Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1957/2020 20.11.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər Rayon Şöbəsinə qarşı iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyan tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı Xanhüsyen oğlunun, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər Rayon Şöbəsinə qarşı “dəymiş maddi və mənəvi ziyan ın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-282/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1964-cü il tarixində anadan olmuş, hərbi xidməti vəzifəsini yerinə yetirən zaman İİ qrup əlil olmuşdur.
2. İddiaçı xx.xx.2018-ci il tarixində cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək sanatoriya kurort yollayışı ilə təmin olunmasını xahiş etmiş, cavabdeh xx.xx.2018ci il tarixində iddiaçının müraciətinə **********0 saylı məktubla cavab verərək bildirmişdir ki, iddiaçı “X1” sanatoriyasına yollayışla təmin olunmaq üçün xx.xx.2017-ci il tarixində qeydiyyata alınaraq xx.xx.2017-ci il tar ixində “X1” sanatoriyasına yollayışla təmin olunmuşdur. Nazirlik tərəfindən şöbəyə “X1” sanatoriyası üçün yollayış daxil olduqda iddiaçı növbəlilik qaydasında yollayış ilə təmin olunacaq.
3. İddiaçı daha sonra xx.xx.2019-cu il tarixində ərizə ilə cavabdeh orqana müraciət etmiş, cavabdeh xx.xx.2019-cu il tarixində iddiaçıya **********1 saylı məktub ünvanlayaraq bildirmişdir ki, iddiaçı ilk dəfə xx.xx.2017-ci il tarixində sanatoriya kurort yollayışı ilə təmin olunmaq üçün müraciət etmiş, həmin müraciət əsasında xx.xx.2017-ci il tarixində X1 sanatoriyasına 010638 nömrəli yollayış ilə təmin edilmişdir. İddiaçı növbəti dəfə xx.xx.2018-ci il tarixində şöbəyə sanatoriya kurort yollayışı ilə təmin olunmaq barədə təkrar müraciət etmiş, növbəlilik qaydasında xx.xx.2019-cu il tarixində Günəşli sanato riyasına 029247 nömrəli yollayış ilə təmin edilmişdir. İddiaçı Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Şuşa şəhər şöbəsindən İİ qrup HXVYY Prezident təqaüdü aldığından və Şuşa şəhərində qeydiyyatda olduğundan növbəti dəfə sanatoriya kurort yollayışı ilə təmin olunmaq üçün həmin şöbəyə müraciət etməsi iddiaçıya tövsiyə olunmuşdur.
4. İddiaçı ona kompensasiya ödənilməsi məqsədilə cavabdeh orqana müraciət etsə də, sonuncu tərəfindən iddiaçının müraciətinə cavab verilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının 2018-ci il üzrə sanatoriya-kurort yollayışı ilə təmin olunmadığı üçün cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində iddiaçıya vurulmuş maddi və mənəvi ziyana görə iddiaçının xeyrinə 2000 manat məbləğində kompensasiyanın ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia ərizəsini Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008ci il tarixli, 7 nömrəli, xx.xx.2015-ci il tarixli, 5 nömrəli qərarları, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 4.1, 4.3, 6.4, 29, 39-cu maddələri, “İnzibati icraat haqqında” Qanunun 20.1, 20.2, 24.2, 25.3-cü, İnzibati Prosessual Məcəllənin 2.2.7, 4.1, 34.1, 38.2, 58.7, 68.2, 70.3-cü maddələri ilə əsaslandırmışdır. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2859/2019 saylı, xx.xx.2019cu il tarixli qərarı ilə (hakim – E.M.Mustafayev) iddianın rədd edilməsi qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı növbəlilik qaydas ında xx.xx.2019-cu il tarixində “X1” sanatoriyasına 029247 nömrəli yollayış ilə təmin edilməsinə baxmayaraq, cavabdehə qarşı maddi və mənəvi zərərin ödənilməsi barəsində tələb irəli sürmüş olsa da, zərərin tələbdə ifadə olunan miqdarının əsasını təşkil edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
9. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-282/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – A.B.Nuriyeva, hakimlər – V.M.Ağayev və C.A.Yusifov) iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İ qtisadi Məhkəməsinin 2-1(82)-2859/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
11. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarda gəldiyi nəticə ilə razılaşmış və qeyd etmişdir ki, iddiaçı maddi və mənəvi zərərin ödənilməsi barədə tələb irəli sürmüş olsa da, zərərin tələbdə ifadə olunan miqdarının əsasını təşkil edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
12. Məhkəmə qərarını iddiaçı xx.xx.2020-ci il tarixində, cavabdeh xx.xx.2020-ci il tarixində almışdır.
13. İddiaçı kassasiya şikayətini vermək məqsədilə dövlət hesabına vəkillə təmin olunması barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-282/2020 nömrəli qərardadına görə (sədrl ik edən və məruzəçi – V.M.Ağayev, hakimlər – V.Ə.Baxışova və C.A.Yusifov) iddiaçının ərizəsi təmin edilərək onun vəkillə təmin edilməsi Azərbaycan Respublikası Vəkillər X1 həvalə edilmiş, həmin qərardad xx.xx.2020-ci il tarixində Vəkillər Kollegiyasına təqdim edilmişdir.
14. Məhkəmə qərarından iddiaçı xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-282/2020 nömrəli qərarının ləğv edilməsini və işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə DSMF-n in Xəzər Rayon Şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli **********0 nömrəli məktubda növbəlik qaydasında iddiaçının neçənci növbədə olmasının göstərilməməsi onu deməyə əsas verir ki, həmin qaydaların tələblərinə əməl olunmamışdır.
16. İddiaçı öz mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60.1, 71.1-ci maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə, Mülki Məcəllənin 1096.1-ci maddəsinə, İnzibati Prosessual Məcəllənin 2.2.7, 34.1-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili Vəkil kassasiya şikayəti ilə eyni mə zmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 20. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan R espublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. 23. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” A vropa Konvensiyasının müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.
24. Həmin Qərarın 8-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Z ərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.
25. İnzibati Prosessual Məcəllənin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmişdir. Belə ki, hazırkı qərarın 13-cü bəndindən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iş üzrə yekun qərar qəbul etdikdən sonra iddiaçı kassasiya şikayətinin verilməsi məqsədilə dövlət hesabına vəkillə təmin olunması barədə ərizə ilə məhkəməyə müraciət etdiyin dən müddətin axımı həmin anda dayanmış, məhkəmə tərəfindən qəbul edilmiş “iddiaçının dövlət hesabına vəkillə təmin olunması barədə” qərardad Azərbaycan Respublikası Vəkillər Kollegiyasına təqdim edildiyi andan müddət axımı davam etmişdir.
27. Sözügedən qərardad Vəkillər Kollegiyası tərəfindən əldə edildikdən sonra iddiaçıya vəkil təyin edilmiş və 19 gün ərzində müvafiq kassasiya şikayəti tərtib edilərək məhkəməyə təqdim edilmişdir.
28. Odur ki, məhkəmə qərarının qəbul edildiyi tarixdən 1 aydan çox müddət keçsə də, yuxarıda qeyd olunanlardan göründüyü kimi həmin qərardan kassasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməmişdir.
29. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. İddiaçının tələbi ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsi olsa da, işin müəyyən edilən hallarından görünür ki, işə aşağı instansiya məhkəmələrində baxılarkən idd iaçı ona cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı maddi və ya mənəvi ziyan vurulduğunu sübut edə bilməmişdir.
33. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “mənəvi zərərin ödənilməsi” barədə hüquqi mövqeyindən göründüyü kimi, sözügedən iddia o zaman təmin edilə bilər ki, cavabdehi hərəkət və ya hərəkətsizliyi ilə iddiaçıya vurulmuş mənəvi zərər arasında səbəbli əlaqə müəyyən edilmiş olsun (bax: hazırkı qərarın 23-24-cü bəndləri). İşə aşağı instansiya məhkəmələrində baxılarkən isə belə əlaqə müəyyən edilməmişdir.
34. İddia tələbinin maddi zərərə dair hissəsi ilə bağlı da apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, işə nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyası məhkəməsində baxılarkən id diaçı cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində ona vurulmuş real zərəri sübut edə bilməmişdir.
35. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəs əsaslı və qanuni olduğundan ləğv edilməsi üçün əsas yoxdur.
36. Beləliklə, iddiaçının kassasiya şikayətinin dəlilləri əsassız olduğundan kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyidirilmədən qüvvədə saxlanılmalıdır.
37. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara və İPM-in 96.8-ci maddəsinə əsasən QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-282/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.