Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1955/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ailə başçısını itirməyə görə təyin edilmiş müavinətin bərpa edilməsi) 05.11.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və ailə başçısını itirməyə görə müavinətin dayandırıldığı tarixdən bərpa olunması” tə ləbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 mart 2025-ci il tarixli, 2-1(106)-66/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.
2. Biləsuvar rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(022)-480/2022 nömrəli qətnaməsi ilə xx.xx.2013-cü il tarixdə Biləsuvar rayon Bağbanlar kəndində anadan olmuş X6 İddiaçı övladlığa verilməsi və onun doğumu haqqında akt qeydində atası qrafasında X7, anası qrafasında isə İddiaçı adının yazılması qət edilmişdir. Həmin qətnamə xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir.
3. Sözügedən qətnamə əsasında X8 xx.xx.2013-cü il tarixli, 1101 1037 nömrəli doğum haqqında akt qeydində müvafiq dəyişiklik edilmiş və ona doğum haqqında yeni şəhadətnamə verilmişdir. Həmin sənədlərdə də iddiaçının atası olaraq X14 qeyd edilmişdir.
4. İddiaçı tərəfindən övladlığa götürülmüş X12 cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən ailə başçısını itirməyə görə sosial müavinət təyin edilmişdir.
5. Sonradan cavabdeh tərəfindən iddiaçının oğlu X12 təyin edilmiş ailə başçısını itirməyə görə sosial müavinət işi üzrə təqdim olunmuş övladlığa götürmə haqqında şəhadətnamədə ata bölməsində onun mərhum X5nun adının qeyd edilmədiyi və Biləsuvar rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(022)-480/2022 nömrəli qətnaməsinin X7 vəfatından (xx.xx.2021-ci il tarixindən) sonra qüvvəyə mindiyi əsas gətirilərək, X12 təyin edilmiş ailə başçısını itirməyə görə s osial müavinət xx.xx.2023-cü il tarixli, 3-17-1/1E57535/2023 nömrəli qərarla dayandırılmışdır.
6. İddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubla qeyd edilən səbəblərə istinadən oğlu X12 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün 660 manat vəsaitin artıq ödənildiyinin müəyyən olunduğu bildirilmiş, ondan həmin vəsaitin geri qaytarılması xahiş edilmiş, əks halda qanunvericiliyə uyğun tədbirlər görüləcəyi barədə ona xəbərdarlıq olunmuşdur.
7. İddiaçı cavabdehə müraciət edərək, oğlu X12 təyin edilmiş ailə başçısını itirməyə görə sosial müavinətin bərpa olunmasını xahiş etmiş, lakin cavabdeh qeyd edilən səbəblərə istinadən X12 ailə başçısını itirməyə görə müavinətin təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyini bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/1E-57535/2023 nömrəli qərarının ləğv edilməsi və X12 təyin edilmiş ailə başçısını itirməyə görə müavinətin dayandırıldığı tarixdən bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1991-ci il tarixdə X14 ilə rəsmi nikaha daxil olmuş, birgə nikahları dövründə 6 uşaqları doğulmuş olsa da, hamısı körpə yaşlarında vəfat etmişdir. Övladlarının olmaması səbəbindən ərinin qardaşı X13 ilə X4 birgə nikahlarından xx.xx.2013-c ü il tarixdə doğulmuş X9 doğulduğu gündən faktiki övladlığa götürüb saxlamışlar. X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Ərinin vaxtsız vəfat etməsi səbəbindən övladlığa götürmənin rəsmiləşdirilməsi yarımçıq qalmışdır. Bu səbəbdən də Biləsuvar rayon Məhkəməsinə müraciət edərək xx.xx.2013-cü il təvəllüdlü X15 onun övladlığına verilməklə, doğum haqqında akt qeydləri kitabında uşağın ata adı qrafasında X7 və ana adı qrafasında İddiaçı adının yazılması barədə qətnamə çxarılmasını xahiş etmişdir. Biləsuvar rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(022)480/2022 nömrəli qətnaməsi ilə onun iddiası təmin edilmişdir. Cavabdeh tərəfindən onun oğlu X12 ailə başçısını itirməyə görə sosial müavinət təyin edilsə də, sonradan əsassız olaraq dayandırılmışdır. O, həmin sosial müavinətin bərpası bar ədə cavabdehə müraciət etsə də, müraciəti təmin olunmamışdır.
10. Cavabdeh iddiaya qarşı etirazında imtinasının dəlillərinə istinad etmiş və iddianın təmin olunmamasını xahiş etmişdir.
11. Şirvan İnzibati Məhkəməsinin (hakim: Amilya Hüseynova) 30 iyul 2024-cü il tarixli, 2-1(120)-757/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/1E-57535/2023 nömrəli qərarı ləğv edilmiş, iddiaçının övladı X12 təyin edilmiş ailə başçısını itirməyə görə müavinətin dayandırıldığı vaxtdan bərpa edilməsi və həmin vaxtdan ödənilməmiş müavinətin məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh imtina məktubunda X8 övladlığa götürülməsi haqqında şəhadətnamədə ata bölməsində iddiaçının mərhum X5nun adının qeyd edilmədiyini bildirmişdir. Lakin Biləsuvar rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(022)-480/2022 nömrəli qanuni qüvvəsini almış qətnaməsi ilə xx.xx.2013-cü il tarixdə Biləsuvar rayon Bağbanlar kəndində anadan olmuş X2 Təranə Meyxoş qızına övladlığa verilmiş və onun doğumu haqqında akt qeydində atası qrafasında X7, anası qrafasında isə İddiaçı adının yazılması qət edilmişdir. Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respubl ikasının bütün ərazisində hökmən icra olunmalıdır. Hazırkı işdə müavinətin dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda qanuni nümayəndə olaraq iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Qeyd edilənlərə əsasən, X12 təyin olunmuş ailə başçısını itirməyə görə müavinət dayandırıldığı vaxtdan bərpa edilməlidir.
13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
14. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Samir Həsənov /sədrlik edən və məruzəçi/, Fikrət Hüseynov və Qasım Əliyev) 11 mart 2025-ci il tarixli, 2-1(106)-66/2025 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdehin mövqeyinə görə Əsəd Eyvazov vəfat edərkən Sadiq Eyvazlı onun himayəsində olmadığından, onun övladlığına verilmədiyindən və doğum şəhadətnaməsində ata qrafasında Əsəd Eyvazov qeyd edilmədiyindən mərhum X22 Eyvazlının ailə başçısı sayıla bilməz. Cavabdeh imtina məktubunda X8 övladlığa götürülməsi haqqında şəhadətnamədə ata bölməsində mərhum X7 adının qeyd edilmədiyini bildirsə də, qanuni qüvvəsini almış Biləsuvar rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(022)-480/2022 nömrəli qətnaməsi ilə xx.xx.2013-cü il tarixdə Biləsuvar rayon Bağbanlar kəndində anadan olmuş X2 Təranə Meyxoş qızına övladlığa verilmiş və onun doğumu haqqında akt qeydində atası qrafasında X7, anası qrafasında isə İddiaçı adının yazılması qət edilmişdir. Həmin qətnamənin əsaslandırma hissəsindən görünür ki, X15 anadan olduğu andan İddiaçı himayəsində yaşamışdır. Uşağın bioloji valideynləri uşaqla birlikdə yaşamamış, onun tərbiyəsində və saxlanılmasında hər hansı formada iştirak etməmiş, uşağa valideynlik qayğısı və diqqəti göstərməmişdirlər. Hə min müddətdə uşağın saxlanması və tərbiyəsi ilə əlaqədar bütün tədbirlər İddiaçı tərəfindən həyata keçirilmişdir.
16. Məhkəmə kollegiyası işin faktiki hallarına əsaslanaraq qeyd edir ki, iddiaçı ilə X14 arasında xx.xx.1991-ci il tarixindən rəsmi nikah bağlandığından, onlar bir ailə kimi X7 öldüyü xx.xx.2021-ci ilə qədər birlikdə Biləsuvar rayon Dərvişli kəndində yaşadığından və X15 anadan olduğu vaxtdan onlar ilə birgə həmin ünvanda yaşadığından, bütün maddi və mənəvi ehtiyacları bir valideyn kimi X14 ilə İddiaçı tərəfindən təmin edildiyindən, daha sonra məhkəmənin qətnaməsinə əsasən X10 məxsus doğum haqqında şəhadətnamədə atası qrafasında X7 adı yazıldığından, sonuncunun ölümü ilə əlaqədar X10 ailə başçısını itirməyə görə müavinət təyin edilməlidir.
17. Bütün qeyd edilənlərdən çıxış edərə k məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, övladlığa götürmə X7 ölümündən sonra baş tutsa da, X1 (doğulduğu andan) bir övlad kimi onun himayəsində və qayğısında olmuş, sadəcə olaraq sağlığında bunu rəsmiləşdirməmişdir. Bununla belə, X3 məhkəmənin qətnaməsi ilə iddiaçının övladlığına verilmiş və onun doğum haqqında akt qeydində ata adı qrafasında mərhum X7 adının yazılması müəyyən edilmişdir. X8 onu körpəlikdən övladlığa götürən X14 ilə İddiaçı himayəsində olmasının mötəbər sübutlarla təsdiq olunmasına baxmayaraq, bununla bağlı rəsmiləşmənin gec, yəni ailə başçısının (X7) ölümündən sonra həyata keçirilməsinə təsadüf etməsi halında rəsmiləşdirmənin (məhkəmə qətnaməsinin qəbul edildiyi) tarixinə üstünlük verilməsi, həddən artıq formalizmə səbəb olmaqla, məzmunun formadan üstünlük təşkil et məsi prinsipi ilə, eləcə də ədalətlilik və mütənasiblik prinsipləri ilə ziddiyyət yaratmış olardı.
18. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
19. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi mə qsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; Maddə 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər – əlilliyi olan şəxslər “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. Maddə 2.1. Sosial müavinətlər haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşlar ı bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Maddə 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1. aylıq müavinətlər: 4.0.1.5. ailə başçısını itirməyə görə müavinət; Maddə 7.0. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.5. ailə başçısını itirməyə görə müavinət: 7.0.5.1. əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda. Maddə 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olma yaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.4. ailə başçısını itirməyə görə müavinət: 9.1.4.1. vəfat etmiş şəxsin uşaqlarına – 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla); 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 16.1. Övladlığa götürənlərin doğma valideynlərlə, övladlığa götürülənlərin isə doğma uşaqlarla bir səviyyədə əmək pensiyası hüququ vardır. 23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayət lərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlum at verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbu l edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, döv lət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən s ənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardad ı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan l azımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyy ən edilməmişdir.
28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılm ası təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi oğlu X12 təyin edilmiş ailə başçısını itirməyə görə sosial müavinətin dayandırılmasına dair cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/1E-57535/2023 nömrəli qərarının ləğv edilməsinə və sözügedən sosial müavinətin dayandırıldığı tarixdən bərpa olunmasına nail olmaqdan ibarətdir.
31. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının həmin məzmunda iddia tələbinin təmin olunması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunve riciliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
32. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman i nzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.567.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.
33. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmə k imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.
34. Mübahisəyə dair iş üzrə materiallardan müəyyən edilir ki, iddiaçının oğluna ailə başçısını itirməyə görə sosial müavinətin təyin edilməsi barədə inzibati aktın hüquqi qüvvəsini itirməsi və ya etibarsız sayılması ilə bağlı cavabdeh tərəfindən məhkəmələrə hər hansı sübut təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, cavabdehin həmin qərarı qüvvədə və etibarlıdır.
35. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanl andığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.
36. Bu baxımdan “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq formal mülahizələrə istinadla, həm də inzibati icraatdan kənar qaydada şəxsə sosial müavinətin ödənişini dayandırmaqda cavabdeh haqlı sayıla bilməz.
37. Qeyd olunmalıdır ki, sosial müavinətin dayandırılması əsaslarından hər hansı birini aşkar etdikdə, cavabdeh inzibati orqan bu qərarın 32-ci bəndində qeyd olunmuş qaydada əvvəlki qərarın qəbulu üzrə inzibati icraatı təzələməyə, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində sosial müavinət ödənişinin dayandırılmasına əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə icraatın sonunda bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, sosial müavinətin təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı.
38. Nəzərə alınmalıdır ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Qanunvericinin təsbit etdiyi bu tələblər eyni zamanda hüquqi dövlətdə qanunun aliliyi və qanunçuluq prinsiplərindən irəli gəlir. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən qanunun tələblərinə cavab verən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə, məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir.
39. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun və əsaslıdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 mart 2025-ci il tarixli, 21(106)-66/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.