Məhkəmə qərarları › İş №2-1(102)-196/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-196/2025

17.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-196/2025 17.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması; işin hallarının lazımi qaydada araşdırılmaması; hüquq müəyyənedici sənədlərin düzgün qiymətləndirilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İd diaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-382/2024 nömrəli, 17 iyul 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Zaqatala rayonu X3 11 avqust 2023-cü il tarixli arayışına əsasən aparılmış torpaq islahatı zamanı Aşağı Çardaxlar kənd sakini İddiaçı ailəsinin mülkiyyətinə (5 nəfər) hər birinə 0.73 ha olm aqla cəmi 3.65 ha torpaq sahəsi ayrılmışdır.

2. İddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması barədə müraciətini cavabdeh xx.xx.2023-cü il tarixli məktubla təmin etməkdən imtina etmişdir. Cavabdeh bu zaman ona əsaslanmışdır ki, iddiaçı tərəfindən sözügedən torpaq sahəsinə münasibətdə hüququn qeydə alınmasına əsas verən hər hansı hüquq müəyyənedici sənəd təqdim edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı məhkəməyə müraciət edərək 3.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia ərizəsin in əsaslarına görə, Zaqatala rayonu Aqrar İslahat Komissiyasının qərarına əsasən Zaqatala rayonu Aşağı Çardaxlar kəndində yerləşən 3.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və ailə üzvlərinin istifadəsinə verilmişdir. Qeyd olunan torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənədin alınması üçün sənəd toplayan zaman məlum olmuşdur ki, islahat vaxtı iddiaçı və onun ailə üzvlərinə ayrılmış torpaq sahəsi bələdiyyə mülkiyyəti kimi qeyd edilmişdir. İddiaçı islahat komissiyasının və bələdiyyənin texniki səhvinə görə bu günədək istifadəsində olan torpaq sahəsinə çıxarış ala bilməmişdir.

5. Zaqatala rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubla ünvan 205-ci illərə aid təsərrüfatbaşına kitablardan İddiaçı və ailə üzvlərinə aid hissədən çıxarışı n, Zaqatala rayonu Aşağı Çardaxlar kəndində pay torpaq sahələri verilən subyektlər siyahısı və İddiaçı və ailə üzvlərinə torpaq ayrılmasına dair siyahının təsdiq edilmiş kserosurətləri təqdim edilmişdir.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Mərkəzin arxivində İddiaçı adına hər hansı hüquqmüəyyənedici sənəd (dövlət aktı, şəhadətnamə) aşkar edilməmişdir. Arxivdə mövcud olan Zaqatala rayonu Aşağı Cardaxlar kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısından İddiaçı adı qeyd edilmiş hissədən çıxarışın, eləcə də Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2023-cü il tarixli 110 saylı Qərarının təsdiq olunmuş surəti təqdim edilmişdir.

7. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, ərizəçi qeyd etdiyi torpaq sahəsinin dövlət qeydiyyatına alınması üçün qanunda əsas hesab edilən hüquqmüəyyənedici sənədlərin əsillərini, iddia etdiyi torpaq sahəsinin yerini müəyyən edən özündə döngə nöqtələrinin koordinatlarını əks etdirən kadastr planı və ya torpaq sahəsinin planı-ölçüsünü, yaxud özündə döngə nöqtələrinin koordinatları əks etdirən plan cizgi olan-ayrıc aktını və müvafiq dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədini ərizəyə əlavə etməmişdir.

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 s aylı Zaqatala ərazi idarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əsasən: - İddia olunan torpaq sahəsinin hüdudları daxilində TEKUİS məlumat bazasında 0.73 ha torpaq sahəsi X2 və X1 adına işlənilmişdir; - İddia olunan torpaq sahəsinin naturada ölçüləri 5.19 hektardır və TEKUİS məlumat bazasına əsasən həmin torpaq sahəsinin 1.04 ha hissəsi X3 mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı təmiz örüş ərazisi, 3.42 ha hissəsi X3 mülkiyyətinə aid bələdiyyənin ehtiyat fondu torpaqları (BEF) ərazisi, 0.73 ha hissəsi isə X2 və X1 xüsusi mülkiyyətinə istənilmiş ərazidir. İddia olunan torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. - İddia olunan torpaq sahəsi və faktiki istifadə olunan 5.19 hek tar torpaq sahəsinin TEKUİS məlumat bazasına əsasən 1.04 ha hissəsi X3 mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı təmiz örüş ərazisi ilə, 3.42 ha hissəsi X3 mülkiyyətinə aid bələdiyyənin ehtiyat fondu torpaqları (BEF) ərazisi ilə. 0.73 ha hissəsi isə X2 və X1 xüsusi mülkiyyətinə işlənilmiş ərazi ilə üst-üstə düşür.

9. Şəki İnzibati Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 2-1(116)-478/2024 nömrəli qərarı ilə (hakim F.H.Hacızadə) iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, torpaq payı almaq hüququ olan subyektlərin siyahısında iddiaçıların adı qeyd edilmişdir. Lakin aqrar islahat zamanı iddia olunan 3.65 ha torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə dair nə iddiaçı tərəfindən hər hansı hüquq müəyyənedici sənəd təqdim olunmuş, nə də məhkəmə araşdırması zamanı belə bir sənəd aşkar olunmuşdur. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin xüsusiyyətlərinin araşdırılması ilə bağlı tələb olunan mütəxəssis rəyindən görünür ki, iddia olunan torpaq sahəsinin hüdudları daxilində TEKUİS məlumat bazasında 0.73 ha torpaq sahəsi X2 və X1 adına işlənilmişdir. İddia olunan torpaq sahəsinin naturada ölçüləri 5.19 hektardır və TEKUİS məlumat bazasına əsasən həmin torpaq sahəsinin 1.04 ha hissəsi X3 mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı təmiz örüş ərazisi, 3.42 ha hissəsi X3 mülkiyyətinə aid bələdiyyənin ehtiyat fondu torpaqları (BEF) ərazisi, 0.73 ha hissəsi isə X2 və X1 xüsusi mülkiyyətinə işlənilmiş ərazidir. İddia olunan torpaq sahəsinin na turada yerləşmə vəziyyəti, ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddia olunan torpaq sahəsi və faktiki istifadə olunan 5.19 hektar torpaq sahəsinin TEKUİS məlumat bazasına əsasən 1.04 ha hissəsi X3 mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı təmiz örüş ərazisi ilə, 3.42 ha hissəsi X3 mülkiyyətinə aid bələdiyyənin ehtiyat fondu torpaqları (BEF) ərazisi ilə. 0.73 ha hissəsi isə X2 və X1 xüsusi mülkiyyətinə işlənilmiş ərazi ilə üst-üstə düşür. Göründüyü kimi iddia olunan torpaq sahəsi ilə müqayisədə iddiaçının faktiki istifadəsində artıq torpaq sahəsi olsa da, həmin torpaq sahəsinin 4,46 ha hissəsi Zaqatala rayon X3 mülkiyyətinə aid torpaq sahəsi, 0.73 ha torpaq sahəsi isə xüsusi mülkiyyətə verilmişdir

11. İddiaçı apellyasiya şikayəti verərək qərarın lə ğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 iyul 2024-cü il tarixli, 2-1(107)-382/2024 nömrəli qərarı ilə (hakimlər R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, T.H.Həsənov və G.İ.Cavadova) apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 2-1(116)-478/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmaqla qeyd etmişdir ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin etibarlı hüquq müəyyənedici sənədə malik olması zəruridir. İddiaçı isə belə hüquq müəyyənedici sənədə malik olmadığından cavabdehin imtinası haqlı olmuşdur.

14. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:

15. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunun “Keçid müddəaları” başlıqlı 25-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, məhkəməyə Zaqatala rayonu X3 29 nömrəli xx.xx.2024-cü il tarixli İddiaçı ailəsinin mülkiyyətinə (5 nəfər) hər birinə 0.73 ha olmaqla cəmi 3.65 ha pay torpaq sahəsi ayrıldığına dair arayış təqdim edilmişdir. Lakin məhkəmə həmin arayışı nəzərə al mamışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 13 avqust 1996-cı il tarixli, 482 nömrəli Fərmanının 3cü maddəsində qeyd edilir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə müvafiq Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər həmin Qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Yerli icra orqanı da həmin torpaq sahəsini istifadə etmələrinə bu günədək öz iradını bildirməmişdir. Məhkəmə isə bütün bunları nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Daşınmaz əmlakın döv lət reyestri haqqında” Qanun Maddə 8.0 Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin form ası və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 18. “Torpaq islahatı haqqında” Qanun Maddə

9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq tə sərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 19. “Aqrar islahatın əsasları haqqında” Qanun Maddə

5. İslahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur... 20. “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1455 nömrəli Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, aqrar sahədə dövlət dəstəyi tədbirlərinin davamı olaraq pay torpaqları üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi işlərinin başa çatdırılması, habelə istehsal təyinatlı torpaq mülkiyyətçilərinin (fermerlərin) əkin subsidiyalarından müntəzəm olaraq yararlanması məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi: 1.1. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq rayon aqrar islahat komissiyalarının (yerli icra hakimiyyəti orqanlarının) qərarları ilə təsdiq edilmiş siyahılara əsasən ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin hüquqlarının onların müraciəti əsasında dövlət büdcəsinin vəsaiti hesabına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və dövlət reyestrindən çıx arışların, torpaq sahələrinin plan və ölçülərinin (bundan sonra – hüquqmüəyyənedici sənədlər) təqdim olunmasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsində nəzərdə tutulmuş müddətlərdə təmin etsin;... 2.2. bu Fərmanın 1.1-ci bəndinin icrası məqsədilə daşınmaz əmlakın dövlət reyestrində torpaq islahatı ilə əlaqədar tərtib olunan və müvafiq rayon aqrar islahat komissiyaları (yerli icra hakimiyyəti orqanları) tərəfindən təsdiq olunmuş hər bir vətəndaşa (ailəyə) düşən torpaq payının bölgüsünü əks etdirən kompleks yerquruluşu layihəsində göstərilən ölçüdə torpaq sahəsi üzərində hüquqlar qeydiyyata alınır....

21. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikl əri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci inst ansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır, işin halları İPM-in 12 və 82-ci maddələrinin tələbləri po zulmaqla mübahisə üzrə yekun qərar qəbul etməyə yetəcək həcmdə və qaydada araşdırılmadığı üçün apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

25. İddiaçının hazırkı iş üzrə hüquqi marağı və ondan irəli gələn irəli sürdüyü tələbi aqrar islahatla əlaqədar onun və ailə üzvlərinin istifadəsinə verilmiş Zaqatala rayonu Aşağı Çardaxlar kəndində yerləşən 3.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydə aldırmağa nail olmaqdır. Aşağı instansiya məhkəmələri iddia tələbini rədd edərkən iddiaçının etibarlı hüquq müəyyənedici sənədə malik olmadığını əsas kimi gətirmişlər.

26. Kollegiya hesab edir ki, iddiaçının etibarlı hüquq müəyyənedici sənədə malik olmadığına dair məhkəmələrin gəldiyi nəticə əs aslı olmamışdır. Belə ki, iş materiallarında (i.v.15-25) ünvan 205-ci illərə aid təsərrüfatbaşına kitablardan İddiaçı və ailə üzvlərinə aid hissədən çıxarışlar, Zaqatala rayonu Aşağı Çardaxlar kəndində İddiaçı və ailə üzvlərinə torpaq ayrılmasına dair siyahı, Zaqatala rayonu Aşağı Cardaxlar kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısından İddiaçı adı qeyd edilmiş hissədən çıxarış, eləcə də Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2023-cü il tarixli 110 saylı Qərarı mövcuddur. Həmin sənədlərdən ümumi olaraq müəyyən olunur ki, torpaq islahatı ilə əlaqədar pay torpağı ayrılanların siyahısında iddiaçı və onun ailə üzvlərinin də adı vardır. Qeyd edilən sənədlər məcmu halda iddiaçıya və ailə üzvlərinə münasibətdə hüquq müəyyənedici sənəd kimi qəbul oluna bilər.

27. Zaqata la rayon Aqrar İslahat Komissiyasının xx.xx.2023-cü il tarixli 110 saylı Qərarında da islahatla bağlı bir sıra hallarda torpaq payı almaq hüququ olan şəxslərin hüquqlarının pozuntusuna yol verildiyi göstərilmiş və həmin halların aradan qaldırılması üçün bir sıra tədbirlərin görülməli olduğu, o cümlədən torpaq payı almaq hüququ olub siyahıya düşməyən ailələrin torpaq payı almaq hüququ olan ailələrin siyahısına əlavə edilməsi qərara alınmışdır. Bununla bağlı pay torpaqlarının müəyyənləşdirilməsinə dair tərtib edilmiş yekun cədvəldə iddiaçının adı da göstərilmişdir (i.v.25).

28. Bundan başqa, mübahisəyə həm də “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1455 nömrəli Fərmanının tələbləri baxımından da yanaşılmaqla müvafiq qiymətləndirmə aparılmalıdır.

29. Təkrar apellyasiya baxışı zamanı həmçinin nəzərə alınmalıdır ki, torpaq sahəsi təkcə iddiaçıya deyil, həm də onun ailə üzvlərinə ayrılmışdır. Odur ki, iddiaçının ailə üzvlərinin də həmin torpaq sahəsinə hüquqlarının realizəsi istiqamətində hüquqi yardımın göstərilməsi təmin olunmalıdır.

30. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, istinad olunan sənədlər, ayrılmış torpaq sahəsinin dəqiq naturada yerləşmə vəziyyəti iş üzrə keçirilmiş ekspert rəyi ilə birgə tədqiq olunmaqla dəqiqləşdirilməli, hüququn konkret olaraq hansı sahəyə qeydə alınmasının mümkünlüyünə qiymət verilməli, digər şəxslərə aid sahə ilə üst-üstə düşmə faktının mövcudluğu da yoxlanılmalıdır.

31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şi kayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, yuxarıda qeyd olunan xüsusatların araşdırılması və qiymətləndirilməsi üçün iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 iyul 2024-cü il tarixli, 21(107)- 382/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar