Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-196/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: mənzilin yerləşdiyi torpaq sahəsinə çıxarış verilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri X idmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-522/2021 nömrəli, 29 iyun 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, 141 saylı evin 8 saylı mənzilinin yerləşdiyi torpaq sahəsinə dair çıxarışın verilməsini xahiş etmişdir.
2. Cavabdeh 28 fevral 2019-cu il tarixli, **********52 saylı məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, sözügedən daşınmaz əmlak dövlət reyestrində mənzil kimi qeydiyyatdan keçdiyindən, yerləşdiyi torpaq sahəsinin mülk iyyətə verilməsi qanunvericiliyə uyğun deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, 141 saylı evin 8 saylı mənzilinin yerləşdiyi torpaq sahəsinə dair adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, 141 saylı evin 8 saylı mənzili onun xüsusi mülkiyyətindədir. Həmin ev birmərtəbəli yaşayış evidir. Evə mülkiyyət hüququna dair çıxarış verildikdə evin altında olan və qanuni əsaslarla ona məxsus olan torpaq sahəsinə dair əsassız olaraq çıxarış verilməmişdir.
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, sözügedən daşınmaz əmlak dövlət reyestrində mənzil kimi qeydiyyatdan keçdiyindən, yerləşdiyi torpaq sahəsinin mülkiyyətə verilməsi qanunvericiliyə uyğun deyildir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Sözügedən daşınmaz əmlaka yerində aparılmış müayinə(baxış) zamanı müəyyən edilmişdir ki, 5 saylı sahə anbar kimi fəaliyyət göstərir. 4 və 5 saylı sahələrin pəncərə oyuqları qapı ilə əvəz olunub. Mənzilin ümumi sahəsi hüquqmüəyyənedici sənəd üzrə 59.5 kv.m, faktiki isə 80,4 kv.m-dir. Bundan əlavə, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, 141 saylı evdə 16 ədəd mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli, 2-1(81)2182/2019 saylı qərarı ilə (hakim: A.A.Abdullayeva) iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ünvan 1 ünvanında yerləşən 8 saylı mənzil Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət hüququ ilə iddiaçıya məxsus olsa da, həmin mənzilin yerləşdiyi binada 16 ədəd digər mənzillər başqa şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin bina yaşayış binasıdır. Binanın yerləşdiyi torpaq sahəsi isə binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyekt olub ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindək i birinci icraat
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-527/2020 nömrəli iş üzrə 11 mart 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: V.M.Ağayev və S.S.Seyidova) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli, 2-1(81)-2182/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1601/2020 nömrə li iş üzrə 25 avqust 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: İ.K.Hüseynov, hakimlər: Z.M.Quliyev və İ.Ə.Şəfiyev) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-527/2020 nömrəli iş üzrə 11 mart 2020-ci il tarixli qərarı ləğv edilərək iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
13. Məhkəmə tərkibi qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin halları tam və hərtərəfli araşdırılmamış, həmin hallara İPM-in 58.7-ci maddəsinin tələblərinə uyğun qiymət verilməmişdir. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
14. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-522/2021 nömrəli iş üzrə 29 iyun 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: H.Ü.Həmidov və C.A.Yusifov) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli, 2-1(81)-2182/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. Şikayət müəllifi hesab edir ki, apelyasiya instansiyası məhkəməsində işə baxılarkən inzibati prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, 141 saylı evin 8 saylı mənzili iddiaçının xüsusi m ülkiyyətində olsa da, cavabdeh tərəfindən iddiaçının evinin altında olan və qanuni əsaslarla ona məxsus olan torpaq sahəsinə dair əsassız olaraq çıxarış verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 50.6. Torpaqların istifadəyə verilməsi qaydaları və şərtləri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyi ilə tənzimlənir. 20. “Torpaq islahat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandır ılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona gör ə də, şikayət mümkün hesab edilmişdir.
23. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
25. İş materiallarından görünür ki, işə ilk dəfə Ali Məhkəmədə baxarkən məhkəmə tərkibi tərəfindən apelyasiya instansiyası məhkəməsinə məcburi göstəriş kimi iddiaçıya məxsus mənzilin ayrıca tikilidən ibarət olub-olmamasının, yəni digər mənzillərlə konstruktiv bağlılığının olub - olmamasının müəyyən edilməsi istiqamətində göstəriş vermişdir.
26. Apelyasiya instansiyası məhkəməsi qeyd edilən məsələnin aydınlaşdırılması məqsədi ilə əlaqədar olaraq 2 5 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, 141 saylı evin 8 saylı mənzilinə yerli baxış keçirmişdir. Yerli baxış zamanı müəyyən edilmişdir ki, göstərilən mənzildə pəncərə oyuqları qapı ilə əvəz edilmişdir, həmçinin 8 saylı mənzil və onunla yanaşı (qonşu) mənzillər eyni damın altında yerləşmişdir. İddiaçının mənzili ayrıca təcrid olunmuş tikili deyil.
27. İşdən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsində istifadədə olan 0.055 ha torpaq sahəsində yerləşən 141 nömrəli, 1 mərtəbəli binada 59.5 kv.m ümumi, 50.5 m yaşayış sahəsindən ibarət 3 otaqlı 8 nömrəli mənzil tam mülkiyyət hüquq üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və ona, MH seriyalı, ******* saylı çıxarış verilmişdir.
28. İddiaçı hazırda qeyd ed ilən 8 nömrəli mənzilin altında yerləşən torpaq sahəsinə dair çıxarışın verilməsini tələb edir və iddianın hüququ əsası kimi “Torpaq islahat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə istinad edir.
29. Halbuki, “Torpaq islahat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində deyilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Göründüyü kimi, qanunverici mənzilin altında olan torpaq sahəsi deyil, fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idar əçiliyindəki bağların altında olan torpaqların xüsusi mülkiyyətə verilməsi imkanını təsbit edir.
30. Mənzil Məcəlləsinin 35.1-ci maddəsinin tətbiqi baxımdan da hazırkı iddia uğurlu sayıla bilməz. Eləcə də, iddia edilən torpaq sahəsi ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində təsbit edilən əsaslara dair hüquqmüəyyənedici sənədlərin mövcudluğu da sübuta yetirilmir.
31. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, iddianın təmin edilməsi üçün qanuni əsasların mövcudluğu sübuta yetirilmədiyindən iddianın təmin olunmaması barədə apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir.
32. Məhkəmə tərkibi hesab edir ki, apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilm ədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Qeyd edilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-522/2021 nömrəli, 29 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.