Məhkəmə qərarları › İş №2-1(102)-1956/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1956/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1956/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: tikinti sahəsinə düşən torpaq sahəsi üçün kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “Ucar rayonu Qaracallı kəndində yerləşən 0,61 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,58 ha hissəsi boru kəmərinin altına və mühafizə zolağına düşdüyü üçün onlara 30000 manat məbləğində kompensasiya və 7 il müddət ərzində torpaq sahələri onlara təhvil verilmədiyi üçün mülkiyyətlərindən məhrum olduqlarına görə 20000 manat zərərin əvəzinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 aprel 2023-cü il tarixli, 2-1(107)-240/2023 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Torpağa mülkiyyət hüququna dair JN-642, kod 90411038 nömrəli dövlət aktına əsasən Ucar rayonu Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli, 17 nömrəli qərarı ilə Ucar rayonu, Qaracallı kəndində İddiaçı1, İddiaçı2, X3, X5, X2 və X1 təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 0,61 hektar torpaq sahəsi verilmişdir.

2. Torpaq mülkiyyətçisi İddiaçı2 və Azərbaycan Respublikası adından Cavabdeh arasında bağlanmış 24 sentyabr 2014-cü il tarixli icarə müqaviləsinə əsasən təsir ərazisinə düşən ərazi 0,61 ha təşkil edir, CQBKG layihəsi üzrə kompensasiya məbləği 2237 manat müəyyən edilmiş, icarə müqaviləsi onun imzaladığı tarixdən qüvvəyə minmiş və ona istismar müddətinin sonuncu günündə xitam verilir.

3. Cavabdeh tərəfindən iddiaçılara ünvanlanmış 14 aprel 2022-ci il tarixli məktubla iddiaçının iddia tələbi ilə eyni məzmunlu ərizəsi araşdırılaraq bildirilmişdir ki, 15 mart 1999cu il tarixli JN 0642 nömrəli torpağa dair mülkiyyət sənədlərinə əsasən iddiaçının (ailə üzvləri ilə birgə) xüsusi mülkiyyətində olan torpaq sahəsinin X10 Kəmərinin Genişləndirilməsi Layihəsi çərçivəsində genişləndirilən boru kəmərinin tikintisinin təsirinə məruz qalması ilə bağlı iddiaçılara Azərbaycan Respublikası adından çıxış edən Cavabdeh arasında 24 sentyabr 2014-cü il tarixli icarə müqaviləsi imzalanmış və onlara həmin müqavilə əsasında kompensasiya ödənilmişdir. Ucar Rayonu İcra Hakimiyyəti tərəfindən iddiaçıların mülkiyyətində olan torpaq sahəsində heç bir tikinti işləri aparılmamış, onlara məxsus torpaq sahəsi yararsız hala salınmamışdır. Ucar Rayonu İcra Hakimiyyəti tərəfindən mülkiyyətlərində olan torpaq sahəsi həmin vaxt Sizə təhvil verilmişdir. Torpaq sahəsində Azərbaycan Respublikası ərazisində inşa edilən X10 Kəmərinin Genişləndirilməsi Layihəsi ilə əlaqədar tikinti işləri “BP Eksploreyşn (Şah Dəniz) Limited” şirkəti tərəfindən aparılmışdır və həmin şirkət təsir altına düşən torpaq sahəsinə görə kompensasiya ödəmişdir. Sonuncu müqaviləyə İddiaçı2 imza etmədiyi üçün ona hesablanmış 232 manat kompensasiyanı almamışdır. Narazılıqlar, eləcə də kompensasiya və dəymiş zərərin ödənilməsi ilə bağlı “BP Eksploreyşn (Şah Dəniz) Limited” şirkətinə müraciət edə bilərlər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Ucar Rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli 17 nömrəli qərarı ilə onlara və ailə üzvlərinə verilmiş Ucar rayonun Qaracallı kəndində yerləşən 0,61 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,58 ha hissəsi boru kəmərinin altına və mühafizə zolağına düşdüyü üçün onlara 30000 manat məbləğində kompensasiya və 7 il müddət ərzində torpaq sahələr i onlara təhvil verilmədiyi üçün mülkiyyətlərindən məhrum olduqlarına görə 20000 manat zərərin əvəzinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddianın əsaslandırması:

5. İddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı JN-642 nömrəli Dövlət Aktı ilə ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0.61 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.38 ha hissəsinin boru kəmərinin keçdiyi əraziyə düşdüyünü bildirərək həmin torpaq sahəsindən istifadəyə görə kompensasiyanın hesablanaraq ödənilməsi üçün cavabdeh orqana müraciət etmiş, sonuncu sözügedən torpaq sahəsinin X10 Kəmərinin Genişləndirilməsi Layihəsi çərçivəsində genişləndirilən boru kəmərinin tikintisinin təsirinə məruz qalması ilə bağlı Cavabdeh arasında 24 sentyabr 2014-cü il tarixli icarə müqaviləsi imzalanması və həmin müqavilə əsasında kompensasiyanın ödənilməsini, həmin torpaq sahəsində heç bir tikinti işlərinin aparılmamasını, torpaq sahəsinin yararsız hala salınmamasını və torpaq sahəsinin həmin vaxt təhvil verilməsini bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Həmçinin bildirilmişdir ki, torpaq sahəsində Azərbaycan Respublikası ərazisində inşa edilən X10 Kəmərinin Genişləndirilməsi Layihəsi ilə əlaqədar tikinti işləri “BP Eksploreyşn (Şah Dəniz) Limited” şirkəti tərəfindən aparılmış və həmin şirkət təsir altına düşən torpaq sahəsinə görə kompensasiya ödəmişdir. Cavabdehin etirazları:

6. Cavabdeh iddia tələbinə etirazda qeyd etmişdir ki, Azərbaycan Respublikası ərazisində inşa edilən X10 Kəmərinin Genişləndirilməsi Layihəsinin tə siri altına düşən torpaqlarla bağlı Cavabdeh, “BP Eksploreyşn (Şah Dəniz) Limited” şirkəti və Qaracallı kənd sakini İddiaçı2 arasında 24 sentyabr 2014-cü il tarixdə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı2 mülkiyyətində olan 0,610 ha torpaq sahəsinin 0,061 ha hissəsi tikinti dəhlizi altına düşmüş və ona 2237 (iki min iki yüz otuz yeddi) manat kompensasiya hesablanaraq İddiaçı2 “BP Eksploreyşn (Şah Dəniz) Limited” şirkəti tərəfindən ödənilmişdir. Müqaviləyə əsasən tikinti dəhlizində tikinti işləri başa çatdıqdan sonra rekultivasiya işləri aparılması və torpağın əvvəlki vəziyyətinə qaytarılması nəzərdə tutulmuşdur ki, həmin tədbirlər də görülərək torpaq sahəsi mülkiyyətçiyə təhvil verilmişdir. Həmçinin, mülkiyyətçinin şikayəti əsasında 19 may 2016-cı ildə mülkiyyətçinin iştirakı ilə yenidən araşdırma aparılmış, şikayətçi narazılığının olmadığını bildirmiş və tərtib edilmiş aktı imzalamışdır. Əlavə olaraq qeyd etmişdir ki, iddiada kompensasiya məbləğinin düzgün hesablanmadığı, müqavilə şərtlərinə əməl edilmədiyi, yəni torpaq sahəsi yararlı hala salınıb onlara qaytarılmadığı üçün İddiaçı2 sonuncu müqaviləni imzalamadığı və hesablanmış 232 manat kompensasiyanı almadığı bildirilir. Bununla cavabdeh qeyd etmişdir ki, Ucar Rayonu İcra Hakimiyyəti tərəfindən qarşı tərəfin mülkiyyətində olan torpaq sahəsində heç bir tikinti işləri aparılmamış, onlara məxsus torpaq sahəsi yararsız hala salınmamış, ərazidə Azərbaycan Respublikası ərazisində inşa edilən X10 Kəmərinin Genişləndirilməsi Layihəsi ilə əlaqədar tikinti işləri “BP Eksploreyşn (Şah Dəniz) Limited” şirkəti tərəfindən a parılmışdır və həmin şirkət qarşı tərəfə təsir altına düşən torpaq sahəsinə görə kompensasiya ödəmişdir. Sonuncu müqaviləyə İddiaçı2 imza etməməsi və hesablanmış 232 manat kompensasiyanı almaması ilə bağlı bildiririk ki, bu qarşı tərəfin hüququdur və narazılıqları ilə bağlı iddiaçılar onlara məxsus torpaq sahəsindən hazırda istifadə edən “BP Eksploreyşn (Şah Dəniz) Limited” şirkətinə müraciət etməlidirlər. Cavabdeh tərəfindən iddiaçılarla bağlanmış müqavilə şərtlərinə əməl olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli 2- 1(116)-1385/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Ucar Rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli 17 nömrəli qərarı ilə verilmiş, faktiki olaraq istifadə etməli olduğu, JN-642 nömrəli Dövlət Aktında qeyd edilmiş 0.61 ha torpaq sahəsinin 0.0616 ha-dək hissəsi üçün kompensasiya tələb edə bilər ki, həmin hissədə kompensasiyanın ödənilməsi təmin edilmişdir. İddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi ona sənəd üzrə verilmiş torpaq sahəsi olmadığından və həmin torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən, faktiki istifadədə olan torpaq sahəsinin 0.38 ha hissəsinin neft kəmərinin təsir zonasına düşməsi iddiaçılara kompensasiyanın ödənilməsi üçün tələb hüququ vermir. Odur ki, cavabdeh orqanın iddiaçıların müraciətinin təmin edilməsindən imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

9. İddiaçılar həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və id dia tələbinin təmin olunmasını xahiş etmişlər. b. apellyasiya instansiyası məhkəməsində icraat

10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 aprel 2022-cü il tarixli, 2-1(107)-240/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli 2-1(116)-1385/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçılar həmin qərardan kassasiya şikayətləri verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONLARA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətləri oxşar məzmunda tər tib edilmişdir.

14. Şikayətlərin əsas dəlili ondan ibarətdir ki, cavabdehin İddiaçı2 ilə 24 sentyabr 2014-cü il tarixdə bağladığı müqavilə əsasında X10 Kəmərinin genişləndirilməsi layihəsi ilə bağlı tikinti işlərinin aparılaraq çəkilmiş boru kəmərinin istismarı iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin mühafizə zolağında yerləşən, icarəyə vermədikləri torpaq sahəsindən istifadə etmələrinə imkan vermir. Nəticədə iddiaçıların mülkiyyət hüququ pozulur. Lakin apellyasiya instansiyası məhkəməsi torpaq sahəsinin icarədə olan, borunun mühafizə zolağında yerləşən hissələrinin sahələrini müəyyən etmək üçün ekspertiza təyin etməmişdir.

15. Şikayətlərin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqın da” Azərbaycan Respublikası Qanununun 7.1 -ci və 7.2-ci maddələrinə, Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 58.7-ci, 97.1-ci maddələrinə istinad edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

16. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz verərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqu qunu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reye strində həyata keçirilir. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyə n edilmiş qaydada qəbul edilir. 246.3. torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. 246.5. bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı, həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da daxildir. 246.7. torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 18. “Torp aqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun: Maddə 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. Maddə 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Maddə 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifa dəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq xüsusi mülkiyyətdə olan torpaqlar və bələdiyyə mülkiyyətində olan torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər. Maddə 6.1. Torpaqları dövlət ehtiyacları üçün alan orqan (bundan sonra - alan orqan) bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir. Maddə 7.1 torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qala n, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Maddə 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Maddə 7.3. Bu Qanunun 7.1-ci maddəsi nəzərə alınmaqla, həmçinin bu Qanunun 11ci maddəsinin müddəalarına əməl etmək şərti ilə aşağıdakılar da alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər: -7.3.1. torpaqla bağlı dövlət qeydiyyatına alınmış mülkiyyət, istifadə və ya icarə hüquqlar ı olan, habelə qanunvericiliklə dövlət qeydiyyatı tələb olunmayan qanunauyğun istifadə və ya icarə hüquqları olan şəxslər; -7.3.2. siyahıya alma dövründə yazılı sənədlərlə təsdiq edilən torpaqla bağlı qanuni, lakin dövlət qeydiyyatına alınmamış mülkiyyət, istifadə və ya icarə hüquqları olan şəxslər (Bu Qanun qüvvəyə minənədək torpaq üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarının əmələ gəlməsi üçün əsas olan dövlət orqanının və bələdiyyənin aktlarının və müqavilənin qanunvericiliyin tələblərinə riayət etməməklə qəbul edilməsi və ya bağlanması şəxsin torpaqla bağlı hüquqlarının qanunsuz hesab edilməsi üçün əsas ola bilməz); Maddə 7.4. Bu Qanunun 7.3.1-7.3.4-cü maddələrində nəzərdə tutulmuş kateqoriyalara aid olan şəxslər bu Qanunun müddəalarına əsasən itirdikləri torpaqla bağlı kompen sasiya və digər yardımlarla təmin edilirlər. 19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.

20. İnzibati Prosessua l Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qəra rını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ 2

3. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsin in “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Qanunvericiliyin yuxarıda istinad olunan normalarının tələbləri baxımından iddiaçılara məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin boru kəmərinin altına və mühafizə zolağına düşdüyü üçün onlara kompensasiya və zərərin əvəzinin ödənilməsi üçün nəzərdə tutulmuş şərtlərin mövcudluğu ilə bağlı məsələni apellyasiya məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. İddiaçılar Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2020-ci il tarixli, 4609 nömrəli ekspert rəyinə istinad edərək boru kəmərinin tikintisinin təsirinə məruz qalan torpaq sahəsinin 0.38 ha olduğunu bildirirlə r. Lakin istinad olunan ekspert rəyində qeyd edilmişdir ki, 0.61 hektar torpaq sahəsinin elektron baza məlumatlarına əsasən 0.0616 hadək hissəsi neft kəmərini keçdiyi torpaq sahəsinə düşür. Sənəd üzrə olan torpaq sahəsi ilə iddiaçının naturada göstərdiyi torpaq sahəsi arasında konfiqurasiya uyğunsuzluğu var və iddiaçının naturada faktiki göstərdiyi torpaq sahəsi 0.56 ha təşkil edir və həmin sahənin 0.38 ha hissəsi boru kəmərinin keçdiyi əraziyə düşür.

28. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd edir ki, iddiaçılar Ucar Rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli 17 saylı qərarı ilə verilmiş, faktiki olaraq istifadə etməli olduğu, JN-642 nömrəli Dövlət Aktında qeyd edilmiş 0.61 ha torpaq sahəsinin 0.0616 ha-dək hissəsi üçün kompensasiya tələb edə bilər ki, h əmin hissədə kompensasiyanın ödənilməsi təmin edilmişdir (iddiaçılar özləri də bunu etiraf edirlər). İddiaçıların faktiki istifadə etdikləri torpaq sahəsi onlara sənəd üzrə verilmiş torpaq sahəsi olmadığından və həmin torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən, faktiki istifadədə olan torpaq sahəsinin 0.38 ha hissəsinin neft kəmərinin təsir zonasına düşməsi iddiaçılara kompensasiyanın ödənilməsi üçün tələb hüququ vermir. Odur ki, cavabdeh orqanın iddiaçıların müraciətinin təmin edilməsindən imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

29. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmi n edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 aprel 2023-cü il tarixli, 21(107)-240/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar