Məhkəmə qərarları › İş №2-1(102)-1956/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1956/2022

06.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1956/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlaka hüquqa dair arayışın verilməsi) 06.12.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 iyun 2022-ci il tarixli, 2-1(103)-926/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi tərəfindən verilmiş 14 avqust 2018-ci il tarixli, N-400 №-li arxiv arayışına görə, Azərbaycan Respublikası Dövlət Tarix Arxivi üzrə Türkan məscidinin sənədlərində Salman Qılman oğlunun doğum tarixinə dair məlumat aşkar edilmişdir. Doğum tarixi: 1875-ci il (sənəddə olduğu kimi ay və gün qeyd olunmayıb). Valideynləri: atası-X1 və anası Gülnisə (sənəddə olduğu kimi).

2. Azərbaycan Respublikasının Dövlət Arxivinin 30 avqust 2018-ci il tarixli, M-117 №-li arxiv arayışına görə, Azərbaycan Respublikası Ədliyyə Naz irliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi arxiv fondunda mühafizə edilən sənədlərində 19261932-ci illərə dair Bakı şəhəri Türkan kəndi üzrə doğum haqqında bərpa kitablarında (ayı, günü qeyd olunmayıb) 1921-ci ildə doğulan (soyadı qeyd olunmayıb) Baba Salman oğlunun təvəllüdü qeyd olunur. X10 və anası Bibixanım Əlihüseyn qızı.

3. Bakı şəhəri, 12 №-li Dövlət Notariat Kontorunda təsdiq edilmiş 13 avqust 1991-ci il tarixli vəsiyyətnaməyə əsasən ünvan 1 ünvanında yaşayan X8 öz mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən şəxsi evini oğlu İddiaçı bağışlamışdır.

4. Bakı şəhəri, Yasamal rayonu VVAQ Şöbəsi tərəfindən verilmiş 8 sentyabr 1998-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X8 31 avqust 1998-ci ildə ölmüşdür.

5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 15 ya nvar 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, X14 və ya Salman Qılman oğlunun, həmçinin X4 adlarına Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, S Xanlar küçəsi, dalan 4, 1 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək cavabdehin üzərinə Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4-də yerləşən 1 saylı evin və həmin evin həyətyanı sahəsinin X6 (Baba Salman oğlu) məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

7. İddia onunla əsaslandırılmışdı r ki, X2 31 avqust 1998-ci ildə vəfat etmişdir. Atası vəfat edəndən sonra ondan miras qalmış və faktiki olaraq onun tərəfindən miras əmlak kimi qəbul edilmiş Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4-də yerləşən 1 saylı ev və həmin evin həyətyanı sahəsi onun istifadəsində və sahibliyindədir. X2 vəfat edəndən xeyli müddət sonra həmin evə dair sənədləşməni adına rəsmiləşdirmək üçün vərəsə olaraq ərizə ilə Bakı şəhəri 19 saylı Notariat Kontoruna rəsmi müraciət etmiş və 21 fevral 2019-cu il tarixdə həmin notariat kontorunda vərəsəlik işi açılaraq vərəsələrin dairəsi müəyyən olunmuşdur. X2 ondan miras qalmış Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4-də yerləşən 1 saylı evə və həmin evin həyətyanı sahəsinə, yəni daşınmaz əmlak üzərində faktiki olaraq mülkiyyət və ya dig ər əşya hüququnu əldə etmiş şəxs olsa da həmin hüququ təsdiq edən çıxarış almadan ölmüş və bu səbəbdən də hal-hazıradək vərəsəlik hüquqları rəsmiləşdirilməmiş qalmışdır. Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4-də yerləşən 1 saylı ev və həmin evin həyətyanı sahəsinin atasına məxsus olmasını təsdiq edən arxiv sənədlərini, qohumluq münasibətlərini təsdiq edən doğum və ölüm sənədlərinin surətlərini rəsmi qaydada cavabdeh təşkilata təqdim etmiş və həmin ərizəsi ilə xahiş etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci və 4.3-cü maddəsinə əsasən həmin evə və torpaq sahəsinə dair dövlət arxivində saxlanılan rəsmi sənədlərin tələb edilməsini, həmin sənədlər əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qan ununun 22.2-ci maddəsinə görə həmin əmlakın, yəni Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4-də yerləşən 1 saylı evə dair hüququn (həyətyanı sahədə daxil olmaqla) ölmüş şəxsə, yəni X6 məxsus olmasına dair arayış verilsin. Cavabdeh təşkilata verdiyi rəsmi ərizəyə 15 yanvar 2021-ci il tarixdə, **********12 saylı məktubla cavab verilmiş və həmin cavab məktubu ilə ərizədə göstərdiyi tələblər əsassız olaraq yerinə yetirilməmiş, faktiki olaraq tələbini həyata keçirməkdən imtina etmişdir. Belə ki, cavab məktubun məzmunu ilə onlara ünvanladığı ərizənin məzmununa baxdıqda məlum olur ki, cavabdeh təşkilat ümumiyyətlə ərizənin məzmununa uyğun cavab verməmişdir. Yazılmış cavab məktubunda qeyd edilir ki, 14 dekabr 2020-ci il tarixli ərizəyə baxıldığını, X9 və ya Salman Qılman oğlu, həmçinin X4 adına Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4-də yerləşən 1 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat (sənəd) aşkar edilməmişdir. Baxmayaraq ki, ərizədə həmin ünvanda yerləşən evin mərhum X2na məxsus olmasını, onun adına qeydiyyatdan keçməsini və həmin sənədlərin dövlət arxivində saxlanıldığını qeyd etmişdir.

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsaslarına görə elektron kadastr məlumatına əsasən sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Türkan Üzümçülük sovxozunun ərazisində yerləşmişdir. Həmçinin torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun sənədlər təqdim edilməmişdir. Bundan əlavə X14 və ya Salman Qılman oğlunun, həmçinin X4 adlarına Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4, 1 saylı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş, bu səbəbdən də həmin əmlak ilə bağlı məlumat (sənəd) İdarədə aşkar edilməmişdir. Yuxarıda qeyd olunanlarla bağlı İddiaçı **********67 qeydiyyat nömrəli, 4 iyul 2018-ci il tarixli, **********12 qeydiyyat nömrəli, 15 yanvar 2021-ci il tarixli məktublar ünvanlanmışdır.

9. Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialı tərəfindən iddiaçıya ünvanlanmış 06 avqust 2018-ci il tarixli, 2174 saylı arxiv arayışından görünür ki, həqiqətən keçmiş Bakı şəhər XDS İK-nin torpaq şöbəsinin Dövlət Arxivinin Bakı filia lında saxlanılan Mərdəkan, Qala, Türkan, Binə, Kişlə, kəndləri ərazisində həyətyanı bağ sahələrinin dəyişdirilməsi üzrə xx.xx.1939-cu il tarixli aktlar kitabında SSRİ X5 “Kolxozçulara ictimai torpaqlarını dağıdılmaqdan mühafizə etmək tədbirləri” haqqındakı xx.xx.1939 saylı qərarına əsasən kolxozçuların, tək təsərrüfatçıların və qeyri kolxoz üzvləri olmayanların Türkan kəndi Stalin adına kolxozun üzvlərinə ayrılmış torpaq sahələrinin 0,25-dən 0,30 hektara qədər aparılması barədə tərtib olunmuş kitabın 317 saylı saxlama vahidinin 109-cı səhifələrinin 151/322-ci sıra sayında Baba Səlman oğluna ayrılmış torpağın ümumi sahəsi 039, o cümlədən yaşayış binası altında 001 olmaqla evin yanında uzunluğu 37 eni 21, sahəsi 007, qeyri yerlərdə sahə 032 uzunluğu 127 eni 25 artıq 031 olması barədə müvafiq qeydiyyatlar vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan 4 ünvanlanmış 12 avqust 2021-ci il tarixli, 679 saylı məktubdan görünür ki, 31 avqust 1998-ci il tarixdə vəfat etmiş X13 (Baba Səlman) oğlunun miras qalmış əmlakına dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri, 19 saylı notariat ofisinə oğlu İddiaçı tərəfindən müraciət daxil olmuşdur. X13 (Baba Səlman) oğlunun vəfat etməsi ilə əlaqədar vərəsənin ərizəsi əsasında xx.xx.2019-cu il tarixdə tərəflərindən vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq sənədləşdirmə aparılması üçün mərhum X13 (Baba Səlman) oğlunun adına Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4, ev 1 ünvanına dair çıxarış və ya texnik i pasportun verilməsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə xx.xx.2019-cu il tarixdə sorğu göndərilmişdir. Yuxarıda göstərilən ünvana dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış verilməmişdir. Mərhum X13 (Baba Səlman) oğlunun adına çıxarışın (mülkiyyət hüququ təsdiq edən sənəd) olmadığından İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir.

10. İdarə tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********62 saylı məktubdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4, 1 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.

11. Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, BA-02492-2021 saylı məkt ubundan görünür ki, həqiqətən keçmiş Bakı şəhər XDS İK-nin torpaq şöbəsinin Dövlət Arxivinin Bakı filialında saxlanılan Mərdəkan, Qala, Türkan, Binə, Keşlə kəndləri ərazisində həyətyanı bağ sahələrinin dəyişdirilməsi üzrə xx.xx.1939-cu il tarixli aktlar kitabında SSRİ X5 “Kolxozçulara ictimai torpaqlarını dağıdılmaqdan mühafizə etmək tədbirləri” haqqındakı xx.xx.1939 saylı qərarına əsasən, kolxozçuların, tək təsərrüfatçıların və qeyri kolxoz üzvləri olmayanların Türkan kəndi Stalin adına kolxozun üzvlərinə ayrılmış torpaq sahələrinin 0,25-dən 0,30 hektara qədər aparılması barədə tərtib olunmuş kitabın 317 saylı saxlama vahidinin 109-cı səhifələrinin 151/322-ci sıra sayında Baba Səlman oğluna ayrılmış torpağın ümumi sahəsi 039, o cümlədən yaşayış binası altında 001 olmaqla evin yanında uzun luğu 37 eni 21, sahəsi 007, qeyri yerlərdə sahə 032 uzunluğu 127 eni 25 artıq 031 olması barədə müvafiq qeydiyyatlar vardır

12. Azərbaycan Respublikası Bakı Şəhəri Xəzər Rayonu Türkan Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 40 nömrəli məktubdan görünür ki, Türkan qəsəbəsi, Xanlar küçəsi, 4 saylı dalanda yerləşən fərdi həyətyanı sahə İddiaçı istifadəsindədir birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

13. Bakı İnzibati Məhkəməsinin (hakim Ş.A.Həsənova) 21 oktyabr 2021-ci il tarixli, 21(112)-4057/2021 nömrəli qərarı ilə iddia təmin edilərək Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4-də yerləşən 1 saylı evin və həmin evin həyətyanı sahəsinin X6 (Baba Salman oğluna) məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi vəzifəsinin cavabd eh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4, ev 1 ünvanındakı ev və onun həyətyanı sahəsi iddiaçının mərhum X2na qanuni əsaslarla ayrılmışdır və sonuncu həmin həyətyanı torpaq sahəsinin qanuni istifadəçisi olmuşdur. 1996-cı il tarixli “Torpaq islahatı haqqında” Qanunun 9-cu və 10-cu maddələrinə görə həmin torpaq sahəsi qanuni istifadəçi kimi X4 mülkiyyətinə keçmişdir. İşin faktiki hallarına görə isə X8 həmin həyətyanı torpaq sahəsinin və orada yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət hüquqlarını qeydə almadan 31 avqust 1998-ci ildə ölmüşdür. Bundan əlavə cavabdeh inzibati orqanın özünün də qeyd etdiyi kimi həmin torpaq sahəsi elektron kadastr məlumatlarına əsasən Türkan Üzümçülük sovxozunun ərazisində yerləşir ki, bu da mübahisəli ərazi ilə bağlı 1939-cu ildə verilmiş qərarın həmin dövrdə səlahiyyətli olan orqan tərəfindən verildiyini bir daha təsdiq edir. Cavabdehin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinasında göstərilən əsasların heç biri “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində göstərilməmişdir.

15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası nın (hakimlər A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.S.Hüseynov, 17 iyun 2022-ci il tarixli, 21(103)-926/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2-1(112)-4057/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

19. İddiaçı ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyya ta alınması ilə bağlı 5 iyun 2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmişdir.

20. Aparılan araşdırma zamanı müəyyən olmuşdur ki, torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında qeyd olunan sənədlərdən hər hansı biri təqdim edilməmişdir.

21. Bakı Apellyasiya Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 2-1(103)-926/2022 saylı qərarı daxil olduqdan sonra İdarənin mütəxəssisləri tərəfindən torpaq sahəsi və üzərində yerləşən tikiliyə texniki baxış keçirilmiş və daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktı tərtib edilmişdir. Həmin akta əsasən torpaq sahəsi üzərində fərdi yaşayış evi mövcuddur. Həmin fərdi yaşayış evi 3 otaqdan ibarətdir və 2 otağın damı uçmuşdur (yaşayış üçün yararsızdır). İddiaçı tərəfindən göstərilən torpaq sahəsinin ölçüsü 1066 kv.m-dir. Həmin torpaq sahəsinin 281 kv.m hissəsi (Üzərində tikili mövcuddur. Qeyriyaşayış binası kimi istifadə olunur) digər fiziki şəxs (X7) tərəfindən hasarlanaraq istifadə olunur. Elektron kadastr məlumatlarına əsasən sözügedən torpaq sahəsi Türkan üzümçülük sovxozunun ərazisidir.

22. Şikayətin maddi hüquqi əsası kimi Torpaq Məcəlləsinin 55, 67, 68-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2, 8.0.9.1, 8.0.10.2, 11. 1, 23-cü maddələrinə istinad edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsi: Maddə

11. Torpağın xüsusi mülkiyyətə verilməsi şərtləri... Bu Məcəllə qüvvəyə minənədək vətəndaşların qanuni istifadəsində olmuş həyətyanı sahə, fərdi mənzil, fərdi bağ və fərdi qaraj tikintisi üçün torpaq sahələri onların xüsusi mülkiyyətinə keçirilir.... 24. “Torpaq islahatı haqqında” Qanun: Maddə

9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə

8. Daşınmaz əmlak üzərində hüquql arın dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

26. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Mad də

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Şikayətdə apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edil diyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkə mələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

31. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə dair qanunvericilikdə qeyd olunan sənədlərdən hər hansı biri təqdim edilməmişdir. İddiaçının iddia etdiyi torpaq sahəsinin bir hissəsi digər fiziki şəxs tərəfindən hasarlanaraq istifadə edildiyindən X7 i ş üzrə üçüncü şəxs kimi cəlb edilməlidir.

33. Məhkəmə kollegiyası şikayətin həmin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, Bakı şəhəri, 12 №-li Dövlət Notariat Kontorunda təsdiq edilmiş xx.xx.1991-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, ünvan 1 ünvanında yaşayan X8 öz mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən şəxsi evini oğlu İddiaçı bağışlamışdır.

34. Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş arayışlara əsasən həqiqətən keçmiş Bakı şəhər XDS İK-nin torpaq şöbəsinin Dövlət Arxivinin Bakı filialında saxlanılan Mərdəkan, Qala, Türkan, Binə, Keşlə kəndləri ərazisində həyətyanı bağ sahələrinin dəyişdirilməsi üzrə xx.xx.1939-cu il tarixli aktlar kitabında SSRİ X5 “Kolxozçulara ictima i torpaqlarını dağıdılmaqdan mühafizə etmək tədbirləri” haqqındakı xx.xx.1939 saylı qərarına əsasən kolxozçuların, tək təsərrüfatçıların və qeyri kolxoz üzvləri olmayanların Türkan kəndi Stalin adına kolxozun üzvlərinə ayrılmış torpaq sahələrinin 0,25-dən 0,30 hektara qədər aparılması barədə tərtib olunmuş kitabın 317 saylı saxlama vahidinin 109-cı səhifələrinin 151/322-ci sıra sayında Baba Səlman oğluna ayrılmış torpağın ümumi sahəsi 039, o cümlədən yaşayış binası altında 001 olmaqla evin yanında uzunluğu 37 eni 21, sahəsi 007, qeyri yerlərdə sahə 032 uzunluğu 127 eni 25 artıq 031 olması barədə müvafiq qeydiyyatlar vardır.

35. Beləliklə, iddia olunan həyətyanı sahənin iddiaçının sələfinin istifadəsinə qanuni əsaslarla verildiyi mübahisələndirilməli deyil. 36. 9 noyabr 1991-ci il tarixli T orpaq Məcəlləsinin 11-ci maddəsinin ikinci hissəsinin tələbindən də göründüyü kimi, həmin Məcəllə qüvvəyə minənədək vətəndaşların qanuni istifadəsində olmuş həyətyanı sahə, fərdi mənzil, fərdi bağ və fərdi qaraj tikintisi üçün torpaq sahələri onların xüsusi mülkiyyətinə keçirilir.

37. Eyni ilə, “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinin tələbinə görə, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

38. İddiaçının hüquq sələfi iddia olunan torpaq sahəsinə yuxarıda istinad edilən normalara əsasən mülkiyyət hüququ əldə etmişdir.

39. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin tələbinə görə, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir.

40. Beləliklə, iddiaçının yuxarıda istinad edilən normaların tələblərindən irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.

41. Torpaq sahəsinin bir hissəsinin digər fiziki şəxs (X7) tərəfindən hasarlanaraq istifadə olunduğuna dair şikayətin dəlilinə gəldikdə, işdə həmin şəxsin iddia olunan torpaq sahəsinə hər hansı hüququnun olduğunu təsdiq edən sübut yoxdur.

42. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Kassasiya şi kayətində istinad edilən dəlillər apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 iyun 2022-ci il tarixli, 21(103)-926/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar