Məhkəmə qərarları › İş №2-1(102)-196/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-196/2023

13.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-196/2023 13.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Suraxanı rayonu X2rşı iş üzrə QƏRARDADİ (Açar sözlər: ərazi aidiyyətinin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Suraxanı rayonu X2rşı “X3 qeyri-qanuni hərəkətlərinə son qoyulması, İddiaçı1 və İddiaçı2 icarəsinə verilmiş və Abşeron rayonu, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisindəki torpaq sahəsindən istifadəyə X5 tərəfindən yaradılmış maneənin ara dan qaldırılması, X1suz hərəkətləri nəticəsində onlara dəymiş zərərin cavabdehdən tutularaq iddiaçılara tam şəkildə ödənilməsi” tələbinə dair iş üzrə ərazi aidiyyətinin müəyyən edilməsi məsələsinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı1 cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, X2rşı “cavabdeh tərəfindən qeyri-qanuni hərəkətlərə son qoyulması, iddiaçının icarəsinə verilmiş və Abşeron rayonu, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisindəki torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması və ona dəymiş 1300 manat zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” nə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

2. Bundan əlavə, İddiaçı2 cavabdeh Bakı şəhəri, Suraxanı rayon u, X2rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qeyri-qanuni hərəkətlərə son qoyulması, iddiaçının icarəsinə verilmiş və Abşeron rayonu, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisindəki torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması və ona dəymiş 1200 manat zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

3. Bakı İnzibati Məhkəməsinin 2-(112)-3619/2022 nömrəli, 31 yanvar 2022-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan İddiaçı2 cavabdeh Bakı şəhəri X2rşı inzibati iş, həmin məhkəmənin icraatında olan İddiaçı1 cavabdeh Bakı şəhəri X2rşı inzibati işlə birləşdirilmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 2-(112)-2542/2022 nömrəli, 31 mart 2 022-ci il tarixli qərardadı ilə (hakim H.A.Ağalarov) iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.

5. Məhkəmə qərardadında qeyd edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi (hər iki iş üzrə hissələr) Abşeron rayon İcra Hakimiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş, icarə hüquqları iddiaçılara satılmış və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********42 nömrəli məktubunda məhkəmənin sorğusuna cavab olaraq göstərilmişdir ki, elektron kadastr məlumatına əsasən sözügedən torpaq sahəsi Abşeron rayon ərazi hüdudları daxilində yerləşdiyindən 4 saylı Abşeron Ə razi İdarəsinə müraciət edilməsi məqsədəmüvafiqdir.

6. Məhkəmə hesab etmişdir ki, mübahisə torpaq sahəsindən istifadə hüququnun həyata keçirilməsi ilə əlaqədar olduğundan hazırkı iddia tələblərinə baxılması Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsində göstərilən aidiyyətin təsir dairəsinə düşür. Ona görə də, iddia tələbinə ərazi aidiyyəti üzrə baxmağa səlahiyyətli olan məhkəmə Sumqayıt İnzibati Məhkəməsidir.

7. Sumqayıt İnzibati Məhkəməsinin 2-(118)-1711/2022 nömrəli, 24 oktyabr 2022-ci il tarixli qərardadı ilə (hakim İ.R.Quliyev) 2-(118)-1711/2022 saylı inzibati iş məhkəmə aidiyyətinin müəyyən olunması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.

8. Sumqayıt İnzibati Məhkəməsi öz qərardadında qeyd etmişdir ki, qaldırılan iddia cavabdeh in zibati orqanın qanunsuz hərəkətlərindən şikayət və ziyanla bağlı kompensasiya tələbidir və bu tələbə baxılan zaman aidiyyət qaydalarını müəyyən edilməsində ümumi norma olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4-cü maddəsi tətbiq edilməlidir. Həmin maddəyə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı iş üzrə cavabdeh Bakı şəhəri ərazisində yerləşdiyi üçün ərazi aidiyyətinin müəyyən olunması Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4-cü maddəsinə əsasən Bakı İnzibati Məhkəməsinə aid edilməlidir.

9. Bundan əlavə, iddiaçıların rəsmi sənədlər üzrə icarəsində olan torpaq sahələri Abşeron rayo n İcra Hakimiyyətinin idarəçiliyində olan torpaq sahəsidir. Məhkəmə təcrübəsində müəyyən edilmişdir ki, Abşeron rayonunun idarəçiliyində olan və Bakı şəhərinin rayonlarının inzibati ərazisində yerləşən torpaqlar üzərində Abşeron rayon İcra Hakimiyyətinin sərəncam vermək hüququ olsa da, həmin ərazilərdə kommunal xidmətlər, polis nəzarəti və digər dövlət xidmətləri Abşeron rayon İcra Hakimiyyətinə yox, torpağın yerləşdiyi rayonun müvafiq qurumlarına aid edilir.

10. Ona görə də məhkəmə hesab etmişdir ki, iş aidiyyətin müəyyən olunması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ

11. İnzibati Prosessual Məcəllə (İPM) Maddə

8. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olun ur: 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır;... 8.1.4. digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır.... Maddə

9. Ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmənin müəyyən edilməsi 9.1. Aşağıdakı hallarda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir: 9.1.1. səlahiyyətli məhkəmə konkret halda hüquqi və ya faktiki baxımdan məhkəmə icraatını həyata keçirə bilmədikdə; 9.1.2. birdən çox məhkəmə özünü səlahiyyətli saydıqda; 9.1.3. mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda. 9.2. Bu Məcəllənin 8.1-ci maddəsində nəzərdə tutulmuş qaydada ərazi aidiyyətini müəyyən etmək mümkün olmadığı hallarda, səlahiyyətli məhkəmə Ali Məhkəmə tərəfindən müəyyən edilir. 9.3. Məhkəmə icraatının hər bir iştirakçısı və mübahisəyə baxan hər bir məhkəmə aidiyyətlə bağlı yuxarı məhkəməyə müraciət edə bilər. Yuxarı məhkəmə müraciət üzrə şifahi məhkəmə baxışı keçirmədən də qərar qəbul etməyə haqlıdır. AZƏRBAYCAN RESPUBLİKASİ ALİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

12. Məhkəmə kollegiyası hesab edir ki, inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

13. İPM-in 8.1.1-ci maddəsinin məzmunundan görünür ki, daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya h üquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır.

14. Hazırkı işin hallarından görünür ki, mübahisə predmeti torpaq sahəsindən istifadə hüququnun həyata keçirilməsi ilə əlaqədardır. Odur ki, İPM-in 8.1.1-ci maddəsi hazırkı iddia tələbinə də şamil olunmalıdır.

15. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə təcrübəsindən də müəyyən olunduğu kimi, Abşeron rayonunun idarəçiliyində olan torpaq sahələri Bakı şəhərinin inzibati ərazisinə aiddir və faktiki olaraq onun hüdudları daxilində yerləşir. Nəzərə almaq lazımdır ki, həmin ərazilər kənd təsərrüfatı fəaliyyəti məqsədləri üçün Abşeron rayonunun idarəçiliyinə verilmişdir və inzibati-ərazi bölgüsü baxımından həmin rayonun inzibati ərazisi sayılmır. Bu zaman həmçinin qe yd edilən torpaq sahələrinin faktiki olaraq Bakı şəhəri, Suraxanı rayonu, X3 ərazisinin hüdudları daxilində yerləşdiyi də nəzərə alınmalıdır.

16. Qeyd olunmalıdır ki, İPM-in 8.1.1-ci maddəsində nəzərdə tutulmuş qayda bütün iddia növlərinə münasibətdə tətbiq edilir. Həmin maddə anlamında daşınmaz əmlak dedikdə, təyinatına qeyri-mütənasib zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər başa düşülür. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüququn məzmunu baxımından həmin əmlak və ya ərazi həlledici əhəmiyyətə malik olmalıdır. Hazırkı mübahisəyə münasibətdə də istifadə hüququ baxımından həmin torpaq sahəsi həlledici əhəmiyyət daşıyır.

17. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iddialara cavabdehin yerləşdiyi, yaxud da olduğu yerin məh kəməsi tərəfindən baxılması ilə bağlı İPM-in 8.1.4-cü maddəsində nəzərdə tutulmuş qayda subsidiar (əlavə) xarakter daşıyır və İPM-in 8.1.18.1.3-cü maddələrində müəyyən edilmiş qaydaların tətbiqinin mümkün olmadığı hallarda tətbiq edilir.

18. Beləliklə, yuxarıda istinad edilən maddə anlamında torpaq sahəsindən istifadə ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisənin ərazi aidiyyəti torpaq sahəsinin kimin idarəçiliyində və ya istifadəsində olması baxımından deyil, inzibati-ərazi bölgüsü üzrə həmin torpaq sahəsinin yerləşdiyi və aid olduğu yer baxımından müəyyən edilməlidir. Odur ki, mübahisəli torpaq sahələri inzibati ərazi baxımından Bakı şəhərinin ərazi hüdudlarında yerləşdiyi üçün həmin sahələrlə bağlı mübahisələrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır.

19. Yuxa rıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Mübahisəyə dair iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar