Məhkəmə qərarları › İş №2-1(102)-1959/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1959/2020

13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1959/2020 13.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (yaşayış evinin ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələl əri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-520/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: 1.İddiaçı xxx saylı evin nənəsi, xx.xx.1989-cu il tarixdə vəfat etmiş X3 məxsus olduğunu bildirmiş, Bakı şəhəri 31 saylı notariat kontoruna ərizə ilə müraciət edərək, nənəsindən miras qalmış fərdi yaşayış evinə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, iddiaçının ərizəsi əsasında notariat kontorunda vərəsəlik işi açılmış və id diaçı vərəsə kimi tanınmışdır.

2. İddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin tələblərinə uyğun olaraq nənəsinə məxsus olmuş evin sonradan anasına məxsus olması barədə arayışın verilməsi barədə ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) müraciət etmiş, lakin sonuncu xx.xx.2019-cu il tarixli **********67 nömrəli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, ünvan 2 yerləşən torpaq sahəsi və fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın d övlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na əsasən hüquqmüəyyənedici sənədlərdən hər hansı biri təqdim ediləcəyi halda ərizəyə yenidən baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat 3.İddiaçı cavabdehə qarşı ünvan 1 ünvanında yerləşən birmərtəbəli evin nənəsi X3 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, təxminən 1900-cü ildə onun babası və nənəsi xxx saylı birmərtəbəli evi inşa edərək orada yaşamışlar. Kənd so vetində həmin ev onun nənəsi X2 adına qeydiyyata alınmışdır. Həmin evdə anası anadan olmuş, anası və atası ailə qurduqdan sonra həmin evdə yaşamışlar. 1989-cu ildə nənəsi, sonrakı illərdə isə valideynləri vəfat etmişdir və hazırda həmin evdə o, tək yaşayır. Bakı şəhəri 31 saylı notariat kontoruna ərizə ilə müraciət edərək, fərdi yaşayış evinə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, vərəsəlik işi açılmış və o, vərəsə kimi tanınmışdır. 31 saylı notariat kontorunun xüsusi notariusu cavabdehə müraciət edərək icraatında olan vərəsəlik işi ilə əlaqədar əmlaka dair çıxarışın verilməsini xahiş etmiş, lakin məktuba cavab verilmədiyindən o, özü ərizə ilə müraciət etmiş, cavabdehin xx.xx.2018-ci il tarixli, **********01 nömrəli və xx.xx.2018-ci il tarixli, **********97 nömrə li cavab məktubları ilə ona imtina edilmişdir. Sonradan o, ünvan 1 ünvanında yerləşən birmərtəbəli evin nənəsi X3 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş, cavabdehin xx.xx.2019-cu il tarixli, **********67 saylı cavab məktubu ilə ona imtina edilmişdir.

5. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, ünvan 2 yerləşən torpaq sahəsi və fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlə rin Siyahısı”na əsasən hüquqmüəyyənedici sənədlərdən hər hansı biri təqdim ediləcəyi halda ərizəyə yenidən baxıla bilər. Həmçinin, elektron kadastr məlumatına əsasən sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin perimetrik ölçü fərqləri mövcuddur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya imtina barədə **********67 saylı, xx.xx.2019-cu il tarixli cavab məktubu ünvanlanmışdır. 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)1684/2019 nömrəli qərarı ilə (hakim: X.X.İmanov) iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, 9a saylı ünvanında yerləşən birmərtəbəli evin mərhum X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

7. Birinci instansiya məhkəm əsi hesab etmişdir ki, cavabdehin imtinası əsassız olmaqla iddiaçının hüquqlarını məhdudlaşdırmışdır.

8. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2342/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: V.Ə.Baxışova, hakimlər: E.E.Nağıyeva və H.Ü.Həmidov) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)-1684/2019 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia rədd edilmişdir.

10. Apelyasiya instansiya məhkəməsi qeyd et mişdir ki, iddiaçı yaşayış sahəsinin texniki göstəriciləri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 46 saylı, xx.xx.2007-ci il tarixli sərəncamı ilə təsdiq edildikdən sonra evin texniki pasportunda dəyişiklik edilməsinə səbəb olan yenidənqurulma və yenidən planlaşdırılma işlərinin həyata keçirilməsi ilə bağlı mənzil qanunvericiliyində nəzərdə tutulmuş sənədləri əldə etməmiş və yaşayış sahəsinin ilkin hüquqi qeydiyyatının həyata keçirilməsi üçün cavabdeh orqana müraciət edərkən zəruri sənədləri təqdim etməmişdir. Belə olan halda Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, 9a saylı ünvanda yerləşən evin mövcud vəziyyətdə ilkin hüquqi qeydiyyatda alınmasından cavabdehin imtinası qanuni olmuşdur.

11. Apelyasiya instansiyası məhkəməsinin qərarından iddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edil məsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-3546/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: Z.M.Quliyev, hakimlər: N.İ.Rəsulbəyova və İ.K.Hüseynov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilərək iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmələr tərəfindən İPM-in 35.1-ci maddəsinin tələbləri araşdırılmamış və nəticə etibarı ilə həmin məsələyə hüquqi qiymət verilməmişdir. d)apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

14. Ba kı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-520/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: V.M.Məmmədov, hakimlər: X.A.Cəmilova və Ü.A.Mayılov) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)-1684/2019 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia rədd edilmişdir.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ünvan 1 ünvanda yerləşən birmərtəbəli evin qanuni icarədə və ya istifadədə olan torpaq sahəsində inşa edilməsi iş materialları ilə təsdiqini tapmır, evin eskiz layihəsi yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmamış, yaşayış evi istismara qəbul edilməmiş, tikilinin texniki pasportu tərtib olunmamış və cavabdehə təqdim edilməmişdir.

16. Apelyasiya instansiyası məhkəməsinin qərarı xx xxxxxx 2020-ci il tarixdə iddiaçıya təqdim olunmuşdur.

17. İddiaçı həmin qərardan xx xxxxxx 2020-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tımin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi əsassızdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi mübahisə predmetindən kənara çıxaraq iddiaçının mərhum anasına məxsus olan evin miras əmlakı kimi qəbul edilməsində maneələr yaradır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünv an 4 ünvanlanmış 80 saylı xx.xx.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri 31 saylı notariat ofisinə xx.xx.1989-cu il tarixdə vəfat etmiş X1 evin texniki pasportuna əsasən Bakı şəhəri, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, ev 9a-ya dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı vərəsəsi İddiaçı ərizəsi qəbul edilmiş və o, vərəsə kimi tanınmışdır.

19. Daha sonra qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bəndinə əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfi ndən təqdim edildikdə, onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir. Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur.

20. İddiaçı kassasiya şikayətinə əlavə təqdim edərək bildirmişdir ki, 1932-ci ildə tikilmiş mübahisəli evin 1992-ci il tarixdə Texniki İnventarlaşdırma Bürosu tərəfindən tərtib edilmiş texniki pasportu mövcuddur ki, məhz bu texniki pasport əsasında onun vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı ərizəsi notariat bürosunda qəbul edilmiş və o, vərəsə kimi tanınmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edil məmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

22. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

23. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

24. Azərbaycan Respublikası Konstitusiyası: Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdı r və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanun: Maddə 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış e vlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 10.2 Hüquqların dövlət qeydiyyatı üçün qeydi yyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.

26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin b u Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilə r. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddə və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi ü çün əsas yoxdur.

30. Kassasiya şikayətlərinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

31. İşdə olan sənədlərdən məlum olur ki, iddiaçı xxx saylı evin nənəsi, xx.xx.1989-cu il tarixdə vəfat etmiş X3 məxsus olduğunu bildirmişdir. İddiaçı Bakı şəhəri 31 saylı notariat kontoruna ərizə ilə müraciət edərək, nənəsindən miras qalmış fərdi yaşayış evinə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, iddiaçının ərizəsi əsasında notariat kontorunda vərəsəlik işi açılmış və o, vərəsə kimi tanınmışdır. İddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin tələblərinə uyğun olaraq nənəsinə məxsus olması barədə arayışın verilməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2019-cu il tarixli məktubla bundan imtina et mişdir.

32. Apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyini əsassız hesab edərək iddianı təmin etməmiş, iddiaçı apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq həmin qərardan kassasiya şikayəti vermişdir.

33. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin işdən görünür ki, ünvan 1 ünvanda yerləşən birmərtəbəli evin qanuni icarədə və ya istifadədə olan torpaq sahəsində inşa edilməsi iş materialları ilə təsdiqini tapmır, evin eskiz layihəsi yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılma mış, yaşayış evi istismara qəbul edilməmişdir. 34. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə görə, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

35. Məhkəmə kollegiyası bildirir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsi ilə nəzərdə tutulan qayda yalnız həmin Qanunun 8-ci və 10-cu maddələrinin tələblərinə riayət edilən halda müsbət nəticə verə bilər.

36. İddiaçı ka ssasiya şikayətinə əlavə təqdim edərək bildirmişdir ki, 1932-ci ildə tikilmiş mübahisəli evin 1992-ci il tarixdə Texniki İnventarlaşdırma Bürosu tərəfindən tərtib edilmiş texniki pasportu mövcuddur ki, məhz bu texniki pasport əsasında onun vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı ərizəsi notariat bürosunda qəbul edilmiş və o, vərəsə kimi tanınmışdır.

37. Qeyd olunmalıdır ki, iddiaçının istinad etdiyi, mübahisəli evə dair 1992-ci il tarixdə Texniki İnventarlaşdırma Bürosu tərəfindən tərtib edilmiş texniki pasportun mövcudluğu da apelyasiya instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticəni dəyişmir. Belə ki, həmin texniki pasport da daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində və Azərb aycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulan əsaslardan biri kimi çıxış etmir.

38. İddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsi ilə nəzərdə tutulan, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədləri, yəni Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyes tri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda təsbit olunan sənədlərdən də hər hansı birini cavabdehə və məhkəməyə təqdim etməmişdir.

39. Beləliklə, mübahisənin müəyyən olunmuş hallarına hüquq normaları apelyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı isə qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyas ının 2-1(103)-520/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar