Məhkəmə qərarları › İş №2-1(102)-1958/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1958/2020

20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1958/2020 20.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 64 yaşına çatmış kişiyə yaşa görə əmək pensiyasının təyin edilməsi; ali təhsil müəssisəsində əyani təhsil müddətinin sığorta stajına daxil edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, Cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinə qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(103)638/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1955-ci ildə doğulmuş, 1972-1976-cı illərdə ali təhsil müəssisəsində əyani təhsil almış, xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilədək, xx.xx.1978ci ildən xx.xx.1980-ci ilədək, xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək, xx.xx.1983-ci ildən xx.xx.1983-ci ilədək, xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilədək, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilədək, xx.xx.1989-ci ildən xx.xx.1991-ci ilədək, xx.xx.1991-ci ildən xx.xx.1997-ci ilədək, xx.xx.1997-ci ildən xx.xx.2005-ci ilə dək əmək fəaliyyəti ilə məşğul olmuşdur.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

3. Cavabdeh xx xxxxxxx 2019-cu il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı və pensiya sığorta kapitalının olmaması göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı xx xxxxxx 2019-cu il tarixində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun 1972-ci ilin sentyabr ayından 1976-cı ilin iyul ayınadək ali təhsil müəssisəndə əyani təhsil aldığı dövr, xx xxxx 1991ci ildən xx xxxxx 1997-ci ilə qədər Bakı şəhəri İstehla k Cəmiyyətində satıcı vəzifəsində və xx xxxxxxx 1997-ci ildən xx xxxxxx 2005-ci ilə qədər “X1” Açıq tipli Səhmdar Cəmiyyətində gözətçi və fəhlə vəzifələrində işlədiyi illər sığorta stajına daxil edilməklə ona əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun 1972-ci ilin sentyabr ayından 1976-cı ilin iyul ayınadək ali təhsil müəssisəndə əyani təhsil aldığı dövr, xx xxxx 1991-ci ildən xx xxxxx 1997-ci ilə qədər Bakı şəhəri İstehlak Cəmiyyətində satıcı vəzifəsində və xx xxxxxxx 1997-ci ildən xx xxxxxx 2005-ci ilə qədər “X1” Açıq tipli Səhmdar Cəmiyyətində gözətçi və fəhlə vəzifələrində işlədiyi illəri sığorta stajına daxil edilməklə 64 yaşının tamam olduğu xx.xx.20 19-cu il tarixindən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1991-ci ildən xx xxxxx 1997-ci ilə qədər Bakı şəhər İstehlak cəmiyyətində satıcı vəzifəsində, xx xxxxxxx 1997-ci ildən xx xxxxxx 2005-ci ilə qədər “X1” Açıq tipli Səhmdar Cəmiyyətində gözətçi və fəhlə vəzifələrində işləmişdir. İşlədiyi həmin illər əmək kitabçasında qeyd edilmişdir. Lakin arxiv sənədlərinin tapılması qeyri-mümkündür. Bundan əlavə, o, 1972-ci ilin sentyabr ayından 1976-cı ilin iyul ayınadək əyani təhsil almışdır. Hesab edir ki, yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun qanuna tələb olunan 25 il sosial sığorta stajı vardır. İddiaçı göstərilənlərə və “Vətəndaşların pensiya təminatı haqqında” Qan unun 67-ci maddəsinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 33.1, 45.1 və 73.1-ci maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(82)4144/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının 1972-ci ilin sentyabr ayından 1976-cı ilin iyul ayınadək əyani təhsil aldığı dövr, xx xxxx 1991-ci ildən xx xxxxx 1997-ci ilə qədər Bakı şəhəri İstehlak Cəmiyyətində satıcı vəzifəsində və xx xxxxxxx 1997-ci ildən xx xxxxxx 2005-ci ilə qədər “X1” Açıq tipli Səhmdar Cəmiyyətində gözətçi və fəhlə vəzifəsində işlədiyi illərin sığorta stajına daxil edilməklə 64 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzif əsi cavabdehə həvalə edilmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mübahisələndirilən dövrlərdə təhsil və işlədiyi müddətlər iş materialları ilə təsdiq edilir və o, yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajına malikdir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş edilmişdir b. apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(103)-638/2020 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərə k qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ ETİRAZİN DƏLİLLƏRİ, a. kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Bundan başqa, şikayətdə qeyd edilir ki, “X1” Açıq tipli Səhmdar Cəmiyyətinin və Bakı Şəhər İstehlak Cəmiyyətinin həqiqətən də qeyd olunan dövrlərdə dövlət qeydiyyatından keçib-keçməməsi, fəaliyyətinin olub-olmaması, əgər vergi uçotuna alınıbsa vergi ödənişlərinin edilib-edilməməsi barədə müvafiq məlumatların göndərilməsi ilə bağlı məlumat yoxdur. Sözügedən mübahisə üzrə tam, hərtərəfli araşdırmanın aparılmasının təmin edilməsi, həqiqətin aşkar a çıxarılması məqsədilə bu xüsusatların məhkəmə baxışı zamanı araşdırılmaqla sübut edilməsi iş üçün mühüm əhəmiyyət kəsb etsə də, apellyasiya instansiyası məhkəməsi bu halları araşdırmadan qərar qəbul etmişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları

14. Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

15. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından, çıxışlarda iştirak etmədi. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu p ensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır 17. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.2-ci bənd. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən e dilir: 3.2.1. əmək kitabçası;... 18. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə

67. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir.

19. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulm uş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

20. Kassas iya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

23. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, əmək kitabçasında aparılan qeydlərin düzgünlüyünü müəyyən etmək mümkün olmamışdır.

24. Məhkəmə kollegiyası cavabdehin həmin dəlili ilə bağlı qeyd edir ki, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən iddiaçının əmək kitabçasında olan qeydlərin qanunvericiliyin tələblərinə uyğu n olduğu müəyyən edilmiş, onların mötəbərliyini şübhə altına alan heç bir hal aşkarlanmamışdır. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçasındakı qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin qeydlər, eləcə də iddiaçının xx xxxx 1991-ci ildən xx xxxxx 1997-ci ilə qədər Bakı şəhəri İstehlak Cəmiyyətində satıcı vəzifəsində və xx xxxxxxx 1997-ci ildən xx xxxxxx 2005-ci ilə qədər “X1” Açıq tipli Səhmdar Cəmiyyətində gözətçi və fəhlə vəzifələrində işləməsi barədə qeydlər mötəbər hesab olunmalıdır.

25. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən onun 25 il sosial sığorta stajına malik olması təsdiqini tapır.

26. İddiaçı təhsil illərini iş stajına daxil edilməsi hüququnu təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə əsasən əldə e tmişdir ki, sonradan qanunvericiliyin tələblərinin dəyişməsi onun bu hüquqdan məhrum edilməsinə səbəb ola bilməz.

27. Göründüyü kimi, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan 25 il sosial sığorta stajına malikdir.

28. Cavabdeh kassasiya şikayətində iddiaçının işlədiyi müəssisələrin dövlət qeydiyyatına alınması barədə məlumatın öz təsdiqini tapmadığını, apellyasiya instansiyası məhkəməsinin isə bu halı araşdırmadığını qeyd etsə də, məhkəmə kollegiyası cavabdehin bu dəlilini də əsassız hesab edir.

29. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən müəyyən edilmişdir ki, “X1” Açıq tipli Səhmdar Cəmiyyəti xx xxxxxxxx 1997-ci ildə dövlət qeydiyyatına alınmışdır.

30. Apellyasiya instansiyası mə hkəməsinin qərarı düzgündür və şikayətin təmin olunması üçün əsaslar yoxdur.

31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(103)-638/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar