Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1957/2022 14.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Birgə Azərbaycan-İngiltərə MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarlarının mübahisələndirilməsi; kameral vergi yoxlaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı Birgə Azərbaycan-İngiltərə MMC-nin (VÖEN:**********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi, onların nəticələrinin aradan qaldırılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2022-ci il tarixli, 2-1(103)-874/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının 2020-ci ilin ikinci rübü, 2020-ci ilin dördüncü rübü, 2021-ci ilin birinci rübü üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” üzrə cavabdeh vergi orqanı tərəfindən kameral yoxlamalar aparılmış, həmin kameral vergi yoxlamalarının nəticələrinə əsasən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə“ cavabdehin **********296200 nömrəli, xx.xx.2021-ci il tarixli, **********561700 nömrəli, xx.xx.2021-ci il tarixli, **********456400 nömrəli, xx.xx.2021-ci il tarixli qərarları qəbul edilmişdir. 2. 5 mart 2021-ci il tarixli, **********456400 nömrəli qərarla 193.120,66 manat, 12 mart 2021- ci il tarixli, **********561700 saylı qərarla 78.516,14 manat, 24 may 2021-ci il tarixli, **********296200 saylı qərarla 179.062,45 manat əlavə vergi iddiaçıya hesablanmış, həmin vergi məbləğləri iddiaçının bank hesabından silinmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı 17 iyun 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 5 mart 2021-ci il tarixli, **********456400 nömrəli, 12 mart 2021-ci il tarixli, **********561700 nömrəli, 24 may 2021-ci il tarixli, **********296200 nömrəli qərarların qanunsuz hesab edilərək ləğv edilməsi, onların nəticələrinin aradan qaldırılaraq müvafiq olaraq 193.120,66 manatın, 78.516,14 manatın, 179.062,45 manatın üzərinə penya hesablamaqla cəmi 450.699,25 manatın və penya məbləğinin iddiaçının bank hesabına qaytarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçıya hesablanmış əlavə vergi hesablamasının hüquqi əsası qərarlarda göstərilməmişdir. Hesablanmış əlavə vergi məbləğləri qərarların çıxarıldığı gün iddiaçının hesabından silinmişdir. İddiaçı cavabdehə 11 mart 2021-ci il, 21 may 2021-ci il tarixli yazılı etirazlarını təqdim etsə də cavabdeh tərəfindən etirazlara heç bir münasibət bildirilməmişdir. İddiaçı cavabdehin qeyd edilən qərarları ilə əlaqədar və əlav ə vergi hesablamalarından 25 may 2021-ci ildə cavabdehin yuxarı orqanı Dövlət Vergi Xidmətinə şikayət versə də həmin şikayətə baxılması barədə bu günə qədər məlumat yoxdur. İddiaçı Azərbaycan Respublikasının xarici investisiyalı hüquqi şəxsi və vergiqoyma baxımından rezident müəssisədir. Təsisçiləri 81% payla X5 qeydiyyatda olan Alia İnternational Limited Şirkəti, 19% payla Dominikan Respublikasında qeydiyyatda olan "xxxx" Şirkətidir. Təsisçilərin heç birinin Azərbaycan Respublikasında nümayəndəliyi və filialı olmamışdır. Təsisçilərin ümumi yığıncağının 12 mart 2020-ci il tarixli, 12 fevral 2021-ci il tarixli qərarlarına əsasən müvafiq olaraq 2019-cu ilin yekunlarına görə bölüşdürülən xalis mənfəət 4.015.817,97 manat, dividenddən 10% vergi 401.581,80 manat, "xxxx" Şirkətinə çatacaq məbləğ 1.722.077,23 ABŞ dolları, "xxxx" Şirkətinə çatacaq məbləğ 403.944,04 ABŞ dolları, 2020-ci ilin yekunlarına görə bölüşdürülən xalis mənfəət 3.585.068,68 manat, dividenddən 110% vergi 358.506,90 manat, "xxxx" Şirkətinə çatacaq məbləğ 1537361,93 ABŞ dolları, "xxxx" Şirkətinə çatacaq məbləğ 360615,76 ABŞ dolları müəyyən olunmuşdur, 2019-cu ilin dividendləri tam ödənilmiş və hər bir ödəniş məbləğinə uyğun olaraq mənbədən vergi hesablanmış və ödənilməsi təmin edilmişdir. 2020-ci ilin dividendləri qismən, yəni 1.790.624,53 manat, dividenddən 10% vergi 179.062,46 manat, "xxxx" Şirkətinə çatacaq məbləğ – 837.361,93 ABŞ dolları, "xxxx" Şirkətinə çatacaq məbləğ 110.615,87 ABŞ dolları ödənilmişdir. Təsisçilərə çatacaq dividend məbləğləri onların hesabına tam ödənilmişdir. Ödəniş günü ödənilən məbləğ ə uyğun olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 122-ci maddəsinə əsasən 10% dividend məbləğinin, cəmi 2020-ci ilin 2-ci və 4-cü rüb mənbədən vergi bəyannamələri üzrə 347.192,36 manat, 2021-ci ilin İ rübü üzrə mənbədən vergi bəyannaməsi üzrə 179.062,46 manatın mənbədən vergi kimi tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinin hesabına ödənilməsi təmin olunmuşdur. Cavabdeh öz tələblərini hüquqi cəhətdən əsaslandırmamış, hər hansı hüquq normasına istinad etməmiş, aydın olmayan bir tərzdə bəyannamənin sətir nömrələrini göstərmişdir. Təsisçi şirkətlər Azərbaycan Respublikası ilə bağlı yalnız dividend kimi və yalnız iddiaçı mənbə olmaqla gəlir əldə edirlər və Vergi Məcəlləsinin 13.2,16.6 və 122-ci maddələrinə əsasən hər bir dividend məbləğin ödənişindən iddiaçı tərəfindən 10 % məbləğ tutularaq büdcəyə ödənilmişdir. Həmin ödənişlər Vergi Məcəlləsinin 122,125.1.1 və 150.1-ci maddələrinin tələblərinə riayət etməklə ödəmə mənbəyi vergi bəyannaməsinin 1603-cü - Təsisçiyə ödənişlər üzrə gəlirin məbləği sətrində öz əksini tapır. Bununla da iddiaçı vergi ödəyicisi kimi tam qanunauyğun hərəkət etmiş olur. Bundan başqa cavabdeh kameral vergi yoxlamasının aparılması müddətlərinə də riayət etməmişdir.
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, vergi orqanı tərəfindən eyni növ vergi iddiaçıya tətbiq edilməmişdir. Təqdim edilən bəyannamə məlumatlarına əsasən ödənişlərin aparıldığı qeyri-rezidentlər "xxxx" Şirkətinin rezident olduğu ölkə X10, "xxxx" Şirkətinin rezident olduğu ölkə Dominikan Respublikası “Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 1505 nömrəli Fərmanına əsasən güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısına daxil edilmiş ölkələrdir. Göründüyü kimi, güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş qeyri-rezident şəxslərə ödəniş aparan zaman vergitutma öhdəliyi müəyyən edilmişdir. İddiaçı isə bu tələbi yerinə yetirməyərək dividenddən vergitutma öhdəliyini yerinə yetirdiyindən digər müddəa üzrə verginin tutulmalı olmaması qərarına gəlmişdir. İddiaçının iddiasında adı çəkilən ölkələrlə Azərbaycan Respublikası arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair sazişlər mövcud deyildir. Dövlət Vergi Xidmətinə edilmiş inzibati şikayət üzrə isə iddiaçıya xx.xx.2021-ci ildə cavab veril miş, şikayətə məhkəmə qaydasında baxıldığından həmin şikayət üzrə başlanılmış icraata xitam verilmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2-1(112)-7576/2021 nömrəli qərarı (hakim: X4) ilə iddia təmin edilmiş, cavabdehin 5 mart 2021-ci il tarixli, **********456400 nömrəli, 12 mart 2021-ci il tarixli, **********561700 nömrəli, 24 may 2021-ci il tarixli, **********296200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə“ qərarları qanunsuz hesab edilərək ləğv edilmiş, onların nəticələrinin aradan qaldırılaraq müvafiq olaraq 193.120,66 manatın, 78.516,14 manatın, 179.062,45 manatın üzərinə penya hesablamaqla cəmi 450.699,25 manatın və penya məbləğinin iddiaçının bank hesabına qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən hər bir dividend məbləği ödənişindən 10% məbləğ vergi tutularaq büdcəyə ödənildiyi halda cavabdeh tərəfindən ona əlavə vergi hesablanması əsassız və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 122-ci maddəsinin tələblərinə zidd olmuşdur. Cavabdeh Vergi Məcəlləsinin 37.2-ci maddəsində nəzərdə tutulan müddətlər keçdikdən sonra kameral qaydada yoxlama apararaq əlavə vergi hesablamışdır.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2022-ci il tarixli, 2-1(103)-874/2022 nömrəli qərarı ilə (hakimlər: X13 (sədrlik edən və m əruzəçi), X7 və X2) ilə Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia qismən təmin edilmiş, cavabdehin 5 mart 2021-ci il tarixli, **********456400 nömrəli, 12 mart 2021-ci il tarixli, **********561700 nömrəli, 24 may 2021-ci il tarixli, **********296200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə“ qərarları qanunsuz hesab edilərək ləğv edilmiş, onların nəticələrinin aradan qaldırılaraq müvafiq olaraq 193.120,66 manatın, 78.516,14 manatın, 179.062,45 manatın, cəmi 450699,25 manatın iddiaçının şəxsi hesab vərəqəsinə qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia tələbi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən qərarlarla əlavə verginin hesablanmasının səbəbi iddiaçı tərəfindən "xxxx" Şirkətinə 3731385,04 manat, "xxxx" Şirkətinə 775607,55 manat ödənilmiş məbləğ olmuşdur. Digər tərəfdən eyni əməliyyat üzrə, yəni 3731385,04 manat məbləğin "xxxx" şirkətinə, 775607,55 manat məbləğin "xxxx" Şirkətinə edilməsinə görə cavabdeh vergi orqanının Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinə (hazırda qüvvədə olan redaksiyasının 1251-ci maddə) istinad etməklə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə və güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə aparılan ödənişlərə görə tələb etdiyi vergi də həmçinin ödəmə mənbəyindən tutulan vergi növünə aid olması işin mübahisəsiz halıdır. Belə olan təqdirdə aparılmış eyni əməliyyatdan, bir vergitutma obyektindən (mənfəətdən) iki d əfə vergi tutulmuş olur. Yəni ödənilmiş 775607,55 manat və 3731385,04 manat məbləğləri Vergi Məcəlləsinin tələblərinə əsasən vergitutma obyektidir və bu vergitutma obyektindən ödəmə mənbəyində tutulan vergi növündə iki dəfə vergi tələb edilməkdədir. Cavabdeh vergi orqanının tələb etdiyi vergi növünün Vergi Məcəlləsinin hazırda qüvvədə olan redaksiyasının 125-1-ci maddəsində təsbit edilməsinə gəldikdə isə, vergi qanunvericiliyin tələblərinə əsasən bütün ziddiyyətlər və aydın olmayan məqamlar, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Vergi qanunvericiliyinə uyğun olaraq vergi tutma prinsiplərinə, eləcə də, Vergi Məcəlləsinin 125-ci maddəsində müəyyənləşdirilən əsaslara, habelə 13.2.16.14-1-ci maddəsinin güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş şəxslərə, o cümlədən digər ölkələrdə o lan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyrirezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlərin Azərbaycan mənbəyindən gəlir hesab edilməsi barədə göstərişləri nəzərə alındıqda, qanunvericinin belə ödənişlər sırasında dividendləri nəzərdə tutmadığı müəyyən olunur.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətində işin halları, və iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, Vergi Məcəlləsinin ödəmə mənbəyində vergini n tutulması qaydasını müəyyən edən Vergi Məcəlləsinin 150-ci maddənin müddəalarına əsasən qeyri-rezidentə ödəmələr verən hüquqi şəxslər və ya sahibkarlar-vergi agentləri hesab edilərək ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Göründüyü kimi, iddiaçı vergi ödəyicisinin iş üzrə qeyri-rezidentə ödəmələr aparması və vergi agenti hesab olunması işin mübahisəsiz tərəfi olsa da, həmin vergi agentinin yerinə yetirməli olduğu öhdəliklər hissəsində qanunvericiliyin tələbləri pozulmuşdur. Qanunvericilik həm dividendlər üzrə, həm də güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş qeyri-rezident şəxslərə ödəniş aparan zaman vergitutma öhdəliyinin olmasının konkret vergi dərəcələri ilə müəyyən etmiş, bu müddəalarının tətbiqində istisna müəyyən etməmişdir.
13. Məhkəmə Vergi Məcəlləsinə edilmiş dəy işikliyə, yəni 13.2.16.14-1-ci maddəsinə istinad edərək güzəştli vergi tutulan ölkələrə ödənilən dividendlərin Azərbaycan mənbəyindən gəlirlərə aid edilmədiyi və bu səbəbdən vergiyə cəlb etmənin qanunsuz olduğunu bildirmişdir. Bildirilməlidir ki, iddiaçı vergi ödəyicisində kameral vergi yoxlaması 24 noyabr 2021-ci il tarixdə həyata keçirilməklə Vergi Məcəlləsinə 3 dekabr 2021-ci il tarixli qanunla edilmiş dəyişikliklər 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minir. İş üzrə qanunvericiliyə edilmiş dəyişikliklərə istinad edilməsi tamamilə əsassızdır. Belə ki, vergi ödəmək öhdəliyi mütləq xarakter daşımaqla qanunvericiliyə edilmiş dəyişikliklərin yalnız sonrakı münasibətlərə şamil edilməsini nəzərdə tutur. Vergi qanunvericiliyinə hər yeni dəyişiklik edilməsi əvvəlki illərdə ödənilmiş vergilərin geri tələb edilməsi kimi nəticələr nəzərdə tutmur.
14. Həmçinin cavabdeh tərəfindən kameral qaydada hesablamalar aparılarkən vergi orqanı tərəfindən 30 iş günü müddəti ötürülməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
15. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Vergi Məcəlləsi: Maddə
13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar... (1 yanvar 2022-ci il tarixdə qüvvəyə minmiş redaksiya) 13.2.16.14-1. bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən onların digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə olan bank hesablarına rezidentlər və qeyrirezidentlərin Az ərbaycan Respublikasındakı daimi nümayəndəlikləri, habelə vergi orqanında uçotda olmayan rezident fiziki şəxslər tərəfindən birbaşa və ya dolayısilə edilən ödənişlər. əvvəlki redaksiyada deyilirdi: 13.2.16.14-1. bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər. Bu maddənin məqsədləri üçün alınmış borclar üzrə qaytarılan borcun əsas məbləği (faizlər nəzərə alınmadan) Azərbaycan mənbəyindən gəlirə aid edilmir. Bu maddənin müddəaları rezident banklar tərəfindən açılan müxbir hesablara aid edilmir; Maddə
37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanma sı haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mən bəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra ha kimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Maddə
125. Qeyri-rezidentin gəlirindən ödəmə mənbəyində vergi tutulması 125.1. Qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının əra zisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan aşağıdakı dərəcələrlə vergi tutulur: 125.1.1. dividend - bu Məcəllənin 122-ci maddəsinə uyğun olaraq;... (1 yanvar 2022-ci il tarixdən sonra qüvvədən düşmüş) 125.1.9. bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələr – 10 faiz. Maddə
128. Güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə əldə edilən gəlir (1 yanvar 2022-ci il tarixdə qüvvəyə minmiş redaksiya) 128.1. Rezident güzəştli vergi tutulan ölkədə və ya ərazidə gəlir əldə edən qeyrirezidentin nizamnamə fondunun 20 faizindən çoxuna bilavasitə və ya dolayısı ilə sahibdirsə, yaxud öz növbəsində onun səsvermə hüququ verən səhmlərinin 20 faizindən çoxunun sahibidirsə, rezidentin həmin gəliri onun vergi tutulan gəlirinə daxil edili r. 128.2. Güzəştli vergi tutulan xarici ölkə və ya ərazi dedikdə, vergi dərəcəsi bu Məcəllədə müəyyən edilmiş dərəcədən 2 dəfə və ya daha çox aşağı olan və (və ya) maliyyə məlumatını, yaxud əmlakın faktiki sahibi və ya gəlir (mənfəət) götürən barədə sirri qorumaq imkanı verilmiş şirkətlər haqqında məlumatın məxfiliyinə dair qanunun mövcud olduğu ölkə və ya ərazi başa düşülür. 128.3. Güzəştli vergi tutulan ölkələrin və ya ərazilərin və ya ərazilərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə
128. Güzəştli vergi tutulan ölkələrdə əldə edilən gəlir (1 yanvar 2022-ci il tarixdən əvvəlki redaksiya) 128.1. Rezident güzəştli vergi tutulan ölkədə gəlir əldə edən qeyri-rezidentin nizamnamə fondunun 20 faizindən çoxuna bilavasitə və ya dolayısı ilə sahibdirsə, yaxud ö z növbəsində onun səsvermə hüququ verən səhmlərinin 20 faizindən çoxunun sahibidirsə, rezidentin həmin gəliri onun vergi tutulan gəlirinə daxil edilir. 128.2. Güzəştli vergi tutulan xarici ölkə dedikdə, vergi dərəcəsi bu Məcəllədə müəyyən edilmiş dərəcədən 2 dəfə və ya daha çox aşağı olan və (və ya) maliyyə məlumatını, yaxud əmlakın faktiki sahibi və ya gəlir (mənfəət) götürən barədə sirri qorumaq imkanı verilmiş şirkətlər haqqında məlumatın məxfiliyinə dair qanunun mövcud olduğu ölkə başa düşülür. 128.3. Hər il üçün güzəştli vergi tutulan ölkələrin və ya ərazilərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
17. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət h əddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KA SSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır və apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır.
21. Belə ki, işin tərəflər arasında mübahisələndirilməyən hallarına görə iddiaçı 2020-2021-ci illərd ə X1 və Dominikan Respublikasının rezidentlərinə dividend gəlirlərini köçürmüşdür. İddiaçı köçürdüyü dividenddən Vergi Məcəlləsinin 122 və 125.1.1-ci maddələrinə uyğun olaraq vergi ödəsə də, cavabdeh hesab edir ki, əlavə olaraq Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinə uyğun olaraq da vergi ödənməlidir (köçürülən pulun 10%-i məbləğində ödəmə mənbəyində vergi).
22. İddiaçı hazırkı iş üzrə iddia tələbinin əsaslılığına dəlalət edən və vergi orqanının ona vergi hesablamasının qanunauyğun olmamasının əsası kimi o hala istinad edir ki, Vergi Məcəlləsinin 13.2.16.14-1-ci və 125.1.9-cu maddələri dividendin ödənişi zamanı tətbiq edilmir.
23. Məhkəmə kollegiyası tərəflərin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.
24. Vergi Məcəlləsinin 13.2.16-cı maddəsi Azərbaycan mənbəyindən gəlirləri müəyyən ed ir və onlardan biri də Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə... habelə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə olan bank hesablarına rezidentlər... tərəfindən birbaşa və ya dolayısilə edilən ödənişlərdir (həmin maddədə təsbit edilmiş istisnalar nəzərə alınmaqla).
25. Vergi Məcəlləsinin 125.1-ci maddəsinə əsasən isə qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan vergi tutulur.
26. Vergi Məcəlləsinin hər iki maddəsinin birgə təhlili onu deməyə əsas verir ki, qeyri-re zident Məcəllənin 13.2.16-cı maddəsinə uyğun Azərbaycan mənbəyindən gəlir əldə etdikdə 125-ci maddənin təsir dairəsinə düşür.
27. Odur ki, Vergi Məcəlləsinin 13.2.16.14-1-ci və 125.1-ci maddələrin tələbi nəzərə alındıqda iddiaçının güzəştli vergi tutulan ölkədəki (ərazidəki) qeyri-rezidentə ödədiyi ödəniş həmin qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəliridir və ödəmə mənbəyində vergiyə cəlb edilməlidir.
28. Eyni zamanda, Vergi Məcəlləsinin 13.2.16.6, 122.1.1 və 125.1-ci maddələrinə əsasən rezident hüquqi şəxsdən dividend şəklində əldə edilən gəlir də Azərbaycan mənbəyindən əldə olunan gəliridir və ödəmə mənbəyində vergiyə cəlb edilməlidir.
29. İddiaçı Vergi Məcəlləsinin 13.2.16.14-1-ci və 125.1.9-cu maddələrinin dividendin ödənişi zamanı tətbiq edilmədiyinə istinad etsə də, b ununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Məcəllənin 125.1-ci maddəsində sadalanan əsaslar birbirindən asılı deyildir, yəni birinin tətbiqi digərini istisna etmir.
30. Xüsusilə qeyd edilməlidir ki, 2022-ci il yanvarın 1-dən qüvvəyə minən “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021-ci il tarixli 406-VİQD saylı Azərbaycan Respublikasının Qanunu ilə güzəştli vergi tutulan ölkədəki (ərazidəki) qeyri-rezidentə ödənilən məbləğlərə görə verginin tutulması Vergi Məcəlləsinin 125.1.9-cu maddəsindən çıxarılmış və yeni 1251-ci maddə Məcəlləyə əlavə edilmiş, maddənin məzmununa görə isə Bu Məcəllənin digər müddəalarından asılı olmayaraq, bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələrdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.
31. Sözügedən məzmunda müddəa mübahisələndirilən qərarlar qəbul edilən zaman qüvvədə olmasa da, qanunverici 125.1.9-cu maddə ilə bağlı niyyətini konkretləşdirmiş, 125.1-ci maddədə sadalanan əsaslar bir-birindən asılı olmadan tətbiqi ilə bağlı hüquqi mövqeyini dəqiqləşdirmişdir.
32. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini nəzərə almadan iş üzrə nəticəyə gəlmişdir.
33. Odur ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv edilərək iş yeni apelyasiya baxışına göndərilməli, apelyasiya baxışı zamanı iddiaçı və cavabdehin dəlilləri ətraflı araşdırılmalıdır. QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiya sının 23 iyun 2022-ci il tarixli, 21(103)-874/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14 dekabr 2022-ci il tarixli, 2-1(102)-1957/2022 nömrəli qərarı ilə bağlı hakim Zakir Quliyevin XÜSUSİRƏYİ İddiaçı 17 iyun 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 5 mart 2021-ci il tarixli, **********456400 nömrəli, 12 mart 2021-ci il tarixli, **********561700 nömrəli, 24 may 2021-ci il tarixli, **********296200 nömrəli qərarların qanunsuz hesab edilərək ləğv edilməsi, onların nəticələrinin aradan qaldırılaraq müvafiq olaraq 193.120,66 manatın, 78.516,14 manatın, 179.062,45 manatın üzərinə penya hesablamaqla cəmi 450.699,25 manatın və penya məbləğinin iddiaçının bank hesabına qaytarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2-1(112)-7576/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin 5 mart 2021-ci il tarixli, **********456400 nömrəli, 12 mart 2021-ci il tarixli, **********561700 nömrəli, 24 may 2021-ci il tarixli, **********296200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə“ qərarları qanunsuz hesab edilərək ləğv edilmiş, onların nəticələrinin aradan qaldırılaraq müvafiq olaraq 193.120,66 manatın, 78.516,14 manatın, 179.062,45 manatın üzərinə penya hesablamaqla cəmi 450.699,25 manatın və penya məbləğinin iddiaçının bank hesabına qaytarılması öhdəliyi cavabdehin üzə rinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2022-ci il tarixli, 21(103)-874/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia qismən təmin edilmiş, cavabdehin 5 mart 2021-ci il tarixli, **********456400 nömrəli, 12 mart 2021-ci il tarixli, **********561700 nömrəli, 24 may 2021-ci il tarixli, **********296200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə“ qərarları qanunsuz hesab edilərək ləğv edilmiş, onların nəticələrinin aradan qaldırılaraq müvafiq olaraq 193.120,66 manatın, 78.516,14 manatın, 179.062,45 manatın, cəmi 450699,25 manatın iddiaçının şəxsi hesab vərəqəsinə qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia tələbi qalan hissədə dəyişdi rilmədən saxlanılmışdır. Ali Məhkəmənin İnzibati Kollegiyasının 14 dekabr 2022-ci il tarixli, 2-1(102)1957/2022 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2022-ci il tarixli, 2- 1(103)-874/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilmişdir. Bununla əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edirəm. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi təqdim edərək cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********456400 saylı, xx.xx.2021-ci il tarixli **********561700 saylı və xx.xx.2021-ci il tarixli **********296200 saylı qərarların ləğv edilməsini Məhkəmədən xahiş edilmişdir. Qərara əsasən V ergi Məcəlləsinin qeyri-rezidentə aparılmış ödənişlərdən 10 faiz həcmində ödəmə mənbəyində vergi məbləği hesablanmışdır. Yerli vergi orqanı ödəmə mənbəyində vergi məbləğini hesablayarkən Vergi Məcəlləsinin 13.2.16.14-1-ci, 150.1.6-cı və 125-ci maddələrinə istinad edərək iddiaçının Dominikan Respublikasına və Britaniyanın Vircin adalarına ödədiyi dividend ödənişlərini həmin ödənişlər güzəştli vergi tutulan xarici ölkə və ya ərazilərə ödənildiyindən əlavə vergi məbləği hesablanmışdır. Aşağıda qeyd olunan səbəblərə görə hesab edirəm ki, iddia əsaslıdır. İlk öncə qeyd edilməlidir ki, aparılan ödənişlər Vergi Məcəlləsinin 122-ci maddəsinə əsasən, yəni dividend ödənişi olduğundan 10% dərəcə ilə vergiyə cəlb olunmuşdur. Mübahisələndirilən qərarın(inzibati aktın) əsaslandırıcı hissəsindən də görün ür ki, vergiyə cəlb edilən vəsait ÖMV bəyannaməsinin 1603-cü sərtində əks edilərək vergi orqanına bəyan olunub. Bundan başqa 2022-ci ildə qüvvədə olan Vergi Məcəlləsinin 125-1-ci maddəsinə əsasən Vergi Məcəlləsinin digər müddəalarından asılı olmayaraq, bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələrdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Həmin Məcəllənin 150.1.15. maddəsinə əsasən vergi orqanında uçotda olmayan fiziki şəxslər istisna olmaqla, bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödənişləri həyata keçirən şəxslər ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinə əsasən bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslə rə, o cümlədən onların digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə olan bank hesablarına rezidentlər və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri, habelə vergi orqanında uçotda olmayan rezident fiziki şəxslər tərəfindən birbaşa və ya dolayısilə edilən ödənişlər Azərbaycan mənbəyindən gəlirə aid edilir. Lakin həmin maddənin 2-ci abzasına (hissəsinə) əsasən aşağıdakı hallarda güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə edilən ödənişlər bu maddənin məqsədləri üçün Azərbaycan mənbəyindən gəlirlərə aid edilmir: 1. alınmış borclar üzrə borcun əsas məbləği qaytarıldıqda (faizlər istisna olmaqla); 2. rezident banklar tərəfindən açılan müxbir hesablara ödənişlər aparıldıqda; 3. bu Məcəllənin 13.2.16.14-1-ci maddəsinə uyğun olaraq ödənilən vəsaitlər ödəniş tarixindən hesaba qaytarıldığı gün daxil olmaqla 1 il müddətində güzəştli vergi tutulan ölkədəki hesabdan ödəyən şəxsin bank hesabına qaytarıldıqda; 4. vergi orqanında uçotda olmayan fiziki şəxslər tərəfindən elektron ticarət qaydasında xidmətlər alındıqda; 5. vergi orqanında uçotda olmayan fiziki şəxslər tərəfindən güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə şəxsi istehlak məqsədilə mallar (işlər, xidmətlər), o cümlədən daşınar və ya daşınmaz əmlakların alışı ilə bağlı Azərbaycan Respublikasının hüdudlarından kənarda güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə ödənişlər edildikdə; 6. borc qiymətli kağızlarının əldə edilməsi ilə bağlı ödənişlər edildikdə;
7. Azərbaycan Respublikasına qoyulmuş investisiyalar və Azərbayc an Respublikasındakı maliyyə institutlarına yerləşdirilmiş depozitlər üzrə faiz və dividend gəlirləri ödənildikdə; 8. güzəştli vergi tutulan ölkələrin və ya ərazilərin rezidentlərinin əməkhaqqı və pensiyaları ödənildikdə; 9. səlahiyyətli dövlət orqanlarına rüsumlar və digər ödənişlər ödənildikdə, icazələrin və sertifikatların alınması ilə bağlı ödənişlər edildikdə. Yuxarıda qeyd olunan maddi hüquq normalarından xüsusi ilə 7-ci bənddən aydın olur ki, güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə dividend gəlirləri ödənildikdə Azərbaycan mənbəyindən gəlirlərə aid edilmir. Bu səbəbdən iddianı əsaslı hesab edirəm. Bundan başqa xüsusi ilə qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə vergilər haqqında bu Mə cəllə ilə və ona müvafiq olaraq qəbul edilmiş normativ hüquqi aktlarla nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 2.6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilə ilə bu müqavilə bağlanan dövlətin rezidentinə verilən vergi güzəştlərinə və üstünlüklərinə münasibətdə, həmin müqavilə onu bağlamış dövlətin rezidenti olmayan şəxs tərəfindən qeyd edilən güzəştlərin və üstünlüklərin alınması üçün istifadə edilirsə, bu Məcəllənin 2.5-ci maddəsinin müddəaları tətbiq olunmur. Bununla bağlı hesab edirəm ki, iddiaçının X9 adalarına ödədiyi vəsait vergiyə cəlb edilərkən Vergi Məcəlləsinin deyil Azərbaycan Respublikası H ökuməti, Böyük Britaniya və X6 Krallığı Hökuməti arasında bağlanmış ikiqat vergiyə cəlbetməyə yol verilməməsi, gəlirlərə və əmlak dəyərinin artımına görə vergilərin ödənilməsindən yayınmanın qarşısının alınması haqqında Konvensiyanın müddəaları nəzərə alınmalıdır. Belə ki, Vircin adaları Böyük Britaniya və X6 Krallığının ərazisidir. Həmçinin Konvensiyanın 10-cu maddəsi divident ödənişləri zamanı tutulmalı olan vergi məbləğini yuxarı həddini məhdudlaşdırdığından Vergi Məcəlləsinə istinad edilərək vergilərin hesablanması əsassızdır. Hakim: Zakir Quliyev.