Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1958/2023 24.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: ərazi aidiyyətinin müəyyən edilməsi; işin hallarının araşdırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iş üzrə ərazi aidiyyətinin müəyyən edilməsi məsələsinə yazılı məhkəmə icraatı qayd asında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş 1435.98 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 1500 manat məbləğində siyahıya alınmış əmlakının ticarət şəbəkələrində satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2-1(112)-9041/2023 nömrəli qərardadı ilə (hakim S.Salahova) inzibati iş ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmənin müəyyən olunması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.
3. Məhkəmə qərardadında qeyd edilmişdir ki, işdən görünür ki, siyahıya alınmış əmlak qismində ünvan 1 ü nvanında yerləşən Ocaq restoranındakı vitrin tipli 1 ədəd soyuducu çıxış edir. Cavabdehə məxsus şəxsiyyət vəsiqəsi məlumatlarından isə görünür ki, o, Kürdəmir rayonu, Xıdırpay kəndində qeydiyyatdadır. Bu növ iddialar üzrə qəbul edilmiş məhkəmə qərarlarından görünür ki, iddianın ərazi aidiyyətinin müəyyən edilməsində vahid yanaşma mövcud deyil. Bu səbəbdən “siyahıya alınmış əmlakın satılması” barədə iddialar üzrə məhkəmənin ərazi aidiyyətinin siyahıya alınmış əmlakın (daşınar əmlaklarda isə həmin əmlakın yerləşdiyi obyektin), yoxsa cavabdehin yerləşdiyi yerə görə müəyyən edilməsinin aydınlaşdırılmasına zərurət vardır. TƏTBİQ EDİLƏN HÜQUQ
4. İnzibati Prosessual Məcəllə Maddə
8. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qa ydalar tətbiq olunur:... 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qayd aları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur;... 8.1.3. inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır;... Maddə
9. Ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmənin müəyyən edilməsi 9.1. Aşağıdakı hallarda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edi lir:... 9.1.3. mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda. 9.2. Bu Məcəllənin 8.1-ci maddəsində nəzərdə tutulmuş qaydada ərazi aidiyyətini müəyyən etmək mümkün olmadığı hallarda, səlahiyyətli məhkəmə Ali Məhkəmə tərəfindən müəyyən edilir. 9.3. Məhkəmə icraatının hər bir iştirakçısı və mübahisəyə baxan hər bir məhkəmə aidiyyətlə bağlı yuxarı məhkəməyə müraciət edə bilər. Yuxarı məhkəmə müraciət üzrə şifahi məhkəmə baxışı keçirmədən də qərar qəbul etməyə haqlıdır. AZƏRBAYCAN RESPUBLİKASİ ALİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
5. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-9041/2023 nömrəli qərardadının “qərara aldı” hissəsində göstərilmişdir ki, “iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirl ər Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmənin müəyyən olunması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin”.
6. Məlum olduğu kimi iddiaçının cavabdehə qarşı iddiası cavabdehin xx.xx.2023-cü il tarixinə qeyd olunan borc məbləğindən İcbari Tibbi Sığortalar Fondunun ödənilməmiş 1435.98 manat borcunun təmin edilməsi məqsədi ilə 1500 manat məbləğində siyahıya alınmış əmlakının ticarət şəbəkələrində satılması barədə qərar qəbul edilməsindən ibarətdir.
7. Bakı İnzibati Məhkəməsi qərardadında konkret olaraq işin cəmi 2 (iki) halını qeyd etmişdir, yəni “siyahıya alınmış əmlak qismində ünvan 2 ünvanında yerləşən Ocaq restoranından vitrin tipli 1 ədəd soyuducu çıxış edir” bu işin qərardadda yazılan birinci halıdır.
8. Qərardadda yazılmış işin ikinci halı isə “cavabdehə məxsus şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, o, Kürdəmir rayonu, Xırdaqoy kəndində qeydiyyatdadır” cümləsindən ibarətdir.
9. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin istinad etdiyi cavabdehin şəxsiyyət vəsiqəsi ümumiyyətlə işdə yoxdur.
10. Bu səbəbdən də məhkəmənin nəyə əsasən cavabdehin Kürdəmir Xırdaqoy kəndində qeydiyyatda olması barədə qənaətə gəlməsi məlum deyildir.
11. Əksinə, işin 6-7 səhifələrində olan vergi orqanının təqdim etdiyi sənədlərdən görünür ki, cavabdehin VÖEN-i ********** olmaqla, ünvanı: ünvan 3
12. Qərardaddan görünür ki, məhkəmə İPM-in 8.1, 8.1.1, 8.1.2, 8.1.3, 8.1.3-1, 8.1.4cü maddələrinə əsaslanır.
13. Aydındır ki, İPM-in 8.1.4-cü maddəsindən başqa İPM-in 8.1-ci maddəsinin bəndlərinin hazırkı mübahisəyə tətbiq edilməsi mümkün deyildir.
14. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, işə cavabdehin rəsmi qeyd olunduğu yerin məhkəməsində baxılmalıdır.
15. Lakin İPM-in 8.1.4-cü maddəsinin tətbiq edilməsi üçün cavabdehin ən azından rəsmi qeydiyyat yeri haqqında mötəbər sübut olmalıdır, ancaq işdə belə sübut yoxdur.
16. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, məhkəmə cavabdehin rəsmi qeydiyyat yerini müəyyən etməli, bundan asılı olaraq İPM-in 8.1.4-cü maddəsinə görə işin ərazi aidiyyəti məsələsi həll edilməlidir.
17. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı İnzibati Məhkəməsi tərəfindən cavabdehin rəsmi qeydiyyatı müəyyən edilsin və bundan asılı olaraq İPM-in 8.1.4-cü maddəsinə görə işə baxılması, işin həqiqi ərazi aidiyyəti məsələsi həll edilsin. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1958/2023 nömrəli iş üzrə hakim Zakir Quliyevin XÜSUSİ RƏYİ Qeyd edilməlidir ki, hazırkı inzibati mübahisədə cavabdeh adi fiziki şəxs kimi çıxış etmir, belə ki, cavabdeh ********** saylı VÖEN-ə malik olmaqla, vergi ödəyicisinin məlumatına görə onun ünvanı AZ1033, ünvan 4şdir, yəni cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olur və yuxarıda göstərilmiş VÖEN-i vardır, həmçinin cavabdehə məxsus sıyahıya alma prosesinə məruz qalmış obyekt də Bakı şəhərində yerləşir. Belə olan halda hesab edirəm ki, İPM-in 8.1.4-cü maddəsinə müvafiq olaraq inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən nəzərə alaraq ki, hazırkı mübahisədə cavabdeh adi fiziki şəxs kimi deyil, VÖEN-ə malik o lan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs olaraq çıxış etdiyindən, bu kateqoriyadan olan inzibati mübahisələr cavabdehin VÖEN üzrə aldığı yerin müvafiq səlahiyyətli məhkəməsi tərəfindən baxılmalıdır.