Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-196/2019 23.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası iddiaçı cavabdeh Xidmətinəqarşı iş üzrə Azərbaycan Respublikası Dövlət QƏRAR (iş № 2-1(102)-196/2019) Bakı şəhəri xxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı, İ.Muradovun katibliyi ilə, Miqrasiya iddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qaçqın statusunun verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-1(103)2191/2018 saylı qərarından iddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Əfqan Respublikasının vətəndaşı, "Hazara" etnik qrupuna, şiə dini təriqətinə aid olduğunu, ailəli, bir övladı olduğunu, təhsili olmadığı üçün Kabildə tikinti işləri ilə məşğul olduğunu, atası vəfat etdikdən sonra ona və qardaşına atasından iki evin və torpaq sahəsinin miras qaldığını, ata tərəfdən əmisi uşaqları əmlakın onlar arasında bərabər bölüşdürülməsini tələb etdiklərini, bundan imtina etdikdən sonra qardaşının it kin düşdüyünü, əmisi uşaqlarının onu da qardaşı kimi eyni aqibət gözləyəcəyi barədə xəbərdarlıq etdiklərini və hədələdiklərini, özünün və ailəsinin həyatına və sağlamlığına real təhlükə hiss etdiyi üçün 2017-ci ildə Əfqanıstan İslam Respublikasını tərk edərək, Azərbaycan Respublikasına gəldiyini, xxx 2017-ci il tarixdə cavabdehə müraciət edərək, ona «Qaçqın» statusunun verilməsini xahiş etsə də, sonuncu, xxx 2018-ci il tarixli qərarı ilə müraciətdən imtina etdiyini bildirərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-13/1 saylı, xxx 2018-ci il tarixli və 25 saylı, xxx 2018-ci il tarixli qərarlarının ləğv edilməsi, "Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası ərazisində ona və ailə üzvlərinə "qaçqın" stat usu verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx 2018-ci il tarixli, 2-1(81)2841/2018 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir (hakim – Ş.A.Məmmədova). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-1(103)-2191/2018 saylı qərarı ilə (sədrlik edən K.N.Abiyeva, hakimlər M.N.Tağızadə və Ü.A.Mayılov) iddiaçı X1 apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli qərarından iddiaçı X1və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, cavabdehin İQ-13/1 saylı, xxx 2018-ci il tarixli və 2 5 saylı, xxx 2018-ci il tarixli qərarlarının ləğv edilməsi, vəsatəti təmin edərək, cavabdehin üzərinə qaçqın statusunun verilməsinə dair qərar qəbul edilməsi öhdəliyinin qoyulması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, iddiaçının atası vəfat etdikdən sonra ona və qardaşına atasından iki ev və torpaq sahəsi miras qalmış, iddiaçının əmisi uşaqları əmlakın onlar arasında bərabər bölüşdürülməsini tələb etmişlər, X1 bundan imtina etdikdən sonra, onun qardaşı itkin düşür, əmisi uşaqları, onu da qardaşı kimi eyni aqibət gözləyəcəyi barədə xəbərdarlıq edirlər və hədələyirlə r, özünün və ailəsinin həyatına və sağlamlığına real təhlükə hiss etdiyi üçün 2017-ci ildə Əfqanıstan İslam Respublikasını tərk edərək, Azərbaycan Respublikasına gəlmiş, bu səbəbdən cavabdehin qaçqın statusu verilməsindən imtina olunması haqqında qərarının ləğv edilməsi üçün qanuni əsaslar olmuş, inzibati orqan qaçqın statusunun müəyyən edilməsinə dair müddəalara riayət etməmişdir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 sentyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi, cavabdehin İQ-13/1 saylı, xxx 2018-ci il tarixli və 25 saylı, xxx 2018-ci il tarixli qərarlarının ləğv edilməsi, vəsatəti təmin e dərək, cavabdehin üzərinə qaçqın statusunun verilməsinə dair qərar qəbul edilməsi öhdəliyinin qoyulması barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəb ərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-1(103)-2191/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Əfqanıstan İs lam Respublikasının vətəndaşı olan iddiaçı xxx 2017-ci il tarixdə ailə üzvləri ilə birlikdə qaçqın statusu verilməsi haqqında vəsatətlə cavabdehə müraciət etmiş, onun vəsatəti araşdırılması üçün qeydiyyata alınmış, adına ***-**** saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla və ailə üzvləri ilə müsahibə keçirilmiş, ərizəçinin təqdim etdiyi sənədlərdə və verdiyi izahatlarda Əfqanıstanın Kabil şəhərində anadan olduğunu, heç bir təhsil almadığını, kafelmetlax düzmək işini öyrəndiyini və Kabil şəhərində bu işlə məşğul olduğunu qeyd etmiş, ərizəçi atası vəfat etdikdən sonra övladlarına (ərizəçiyə və qardaşı Sadiqə) 800 kv.metr torpaq sahəsi və 2 ev miras qoyduğunu, lakin sonradan bu miras üstündə X1, X2 və X3 aralarında mübahisənin baş verdiyini, əmisi oğlanları ilə münasibətlərinin kəskinləşməməsi üçün 800 kv. metr torpaq sahəsini onlara pay verdiyini, lakin əmisi uşaqlarının bununla kifayətlənməyərək, 2 evi də onlardan istədiklərini, ərizəçi isə evləri onlara verməkdən imtina etdiklərini söyləmiş, bu hadisədən sonra X1 adlı qardaşının itkin düşdüyünü, əmisi uşaqlarının isə ona yaxınlaşaraq əgər evləri onlara verməyə razılaşmazsa, onu da qardaşının aqibətinin gözlədiyini bildirərək təhdid etdiklərini söyləmiş, gələcəkdə əmisi oğlanları tərəfindən həyatı üçün təhlükə olacağını ehtimal etdiyini, bu səbəbdən də Əfqanıstanı tərk edərək, xxx 2017-ci il tarixdə Azərbaycan Respublikasına gəldiyini qeyd etmiş, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xxx 2018-ci il tarixli qərarına əsasən iddiaçıya qaçqın statusu verilməsində n imtina edilmiş, iddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin həmin qərarından inzibati qaydada şikayət vermiş və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən İnzibati şikayətin təmin edilməməsi haqqında 25 saylı, xxx 2018-ci il tarixli qərar qəbul edilmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, inandırıcılığın qiymətləndirilməsi zamanı iddiaçının qorxu və həyəcanları ehtimallara əsaslanmaqla məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, ərizəçinin izahatında bəzi ziddiyyətli məqamlar və uyğunsuzluqlar aşkar edilmiş, həmçinin iddiaçının müsahibə zamanı verdiyi izahata görə o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, milliyyətlərinə və dini etiq adlarına görə təqib olunmamış, beləliklə, Dövlət Miqrasiya Xidməti tərəfindən ərizəçidən alınan müsahibə zamanı onların vətəndaşları olduqları ölkədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətlərinə, milliyyətlərinə və dini etiqadlarına görə təqib olunmadığı müəyyən olunmuş, ərizəçi (iddiaçı) sığınacaq axtaran şəxs kimi məxsus olduğu ölkə tərəfindən onların təqiblərdən irəli gələn əsaslı səbəblər gətirə bilməmiş, hazırkı halda sübutetmə yükü (vəzifəsi) sığınacaq üçün müraciət edən şəxsin üzərinə düşür, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmiş, bu dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" xxx 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmamış, həmçinin Azərbaycan Respublikası Prezidentinin xxx 2000-ci il tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası"nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlməmiş, ərizəçiyə qaçqın statusu verilməsindən imtina olunması haqqında qərarın ləğv edilməsi üçün qanuni əsaslar olmamışdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxsləri n) statusu haqqında" xxx 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qaçqın-Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Azərbaycan Respublikası Prezidentinin xxx 2000-ci il tarixli, 419 saylı Fərmanı ilə təsdiq edilmiş "Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qa ydası"nın 3-cü bəndinə əsasən "Qaçqın" statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir; Qaydanın 7-ci bəndinə əsasən Qaçqın" statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcə lləsinin 14.1-ci maddəsinin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmələr iş materiallarına istinad etməkləiddia tələbinin rədd edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçıdan alınan müsahibə zamanı izahatında onun vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətlərinə, milliyyətlərinə və dini etiqadlarına görə təqib olunmadığını bildirdiyini, iddiaçının sığınacaq axtaran şəxs kimi məxsus olduğu ölkə tərəfindən onun təqiblərdən irəli gələn əsaslı səbəblər gətirmədiyini, onun qaçqın statusu verilməsi barədə dəlill ərinin "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmadığını, beləliklə, ərizəçiyə qaçqın statusu verilməsindən imtina olunması haqqında qərarın ləğv edilməsi üçün qanuni əsasların olmadığını nəzərə alaraq kassasiya şikayətinin bununla bağlı dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sü butlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-1(103)-2191/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-1(103)-2191/2018 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-196/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-196/2019
23.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver