Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1957/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı (üçüncü şəxs Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fond u) “1497,47 manat kompensasiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2023-cü il tarixli, 2-1(107)-227/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Üçüncü şəxs və Yevlax rayon Məhkəməsi tərəfindən təqdim edilmiş ********* nömrəli kredit müqaviləsi ilə müəyyən olunmuşdur ki, iddiaçı ilə Cavabdeh1 ASC arasında kredit müqaviləsi xx.xx.2015-ci il tarixdə bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı şəxsi istehlak məqsədi ilə 23.5 faizlə 18 ay müddətində ilə 2800 (iki min səkkiz yüz ABŞ) ABŞ dolları məbləğində kredit verilməsi barədə razılıq əldə olunmuşdur
2. Yevla x rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(039)-383/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş borc məbləği iddiaçı tərəfindən Cavabdeh1 ASC-yə tam şəkildə ödənilmişdir. Odur ki, sonuncu tərəfindən borc məbləğinin tam şəkildə ödənilməsi ilə bağlı xx.xx.2017-ci il tarixdə Yevlax rayon icra şöbəsinə məktub göndərilərək “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə əsasən Yevlax rayon Məhkəməsinin 2(039)-383/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə xitam verilməsi xahiş edilmişdir. Həmin məktub əsasında Bərdə rayon icra şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə Yevlax rayon Məhkəməsinin 2(039)-383 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə başlanmış icraata xitam verilmişdir. 3. “Problemli kreditlərin kompensasiyası” sənədi ilə müəyyən olunmuşdu r ki, iddiaçıya 1497,47 manat kompensasiya məbləği hesablanmış, həmin məbləğ borcların ödənilməsinə yönəldilmiş, restrukturizasiya məbləği 1332.41 manat müəyyən edilmişdir. Həmçinin xx.xx.2015-ci il tarixə xarici valyutada əsas kredit borcu məbləği 2495,79 ABŞ dolları, xx.xx.2019-cu il tarixə əsas kredit borcu 2829,89 manat qeyd edilmişdir.
4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək 1497,47 manat kompensasiya məbləğinin ödənilməsini xahiş etmişdir.
5. Cavabdeh xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2020, xx.xx.2021-ci il tarixli məktublarla müraciətin təmin olunmasından imtina etmişdir. İmtina məktublarında qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nö mrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı (FİN: xxxxxxx) ilə ləğv prosesində olan "xxxx" ASC arasında xx.xx.2014-cü il tarixində bağlanmış kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki səxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) təsiri çərçivəsinə düşmüşdür. Belə ki, məlumat bazalarına əsasən iddiaçının ikinci devalvasiya gününə (xx.xx.2015-ci il tarixə) 2.495,79 ABŞ dolları məbləğində əsas kredit borcu barədə qeydlər daxil edildiyindən Fərmanın 1.2ci bəndi üzrə ona 1.497,47 manat kompensasiya hesablanmışdır. İddiaçıya münasibətdə X3 üzərinə qoyulmuş vəzifələri tam şəkildə icra etdiyindən müraciətin təmin olunması mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
6. İddiaçı məhkəməyə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək 1497,47 manat kompensasiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixli, N360007712 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 ASC-dən illik faizi dərəcəsi 23.5% olmaqla 18 (on səkkiz) ay müddətinə 2800 ABŞ dollar məbləğində kredit götürmüş, həmin kreditin təminatı qismində özünə məxsus olan, ümumi çəkisi 23.80 qram təşkil edən qızıl zinət əşyalarını girov qoymuşdur. Kredit götürdüyü tarixdən dörd ay sonra yəni xx.xx.2015-ci il tarixində ölkədə baş vermiş devalvasiya nəticəsində banka olan borcu artmışdır. Elə həmin ilin dekabr aynda baş vermiş ikinci devalvasiyadan sonra ümumiyyətlə ödəmə qabiliyyəti olmamışdır. Öhdəliyin lazımınca icra edilməməsi nəticəsində tələbkar Cavabdeh1 ASC Yevlax Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(039)383/2017 saylı qətnaməsi üzrə ümumilikdə 2983.03 ABŞ dollar və 30 manat dövlət rüsumunun ondan alınaraq banka ödənilməsi qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2017- ci il tarixli 2(039)-383/2017 saylı qətnaməsi qanuni qü vvəsini aldıqdan sonra icra olunması üçün Yevlax Rayon İcra Şöbəsinə göndərilmişdir. xx.xx.2017-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(039)- 383/2017 saylı qətnaməsi üzrə müəyyən edilmiş 2983.03 ABŞ dolları və 30 manat dövlət rüsumunu Cavabdeh1 ASC -yə ödəyərək müvafiq icra sənədi üzrə icra icraatına xitam verilməsi haqqında rəsmi məktub alaraq Yevlax rayon icra şöbəsinə təqdim etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmana əsasən xarici valyutada götürmüş olduğu kredit üzrə devalvasiya nəticəsində ona dəymiş ziyan üçün kompensasiya ödənilməli şəxslərin siyahısına daxil edilmişdir. Maliyyə Bazarlarına Nəzarət palatası tərəfindən yaradılmış portal vasitəsi ilə ona hesablanmış kompensasiya məbləği düzgün hesablanmamışdır. Belə ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının kompensasiya məbləğinin sorğulanması portalından çıxarışda ona yalnız xx.xx.2015-ci il tarixdə kredit üzrə əsas borca hesablanmış kompensasiya məbləği göstərilmişdir. Halbuki xx.xx.2014-cü ildə “Dəmirbank" ASC-dən kredit götürdüyü üçün kredit üzrə əsas borc məbləğimə iki dəfə kompensasiya hesablanmalı idi. Portaldan çıxarılmış hesabatda xx.xx.2015-ci il tarixinə olan 2495.79 ABŞ dollar kredit üzrə əsas borcuma manat ekvivalentində 1497.47 manat kompensasiya hesablanmış və həmin kompensasiya məbləği Cavabdeh1 ASC-də olan kredit borcuna yönəldiyi göstərilmişdir. Halbuki, həmin tarixdə onun “Dəmirbank" ASC qarşısı nda heç bir öhdəliyi olmamışdır. Bununla bağlı olaraq dəfələrlə aidiyyəti qurumlara sorğu məktubu göndərmiş, hər qurum ayrılıqda özünü haqlı bildiyindən qeyri müəyyənlik yaranmışdır.
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı (FİNxxxxxxx) ilə ləğv pros esində olan "xxxx" ASC arasında xx.xx.2014-cü il tarixində bağlanmış kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) təsiri çərçivəsinə düşmüşdür. Belə ki, məlumat bazalarına əsasən iddiaçının ikinci devalvasiya gününə (xx.xx.2015-ci il tarixə) 2.495,79 ABŞ dolları məbləğində əsas kredit borcu barədə qeydlər daxil edildiyindən Fərmanın 1.2ci bəndi üzrə ona 1.497,47 manat kompensasiya hesablanmışdır. Məlumat bazalarına kredit təşkilatı (və ya onun ləğvedicisi) tərəfindən birinci devalvasiya gününə (xx.xx.2015- ci il tarixə) borc öhdəliyi barədə hər hansı məlumat daxil edilmədiyindən iddiaçıya bu hissədə kompensasiya hesablanmamışdır. Bun dan başqa, məlumat bazalarına ötürülmüş qeydlərə əsasən Fərmanın qüvvəyə mindiyi günə (xx.xx.2019-cu il tarixinə) sözügedən kredit müqaviləsi üzrə 1.664,64 ABŞ dolları (2.829,89 manat) ödəniş müddəti keçmiş əsas kredit borcu mövcud olduğundan yuxarıda hesablanmış kompensasiya məbləğləri Fərmanın 2-ci hissəsinə əsasən həmin borcun ödənilməsinə yönəldilmişdir
9. Şəki İnzibati Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2-1(116)-127/2023 nömrəli qərarı ilə (hakim: X4) iddia təmin edilmiş, cavabdehin üzərinə iddiaçıya 1497,47 manat kompensasiya məbləğinin ödənilməsi öhdəliyi qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Yevlax rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(039)-383/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş borc məbləği iddiaçı tərəfindən Cavabdeh1 ASC-yə tam şəkildə ödənilmişdir. Odur ki, sonuncu tərəfindən borc məbləğinin tam şəkildə ödənilməsi ilə bağlı xx.xx.2017-ci il tarixdə Yevlax rayon icra şöbəsinə məktub göndərilərək “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə əsasən Yevlax rayon Məhkəməsinin 2(039)-383/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə xitam verilməsi xahiş edilmişdir. Həmin məktub əsasında Bərdə rayon icra şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə Yevlax rayon Məhkəməsinin 2(039)-383 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə başlanmış icraata xitam verilmişdir. Göründüyü kimi artıq xx.xx.2017-ci il tarixdə iddiaçının Cavabdeh1 ASC-yə heç bir borcu olmadığı halda Cavabdeh1 ASC tərəfindən cavabdeh orqana Fərmanın qüvvəyə mindiyi günə (xx.xx.2019-cu il tarixinə) sözügedən kredit müqa viləsi üzrə 1.664,64 ABŞ dolları (2.829,89 manat) ödəniş müddəti keçmiş əsas kredit borcu mövcud olması barədə məlumat ötürülmüş, cavabdeh orqan isə iddiaçının ardıcıl müraciətlərinə baxmayaraq, məlumatın doğru olub-olmamasını araşdırmamış, hesablanmış kompensasiya məbləğini ödənilmiş borc məbləğindən çıxmaqla iddiaçının hüquqlarını pozmuşdur. Həmçinin “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydaları”nın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulunun son tarixi xx.xx.2019-cu il müəyyən edilmişdir. İddiaçı isə kredit borclunun restrukturizasiyasını deyil, ona ödənilməli olan, lakin əsassız olaraq əvvəllər ödədiyi borcundan çıxıldığına görə ödənilməmiş kompensasiya məbləğinin ödənilməsini tələb edir. Digər tərəfdən iş materiallarından göründüyü kimi iddiaçı xx.xx.2019-cu ilədək hazırkı tələbdə qeyd edilmiş məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Odur ki, Qaydaların 6.16-cı bəndinin hazırkı iş üzrə tətbiqi istisna edilir. Məhkəmə hesab etmişdir ki, cavabdeh orqan hesablanmış 1497,47 manat kompensasiya məbləğini əvvəllər ödənilmiş borc məbləğindən çıxmaqla iddiaçıya ödənilməsindən imtina etməkdə haqlı olmamışdır.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edi lməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2023-cü il tarixli, 2-1(107)-227/2023 nömrəli qərarı ilə (hakimlər: X1 (sədrlik edən və məruzəçi), X6 və X2) Şəki İnzibati Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Həmçinin apellyasiya instansiyası məhkəməsi cavabdehin iddiaçıya hesablanmış kompensasiya məbləği ləğv prosesində olan Cavabdeh1 ASCnin hesabına köçürülməsi nəticəsində həmin pulun onun sərəncamında olmaması barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentini n “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən vətəndaşlara kompensasiyanın ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə qoyulmuşdur. Odur ki, hazırkı iş üzrə iddia tələbi düzgün cavabdehə qarşı irəli sürülmüşdür. Məhkəmə “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydalarına və “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanına əsaslanaraq qərar qəbul etmişdir.
14. Cavabde h həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində işin halları, imtina məktubunun və iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, n kredit müqaviləsi üzrə İddiaçı ümumilikdə 1.497,47 manat kompensasiya hesablanmışdır. Məlumat bazalarına ləğv prosesində olan Cavabdeh1 ASC tərəfindən xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Fərmanın qüvvəyə mindiyi günə (xx.xx.2019-cu il tarixinə) 1.664,64 ABŞ dolları (2.829,89 manat) ödəniş müddəti keçmiş əsas kredit borcunun mövcud olması ilə bağlı qeydlər daxil edildiyindən, yuxarıda qeyd edilən kompensasiya məbləği Fərmanın 2-ci h issəsinə əsasən həmin borcun ödənilməsinə yönəldilmişdir. Göründüyü kimi, Palata Fərmanın tələbləri baxımından üzərinə düşən öhdəlikləri yerinə yetirərkən hər hansı pozuntuya yol verməmişdir. Belə ki, Fərmanla müəyyən edilmiş müddət ərzində (2019-cu ilin iyun ayına qədər) kompensasiyaların ödənilməsi və ya borclara yönəldilməsi məqsədilə MKR məlumat bazası və bankların fiziki olaraq təqdim etdiyi məlumatlar üzrə hesablamalar aparılmış və müvafiq siyahı hazırlanaraq aidiyyəti üzrə icra edilməsi məqsədilə Maliyyə Nazirliyinə göndərilmişdir. Qeyd olunmalıdır ki, Palata Fərman üzrə ona həvalə edilmiş öhdəlikləri, yəni kompensasiyaların aidiyyəti üzrə ödənilməsi barədə müvafiq tədbirləri 2019-cu ilin iyun ayına qədər bitirdiyindən, bu müddət ərzində isə iddiaçının xx.xx.2015-ci il tarixli kredi t müqaviləsi üzrə öhdəliyinin icra edilməsi ilə bağlı hər hansı məlumata sahib olmadığından, Maliyyə Nazirliyinə hesablanmış kompensasiya məbləğinin iddiaçının borcuna yönəldilməsini sifariş etmişdir. Fərmandan irəli gələn məsələlərin icra olunması məqsədilə Palata, Maliyyə Nazirliyi və digər qurumların üzərinə konkret vəzifələr qoyulmuşdur. Belə ki, Fərmanın 3-cü hissəsinə, həmçinin Qaydanın 4.1-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmi və güzəştlər təsdiq edildikdən sonra Palata yalnız ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən etməli və bu barədə Azərbaycan Respublikasının Mal iyyə Nazirliyinə (Maliyyə Nazirliyi) və Mərkəzi Banka məlumat verməlidir. Vətəndaşa hesablanmış kompensasiya məbləği icraatın hər hansı bir mərhələsində Palatanın sərəncamında (və ya müvafiq hesablarında) olmur və siyahı üzrə Maliyyə Nazirliyindən birbaşa olaraq kredit təşkilatlarının müvafiq hesablarına köçürülür. Cavabdeh1 ASC və ya onun ləğvedicisi olan ƏSF tərəfindən kredit müqavıləsi üzrə borcun tam şəkildə ödənilməsi barədə hər hansı məlumat Palataya və ya məlumat sistemlərinə təqdim edilməməsi səbəbindən iddiaçıya hesablanmış kompensasiya məbləği ləğv prosesində olan Cavabdeh1 ASC-nin hesabına köçürülmüşdür. Başqa sözlə, iddianın predmeti olan kompensasiya məbləği hazırda həmin qurumun sərəncamındadır və vəsaitin qaytarılmasına dair iddia da həmin quruma qarşı qaldırılmalı idi. Ka ssator hesab edir ki, apellyasiya məhkəməsinin qərarı “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydalarının və “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının tələblərini pozulması ilə qəbul edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
16. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019- cu il tarixli Fərmanı:
1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə– bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi.
2. Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin.
5. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki: 5.1. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Ba zarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; 5.2. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin; 5.3. bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. 18. “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexaniz minin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydaları
19. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şika yətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
20. Avro pa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Ape llyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tə rəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına apellyasiya məhkəməsi iddiaçıya kompensasiya məbləğinin ödənilməsinin əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktik i hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
27. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın işin halları hissəsində qeyd olunanlara əsasən iddiaçının 1-ci devalvasiyayadək Cavabdeh1 ASC qarşısında hər hansı kredit öhdəliyi olmamışdır. Beləliklə, iddiaçıya Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanın tələbləri baxımından iki dəfə kompensasiya hesablanmamalıdır.
28. Lakin, cavabdeh xx.xx.2017-ci il tarixdə iddiaçının Cavabdeh1 ASC-yə heç bir borcu olmadığı halda Cavabdeh1 ASC tərəfindən cavabdehə Fərmanın qüvvəyə mindiyi günə (xx.xx. 2019-cu il tarixinə) sözügedən kredit müqaviləsi üzrə 1.664,64 ABŞ dolları (2.829,89 manat) ödəniş müddəti keçmiş əsas kredit borcu mövcud olması əsası ilə iddiaçıya məlumatın doğru olub-olmamasını araşdırmadan, hesablanmış kompensasiya məbləğini ödənilmiş borc məbləğindən çıxmaqla iddiaçının hüquqlarını pozmuşdur.
29. Cavabdehin iddiaçıya hesablanmış kompensasiya məbləği ləğv prosesində olan Cavabdeh1 ASC-nin hesabına köçürülməsi nəticəsində həmin pulun onun sərəncamında olmaması barədə kassasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019cu il tarixli Fərmanına əsasən vətəndaşlara kompensasiyanın ödənilməsi vəzifəsi Azərbay can Respublikası Mərkəzi Bankının üzərinə qoyulmuşdur. Odur ki, hazırkı iş üzrə iddia tələbi düzgün cavabdehə qarşı irəli sürülmüşdür.
30. Beləliklə, cavabdeh orqan hesablanmış 1497,47 manat kompensasiya məbləğini əvvəllər ödənilmiş borc məbləğindən çıxmaqla iddiaçıya ödənilməsindən imtina etməkdə haqlı olmamışdır.
31. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2023-cü il tarixli, 2-1(107)-227/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.