Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1958/2019 10.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, X3 ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, cavabdehin vəkili X6 və üçüncü şəxs “xxxx” Açıq Səhmdar Cəmiyyətinin vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı (“xxxx” Açıq Səhmdar Cəmiyyəti və Əmlak Məsələləri Dövl ət Komitəsinin yanında X2 Təşkili üzrə Dövlət Agentliyi üçüncü şəxslər olmaqla) “Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 19.01.1995-ci il tarixli 15 nömrəli qərarı ilə ayrılmış 0.05 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarış verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-123/2019 nömrəli, 07 mart 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 10 iyul 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, XVİİ çağırış Mingəçevir şəhər X5 Rəyasət He yətinin 19.01.1995-ci il tarixli 3 nömrəli protokolu ilə lal-karlar cəmiyyətinin təsis etdiyi “xxxx” kiçik müəssisəsinin istifadəsində olan 6 ha torpaq sahəsinin 2 ha hissəsinin cəmiyyət üzvlərinə kollektiv bağçılıq üçün ayrılması məqsədi ilə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 12.11.1994-cü il tarixli vəsatəti nəzərə alınaraq "xxxx” kiçik müəssisəsinin istifadəsində olan 6 ha torpaq sahəsinin 2 ha hissəsinə xitam verilmiş və lal-karlar cəmiyyətinin üzvlərinə kollektiv bağçılıq üçün 2 ha torpaq sahəsi ayrılmışdır. “xxxx” Kiçik Müəssisəsi bağçılıq yoldaşçılığının 70 nəfər üzvü olmuş və İddiaçı adı bağçılıq yoldaşlığının üzvlərinin siyahısında 18-ci yerdə göstərilmişdir. Bundan sonra, Mingəçevir şəhər XDS icraiyyə Komitəsinin 19.01.1995-ci il tarixli 15 nömrəli qərarına istinadən “x xxx” Kiçik Müəssisəsi bağçılıq yoldaşçılığının üzvü İddiaçı 20x25 ölçüdə olan 18 nömrəli sahədə yerləşən 500 kv.m torpaq sahəsi verilmiş və adına 04.04.1995-ci il tarixli order hazırlanmışdır. İddiaçı (bundan sonra iddiaçı) Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin qərarına əsasən verilmiş 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) müraciət etmiş, sonuncu 22.07.2017-ci il tarixli **********43 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, torpaq sahəsi üzərində mübahisə olduğu üçün müayinəyə şərait yaradılmamış və inventarlaşma işlərinin aparılması mümkün olmamışdır. Bundan başqa, torpaq sahəsinin cənub sərhəddində n gücü 110 kvt olan yüksək gərginlikli elektrik xətti keçir və qanunvericiliyin tələbi baxımından torpaq sahəsi ilə elektrik xətti arasında olan qoruma zolağı gözlənilməmişdir. Bu cavabla razılaşmayan iddiaçı hazırkı iddia tələbi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 19.01.1995-ci il tarixli 15 nömrəli qərarına əsasən ona 500 kv.m torpaq sahəsi ayrılmışdır. O, torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu torpaq sahəsi ilə bağlı mübahisə olduğundan, habelə torpaq sahəsinin cənub hissəsindən yüksək gərginlikli elektrik xəttinin keçdiyini bildirərək bundan imtina etmişdir. Cavabdehin imtinası əsassızdır. Belə ki, torpaq sahəsi adın ı bilmədiyi şəxs tərəfindən zəbt olunub və torpaq sahəsinin yaxınlığından keçən elektrik xətti istifadə olunmur. Cavabdeh inzibati orqan 21.09.2017-ci il tarixli **********47 nömrəli məktubla iddia tələbinə etiraz etmiş və etirazını iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtinanın dəlilləri ilə əsaslandırmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli 2-1(84)-26/2018 nömrəli qərarı ilə (hakim: R.A.Məcidov) iddia təmin edilərək, DƏDRX-in 17 saylı Ərazi İdarəsinin üzərinə Mingəçevir şəhər XDS icraiyyə Komitəsinin 19.01.1995-ci il tarixli 15 nömrəli qərarı ilə iddiaçıya ayrılmış 0.05 ha (X 675565,3320 Y 4514894,8721, X 675555,5918 Y 4514877,3980, X 675532,7174 Y 4514887,1612, X 675542,9356 Y 4514904,6766) həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına hüquqların dövlət qeydiyyatından çıxarışın verilməsi öhdəliyinin qoyulması, mütəxəssisə ödənilməli olan 120 (bir yüz iyirmi) manat haqqın məbləğinin İddiaçı tutularaq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin hesabına (VÖEN **********, Kapitalbankın 1 saylı Xətai Filialı, Kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Hesab: AZ23AİİB********************) ödənilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının hüquqlarının dövlət qeydiyyatı ilə bağlı cavabdehin imtina dəlilləri əsassız olduğundan, iddiaçıya ayrılmış və X 675565,3320 Y 4514894,8721, X 675555,5918 Y 4514877,3980, X 675532,7174 Y 4514887,1612, X 675542,9356 Y 4514904,6766 koordinatlar da yerləşən hasara alınmamış, boş istifadəsiz ərazidə yerləşən 500 kv.m torpaq sahəsi üzərində iddiaçının hüquqları dövlət qeydiyyatına alınmalıdır. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 mart 2019-cu il tarixli, 21(107)-123/2019 nömrəli qərarı ilə (sədrlik edən: R.R.Rəfiyev, hakimlər: G.Q.Abbasov və M.R.Hüseynov) apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli 2-1(84)-26/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh apelyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iş in təkrar apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını əhəmiyyətli dərəcədə pozmuş və onları düzgün tətbiq etməmiş, həmçinin şikayətdə qeyd olunan digər halları qanunamüvafiq qaydada araşdırmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ -hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. ‘‘Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9- cu maddəsinə əsasən, qanu na uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında “Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən, idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Daha sonra qeyd edilir ki, işə əvvəlki instansiya məhkəmələrində baxılarkən torpaq sahəsinin üzərindən 110 kvt yüksək gərginlikli hava elektrik xəttinin k eçməsi nəzərə alınaraq “xxxx“ASC işə cəlb etməklə və onun nümayəndəsinin iştirakı təmin edilməli idi. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10.06.2015-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydalar”ına əsasən, torpaq sahəsi ilə elektrik xətti arasında olan mühafizə zolağı 20 metr qəbul edilməsinə baxmayaraq, mübahisə edilən torpaq sahəsi ilə elektrik xətti arasında olan qorunma zolağı gözlənilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 mart 2019-cu il tarixli, 2-1(107)-123/2019 nömrəli qərarının ləğv edilməsini və işin baxılması üçün yenidən apelyasiya instansiya məhkəm əsinə göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs “xxxx” Açıq Səhmdar Cəmiyyətinin vəkili kassasiya şikayətinə dair məsələnin həllini məhkəmənin mülahisəzinə buraxdığını bildirdi. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X2 Təşkili üzrə Dövlət Agentliyi məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, üçüncü şəxsə təqdim edilmiş məhkəmə bildirişində onun nüma yəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən e dilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə’’ Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər icra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsinin təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələlərin qanunvericiliyə uyğun olaraq həll edilməsi və bu Sərəncamın qüvvəy ə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlərin görülməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır. “Torpaq islahatları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanv ar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrıl mış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, bağ təsərrüfatı idarələrinin arxiv sənədləri Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilmişdir. Sərəncamın tələbləri baxımından bağ torpaq sahələri “Torpaq islahatı haqqında” Qanuna əsasən vətəndaşların mülkiyyət inə verilməlidir. Eyni zamanda, bağ torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin dairəsi müəyyən edilmiş və bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışlar hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Apelyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, XVİİ çağırış Mingəçevir şəhər X5 Rəyasət Heyətinin 19.01.1995-ci il tarixli 3 nömrəli qərarına əsasən lal-karlar cəmiyyətinin təsis etdiyi “xxxx” kiçik müəssisəsinin istifadəsində olan 6 ha torpaq sahəsinin 2 ha hissəsinə xitam verilmiş və lal-karlar cəmiyyətinin üzvlərinə kollektiv bağçılıq üçün 2 ha torpaq sahəsi ayrılmışdır. “xxxx" Kiçik Müəssisəsi bağçılıq yoldaşçılığının 70 nəfər üzvü olmuş, iddiaçının adı bağçılıq yoldaşlığının üzvlərinin siyahısında 18-ci yerdə göstərilmiş və Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 19.01.1995-ci il tarixli 15 nömrəli qərarı ilə “xxxx” Kiçik Müəssisəsi bağçılıq yoldaşçılığın üzvü olan iddiaçıya 18 nömrəli sahədə 20x25 ölçüdə - 500 kv.m torpaq sahəsi verilmiş və adına 04.04.1995-ci il tarixli order hazırlanmışdır. Göründüyü kimi, iddiaçıya qanuni əsaslarla ayrılmış 500 kv.m torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli sərəncamı, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı və “Torpaq islahatı haqqında” Qanunun tələbləri baxımından onun mülkiyyətindədir ki, cavabdeh qanunla üzərinə qoyu lmuş vəzifələri yerinə yetirərək onun hüquqlarının dövlət qeydiyyatını həyata keçirməlidir. İddiaçının hüquqların dövlət qeydiyyatı ilə bağlı cavabdehin imtinası ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan olaraq “İnzibati icraat haqqında" Qanunun tələbləri baxımından üzərinə qoyulmuş vəzifələrini icra etməyərək ayrılmış torpaq sahəsinin yerini müəyyən etməmiş və nəticədə iddiaçının göstərdiyi torpaq sahəsinə baxış keçirməklə mübahisənin olmasını, torpaq sahəsinin cənub tərəfindən yüksək gərginlikli elektrik xəttinin keçdiyini bildirmiş və hüquqların dövlət qeydiyyatından imtina etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən büt ün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir, inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Apelyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya ayrılmış 500 kv.m torpaq sahəsi onun iddia etdiyi yerdə deyil, X 675565,3 320 Y 4514894,8721, X 675555,5918 Y 4514877,3980, X 675532,7174 Y 4514887,1612, X 675542,9356 Y 4514904,6766 koordinatlarında yerləşməklə lal-karlara verilmiş torpaq sahəsinin sxeminə əsasən, qərb tərəfdən 18-ci yerdə mövcud olan, fərdi yaşayış evi tikilməmiş, hasara alınmamış, boş istifadəsiz ərazidədir. Bununla yanaşı, müəyyən edilmiş koordinatlarda yerləşən torpaq sahəsinin koordinatları ilə X4 adına hazırlanmış A seriyalı 193668 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş 518.97 kv.m torpaq sahəsinin koordinatları üst-üstə düşsə də, faktiki olaraq torpaq sahələri üst- üstə düşmür. Belə ki, X4 faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə adına hazırlanmış A seriyalı 193668 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş 518.97 kv.m torp aq sahəsinin koordinatları üst-üstə düşmür. Yuxarıda göstərilənlərdən görünür ki, X4 faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları adına hazırlanmış torpaq sahəsinin planı və ölçüsü sənədində olan koordinatlarla üst-üstə düşmür ki, sonuncu iddiaçıya ayrılmış torpaq sahəsindən deyil, başqa torpaq sahəsindən istifadə edir. Bu isə onu deməyə əsas verir ki, X4 adına hazırlanmış A seriyalı 193668 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş 518.97 kv.m torpaq sahəsinin koordinatlarında uyğunsuzluqlar vardır ki, həmin uyğunsuzluq sonuncunun hüquqlarının dövlət qeydiyyatı zamanı məhz cavabdeh tərəfindən aradan qaldırılaraq hüquqların dövlət qeydiyyatı aparılmalıdır. Belə ki, Xidmətin öz fəaliyyətini tənzimləyən “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəs inin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında’’ Əsasnamədə qeyd olunur ki, həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Bundan başqa məhkəmələr tərəfindən müəyyən edi lmişdir ki, iddiaçıya ayrılmış və müəyyən olunmuş koordinatlarda yerləşən 500 kv.m torpaq sahəsinin koordinatları ilə X1 adına hazırlanmış A seriyalı 193667 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş 348.92 kv.m torpaq sahəsinin koordinatları üst-üstə düşmür. Məhkəmələr haqlı olaraq qeyd etmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsi üzərində mübahisə olmasına dair cavabdehin dəlilləri əsaslı deyildir. Apelyasiya instansiya məhkəməsi cavabdehin hüquqların dövlət qeydiyyatından imtinanın digər əsasına, yəni torpaq sahəsinin cənub hissəsindən yüksək gərginlikli elektrik xəttinin keçməsi ilə bağlı imtina dəlillərinə münasibətdə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçıya ayrılmış torpaq sahəsi onun iddia etdiyi yerdə deyil, başqa ərazidə ye rləşir ki, imtinanın bu əsası da əsassızdır. Hətta belə olmuş olsa belə, yuxarıda şərh olunan qanunvericilik aktlarına əsasən mübahisə predmeti olan və müəyyən edilmiş koordinatlarda yerləşən torpaq sahəsi iddiaçının mülkiyyətindədir ki, cavabdeh bu əsasla hüquqların dövlət qeydiyyatından imtina edə bilməz. Bundan başqa, mübahisə predmeti olan bağ sahəsi iddiaçıya Mingəçevir şəhər X5 Rəyasət Heyətinin 19.01.1995-ci il tarixli qərarına əsasən 04.04.1995-ci il tarixdə ayrılmışdır ki, torpaq sahəsi ayrılan zaman cavabdehin istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.06.2015-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 vt-dan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları” mövcud olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu ma ddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göründüyü kimi, cavabdeh təşkilatın Azərbaycan Respublikası Nazirlər Kabinetinin adı çəkilən qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na istinad etməsi yolverilməzdir. Bununla yanaşı, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində sadalanmış, cavabdeh inzibati orqan həmin əsaslardan hər hansı birinin mövcud olması barədə məhkəməyə hər ha nsı sübut təqdim etməmiş, həmin əsaslar mövcud olmadığı halda iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından əsassız imtina etmişdir. Həmçinin qeyd edilməlidir ki, cavabdehin istinad etdiyi qaydalarda mühafizə zolağına yaxın ərazilərdə yerləşən torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatına alınmasına hər hansı qadağa mövcud deyildir və qaydalar yalnız mülkiyyətdə və ya istifadədə olan torpaq sahələrindən istifadə qaydalarını müəyyən edir. Belə ki, adı çəkilən qaydaların 2-ci bəndinə əsasən, bu Qaydaların məqsədi gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin qorunmasını təmin etməkdən, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan, həmçinin elektrik şəbəkələrinin layihələşdirilməsini, tikintisini, istismarını, şəbəkənin mühafizə zonasınd a işlərin aparılmasını müəyyən etməkdən ibarətdir və tətbiqi məcburidir. Göründüyü kimi, cavabdehin imtinasının əsasları qanunsuz olmuşdur. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, mütəxəssis rəyində müəyyən olunmuş koordinatlarda yerləşən torpaq sahəsi DWG baza xəritəsinə əsasən Dövlət mülkiyyətinə aid torpaqdır. Müəyyən edilmiş koordinatlarda yerləşən torpaq sahəsi ayrıldığı 1995-ci il tarixdə dövlətə məxsus əmlak olmuş və həmin zaman ölkədə aparılan torpaq islahatının əsaslarını müəyyən edən “Torpaq islahatı haqqında" Qanun qəbul edilməmişdir. Həmin Qanun 1996-cı il tarixdə qəbul edilsə də, bağçılıq yoldaşlıqları torpaqlarının mülkiyyətə verilməsi məsələləri yalnız “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan R espublikası Prezidentinin 22.05.2007-ci il tarixli sərəncamının icrası ilə bağlı öz həllini tapmışdır. Belə ki, qeyd olunduğu kimi, həmin sərəncamın 2.2-ci bəndində bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlərin görülməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmış və 1 fevral 2008-ci il tarixli 537-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Torpaq islahatı haqqında” Qanunun 25-ci maddəsinə yeni məzmunda dördüncü hissə əlavə edilmişdir. 25-ci maddənin dördüncü hissəsinə əsasən, bu Qanunun 9-cu maddəsin in müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. Göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsinin elektron baza xəritələrində dövlət mülkiyyəti kimi göstərilməsi düzgün olmuşdur ki, “Torpaq islahatı haqqında” Qanunun 25-ci maddəsinin 4-cü hissəsində də məhz bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqların vətəndaşların mülkiyyətinə verilməsi nəzərdə tutulur. İddiaçıya ayrılmış torpaq sahəsi dövlət mülkiyyətində olmuş və dövlət torpaq sahəsini iddiaçıya bağışlamışdır ki, torpaq sahəsinin elektron baza xəritəl ərində dövlət mülkiyyəti kimi göstərilməsi həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına maneə deyildir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Cavabdeh tərəfindən kasassiya şikayətində göstərilən arqumentlərin hüquqi əsası olmadığından həmin şikayət təmin oluna və apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilə bilməz. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası q ərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 mart 2019-cu tarixli, 2-1(107)-123/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1958/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1958/2019
10.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver