun 8-ci maddəsinin İİ hissəsi ilə ziddiyyət təşkil edən halların olmaması şərtilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv qəbul edilməyi öhdəliyinin cavabdehin üzərinə qoyulması; tərəflər arasında hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə cavabdehin müvafiq səlahiyyətli qurumu olan Vəkillərin İxtisas Komissiyasının şifahi müsahibənin nəticələrinə dair 19 oktyabr 2021-ci il tarixli 27 saylı protokolunun ona aid olan hissədə ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ixtisasca hüquqşünasdır. 2015-ci ildə Rusiya Federasiyasının ərazisində fəaliyyət göstərən Rusiya Yeni Universitetinin hüquq fakültəsini bitirmişdir. 2015-ci ilin mart ayından başlayaraq fərdi vergi qeydiyyatına düşməklə (VÖEN əsasın da) praktik hüquqşünaslıqla məşğuldur. Cavabdeh tərəfindən vəkilliyə qəbul üzrə növbəlilik qaydasında ixtisas imtahanı keçirilir. Cavabdehin növbəlilik qaydasında elan etdiyi ixtisas imtahanında iştirak etmək məqsədilə o, müvafiq sənədləri təqdim etməklə vəkilliyə qəbul üzrə ixtisas imtahanında iştirak üçün vəkilliyə namizəd kimi qeydiyyatdan keçmişdir. 5 mart 2021-ci il tarixdə keçirilmiş vəkilliyə ixtisas imtahanının İ mərhələsində, yəni yazılı test imtahanında iştirak etmişdir. Həmin imtahanın nəticələrinə əsasən 76 (yetmiş altı) bal toplayaraq növbəti mərhələyə buraxılmışdır. 19 oktyabr 2021-ci il tarixdə Vəkillərin İxtisas Komissiyasının 27 saylı iclasında vəkilliyə ixtisas imtahanının İİ mərhələsində, yəni şifahi müsahibə mərhələsində iştirak etmişdir. Ona verilmiş suallar aşağıdakıl ardan ibarət olmuşdur: Mülki hüquqda mirasın qəbulu institutu; Ailə hüququnda övladlığa götürmə institutu; Cinayət hüququnda şəraitin dəyişməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilmə məsələsi; Mülki hüquqda və ailə hüququnda ər-arvadın birgə mülkiyyətində olan əmlak institutu; Vəkillik hüququnda vəkilliyə xitam verilməsi məsələsi. Yuxarıda qeyd etdiyi kimi bu suallara mahiyyət üzrə doğru və dolğun cavab vermişdir. Komissiya qəbul etdiyi eyni tarixli protokolunda onun şifahi müsahibədə verdiyi cavabları qeyri-məqbul qiymətləndirib, bununla da ixtisas imtahanının İİ mərhələsindən, yəni şifahi müsahibədən kəsilmişdir. 25 oktyabr 2021-ci il tarixdə Komissiyanın onun şifahi müsahibədə cavabının qeyri-məqbul qiymətləndirilməsinə dair qərarından cavabdehin Rəyasət Heyətinə şikayət vermi şdir. 4 noyabr 2021-ci il tarixdə Rəyasət Heyəti şikayətini rədd etmiş, 15 noyabr 2021-ci il tarixdə o, həmin qərar barədə rəsmi qaydada məlumatlandırılmışdır. Rəyasət Heyətinin 11 noyabr 2021-ci il tarixli cavab məktubundan görünür ki, Rəyasət Heyəti onun şikayətini ixtisas imtahanlarının nəticələrinin dəyişdirilməsinə dair “əsas olmadığından” rədd etmişdir. Nəticə etibarilə, yuxarıda qeyd edilmiş icraat əsasında cavabdeh onu vəkilliyə qəbul etməkdən imtina etmişdir.
7. Cavabdeh iddia tələbinə yazılı etirazda göstərmişdir ki, hazırkı məcburetmə iddiası çərçivəsində iddiaçının iddiasının qiymətləndirilməsi üçün məzmunu əhəmiyyətli olan 1 aprel 2021-ci il tarixli ərizəsində sonuncu Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı peşə yararlılığının müəyyən edilməsi məqs ədi ilə ixtisas imtahanlarına buraxılması üçün sənədlərinin qəbul edilməsini xahiş etmiş, sənədlər ondan qəbul edilmiş və imtahanlara buraxılmışdır. Bu ərizə özü-özlüyündə Vəkillər Kollegiyası üzvlüyünə qəbul edilmə üçün xahişi nəzərdə tutan ərizə deyil və bu ərizəyə baxılmasının nəticəsi özü-özlüyündə üzvlüyə qəbul və ya imtina ilə nəticələnə bilməz. Üzvlüyə qəbul məsələsi ixtisas imtahanının şifahi müsahibə mərhələsində onun barəsində müsbət rəy verilmədiyi üçün baxış predmetini ümumiyyətlə təşkil etməmişdir. Hazırkı iş üzrə araşdırma predmetini yalnız ixtisas imtahanının şifahi müsahibə mərhələsi təşkil edə bilər. İddia tələblərinin mahiyyətinə dair iddiaçının mövqeyini ifadə edən mülahizələrdən görünür ki, iddiaçı bunu “başlıca mövzu” və “əsas problem” hesab edir. İddiaçının “ona ünvan lanmış suallara verdiyi cavabların məqbul qiymətləndirilməsi” tələbi də Vəkillərin İxtisas Komissiyası ixtisas imtahanının qaydaları çərçivəsində öz mülahizəsi və seçimi ilə (qiymətləndirmə azadlığı) tətbiq etdiyi diskresion səlahiyyətləri və dispozitiv davranış imkanları nəzərə alınmaqla məhkəmə təftişinin predmeti ola bilər. Yəni Vəkillərin İxtisas Komissiyası rəy verilməsi və ya verilməməsi ilə bağlı diskresion səlahiyyətə malik olduğundan, məhkəmə onun diskresion səlahiyyətini qüsurlu həyata keçirdiyi müəyyən etdikdə onun üzərinə arzu edilən inzibatı aktı qəbul etmək öhdəliyi qoymamalıdır. İddiaçının “Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzərinə qoyulması" tələbi mümkün olmamaqla yanaşı “ona ünvanlanmış suallara verdiyi cavabların məqbul qiymətləndirilməsi” tələbi də əsassızdır, hazırkı inzibati mübahisə çərçivəsində peşəyə buraxılmaq üçün bilik və bacarıqların qiymətləndirilməsi, inzibati mühakimə icraatı qaydasında işə baxan məhkəmənin mühakimə funksiyalarının həyata keçirilməsindən kənardır. Məhkəmə hazırkı icraat çərçivəsində yalnız ixtisas imtahanının şifahi müsahibə mərhələsi zamanı imtahan qaydalarının tətbiqinin düzgünlüyünü yoxlaya və şərti olaraq əgər buna əsaslar olarsa ixtisas imtahanının şifahi müsahibə mərhələsinin yenidən keçirilməsi öhdəliyini cavabdehin üzərinə qoyulub-qoyulmaması məsələsini həll edə bilər. İddiaçının “Azərbaycan Respublikası Vəkillər X1 19 oktyabr 2021-ci il tarixli 27 saylı protokolun (qərarın) ləğv edilməsi” tələbi də əsassızdır. İddia çının şikayətinə Azərbaycan Respublikası Vəkillər X2 baxılmış, 11 noyabr 2021-ci il tarixli qərarı ilə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununu və “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi” Qaydalarının tələblərini nəzərə alaraq, iddiaçının şifahi müsahibənin nəticəsinə dair Vəkillərin İxtisas Komissiyasının qərarı ilə bağlı müraciəti hüquqi əsas olmadığından təmin edilməmişdir. Barəsində şikayət verilmiş Vəkillərin İxtisas Komissiyasının qərarı şikayət instansiyasının qərarı ilə dəyişdirilməmişdir. Belə olan halda “Azərbaycan Respublikası Vəkillər X1 19 oktyabr 2021ci il tarixli 27 saylı protokolun (qərarın) ləğv edilməsi” tələbi də mümkün sayılmamalıdır. İddiaçının ixtisas imtahanının şifahi müsahibə mərhələsind ə verdiyi cavabların “qeyriməqbul” qiymətləndirilməsi işdə olan sübutlarla tam təsdiq edilir və iddiaçı bunun əksini sübut edən hər hansı sübut və ya əsaslı dəlil irəli sürməmişdir. İddiaçının onun cavablarının məqbul kimi qiymətləndirilməli olması barədə dəlili heç bir faktiki əsasa söykənmir, yalnız onun şəxsi istək və mülahizələrindən ibarətdir. İddiaçının suallara qeyriməqbul cavab verməsi iş materiallarına əlavə edilmiş protokol və vəkilliyə namizədlərlə keçirilən şifahi imtahanın qiymətləndirmə cədvəllərindən ümumiləşdirilmiş çıxarış ilə təsdiq edilir. Belə ki, vəkilliyə namizədlərlə keçirilən şifahi imtahanın qiymətləndirmə cədvəllərindən ümumiləşdirilmiş çıxarışa əsasən iddiaçıya xx.xx.2021-ci il tarixdə vəkilin fəaliyyətinə xitam verilməsi, mirasın qəbul edilməsi, ər-arvadın ümumi birgə mülkiyyəti, şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilmə, mülki prosesdə uşağın övladlığa götürülməsi məzmununda suallar verilmiş, Vəkillərin İxtisas Komissiyasının iclasda iştirak edən 8 üzvünün hər biri tərəfindən hər bir suala cavab ayrı-ayrılıqda yazılı qiymətləndirilməklə iddiaçıya ümumilikdə 16 məqbul və 24 qeyri-məqbul qiyməti verilmiş, bu qiymətlər hər bir üzvə bir nüsxədə verilmiş və onun tərəfindən imzalanmaqla təsdiq edilən “Vəkilliyə namizədlərlə keçirilən şifahi imtahanın qiymətləndirmə cədvəli” adlı sənəddə əks etdirilmiş, qeyri-məqbul qiymətlərin sayı məqbul qiymətlərin sayından çox olmuşdur. Bu səbəbdən 19 oktyabr 2021-ci ıl tarixli 27 saylı iclas protokolu ilə Vəkillərin İxtisas Komissiyası şifahi müsahibədə iştirak etmiş iddiaçının cavablarını “ qeyri-məqbul” qiymətləndirmişdir. Göründüyü kimi iddiaçının cavablarının qeyri-məqbul qiymətləndirilməsi iş materiallarına əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir, iddiaçının onun verdiyi cavabların qeyri-məqbul qiymətləndirilməsinin faktiki əsasının olmaması barədə heç bir əsası olmayan dəlilləri uydurma və mülahizə xarakterlidir, iddiaçı bu dəlilləri sübuta yetirən hər hansı bir sübutu təqdim etməmişdir. Vəkillər X1 7 iyul 2008-ci il tarixli Qərarı ilə “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları” təsdiq edilmişdir. İxtisas imtahanının yazılı (test) mərhələsinin keçirilmə şərtləri həmin Qaydaların 4.1-4.9-cu bəndləri ilə, şifahi müsahibə mərhələsinin keçirilmə qaydaları isə 5.1-5.5-cı bəndləri ilə tənzimlənir. Qaydaların 5.3-cü bəndinə əsasən hər bir namizədlə müsahibə fərdi qaydada 30 dəqiqəyədək aparılır. Namizədlərə şifahi müsahibə zamanı hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar, o cümlədən də hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilə bilər. Göründüyü kimi Vəkillərin İxtisas Komissiyasının üzvləri əvvəlcədən dərc edilmiş proqram çərçivəsində hüquqa aid suallar verməkdə sərbəstdirlər və proqramdan kənar hər hansı bir sual verilməmişdir. Belə olan halda Vəkillərin İxtisas Komissiyasının üzvləri tərəfindən hüquqa aid sualların verilməsi hüququn tətbiqində səhv hesab edilə, “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsi və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinin İİ hissə si pozulmuş hesab edilə bilməz. İxtisas imtahanının test (yazılı) və şifahi müsahibə mərhələlərinin eyni olması və eyni qaydada keçirilməsi barədə iddiaçının mövqeyi də tamamilə əsassızdır. Belə ki, test (yazılı) mərhələdə qapalı tipli, yəni verilən cavab variantlarından 1 doğru cavabın müəyyənləşdirilərək qeyd edilməsi tələb olunan test tapşırıqlarından istifadə edilir və imtahan yazılı şəkildə keçirilir. Bu mərhələnin məqsədi ilkin bazis hüquqi biliklərin mövcudluğunun yoxlanılmasıdır. Şifahi müsahibə mərhələsində isə cavab variantları verilməyən sərbəst şəkildə şifahi cavablandırılan şifahi tapşırıqlar verilir ki, bu tapşırıqlara cavablardan namizədin peşə yararlılığı və peşə hazırlığı müəyyən edilir. Şifahi müsahibə çərçivəsində verilən cavablar test (yazılı) tapşırıqlardan fərqli olar aq namizədin həm hüquq sahəsinə aid bilik səviyyəsini daha əyani müəyyən etməyə, həm də suallara verdiyi cavablar çərçivəsində məntiqi nəticələr çıxarmaq qabiliyyətini yoxlamağa imkan yaradır. Həmçinin Vəkillərin İxtisas Komissiyasının üzvlərinin sərəncamında olan şəxsi işin özü (əsli) və üzvlərə paylanılan şəxsi işdən çıxarışlar namizədin hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilməsinə zərurəti aradan qaldırır. Göründüyü kimi namizədin şifahi müsahibə edilməsi Qaydaların 5.3-cü bəndi çərçivəsində həyata keçirilməklə Vəkillərin İxtisas Komissiyasının səlahiyyətindədir və hər hansı qanun pozuntusundan söhbət belə gedə bilməz. Əvvəlki Vəkillərin İxtisas Komissiyası tərəfindən də şifahi müsahibə mərhələsində əsasən məhz hüquqa aid suallar verilmişdir. 1 mart 2018-ci il tarix indən etibarən başlamış şifahi imtahanlarda yeni tərkibdə formalaşdırılmış Vəkillərin İxtisas Komissiyası tərəfindən yalnız hüquqa aid suallar verilmişdir. Həm əvvəlki Vəkillərin İxtisas Komissiyasının praktikasından, həm də Vəkillərin İxtisas Komissiyasının yeni tərkibinin 1 mart 2018-ci il tarixindən etibarən keçirdiyi imtahan praktikasından ixtisas imtahanının şifahi müsahibə mərhələsinin hansı, qaydada keçməsi və burada 5 ədəd yalnız hüquqa aid sualın verilməsi bütün namizədlər üçün, o cümlədən iddiaçı üçün açıq məlumat idi və iddiaçı bunu bilməli idi. İddiaçının ixtisas imtahanının şifahi müsahibə mərhələsinin keçirilmə şərtləri barədə iddiaları əsassızdır. Vəkillərin İxtisas Komissiyası ixtisas imtahanının qaydaları çərçivəsində öz mülahizəsi və seçimi ilə tətbiq edə biləcəyi diskres ion səlahiyyətlərdən və dispozitiv davranış imkanlarından kənara çıxmamış, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun və Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydalarının hər hansı bır müddəasını pozmamışdır. İddiaçının onun peşə hüququnun pozulması barədə iddiası əsassızdır. İddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ hissəsinə və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 8.1-ci maddəsinə istinad edərək peşə hüququnun pozulmasını iddia edir. Konstitusiyanın 35-ci maddəsinin İİ hissəsi vəkil statusu əldə etmək üçün müvafiq imtahanlar vasitəsi ilə peşə hazırlığı və peşə yararlılığının müəyyən edilməsini istisna etmir. Belə ki, Konstitusiyanın 35-ci maddəsinin İİ hissəsinə əsasən hər k əsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İddiaçının vəkil statusu əldə etməməsi onun fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququnun pozulması kimi qiymətləndirilə bilməz. İddiaçı “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunla müəyyən edilmiş müddətlər bitdikdən sonra növbəti imtahanlarda sənəd vermək hüququna malikdir.
8. Bakı İnzibati Məhkəməsinin 9 mart 2022-ci il tarixli, 2-1(112)-4264/2022 nömrəli qərarı (hakim N.İ.Abıyev) ilə iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh vəkilliyə namizədlərin peşə yararlılığının müəyyən edilməsinə dair qaydaları və peşə yararlılığına dair meyarları müəyyən etməkdə sərbəstdir. Lakin bu diskresion səlahiyyət Vəkil lər Kollegiyasını həmin qayda və meyarlara uyğun davranmaq öhdəliyindən azad etmir. Cavabdeh hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaqda ifadə olunan konstitusion hüququnun təmin edilməsində məsul təsisat olmaqla peşəyə qəbul üzrə müstəsna səlahiyyətə malikdir və peşəyə qəbul qaydalarını müəyyən edir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun və “Vəkillər Kollegiyasi üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları”na əsasən həmin aktlar cavabdeh inzibati orqana inzibati aktın qəbulu zamanı maddi hüquq normasının tətbiqi şərtlərini özünün qiymətləndirməsinə əsasən müəyyən etmək və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı qiymətləndirmə azadlığı vermişdir. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini, qərarın düzgün icraat çərçivəsində qəbul edilib-edilmədiyini yoxlayır. Qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı (şəxsin müvafiq ixtisas üzrə qabiliyyətinin yoxlanılması və qiymətləndirilməsi və s. üzrə) xüsusi təcr übəyə malik olduğu haldan gedir. İddiaçının tələbi onun şərh etdiyi məzmunda qəbul edildikdə belə, bu, məhkəməyə Vəkillərin İxtisas Komissiyasının əvəzinə qiymətləndirmə aparmağa, bununla da vəkilliyə namizədlərin peşə yararlılığını müəyyən etməyə səlahiyyət vermir. Məhkəmənin yoxlama predmetinə inzibati orqanın Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı hərəkətinin qanuni əsasının şərtlərinin yoxlanılması aiddir. İddiaçının müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında) icbari təlimə buraxılması və Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv qəbul edilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması” məzmunda tələblərə gəldikdə, həmin tələblər digər tələblərin müsbət həllindən asılı olduğundan, həm in məzmunda tələblərin təmin olunması istisna edilir.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsinə və iddianın təmin edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 iyun 2022-ci il tarixli, 2-1(103)-1958/2022 nömrəli qərarı (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.Ə.Hüseyn və A.S.Hüseynov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 9 mart 2022-ci il tarixli, 2-1(112)-4264/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iş materiallarında Azərbaycan Respublika sı Vəkillərin İxtisas Komissiyasının xx.xx.2021-ci il tarixli şifahi imtahan iclas protokolundan çıxarışa görə Vəkillərin İxtisas Komissiyasının sədrinin və ya hər hansı üzvünün iddiaçıya qarşı qərəzli olduqlarına dair qənaət formalaşdırmağa imkan verən sübutlar mövcud deyildir, iddiaçının cavabdehin aktiv üzvlərindən biri kimi həyata keçirdiyi fəaliyyətlə bağlı Vəkillər Kollegiyasının rəhbər vəzifəli şəxslərinin və Kollegiya üzvü olan vəkillərin ona qarşı qərəzli olduğu sübut edilmiş olsa belə, Vəkillərin İxtisas Komissiyasının vəkil olmayan üzvlərinin sayı vəkil olan üzvlərin sayından çox olduğundan bu hal iddiaçının şifahi müsahibədə verdiyi cavabların qiymətləndirilməsi ilə bağlı yekun nəticəyə təsir edə bilməzdi. İddiaçı hər hansı komissiya üzvünə etiraz etmək hüququna malik olmuş, la kin bu hüquqdan istifadə etməmiş, həmçinin iddiaçı ilə bağlı Vəkillərin İxtisas Komissiyasının peşə yararlılığının müəyyən edilməsinə dair xx.xx.2021-ci il tarixli şifahi müsahibənin nəticələrinə dair protokolunda (qərarında) qanunvericiliyin və ixtisas imtahanı qaydalarının tətbiqi ilə bağlı prosedur pozuntusuna yol verilməsi halı müəyyən edilməmiş, iddiaçının bununla bağlı irəli sürdüyü dəlillər öz təsdiqini tapmamış, iddiaçının ixtisas imtahanının şifahi müsahibə mərhələsində suallar hüquqa aid suallar olmaqla həmin sualların verilməsi “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları”nın tələblərinə uyğun olmuşdur. İddiaçı ilə bağlı Vəkillərin İxtisas Komissiyasının peşə yararlılığının müəyyən edilməsinə dair xx.xx.2021-ci il tarixli şifahi müsa hibənin nəticələrinə dair protokolunda (qərarında) qanunvericiliyin və ixtisas imtahanı qaydalarının tətbiqi ilə bağlı prosedur pozuntusuna yol verilməsi halının müəyyən edilmədiyini, iddiaçının bununla bağlı irəli sürdüyü dəlillərin öz təsdiqini tapmadığını, iddiaçının ixtisas imtahanının şifahi müsahibə mərhələsində sualların verilməsinin “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları”nın tələblərinə uyğun olduğunu, eləcə də namizədlərin suallara verdikləri cavablarının “Məqbul” və ya “qeyri-məqbul” qiymətləndirilməsi Vəkillərin İxtisas Komissiyasının diskresion səlahiyyətinə aid olduğundan, məhkəmə tərəfindən isə iddiaçının şifahi imtahan mərhələsində verdiyi cavabların qiymətləndirilməsinin həyata keçirilə bilmədiyini nəzərə alaraq apellyas iya şikayətinin dəlilləri əsassız hesab edilmişdir.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsinə və iddianın təmin edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində və apellyasiya şikayətində göstərilənlər təşkil edir. İddiaçı hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı İnzibati Prosessual Məcəlləsinin 14.3, 17, 18.1, 21, 33, 73.1-cü “İnzibati icraat haqqında” qanunun 19, 34.2, 45.2.2, 72.1-ci, “Vəkillər kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi” Qaydalarının 2.4, 5.3, 5.4-cü maddələrinin tələblərinin pozulması ilə qəbul edilmişdir. b) Kassasiya şikayətinə q arşı etirazın dəlilləri:
15. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun: Maddə
1. Azərbaycan Respublikasında vəkillik İ. Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır.... Maddə
11. Vəkillər X3... İİİ. Vəkillər X3: Ümumi yığıncağı çağırır və onun qərarlarının icrasını təşkil edir; Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunma məsələsini həll edir, bu Qanunun 23-cü maddəsində nəzərdə tutulmuş qaydada vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı səlahiyyətlərini həyata keçirir, vəkil reyestrini aparır; dövlət hesabına hüquqi yardım göstərən vəkillərin növbətçilik siyahılarını tərtib edir və müvəqqəti saxlama yerlərinə təqdim edir; İxtisas Komissiyasına üzvlər təyin edir; ixtisas imtahanının qaydalarını və onun keçirilməsinin dövriliyini (ildə bir dəfədən az olmayaraq) müəyyən edir; vəkillik fəaliyyətinin həyata keçirilməsi məsələlərinə dair metodik tövsiyələr hazırlayır; vəkillər haqqında intizam icraatı başlayır; vəkillər arasında qanunvericilik və məhkəmə təcrübəsi sahəsində məlumatlandırma işinin aparılmasını təşkil edir; Rəyasət Heyəti aparatının strukturunu, ştat cədvəlini, xərclər smetasını və işçilərin əmək haqqını təsdiq edir və bu Qanunda nəzərdə tutulmuş digər məsələləri həll edir.... Maddə
13. Vəkillərin İxtisas Komissiyası İ. Vəkilliyə namizədlərin bu Qanunda nəzərdə tutulmuş tələblərə uyğunluğu və peşə hazırlığının müəyyən edilməsi üçün İxtisas Komissiyası yaradılır. İİ. İxtisas Komissiyası beş vəkil, üç hakim və üç hüquqşünas alimdən, ümumilikdə isə on bir üzvdən ibarət tərkibdə fəaliyyət göstərir. İİİ. İxtisas Komissiyasının vəkil olan üzvləri müvafiq olaraq Vəkillər X3, hakim olan üzvləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən təyin edilir. İxtisas Komissiyasının hüquqşünas alim olan üzvləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. İV. İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə mütləq ixtisas imtahanı qəbul edir, zəruri hallarda baxılan məsələlər üzrə dövlət orqanlarından, digər hüquqi və fiziki şəxslərdən müvafiq sənədlər və məlumatlar tələb edir. V. İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığını müəyyən etdikdə Vəkillər X3nə müvafiq rəy təqdim edir. Vİ. Üzvlərinin üçdə iki hissəs i iştirak etdikdə İxtisas Komissiyasının iclası səlahiyyətlidir və qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Vİİ. Vəkilliyə namizəd Vəkillər Kollegiyasının üzvlüyünə qəbul etməkdən imtina haqqında qərardan həmin qərar ona təqdim edildiyi gündən 20 gün müddətində məhkəməyə qanunvericiliyin və ixtisas imtahanı qaydalarının tətbiqinin düzgünlüyünə dair şikayət verə bilər. Vİİİ. İxtisas imtahanının şifahi müsahibə mərhələsini müvəffəqiyyətlə keçə bilməyən şəxs həmin müsahibədən sonra bir il ərzində keçirilən ixtisas imtahanlarında iştirak edə bilməz. İX. İxtisas imtahanının qaydaları Vəkillər X3 tərəfindən müəyyən edilir. X. İxtisas Komissiyası Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul edilən Əsasnaməyə müvafiq olaraq fəaliyyət göstərir.
17. Azərbaycan Respublikası Vəkillər X1 7 iyul 2008-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Vəkillər kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları”:
2. Vəkillərin İxtisas Komissiyası 2.1. İxtisas imtahanları Vəkillər X3 tərəfindən müəyyən edilmiş qaydada Vəkillərin İxtisas Komissiyası (bundan sonra - Komissiya) tərəfindən keçirilir. Komissiyanın tərkibi beş vəkil, üç hakim və üç hüquqşünas alimdən ibarət olmaqla, onun vəkil olan üzvləri Azərbaycan Respublikası Vəkillər X3, hakim olan üzvləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu, hüquqşünas alim olan üzvləri isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təyin edilir. 2.2. Hər hansı şəxs tərəfindən bilavasitə, yaxud dolayısı yolla Komissiyanın işinə təsir göstərilməsi və müdaxilə edilməsi yolverilməzdir. 2.3. Komissiya nın iclasları Komissiyanın sədri tərəfindən çağırılır. İclasın vaxtı, yeri və müzakirəyə çıxarılan məsələlər barədə Komissiya üzvlərinə Komissiyanın sədri tərəfindən ən azı bir gün qabaq məlumat verilir. 2.4. Komissiyanın üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə Komissiyanın iclası səlahiyyəti sayılır. Qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu əsasında qəbul edilir. İclasın protokolu Komissiyasının sədri və iclası aparan katib tərəfindən imzalanır. Qəbul edilmiş rəy Komissiyanın üzvləri tərəfindən imzalanır.
5. Şifahi müsahibənin keçirilməsi 5.1. Yazılı test imtahanından keçid balı toplamış namizədlərin peşə yararlığını müəyyən etmək məqsədi ilə onlarla şifahi müsahibə keçirilir. 5.2. Müsahibənin keçiriləcəyi yeri və vaxtı barədə namizədlərə qabaqcadan məlumat verilir. 5.3. Hər b ir namizədlə müsahibə fərdi qaydada 30 dəqiqəyədək aparılır. Namizədlərə şifahi müsahibə zamanı hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar, o cümlədən də hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilə bilər. 5.4. Komissiya üzvləri arasında müsahibə ilə əlaqədar fikir mübadiləsi aparıldıqdan sonra müsahibənin nəticəsi ilə bağlı namizədin cavabları “məqbul” və ya “qeyri-məqbul” kimi qiymətləndirilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Müsahibənin nəticəsində cavablar “qeyri-məqbul” qiymətləndirilən namizədə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi üçün rəy verilmir. 18. “İnzibati icraat haqqında” Qanun Maddə
14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə
22. İşə baxılmasında qərəzsizlik 22.1. İnzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. 22.2. İşin nəticəsində marağı olan vəzifəli şəxs inzibati icraatda iştirak edə bilməz.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. b) Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məh kəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
20. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı KASSASİYA NİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yo xdur.
24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərind ən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddia tələbləri ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qi ymətləndirməsi ilə də razılaşır.
27. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinin İ, İİİ, 9-cu maddəsinin İ, V, 11-ci maddəsinin İİİ, 13-cü maddəsinin İ hissələrinin müddəalarından müəyyən edilir ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq konstitusion hüququnun təmin edilməsi və Vəkillər Kollegiyası hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirilməsi üçün bu fəaliyyətə müdaxilə olunmadan, vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi və özünüidarəetmə qaydasında peşəyə qəbul Vəkillər Kollegiyası tərəfindən Vəkillərin İxtisas Komissiyasının (peşə hazırlığı və yararlılığının müəyyən edilməsi) və Rəyasət Heyətinin (üzvlüyə qəbul olunma) qarşılıqlı fəaliyyəti nəticəsində həyata keçirili r.
28. Məhkəmə kollegiyası razılaşır ki, Vəkillər Kollegiyası hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaqda ifadə olunan konstitusion hüququnun təmin edilməsində məsul təsisat olmaqla peşəyə qəbul üzrə müstəsna səlahiyyətə malikdir və peşəyə qəbul qaydalarını müəyyən edir. 29. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun və “Vəkillər Kollegiyasi üzvlüyünə qəbulla bağli ixtisas imtahanlarinin keçirilməsi Qaydaları”nın yuxarıda qeyd edilən müddəalarından göründüyü kimi, həmin aktlar cavabdeh inzibati orqana inzibati aktın qəbulu zamanı maddi hüquq normasının tətbiqi şərtlərini özünün qiymətləndirməsinə əsasən müəyyən etmək və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı qiymətləndirmə azadlığı vermişdir (İPM-in 73.3.2-ci maddəsi).
30. Məhkəmə kollegiyası razılaşır ki, “İnziba ti icraat haqqında” Qanunun 2.0.7-ci maddəsinin iddiaçıya münasibətdə tətbiqi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 13-cü maddəsinin V hissəsinə görə, İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığını müəyyən etdikdə Vəkillər X3nə müvafiq rəy təqdim edir.
31. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini, qərarın düzgün icraat çərçivəsində qəbul edilib-edilmədiyini yoxlayır
32. Qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi təcrübəyə malik olduğu hallardan gedir.
33. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı (şəxsin müvafiq ixtisas üzrə qabiliyyətinin yoxlanılması və qiymətləndirilməsi və s. üzrə) xüsusi təcrübəyə malik olduğu haldan gedir. Qanun məhkəməyə Vəkillərin İxtisas Komissiyasının əvəzinə qiymətləndirmə aparmağa, bununla da vəkilliyə namizədlərin peşə yararlılığını müəyyən etməyə səlahiyyət vermir
34. Həm də nəzərə alınmalıdır ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinin İ hissəsinin tələbinə görə, hətta Ali Məhkəmənin sabiq hakimi (əvvəllə r Ali Məhkəmənin sədri işləmiş hakim istisna edilməklə) şifahi müsahibədən keçdikdən sonra vəkil ola bilər. Göründüyü kimi, hakimin (sabiq hakimin) qanunları bilməsi Vəkillərin İxtisas Komissiyasının vəkilliyə namizədlərin peşə yararlılığının müəyyən edilməsində qiymətləndirmə azadlığına təsir etmir, onu məhdudlaşdırmır.
35. Digər tərəfdən, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 13-cü maddəsinin Vİİ hissəsinin tələbindən də göründüyü kimi, vəkilliyə namizəd Vəkillər Kollegiyasının üzvlüyünə qəbul etməkdən imtina haqqında qərardan məhkəməyə “qanunvericiliyin və ixtisas imtahanı qaydalarının tətbiqinin düzgünlüyünə dair” şikayət verə bilər. Başqa sözlə, Məhkəmənin yoxlama predmetinə inzibati orqanın Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı hərəkətinin qanuni əsasının şərtləri nin yoxlanılması aiddir.
36. Yuxarıda qeyd edildiyi kimi, Vəkillərin İxtisas Komissiyasının mübahisələndirilən qərarı “İnzibati icraat haqqında” Qanunun və “Vəkillər Kollegiyasi üzvlüyünə qəbulla bağli ixtisas imtahanlarinin keçirilməsi Qaydalari”nın tələblərinə uyğun olduğu müəyyən edilmişdir.
37. Cavabdehin iddiaçıya qarşı qərəzli münasibəti barədə iddiaçının dəlillərinə gəldikdə, məhkəmə kollegiyası cavabdehin etirazında bu dəlillərlə bağlı göstərilənlərlə razılaşaraq qeyd edir ki, həmin dəlillər mülahizə və ehtimal xarakterli olmaqla, Vəkillərin İxtisas Komissiyasının qərəzliliyi barədə qənaətə gəlməyə əsas vermir.
38. Digər tərəfdən, imtahanın gedişatı zamanı digər namizədlərlə müqayisədə iddiaçıya imtahan verilməsi üçün ümumi qaydadan kənara çıxan qeyri-adekvat, əlverişsiz şərait yar adıldığına, imtahanın keçirilməsi ilə bağlı inzibati praktikanın bilavasitə iddiaçıya münasibətdə (və onun zərərinə) dəyişdirildiyinə dair hər hansı hal da müəyyən edilməmişdir
39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə hazırkı qərarın 16-19a bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 iyun 2022-ci il tarixli, 21(103)-1958/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.