Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1954/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ümumi əsaslarla yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina) 19.11.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 mart 2025-ci il tarixli, 21(106)-116/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1957-ci il tarixdə doğulmuş, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur.
2. İddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.1978-ci il tarixdən xx.xx.1992ci il tarixədək Astara rayon “Azərbaycan SSR-nin 50 illiyi” adına sovxozda işləməsi, xx.xx.1993-cü il tarixdə “Astara” İstehsalat kommersiya kiçik dövlət müəssisəsi müfəttişliyinə işə qəbul edilməsi, xx.xx.1995-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Astara "xxxx" MMC-də, xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixədək "xxxx" MMC-də işləməsi barədə qeydlə r vardır.
3. İddiaçı cavabdehə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
4. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubunda iddiaçının müraciətinin təmin olunmasından imtina edildiyini bildirmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun sığorta stajı (xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmət müddəti nəzərə alınmaqla) 23 il 7 ay 26 gün təşkil edir. Onun ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Ona xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 180 manat, xx.xx.2023-cü il tarixindən isə 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmi şdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun əmək fəaliyyəti barədə məlumatlar (qeydlər) əmək kitabçasında qeyd olunduğu üçün həmin illərdəki əmək stajı nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir.
7. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdə pensiya yaşına çatmışdır. Onun xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək 2 il 11 gün hərbi xidmət dövrü, əmək kitabçasına əsasən xx.xx.1978-ci il tarixdən x x.xx.1992-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.2002-ci il tarixədək 21 il 8 ay 24 gün əmək fəaliyyəti dövrü olmaqla, ümumi 23 il 9 ay 20 gün mübahisələndirilməyən sığorta stajı vardır və bu da, tələb olunan müddətdən (25 ildən) azdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3-cü bəndinin tələbləri pozularaq iddiaçının əmək kitabçasının doldurulma qaydalarına riayət olunmamış, əmək kitabçasında onun xx.xx.1993-cü il tarixdə işə daxil olma əmri qeyd edilsə də, işdən çıxma tarixi və əmri qeyd edilməmişdir. Bu səbəbdən həmin dövrün sosial sığorta stajı kimi nəzərə alınması mümkün olmamışdır. Bundan başqa, “Pensiya” altsistemində olan məl umatlara əsasən, iddiaçının xx.xx.2008-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixədək "xxxx" MMC-də işlədiyi dövrün onun sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır.
8. Şirvan İnzibati Məhkəməsinin (hakim: Şahəli Musayev) 19 sentyabr 2024-cü il tarixli, 2-1(120)-604/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya işlədiyi illər iş stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.1975-xx.xx.1977-ci il tarixlərdə hərbi xidmətdə olması hərbi biletində, xx.xx.1978-ci il tarixdən xx.xx.2002-ci il tarixədək fasiləl ərlə işləməsi, həmçinin "xxxx" MMC-də xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixədək işləməsi əmək kitabçasında qeyd olunduğu və onun işlədiyi dövrdə müəssisənin mövcudluğu, müvafiq əmrlərlə işə daxil olması və xaric olması təsdiq olunduğu üçün həmin müəssisə tərəfindən müəyyən dövr üzrə müəssisəyə məxsus, o cümlədən iddiaçının əmək fəaliyyətinə dair sənədlərin (əmək haqqı cədvəllərinin) arxivə təhvil verilməməsi, məcburi sosial sığorta haqlarının ödənilməməsi, əmək kitabçasının qanunvericilikdə nəzərdə tutulmuş qaydada doldurulmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir.
10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
11. Şirvan Apelly asiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Fikrət Hüseynov /sədrlik edən və məruzəçi/, Samir Həsənov və İlham Əsədov) 12 mart 2025-ci il tarixli, 2-1(106)-116/2025 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunaraq iddia təmin edilməmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.1993-cü il tarixdə Astara İstehsalat kommersiya kiçik dövlət müəssisəsinə işə qəbul edilməsi barədə qeyd olsa da, işdən azad edilməsi barədə qeyd olmadığından onun həmin müəssisədə işləmə müddətini müəyyən etmək mümkün deyil. Həmçinin araşdırma nəticəsində həmin müəssisənin ümumiyyətlə mövcud olması və fəaliyyət göstərməsi barədə məlumatlar əldə etmək mümkün olmamışdır. Xüsusilə qeyd edilməlidir ki, iddiaçı özü də həmin müəssisədə işlədiyi müddəti və işdən azad edilmə tarixini xatırlamadığını bildirmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının qeyd olunan müəssisədə əmək fəaliyyətinin nəzərə alınmaması ilə bağlı cavabdeh orqanın dəlillərini əsaslı sayır. Birinci instansiya məhkəməsi öz qərarında iddiaçının xx.xx.1994-cü il tarixdə Astara İstehsalat kommersiya kiçik dövlət müəssisəsindən işdən azad edildiyini qeyd etsə də, bu məlumatın mənbəyini şərh etməmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi xx.xx.1993-xx.xx.1994-cü illər aralığındakı dövrü iddiaçının sosial sığorta stajı kimi nəzərə almaqla sığorta stajının qanunla tələb olunan həcmdə olması baxımından onun pensiya hüququnun yaranması qənaətinə gəlmişdir.
13. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
14. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, iddiaçının kassasiya şikayətinin təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məh kəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı ve rilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq norma larının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, iddiaçının kassasiya şikayətinin dəlilləri mahiyyətcə onun iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona hüququnun yarandığı tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir.
24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş şərtlərin iddiaçıya münasibətdə mövcud olması ilə bağlı məsəl ə apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
25. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 26. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin müddəaları baxımından, şəxsin yaşa görə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajı olmalıdır.
27. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan dispozisiya şərtləri, o cümlədən sığorta stajı və ya fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı şərtlər iddiaçıya münasibətdə ödənilmir. İddiaçı tərəfindən də bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir.
28. Beləliklə, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayıla bilməz. Odur ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.
29. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarı da istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 mart 2025-ci il tarixli, 21(106)-116/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.