Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1955/2023 24.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə qərarı ilə satılmış torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 9 saylı Qəbələ Ərazi İdarəsinə (üçüncü şəxslər İsmayı llı rayon Talıstan bələdiyyəsi və X17) qarşı “2 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)202/2023 nömrəli, 03 may 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. X11 2004-cü ildə ərizə ilə İsmayıllı rayon Talıstan Bələdiyyəsinə müraciət edərək, 2 ha torpaq sahəsinin ona satılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi rəy verərək, bələdiyyənin şərtiyararsız torpaq sahəsindən 2 ha torpaq sahəsinin ona satılmasına etiraz etmədiyini bildirmişdir.
2. Talıstan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 13 nömrəli qərarı ilə şərti-yararsız torpaq sahəsindən 2 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün X2 və sonuncu tərəfindən xx.xx.2004-ci il tarixdə bələdiyyənin hesabına torpağın dəyəri olan ******* manat pul ödənilmişdir.
3. Talıstan Bələdiyyəsi ilə X11 arasında 2 ha torpaq sahəsinin alqı-satqısına dair akt tərtib edilmiş və xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsində 437/22 nömrəsi ilə qeydiyyata alınmışdır.
4. Talıstan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 13 nömrəli qərarına istinad olunmaqla həmin 2 ha torpaq sahəsinə dair X8 adına xx.xx.2005-ci il tarixli, JN-700 kod 40724018 nömrəli "Tor pağa mülkiyyət hüququna dair dövlət aktı" tərtib edilmişdir. DTXKnin İsmayıllı rayon şöbəsi tərəfindən həmin 2 ha torpaq sahəsinin əks olunduğu yerquruluşu planından çıxarış tərtib edilmiş və həmin çıxarış Talıstan Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmişdir.
5. X11 mülkiyyətinə verilmiş 2 ha torpaq sahəsini xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X12 (hazırki iş üzrə iddiaçı) satmış, müqavilə əsasında iddiaçının adına xx.xx.2005-ci il tarixli, JN701 kod 40724018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir.
6. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla (bildiriş) müraciətin təmin edilməsindən imtina olunduğunu bildirmiş və qeyd etmişdir ki, JN-0701 kod 40724018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı idarədə mövcud olan elektron kadastr məlumat bazasında öz əksini tapmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, 2 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Belə ki, o, torpağı əldə edən zaman torpağa mülkiyyət hüququna dair dövlət aktı barədə məlumatın elektron kadastr məlumat bazasına daxil edilməsi səla hiyyəti DTXK-nin İsmayıllı rayon şöbəsinə aid olmuş və ona təqdim edilən hüquqmüəyyənedici sənədlərin hamısı qanunvericiliyə uyğun şəkildə tərtib olunmuşdur.
9. Cavabdeh iddiaya qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Torpaq sahəsinin 0,53 ha hissəsi başqa vətəndaşın istifadəsində, 0,1246 hissəsi başqa vətəndaşın mülkiyyətindədir, bir hissəsi isə kollu örüş ərazi və X23 torpaqları ilə üst-üstə düşür.
10. İşin məhkəmə araşdırması zamanı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, JN-0701 kod 40724018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilmiş 2 ha torpaq sahəsi Xidmətin "xxxx" MMC-nin elektron məlumat bazasında öz əksini tapan T alıstan kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu xəritəsinə əsasən İsmayıllı rayonu Talıstan kənd inzibati ərazi vahidinin sərhədləri daxilində yerləşir. Həmin torpaq sahəsinin 0,18 ha hissəsi bələdiyyə mülkiyyətinə aid yaşayış məntəqəsi ərazisi, 0,06 ha hissəsi JN-625B kod 40724018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyətə verilmiş həyətyanı torpaq sahəsi, 0,10 ha hissəsi JN625C kod 40724018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyətə verilmiş torpaq sahəsi, 0,05 ha hissəsi yaşayış məntəqəsi daxilində bələdiyyə mülkiyyətinə aid digər vətəndaşın istifadəsində olan torpaq sahəsi, 0,05 ha hissəsi yaşayış məntəqəsi daxilində bələdiyyə mülkiyyətinə aid digər vətəndaşın istifadəsində olan torpaq sahəsi, 0,02 ha hissəsi yaşayış məntəqəsi daxilində bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi, 1,03 ha hissəsi kənd təsərrüfatı təyinatlı kollu örüş ərazi (həmin 1,03 ha ərazinin 0,46 ha hissəsi digər vətəndaşın istifadəsindədir), 0,13 ha hissəsi **********361 nömrəli çıxarışla mülkiyyətə verilmiş həyətyanı torpaq sahəsi ilə, 0,38 ha hissəsi isə kənddaxili yolla üst-üstə düşür.
11. İşin məhkəmə araşdırması zamanı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli məktubu ilə müəyyən olunmuşdur ki, **********61 reyestr nömrəli çıxarış əsasında 0,3665 ha həyətyanı torpaq sahəsinə X3 və X10 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü ildə qeydiyyata alınmış, JN-625B kod 40724018 nömrəli və JN-625C kod 40724018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərə dair isə məlumat arxivdə aşkar edilməmişdir. DTXK tərəfindən tərtib edilmiş 363418 nömrəli torpaq sahəsinin plan və ölçüsünə əsasən 0,3665 ha torpaq sahəsi **********61 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə X3 və X10 adına qeydiyyata alınmış, İsmayıllı rayonu Talıstan kəndində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsində JN-625B və JN625C nömrəli şəhadətnamələr əksini tapsa da, Mərkəzin arxivində həmin şəhadətnamələr haqqında məlumat aşkar edilməmişdir. Bundan başqa, yerquruluşu planı 8-də göstərilmiş bələdiyyə mülkiyyətinə aid 0,05 ha torpaq sahəsi X4 istifadəsindədir və istifadəçi tərəfindən həmin torpaq sahəsinə dair hüquq müəyyənedici və ya texniki sənəd (çıxarış, plan-ölçü) təqdim ed ilməmişdir, yerquruluşu planı 9-da göstərilmiş bələdiyyə mülkiyyətinə aid 0,05 ha torpaq sahəsi X13 istifadəsindədir və istifadəçi tərəfindən həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici və ya texniki sənəd (çıxarış, plan-ölçü) təqdim edilməmişdir, yerquruluşu planı 2-də göstərilmiş 1,03 ha kənd təsərrüfatı təyinatlı kollu örüş sahəsi İİİ keyfiyyət qrupuna aiddir, bonitet balı 51 olmaqla kənd təsərrüfatına yararlıdır.
12. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-835/2021 nömrəli qərardadı ilə X6 və X17, xx.xx.2022-ci il tarixli 2-1(116)-74/2022 nömrəli qərardadı ilə X7 və X18, xx.xx.2022-ci il tarixli qərardadı ilə İsmayıllı rayon Talıstan bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş, sonuncu qərardadla X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraat ında iştirakına xitam verilmişdir.
13. Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2-1(116)-74/2022 nömrəli qərarı ilə (hakim V.K.Qasımov) iddia qismən təmin edilmiş, iddiaçının adına olan xx.xx.2005-ci il tarixli, JN-701 kod 40724018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilmiş 2 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid yaşayış məntəqəsi ərazisi ilə üst-üstə düşən 0,18 ha hissəsinə, JN-625B kod 40724018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyətə verilmiş həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən 0,06 ha hissəsinə, JN-625C kod 40724018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyətə verilmiş torpaq sahəsi ilə üst-üstə düşən 0,10 ha hissəsinə, yaşayış məntəqəsi daxilində bələdiyyə mülkiyyətinə ai d torpaq sahəsi ilə üst-üstə düşən 0,05 ha hissəsinə, yaşayış məntəqəsi daxilində bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşən 0,05 ha hissəsinə, yaşayış məntəqəsi daxilində bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşən 0,02 ha hissəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona reyestrdən çıxarış verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia 2 ha torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı kollu örüş ərazisi ilə üst-üstə düşən 1,03 ha hissəsində, RX seriyalı ******* nömrəli **********361 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında X3 və X10 ümumi birgə mülkiyyətində olan 0,3665 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən 0,13 ha hissədə, k ənddaxili yol ilə üst-üstə düşən 0,38 ha hissədə təmin edilməmiş, prosessual xərclərin 73,83 manat hissəsinin cavabdehə aid edilməsi və həmin məbləğin ondan alınaraq iddiaçıya ödənilməsi, prosessual xərclərin qalan 247,17 manat hissəsinin iddiaçıya aid edilməsi qərara alınmışdır.
14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mütəxəssis rəylərində göstərilmiş 0,18 ha, 0,06 ha, 0,10 ha, 0,05 ha, 0,05 ha və 0,02 ha torpaq sahələrinə (cəmi 0,46 ha) iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasına mane olan hal yoxdur. Belə ki, elektron xəritə bazasında 0,18 ha, 0,05 ha, 0,05 ha və 0,02 ha torpaq sahələri əvvəlki mülkiyyətçinin, yəni bələdiyyənin mülkiyyəti kimi görünməkdə davam edir. Göstərilən 0,05 ha ölçüdə iki torpaq sahəsindən biri X5, digəri isə X13 faktiki istifadəsində olsa da, o nların həmin torpaq sahələrinə hüquqlarını təsdiq edən sənəd mövcud deyildir. Bundan başqa, elektron bazada 0,06 ha torpaq sahəsinin JN-625B kod 40724018 nömrəli, 0,10 ha torpaq sahəsinin isə JN-625C kod 40724018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyətə verildiyi göstərilsə də, belə sənədlərin mövcud olmadığı müəyyən edilmişdir. İddiaçının tələb etdiyi torpaq sahəsinin 1,03 ha hissəsi kənd təsərrüfatına yararlı kollu örüş olduğuna, 0,38 ha hissəsi isə kənddaxili yol olduğuna görə alqı-satqı obyekti ola və bələdiyyənin mülkiyyətindən çıxarıla bilməzdi. Bu səbəbdən də hazırkı iddianın həmin 1,03 ha və 0,38 ha torpaq sahələri ilə bağlı hissələri təmin edilə bilməz. Analoji hüquqi mövqe oxşar məzmunlu 2-1(102)-1875/2019 nömrəli başqa bir inzibati iş üzrə Azərbayc an Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarında da ifadə edilmişdir.
15. Bundan başqa, müəyyən edilmişdir ki, 2 ha torpaq sahəsinin 0,13 ha hissəsi RX seriyalı, **********361 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında X3 və X10 ümumi birgə mülkiyyətində olan 0,3665 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür. Belə olan halda, eyni torpaq sahəsinə yenidən həm də iddiaçının mülkiyyət hüququ qeydiyyata alına bilməz. Beləliklə, məhkəmə belə qərara gəlmişdir ki, iddianın 0,46 ha torpaq sahəsi ilə bağlı hissəsi təmin edilməli, qalan 1,54 ha torpaq sahəsi ilə bağlı hissəsi isə təmin edilməməlidir.
16. Üçüncü şəxs X7 və iddiaçı apelyasiya şikayətləri verərək, həmin qərarın ləğv e dilməsini, iddiaçı iddianın tam təmin edilməsini, üçüncü şəxs iddianın rədd olunmasını xahiş etmişlər. apellyasiya instansiyası məhkəməsində birinci icraat
17. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 avqust 2022-ci il tarixli, 2-1(107)-168/2022 nömrəli qərarı ilə (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/ E.Ş.Hüseynov və İ.H.Şükürov) apellyasiya şikayətləri təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2-1(116)-74/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
19. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. kassasiya instansiya məhkəməsində birinci icraat
20. Azə rbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14 dekabr 2022-ci il tarixli, 2-1(102)-2086/2022 nömrəli qərarı ilə (hakimlər: R.S.Nəbizadə /sədrlik edən və məruzəçi/ Z.M.Quliyev və X.S.Məmmədov) iddiaçının kassasiya şikayəti qismən təmin olunmuş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(107)-168/2022 nömrəli qərarı mübahisə olunan hissədə, yəni 2 ha torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı kollu örüş ərazisi ilə üst-üstə düşən 1,03 ha hissəsində, RX seriyalı ******* nömrəli **********361 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında X3 və X10 ümumi birgə mülkiyyətində olan 0,3665 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən 0,13 ha hissəsində, kənd daxili yol ilə üst- üstə düşən 0,38 ha hissəsində ləğv olunmuş, iddia RX seriyalı ******* nömrəli **********361 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında X3 və X10 ümumi birgə mülkiyyətində olan 0,3665 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən 0,13 ha hissəsində mümkün sayılmamış, iş 2 ha torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı kollu örüş ərazisi ilə üst-üstə düşən 1,03 ha torpaq sahəsinə və kənddaxili yol ilə üst-üstə düşən 0,38 ha torpağa hüququn qeydə alınması hissəsində təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
21. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən 1,03 ha və 0,38 ha torpaq sahələri bələdiyyə tərəfindən iddiaçıya satılarkən həmin torpaq sahəsinin yararlılıq vəziyyəti araşdırılmamışdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 4.0, 4.0.1-ci maddəsinə əsasən, torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək səlahiyyəti vardır.
22. Apellyasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, iddiaçının tələb etdiyi torpaq sahəsinin 1,03 ha hissəsi kənd təsərrüfatına yararlı kollu örüş, 0,38 ha hissəsi isə kənd daxili yol olduğuna görə alqı-satqı obyekti ola və bələdiyyənin mülkiyyətindən çıxarıla bilməzdi. Bu səbəbdən də iddia 1,03 ha və 0,38 ha ilə bağlı hissələrdə təmin edilə bi lməz. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini əsaslı hesab etməmişdir. Belə ki, iş materiallarında olan İsmayıllı rayon Talıstan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 13 nömrəli qərarı ilə iddiaçıya Talıstan Bələdiyyəsinin mülkiyyətində olan şərti-yararsız torpaq sahəsindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Həmçinin alqı-satqı qaydasında satılacaq torpaq sahəsinin qaiməsində də torpaq sahəsi kənd təsərrüfatı üçün şərti-yararsız göstərilmişdir. Cavabdeh isə etirazında torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğunu, bir hissəsinin kollu örüş sahəsi, digər hissəsinin meşə fondu torpaq sahəsi, başqa bir hissəsinin kənddaxili yol olduğunu bildirmişdir. Qanunvericiliyə görə, bələdiyy ələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqları və kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər. İş materiallarında torpaq sahəsinin kənd təsərrüfatına yararlı olub-olmaması ilə bağlı biri digərini təkzib edən sübutlar mövcuddur. Apellyasiya instansiyası məhkəməsi ilk dəfə bələdiyyə tərəfindən torpaq sahəsi özgəninkiləşdirilən zaman ayrılmış torpaq sahəsinin xüsusi mülkiyyətə verilməli torpaq sahəsi olması ilə bağlı ətraflı araşdırma aparmamışdır.
23. Apellyasiya instansiyası məhkəməsi həmçinin cavabdehin dəlilləri ilə bağlı ondan sübutlar tələb etməmiş, mübahisə predmeti olan torpaq sahəsi barədə sərəncam verilən vaxt onun kənd təsərrüfatına yararlı, kənddaxili yol, meşə fonduna aid olması ilə bağlı ca vabdehin istinad etdiyi elektron baza məlumatlarına baxış keçirməmiş, həmin məlumatları təsdiq edən sənədləri (xəritə, sxem, plan-ölçü və s.) əldə etməmiş, cavabdehin dəlilləri ilə bağlı hər hansı araşdırma aparmamışdır.
24. Məhkəmə kollegiyası hesab etmişdir ki, RX seriyalı, ******* nömrəli **********361 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında X3 və X10 ümumi birgə mülkiyyətində olan 0,3665 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən 0,13 ha hissədə iddiaya mahiyyəti üzrə baxmaqda apellyasiya məhkəməsi haqlı olmamışdır. Belə ki, iş materiallarında olan RX seriyalı ******* nömrəli **********361 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, iddiaçı nın mübahisələndirdiyi 0,13 ha torpaq sahəsi üçüncü şəxslər X3 və X10 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Odur ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahəsinə başqa şəxsin, o cümlədən iddiaçının adına reyestrdə qeydiyyat aparıla bilməz. Üçüncü şəxslərin adına aparılmış qeydin qanuna uyğunluğu mübahisələndirilmədən, eyni torpaq sahəsinə iddiaçının hüququ qeydə alına bilməz. Bu səbəbdən, 0,13 ha torpaq sahəsinə hüququn qeydə alınması hissəsində iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilmişdir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 17-ci bəndinin tələblərinə uyğun qaydada 0,13 ha torpaq sahəsinin üçüncü şəxslər X3 və X10 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı mübahisələndirə bilər. apellyasiya instansiya məhkəməsində ikinci icraat
25. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(107)-202/2023 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin X7 və X13 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş, X7 və X13 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştirakına xitam verilmişdir.
26. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 21(107)-202/2023 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-7 4/2022 nömrəli qərarı 1,41 ha (1.03 ha+0.38 ha) torpaq sahələrinə dair hissədə ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qərar çıxarılaraq 2 ha torpaq sahəsinin 1,41 ha (1.03 ha+0.38 ha) hissəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi tələbinə dair iddia qismən təmin edilmiş, cavabdehin üzərinə 2 ha torpaq sahəsinin 1,41 ha (1.03 ha+0.38 ha) hissəsinə iddiaçının torpağa mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur.
27. Apelyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarındakı göstərişlər nəzərə alınmaqla aparılmış araşdırma nəticəsində cavab deh tərəfindən verilmiş mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, Talıstan kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu xəritəsinə əsasən mübahisə predmeti olan 2,0 hektar torpaq sahəsinin 1,03 hektar hissəsi kənd təsərrüfatı təyinatlı kollu örüş ərazisi ilə (yerquruluşu planı), 0,38 hektar hissəsi kənddaxili yol ilə (yerquruluşu planı 7) üst-üstə düşür. Sözügedən 2,0 hektar torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı kollu örüşdə yerləşən 1,03 hektar ərazisinin 0,46 hektar hissəsi (yerquruluşu planı 11) digər vətəndaşın istifadəsindədir. Talıstan kəndi ərazisində torpaq islahatı aparılarkən, o cümlədən Talıstan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 13 nömrəli qərarı ilə X9 və X11 tərəfindən xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi ilə həmin torpaq sahəsi iddiaçıya satılan zaman, mübahisə predmeti olan 2,0 hektar torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı kollu örüş ərazisi ilə üst-üstə düşən 1,03 hektar hissəsi İİİ keyfiyyət qrupuna aiddir, bonitet balı 51 olmaqla kənd təsərrüfatına yararlıdır.
28. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən verilmiş mütəxəssis rəyində mübahisə predmeti olan 2,0 hektar torpaq sahəsinin 1,03 hektar hissəsinin kənd təsərrüfatı təyinatlı kollu örüş ərazisi ilə, 0,38 hektar hissəsinin kənddaxili yol ilə üst-üstə düşməsi, Talıstan kəndi ərazisində torpaq islahatı aparılarkən, o cümlədən Talıstan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 13 nömrəli qərarı ilə X9 və X11 tərəfindən xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi ilə həmin torpaq sahəsi iddiaçıya satılan zaman, mübahisə predmeti olan 2,0 he ktar torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı kollu örüş ərazisi ilə üst-üstə düşən 1,03 hektar hissəsinin İİİ keyfiyyət qrupuna aid olması, bonitet balının 51 olmaqla kənd təsərrüfatına yararlı olması formal olaraq qeyd edilsə də, cavabdeh inzibati orqan tərəfindən mübahisəli torpaq sahəsinin iddiaçıya satılan zaman kənd təsərrüfatına yararlı olması barədə əsaslı hər hansı sənəd təqdim edilməmişdir.
29. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın 2 ha torpaq sahəsinin 1,41 ha (1,03 ha + 0,38 ha) hissəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilməsini, iddia tələbinin həmin hissədə təmin olunmamasını, qalan hissədə qərarın dəyişdi rilmədən saxlanılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
30. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun imtina məktubunun və iddiaya qarşı etirazının dəlillərinə əsaslanır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktl ar; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq ic ra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
33. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi (hüquq münasibəti yaranan zaman qüvvədə olan) Maddə
16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Maddə
47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin - küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalar ının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Maddə
86. Torpaq sahəsinin alqı -satqısının xüsusiyyətləri Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış aşağıdakı torpaq sahələri və torpaqla bağlı hüquqlar alqı-satqı obyekti ola bilər: xüsusi mülkiyyətdə olan torpaqlar; bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları; “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə ipoteka predmeti sayılan torpaq sahələri; özəlləşdirilən dövlət obyektlərinin yerləşdiyi torpaq sahələri; Bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. Azərbaycan Respublikasında torpaqlar dövlət mülkiyyətinə, bələdiyyə mülkiyyətinə, habelə Azərbaycan Respub likasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə satıla bilər. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə torpaqlar yalnız icarə hüququnda verilə bilər. Torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqları mülkiyyətçilərin və ya onların vəkil etdiyi şəxslərin, yaxud orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə alınıb satıla bilər. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. Bələdiyyə torpaqlarının, habelə onlar üzərində icar ə hüquqlarının alqı-satqısı torpaq hərracları və müsabiqələri vasitəsilə həyata keçirilir. Vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqlar, habelə onlar üzərində istifadə və icarə hüquqları bilavasitə satıldıqda, alqı-satqı tərəflər arasında bağlanılmış və notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavilələri əsasında həyata keçirilir. Torpaq sahəsinin alqı-satqısının qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. 34. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanunu Maddə
6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.3. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edil məklə istifadəyə və icarəyə verilir. Maddə
7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.1.3. hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına az yararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqlar; 7.1.4. qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaqlar. 7.2. Ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, elə cə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. 35. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli Qərarı “Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİ hissəsi baxımından "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 15-ci maddəsində nəzərdə tutulan hüquqların dövlət qeydiyyatına alınmasından imtina hallarının bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğun təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlər də torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər.
36. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübah isə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar q əbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
37. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
38. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
39. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessu al hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
40. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunveric iliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
41. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apelyasiya məhkəməsi işə kassasiya qaydasında baxmış Ali Məhkəmənin göstərişlərini icra edərək, hazırkı mübahisə üzrə zəruri olan həcmdə işin hallarının tam və hərtərəfli araşdırılmasını təmin etmiş, eləcə də Ali Məhkəmənin qərarında ifadə olunmuş hüquqi mövqeyə və formalaşmış məhkəmə təcrübəsinə uyğun qərar qəbul etmişdir.
42. Qanunvericiliyin yuxarıda istinad olunan n ormaları baxımından mübahisəli torpaq sahəsi ( 2 ha torpaq sahəsinin 1,41 ha (1,03 ha+0,38 ha) hissəsi) üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
43. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tə tbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
44. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə cavabdehin imtina məktubunda, eləcə də iddiaya qarşı etirazında və kassasiya şikayətində qeyd olunan hallara sadəcə olaraq istinad etməsi iddiaçının hüququnun reyestrdə qeydiyyata alınmasından imtina üçün yetərli sayıla bilməz. Cavabdeh istinad etdiyi həmin halları sübut etməyə və bununla bağlı sübutetmə vasitələrini məhkəməyə təqdim etməyə borcludur. Baxılan işdə torpaq sahəsinin mübahisəli hissəsinin ilkin alıcıya, eləcə də iddiaçıya satılan zaman kənd təsərrüfatına yararlı olması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut və əsaslı sənəd məhkəməyə təqdim olunmamışdır.
45. Əksinə, həmin dövrdə səlahiyyətli dövlət orqanı olan Dövlət Torpaq və Xəritəç əkmə Komitəsinin İsmayıllı rayon şöbəsi bələdiyyənin şərti-yararsız torpaq sahəsindən 2 ha torpaq sahəsinin X1 etiraz etmədiyini bildirmiş və bu barədə müvafiq rəy vermişdir. Başqa sözlə, səlahiyyətli dövlət orqanı torpaq sahəsi ayrılan zaman onun mülkiyyətə verilə bilən torpaq kateqoriyasına aid olduğunu təsdiq etmişdir.
46. Bundan əlavə, Talıstan Bələdiyyəsi ilə X11 arasında 2 ha torpaq sahəsinin alqısatqısına dair tərtib edilmiş akt xx.xx.2004-cü il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsində 437/22 nömrə ilə qeydiyyata alınmışdır.
47. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən həmin sənədlərin mötəbərliyini şübhə altına alan hər hansı sənəd və ya sübut məhkəməyə təqdim olunmamışdır. Bu mənada iddiaçının həmin torpaq sahəsini məhz mötəbərliyi şü bhə doğurmayan həmin etibarlı sənədlər əsasında əldə etdiyi iş üzrə materiallarla təsdiq olunur.
48. Beləliklə, hazırki qərarın 32-35-ci bəndlərində istinad olunan normaların tələbləri baxımından apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməli, kassasiya şikayəti təmin olunmadan, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(107)-202/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.