Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1954/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinə dair çıxarışın verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələlə ri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı (zəruri cəlb edilmiş üçüncü şəxslər X8, X18, X11, X2 və Zərdab Rayonu Məlikli Bələdiyyəsi) “İddiaçı1 verilmiş 0,08 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2023-cü il tarixli, 2-1(107)-58/2023 nömrəli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı1 Zərdab rayon Məlikli kəndində qeydiyyatda olmaqla Məlikli kəndində yaşayır.
2. İddiaçı1 ilə X9 arasında xx.xx.1974-cü ildə nikah bağlanmış və Səadət Muradova "Salamova” soyadını qəbul etmişdir.
3. Zərdab rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 02 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, Zərdab rayonu Engels adına kolxozun Məlikli kənd torpaqlarına dair qaytanlanmış kitabında qeyd edilmişdir ki, həmin kolxozun xx.xx.1986-cı il tarixli qərarı ilə Məlikli kənd sakini İddiaçı1 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir.
4. Zərdab rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 57 nömrəli məktubuna əlavə olunmuş təsərrüfatbaşına kitabların təsdiq olunmuş arxiv nüsxələrindən görünür ki, 19861990-cı illərdə X16 həmin təsərrüfatda ailə başçısı olmaqla qeydiyyatda olmuşdur. 19911995-ci illərdə İddiaçı1 ailə başçısı olmaqla X8, İddiaçı2, X2, X18 və X12 həmin təsərrüfatda qeydi yyatda olmuşlar. “Məlumatlar torpaq kadastrı kitabının beşinci bölməsindən yazılır” qrafasında cəmi torpaq sahəsi 1991-1995-ci illər üzrə 0,08 ha qeyd olunmuşdur. 1996-2000-ci illərdə İddiaçı1 ailə başçısı olmaqla X8, İddiaçı2, X2, X18 və X12 həmin təsərrüfatda qeydiyyatda olmuşlar. Cəmi torpaq sahəsi 1996-2000-ci illər üzrə 0,08 ha qeyd olunmuşdur.
5. X17 xx.xx.1990-cı ildə vəfat etmişdir.
6. Zərdab rayon AİK tərəfindən təsdiq edilmiş subyektlər siyahısında 103 nömrəli dövlət aktına əsasən İddiaçı1 Məcid oğlu, X8, İddiaçı2, X2, X18 və X7 0,08 ha həyətyanı torpaq sahəsinin verildiyi göstərilmişdir.
7. Zərdab Rayonu Məlikli Bələdiyyəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 14 nömrəli məktubunda qeyd edilmişdir ki, Məlikli kənd sakini İddiaçı1 Zərdab rayon Engels adına kolxozun Məlikli kənd torpaqlarına dair qaytanlanmış kitabının xx.xx.1986-cı il tarixli qərarına əsasən 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Odur ki, həmin torpaq sahəsinin Məlikli bələdiyyəsi tərəfindən verilən eskizdə göstərilən vəziyyətinə uyğun olaraq Dövlət reyestrində qeydiyyata alınmasına etiraz edilmir. Həmin ərazi ilə bağlı heç bir iddiaları yoxdur.
8. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, Zərdab rayonu Məlikli kəndində yerləşən 0,08 hektar torpaq sahəsinin qeydiyyatı ilə bağlı Zərdab rayon Arxivindən Zərdab rayonu Məlikli kənd İnzibati Ərazi Vahidliyinin 1996-2000-ci illərə aid Təsərrüfatbaşına kitabından çıxarışından arayışı əsas sənəd kimi təqdim edilmişdir. İddiaçını n torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas kimi təqdim etdiyi sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmışdır. İddiaçıya və ailə üzvlərinə Zərdab Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 06 saylı qərarına əsasən 0,14 hektar torpaq sahəsinə JN-075A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Cavabdeh “Torpaq islahatı haqqında” Qanunun 9-cu və 10-cu maddələrinin istinadən Zərdab rayonu Məlikli kəndində yerləşən 0,08 hektar həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinin icrasının mümkün olmadığını qeyd etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci insta nsiya məhkəməsində icraat
9. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmə müraciət edərək qaytanlanmış “kitabda qeyd edilmiş, İddiaçı1 verilmiş 0,08 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddianın əsaslarına görə, Zərdab Rayon Aqrar İslahat Komissiyasının 24 avqust 1997-ci il tarixli, 06 nömrəli qərarı ilə iddiaçıya, İddiaçı1, mərhum atası X10 və ailə üzvləri X5, İddiaçı2, X1, X13 və X7 fərdi yaşayış evi tikmək məqsədilə 0,22 ha həyətyanı torpaq sahəsi ayrılıb verilmişdir. İddiaçıya həmin torpağın 0,14 hektarı üçün "Torpağın mülkiyyətə verilməsinə dair” JN-075 kod 90510018 nömr əli Şəhadətnamə verilmişdir. Neçə illərdir ki, qalan 0,08 hektar torpaq sahəsinin şəhadətnaməsini ala bilmir. İddiaçı onu da qeyd edir ki, islahat gedəndən bu günə kimi həmin torpaq onun istifadəsindədir və heç bir mübahisəli hal yoxdur. İddiaçılar şəhadətnamə olmadığına görə həmin torpağı sənədləşdirə bilmirlər. İddiaçı1 bildirilmişdir ki, Şəhadətnamə aldığı 0,14 hektar torpaq sahəsi mərhum atası X10 məxsus olan torpaqdır. Həmin torpağı onların adına sənədləşdirib onlara Torpağın mülkiyyətə verilməsinə dair JN 075A, KOD 90510018 nömrəli Şəhadətnamə vermişlər. İddiaçı1 cavabdehə müraciət edərək 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır.
11. Cavabdeh iddia ərizəsinə dair etirazında imtina məktubunda göstərilənləri qeyd etmiş və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
12. Cavabdehin xx.xx.2022-ci il tarixli etiraz məktubuna əlavə olunmuş JN-075A kod 90510018 nömrəli şəhadətnamənin surətindən görünür ki, Zərdab Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 06 nömrəli qərarı ilə 0,14 ha həyətyanı torpaq sahəsi İddiaçı1 Məcid oğlu, X8, İddiaçı2, X2, X18 və X7 verilmişdir.
13. Zərdab rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 25 nömrəli arxiv arayışında qeyd olunur ki, Zərdab rayonu Məlikli kənd inzibati ərazi vahidliyinin 1996-2000-ci illərə aid "Təsərrüfatbaşına kitab”ına əsasən İddiaçı1 xüsusi mülkiyyətində 0,08 ha torpaq sahəsi var.
14. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qey d olunur ki, **********60 DƏQKİS nömrəsi ilə Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC tərəfindən Şəki İnzibati Məhkəməsinə göndərilən mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında İddiaçı2 naturada göstərdiyi 0,21 ha torpaq sahəsinin 0,12 ha hissəsi Zərdab rayonu Məlikli kəndinin kompleks yerquruluşu islahat layihəsinə əsasən JN-075A nömrəli (Kod ********) "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin yerləşdiyi ərazi ilə üst- üstə düşür, xüsusi mülkiyyətə verilmiş torpaqlara aiddir. İddiaçı2 naturada göstərdiyi torpaq sahəsi 0,21 ha torpaq sahəsinin 0,09 ha hissəsi bələdiyyə mülkiyyətinə aiddir. Torpaq sahəsinin uqodiyası X3 X4 tikinti altında olan torpaqlar kimi göstərilmişdir. Torpaq sahəsinin koordinatları mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında tə svir edilmişdir. "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016- cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında X3 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2016-cı il tarixli 250s nömrəli Sərəncamı ilə Dövlət və bələdiyyə mülkiyyətinə, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqları elektron kadastr X4 JN-075A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə naturaya uyğun olaraq təsbit edilərək yerləşdirilmişdir.
15. Zərdab rayon Dövlə t Arxivinin xx.xx.2022-ci il tarixli 33 nömrəli məktubu ilə qaytanlanmış kitabdan və 1983-1985-ci illərə dair təsərrüfatbaşına kitabdan çıxarışlar məhkəməyə təqdim edilmişdir. 237-ci sırada İddiaçı1 adı, qarşısında cəmi torpaq sahəsi isə 0,08 ha qeyd olunmuşdur.
16. Üçüncü şəxslər X8, X18 və X2 tərəfindən məhkəmənin elektron poçt ünvanına göndərilmiş ərizələrdə bildirmişlər ki, onların iddiaya qarşı heç bir tələbləri yoxdur.
17. Üçüncü şəxs X6 eyni məzmunlu ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur.
18. Üçüncü şəxs Zərdab Rayonu Məlikli Bələdiyyəsi xx.xx.2022-ci il tarixli məktubla Məhkəmənin xx.xx.2022-ci il tarixli məktubuna cavab olaraq bildirmişdir ki, üçüncü şəxs olaraq heç bir iddiaları yoxdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
19. Şəki İnzibati Məhkəməs inin (hakim F.S.İsmayılzadə) 20 sentyabr 2023-cü il tarixli 2-1(116)-263/2022 nömrəli qərarı ilə iddia təmin edilərək İddiaçı1 verilmiş, qaytanlanmış kitabda qeyd olunmuş və iddiaçının istifadəsində olan 0,08 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
20. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, iddia tələbində qeyd edilən 0,08 ha torpaq sahəsinə dair iddiaçının adına hüquqmüəyyənedici sənədlər mövcuddur. Belə ki, qaytanlanmış kitabda və təsərrüfatbaşına kitabda iddiaçının adı qeyd edilmiş, həmçinin torpaq sahəsinin ölçüsü göstərilmişdir. İş üzrə mütəxəssis rəyi ilə iddiaçının naturada göstərdiyi torpaq sahəsinin 0,09 ha hissəsinin bələdiyyə mülkiyyətinə aid oldu ğu, torpaq sahəsinin uqodiyasının X3 X4 tikinti altında olan torpaqlar kimi göstərildiyi müəyyən edilmişdir. Zərdab Rayonu Məlikli bələdiyyəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə və Məhkəməyə ünvanlanmış məktublarda qeyd edilmişdir ki, Məlikli kənd sakini İddiaçı1 Zərdab rayon Engels adına kolxozun Məlikli kənd torpaqlarına dair qaytanlanmış kitabının xx.xx.1986-cı il tarixli qərarına əsasən 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Odur ki, həmin torpaq sahəsinin Məlikli bələdiyyəsi tərəfindən verilən eskizdə göstərilən vəziyyətinə uyğun olaraq Dövlət reyestrində qeydiyyata alınmasına etiraz edilmir. Həmin ərazi ilə bağlı heç bir iddiaları yoxdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən f aktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir.
21. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə inzibati iş üzrə mütəxəssis rəyinin verilməsi qərara alınmış, mütəxəssis rəyinin verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssislərinə həvalə edilmişdir.
23. Cavabdehin m əhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, idarənin elektron baza məlumatına əsasən, İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə Zərdab Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə verilmiş JN-075A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə verilmiş 0.14 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, fərdi yaşayış uqodiyalı olmaqla, xüsusi mülkiyyətə verilmiş torpaqlara aiddir. Məlikli kəndinin kompleks yerquruluşu islahat layihəsində JN- 075A nömrəli şəhadətnamə ilə verilmiş 0.14 ha torpaq sahəsinin 230 kv.m hissəsi mülkiyyətçinin cənub qonşusunun faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. Elektron bazada təqdim olunan AzCad məlumatlarında isə JN -075A nömrəli şəhadətnamə ilə verilmiş 0.14 ha torpaq sahəsi tamamilə iddiaçı və ailə üzvlərinin faktiki istifadəsində olan 0.21 ha torpaq sahəsinin daxilində göstərilmişdir. Baxış zamanı iddiaçı mütəxəssislərə JN-075A nömrəli şəhadətnamənin yerləşdiyi ərazidən 705 m cənub-şərqdə yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, bələdiyyə mülkiyyətinə məxsus ərazidə yerləşən, ümumi sahəsi 0.18 ha olan torpaq sahəsinin 0.08 ha hissəsini göstərmişdir.
24. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, G.İ.Cavadova və V.İ.Məlikov) 26 aprel 2023-cü il tarixli, 21(107)-58/2023 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
26. Cavabdeh kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
27. Kasasiya şikayətində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 8-ci, 9.1.2 və 16.2-ci, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanunun 8-ci maddəsinə istinad edilərək Zərdab Rayon Aqrar İslahat Komissiyası (RAİK) tərəfindən iddiaçıya və onun ailə üzvlərinə fərdi yaşayış evi tikmək məqsədilə 0.14 ha torpaq sahəsi ayrılmış, bunun əsasında ona JN-075 kod 90510018 nömrəli Şəhadətnamə verilmişdir, lakin iddiaçının tələb etdiyi 0.08 ha torpaq sahəsinə dair RAİK-nin heç bir qərarı olmamış, bununla yanaşı iddiaçıya torpaq qanunvericiliyinin tələblərinə əsasən 0.08 ha əvəzinə 0.14 ha torpaq sahəsi, yəni normadan artıq torpağın ayrılmasına yol verilmişdir. Belə olan halda isə 16 saylı Ərazi İdarəsi haqlı olaraq imtina vermişdir.
28. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, Zərdab Rayon Aqrar İslahat Komissiyası (RAİK) tərəfindən iddiaçıya və onun ailə üzvlərinə fərdi yaşayış evi tikmək məqsədilə normadan artıq - 0.14 ha torpaq sahəsi ayrılmışdır. Bununla da torpağın ayrılması qaydaları pozulmuşdur.
29. İddiaçının iddia etdiyi 0.08 ha torpaq sahəsinə dair nə notariat qaydada tədqiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı, nə müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri olmamışdır. Zərdab RAİK-nin ancaq 0.14 ha torpaq sahəsinin ayrılması barədə qərarı olmuş və onun əsasında iddiaçıya və ailə üzvlərinə Şəhadətnamə verilmişdir. İddiaçı isə bundan əlavə sənədi və əsası olmayan daha 0.08 ha torpaq sahəsinin üzərində öz hüquqlarını dövlət qeydiyyatına alınmasına nail olmaq istəyir.
30. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, mülkiyyət hüququnun dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alın masını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasın a keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:..... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edi lməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.;..... 16.2. hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır.
33. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına əsasən, Azərbaycan Respublikası Sovet Sosialist Respu blikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahəl ərinin ayrılması barədə 1991 -ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.2. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.3. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1- dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.4. yaşayış evlərinin və bağ evləri nin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.5. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi ev tikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları s ovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.6. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar.
34. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərək ət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının tə qdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə da ir iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
35. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
36. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq o lunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
39. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin mahiyyətcə apellyasiya şikayəti ilə eyni olan dəlilləri üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək və onun qəbul etdiyi qərarın nəticələri i lə razılaşaraq həmin qərarın təsdiqi ilə kifayətlənmək mümkündür.
40. Bununla belə aşağıdakıların qeyd edilməsi zəruridir.
41. İşin müəyyən edilmiş hallarına əsasən qaytanlanmış kitabda və təsərrüfatbaşına kitabda iddiaçının adı qeyd edilmiş, həmçinin, torpaq sahəsinin ölçüsü göstərilmişdir. (bax hazırki qərarın 4-cü bəndinə)
42. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən alınmış mütəxəssis rəyində qeyd edilmişdir ki, idarənin elektron baza məlumatına əsasən, İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə Zərdab Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə verilmiş JN-075A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə verilmiş 0.14 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, fərdi yaşayış uqodiyalı olmaqla, xüsusi mülkiy yətə verilmiş torpaqlara aiddir. Məlikli kəndinin kompleks yerquruluşu islahat layihəsində JN-075A nömrəli şəhadətnamə ilə verilmiş 0.14 ha torpaq sahəsinin 230 kv.m hissəsi mülkiyyətçinin cənub qonşusunun faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. Elektron bazada təqdim olunan AzCad məlumatlarında isə JN-075A nömrəli şəhadətnamə ilə verilmiş 0.14 ha torpaq sahəsi tamamilə iddiaçı və ailə üzvlərinin faktiki istifadəsində olan 0.21 ha torpaq sahəsinin daxilində göstərilmişdir. Baxış zamanı iddiaçı mütəxəssislərə JN-075A nömrəli şəhadətnamənin yerləşdiyi ərazidən 705 m cənub-şərqdə yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, bələdiyyə mülkiyyətinə məxsus ərazidə yerləşən, ümumi sahəsi 0.18 ha olan torpaq sahəsinin 0.08 ha hissəsini göstərmişdir.
43. Hazırki qərarın 32 -33-cü bəndlərində istinad edilən qanunvericilik normalarına əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər, Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış, yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər hesab edilir.
44. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə və “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən torpaq sahəsinin qeydə alınmasından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməy ə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
45. Odur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsinə və 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanla təsdiq edilmiş Siyahının 2.2 və 2.4-cü bəndlərinə əsasən cavabdehin üzərinə iddiaçıya verilmiş, qaytanlanmış kitabda qeyd olunmuş və iddiaçının istifadəsində olan 0,08 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması nəticəsinə gələrkən apellyasiya instansiya məh kəməsi haqlı olmuşdur.
46. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
47. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2023-cü il tarixli, 21(107)-58/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.