Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1960/2019 09.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: cavabdehin qanunsuz hərəkəti, əmlakın sökülməsi, kompensasiyanın ödənilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili Vəkil2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxslər “xxxx” MMC və Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti, bundan sonra üçüncü şəxslər) “obyektlərin və avadanlıqların məhv edilməsinə görə maddi ziyanın tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-540/2019 saylı, 27 fevral 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 9 iyul 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Bakı şəhəri İcra Hakimiyyəti başçısının “Torpaq sahəsinin ayrılması” haqqında 27 may 1998-ci il tarixli sərəncamı ilə iddiaçının 27.04.1998-ci il tarixli məktubu nəzərə alınaraq Bakı şəhər İcra Hakimiyyəti başçısının 02.06.1997-ci il tarixli sərəncamına əsasən Nizami rayonunun Bəhruz Nuriyev küçəsində yerləşən istirahət parkının ərazisində uşaq əyləncə və istirahət obyektlərinin quraşdırılmas ına icazə verilmişdir. Sifarişçiyə tapşırılmışdır ki, layihələndirmənin vaxtı və qaydası üzrə Memarlıq və Şəhərsalma Baş İdarəsinin tapşırığını yerinə yetirsin, obyektin memarlıq-planlaşdırılmasının eskiz həllini layihələşdirmə ərəfəsində Memarlıq və şəhərsalma baş idarəsi ilə razılaşdırsın. Torpaq sahəsi ayrılmış məqsəd üçün istifadə olunmalıdır. Obyektin tikintisinə ayrılmış torpaq sahəsinin inşaat pasportu alındıqdan və layihə-smeta sənədləri Memarlıq və Şəhərsalma Baş idarəsi ilə razılaşdırıldıqdan sonra başlanılsın. Tikintini qeydiyyatdan keçirmək və ona başlamaq üçün texniki sənədləri Bakı Dövlət Memarlıq-Tikinti Nəzarət Müfəttişliyinə vaxtında təqdim etsin. Ayrılmış torpaq sahəsinin sanitar vəziyyətinə diqqəti artırmaq, həmin sahənin özbaşına zəbt olunmasının qarşısını almaq üçün tə dbirlər görmək Nizami Rayon İcra Hakimiyyətinin başçısına tapşırılsın. İddiaçının Bakı şəhəri İcra Hakimiyyətinin başçısına ünvanladığı 22.10.2016-ci il tarixli məktubunda qeyd edilmişdir ki, cavabdeh orqanın 27.05.1998-ci il tarixli sərəncamına əsasən Nizami rayonu Bəhruz Nuriyev küçəsində yerləşən “Heydər parkı”nın ərazisində 3 ədəd kafe 15 ildir ki fəaliyyət göstərirdi. 2011-ci ildə parkın rekonstruksiyasından sonra məlum oldu ki, firmaya məxsus obyektlər parkın rekonstruksiyasını aparan SOCAR şirkəti tərəfindən xəbərdarlıq edilmədən əmlakı ilə birlikdə sökülmüşdür. Parkın rekonstruksiyasından sonra firmaya məxsus sökülmüş obyektlərin birinin yerində eyniadlı kafe tikilmişdir. Nizami rayonu “HEYDƏR” Park-Bulvarın rəhbərliyinin 26 noyabr tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, B akı şəhər İcra Hakimiyyəti başçısının 14.09.2010-cıı il tarixli və 22.04.2011-ci il tarixli sərəncamları, eləcə də Nizami rayonu B.Nuriyev küçəsində yerləşən “Heydər Bağı” park-bulvarı 24.05.2011-ci il tarixli müqavilə əsasinda 49 il müddətinə “xxxx” MMC-nin istifadəsinə verilmişdir. Bu günə kimi obyektlərin yerləşdiyi torpağın istifadəsinə görə dövlətə rüsum ödənilir. Xahiş olunur ki, yaranmış bu vəziyyətlə əlaqədar olaraq iddiaçıya məxsus obyektlərin sökülmə səbəbi haqda rəhbərlik məlumatlandırılsın və bu məsələyə dair cavabdeh orqanın yuxarıda adları qeyd olunan sərəncamlarının mətni ilə tanış olmaq üçün surətləri göndərilsin. Əks təqdirdə məhkəmə orqanlarına müraciət olunacaqdır. İddiaçının Nizami rayon İcra Hakimiyyətinə və Nizami rayonu “Heydər parkı”nın direktoruna ünvanladığı 16.11.2016-ci il tarixli məktubda qeyd edilmişdir ki, cavabdeh orqanın 27.05.1998-ci il tarixli sərəncamına əsasən Nizami rayonu Bəhruz Nuriyev küçəsində yerləşən “Heydər parkı”nın ərazisində 3 ədəd kafe fəaliyyət göstərirdi və qeyd olunan kafelər 2012-ci ilədək fəaliyyət göstərmişdir. Parkın rekonstruksiyasından sonra firmaya məxsus obyektlər xəbərdarlıq edilmədən sökülmüşdür. Parkın rekonstruksiyasından sonra firmaya məxsus sökülmüş kafelərdən birinin yerində eyniadlı kafe tikilmişdir. Bu günə kimi obyektlərin yerləşdiyi torpağın istifadəsinə görə dövlətə rüsum ödənilir. Yaranmış bu vəziyyətlə əlaqədar olaraq obyektlərin sökülmə səbəbi haqda iddiaçını məlumatlandırmaq xahiş olunmuşdur. İddiaçı cavabdehə və başqa dövlət orqanlarına bu məsələ ilə bağlı müraciət etmişdir. İddiaçının Nizami ray on İcra Hakimiyyətinin başçısına ünvanladığı 28.04.2007-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 27.05.1998-ci il tarixli Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Nizami rayonu B.Nuriyev küçəsində yerləşən Heydər parkında uşaq əyləncə və istirahət obyektlərinin quraşdırılmasına dair verilmiş sərəncamın ləğv olunmasına etiraz etmir. Nizami rayon İcra Hakimiyyətinin başçısının Bakı şəhər İcra Hakimiyyətinin başçısına ünvanlanmış 29.05.2007-ci il tarixli məktubunda iddiaçının 28.04.2007-ci il tarixli məktubla, uşaq əyləncə və istirahət obyektlərinin quraşdırılmasına aid olan, Bakı şəhər İcra Hakimiyyətinin 27.05.1998-ci il tarixli sərəncamının qüvvədən düşmüş hesab edilməsinə etiraz etmədiyini nəzərə alaraq həmin sərəncamın ləğvi barəsində qərar qəbul edilməsi xahiş olunmuşdur. Bakı şəhər İ cra Hakimiyyətinin başçısının 13.08.2007-ci il tarixli sərəncamı ilə Nizami Rayon İcra Hakimiyyətinin 29.05.2007-ci il tarixli məktubu və iddiaçının 28.04.2007-ci il tarixli müraciəti nəzərə alınaraq Bakı Şəhər İcra Hakimiyyətinin 27.05.1998-ci il tarixli sərəncamı ləğv edilmişdir. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti “Heydər Bağı” Park-Bulvar İdarəsinin Bakı şəhəri üzrə Vergilər Departamentinə ünvanladığı 28.02.2012-ci il tarixli məktubunda qeyd edilmişdir ki, B.Nuriyev küçəsində yerləşən parkın ərazisində fəaliyyət göstərən iddiaçıya məxsus kafelərin sökülməsi parkın yenidən rekonstruksiya işləri ilə əlaqədardır. Bundan əlavə iddiaçıya məxsus sökülmüş obyektlərə parkın ərazisində yenidən bərpası üçün verilməsi nəzərdə tutulmamışdır. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti “Heydər Bağı” Park-Bulvarın iddiaçı firmanın direktoruna ünvanladığı 26.11.2015-ci il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu “Heydər Bağı” Park-Bulvarın rəhbərliyi iddiaçının Bakı şəhəri, Nizami rayon İcra Hakimiyyətinə ünvanladığı 16 oktyabr 2015-ci il tarixli məktubuna cavab olaraq bildirilir ki, park 2008-ci il tarixdən hasara alınaraq təmirə dayanmışdır. Eyni zamanda Bakı şəhər İcra Hakimiyyəti başçısının 14.09.2010-cu il tarixli və 22.04.2011-ci il tarixli sərəncamları, eləcə də 01.12.2010-cu il tarixli inşaat pasportu əsasında Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən X8 Əliyevin adını daşıyan park 24.05.2011ci il tarixli (“Torpaq sahəsinin icarəyə verilməsi haqqında”) torpaq icarə müqaviləsinə əsasən 49 il müddətinə “xxxx” MMC-nin istifadəsinə verilmi şdir. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı tərəfindən məhkəməyə ünvanlanmış 10 avqust 2018-ci il tarixli məktubda qeyd edilmişdir ki, məhkəmənin 2-1(82)1301/2018 nömrəli iş üzrə 23.07.2017-ci il tarixli sərəncamının icraçısı olaraq iddiaçıya Bakı şəhər İcra Hakimiyyəti başçısının 27.05.1998-ci il tarixli sərəncamı ilə B.Nuriyev küçəsində yerləşən istirahət parkı ərazisində uşaq əyləncəsi və istirahət obyektlərinin quraşdırılmasına icazə verilmişdir. Sonradan Bakı Şəhər İcra Hakimiyyəti başçısının 14.09.2010-cu il tarixli və 22.04.2011-ci il tarixli sərəncamlarına əsasən sözügedən park 49 il müddətinə “xxxx” MMC-nin istifadəsinə verilmişdir. İşin sadalanan faktiki hallarından görünür ki, Bakı şəhəri icra Hakimiyyətinin başçısının 27 may 1998-cı il tarixli sərəncamı i lə iddiaçıya Bakı şəhəri Nizami Rayonu Bəhruz Nuriyev küçəsində yerləşən istirahət parkının ərazisində uşaq əyləncə və istirahət obyektlərinin quraşdırılması üçün torpaq sahəsi ayrılmış, sonradan Bakı Şəhər İcra Hakimiyyəti başçısının 14.09.2010-cu il tarixli və 22.04.2011-ci il tarixli sərəncamlarına əsasən sözügedən park 49 il müddətinə “xxxx” MMC-nin istifadəsinə verilmişdir. İddiaçı cavabdehə qarşı 31 yanvar 2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 9 ünvanında yerləşən istirahət parkın ərazisində obyektlərin və avadanlıqların məhv edilməsinə görə cavabdehdən iddiaçının xeyrinə 208.610 manat məbləğində maddi ziyanın tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının qanuni istifadəsində olan torpaq sahəsi geri alınıb, bununla bağlı heç bir əsaslandırılmış rəsmi sənəd - torpağın geri alınması və ya torpaq sahəsi üzərində icarə hüquqlarına xitam verilməsi qərarı firmaya təqdim olunmamışdır. İddiaçıya öz mülkiyyət və torpaq üzərində hüquqlarını qorumaq üçün heç bir imkan verilməmişdir. Bu günə kimi itirilmiş və məhv olunmuş əmlakın əvəzinə firmaya kompensasiya ödənilməmişdir. Ərazidə firmaya məxsus obyektlərin sökülməsi nəticəsində ciddi maddi ziyan vurulmuşdur. Firma tərəfindən 50 nəfərlik, 130 kv m sahəsi olan kafe üçün sahəsinin hazırlanmasına quraşdıracaq sahənin düzləndirilməsi üçün (metlax və şüşə qoyulması) çəkilən xərc 3940 manat, sahəsi 67.5 kv m olan yay kafesi üçün 2907,5 manat, sahəsi 68.2 kv m olan kafe üçün 3453 manat, cəmi 10300,5 manat məbləğində pul vəsaitləri xərclənmişdir. B undan əlavə, 50 nəfərlik, 130 kv m sahəsi olan, alüminium metaldan quraşdırılmış kafeyə görə metal konstruksiyaları və 2 ədəd qapı nəzərdə tutulur) 35798 manat firma tərəfindən sərf olunmuşdur. Digər iki obyekt - 67.5 kv m və 68.2 kv m sahəsində kafelər taxtadan tikilmişdir və tikinti üçün 136.800 manat məbləğində xərc qoyulmuşdur. Bundan əlavə, həmin kafelərdə müəyyən avadanlıqlar mövcud olmuşdur (soyuducular, elektrik sobalar, masa və oturacaqlar, samovar, boşqablar, bakallar, tavalar, qazanlar, musiqi mərkəz və s). Avadanlıqların ümumi qiyməti 25711,5 manat təşkil edir. Yuxarıda qeyd olunmuş əmlakının qiyməti və tikinti xərclərini hesablamaqla, iddiaçı tərəfindən sözügedən obyektlərə cəmi 208.610 manat vəsait qoyulmuşdur. Bu əmlak və quraşdırılmış obyektlər qanunsuz məhv olunduğu üçün f irmaya maddi ziyan ödənilməlidir. İddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 5, 17.1, 21.1-ci, Torpaq Məcəlləsinin 75.2, 75.5-ci, “Torpaq icarəsi haqqında” Qanunun 25-ci maddəsinə istinad olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-1(82)-1301/2018 saylı iş) 11 oktyabr 2018-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, hazırkı halda iddiaçı maddi zərərin ödənilməsi barəsində tələb irəli sürsə də, göstərilən zərərin məhz cavabdeh tərəfindən vurulması işin halları ilə müəyyən edilmir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin11 oktyabr 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiya sı (hakimlər X3məruzəçi, X7 oğlu və X4,2-1(103)-540/2019 saylı iş) 27 fevral2019-cu il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. İddiaçı 18 mart 2019-cu il tarixdə qərarın surətini almış, 16 aprel 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Məhkəmə instansiyaları iddiaçının tələblərinin əsasına dair – müqavilə münasibətlərinin mövcud olması və bu münasibətləri tənzimləyən “Torpaq icarəsi haqqında” Qanunun 25-ci maddəsinin tətbiqi barədə heç bir münasibət bildirməmişlər, iddiaçının istinad etdiyi qanun normalarına əhəmiyyət verməmişlər. Apellyasiya inst ansiyası məhkəməsinin qərarında qeyd edilir ki, iddiaçı obyektlərin tikilməsi və ya quraşdırılmasına çəkilmiş xərclər və avadanlıqların maddi dəyəri barədə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Lakin iş materiallarında həmin sübutlar təqdim olunmuşdur və bu sübutların mötəbər sayılmaması üçün müəyyən əsaslar olmalıdır, lakin məhkəmə bu əsasları və səbəbləri göstərməmişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək öz mövqeyini əsaslandırmağa borcludur. Məhkəmə mülki işin hallarına və sübutlara lazımi hüquqi qiymət verməmişdir, dövlət orqanının hüquqlarına üstünlük vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. tərəflərin i zahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh və üçüncü şəxslər məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tə ləbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İPM-in 2.2.7-ci maddəsinə əsasən, hazırkı iddia inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara aiddir. İddiaçı “ünvan 9 ünvanında yerləşən istirahət parkın ərazisində obyektlərin və avadanlıqların məhv edilməsinə görə cavabdehdən onun xeyrinə 208.610 manat ziyanın ödənilməsini xahiş etmiş, mübahisə ilə bağlı yuxarıda qeyd edilən qərarlar qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı 1998-ci ildə ona ayrılmış ərazidə parkın 2008-2012-ci illərdə aparılmış rekonstruksiyası nəticəsində ona məxsus obyektlərin və avadanlıqların cavabdeh tərəfindən söküldüyünü və buna görə də məhv edilmiş əmlakın dəyərinin cavabdeh tərəfindən ödənilməsini tələb etsə də, mübahisəli əmlakın cavabdeh tərəfindən sökülməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Eləcə də iddiaçı mübahisəli əmlakın 3 ədəd kafe və içərisində avadanlıqlar olmaqla söküldüyünü və bununla bağlı 208,610 manat məbləğində maddi ziyan çəkdiyini iddia etsə də, kafelərin tikilməsi və ya quraşdırılmasına çəkilmiş xərclər, avadanlıqların maddi dəyəri barədə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdehin “Torpaq sahəsinin ayrılması” haqqında 27 may 1998-ci il tarixli sərəncamı ilə təsdiq edilir ki, iddi açının 27.04.1998-ci il tarixli, 02/15 nömrəli məktubu nəzərə alınaraq, Bakı şəhər İcra Hakimiyyəti başçısının 02.06.1997-ci il tarixli, 610 nömrəli sərəncamına əsasən Nizami rayonunun Bəhruz Nuriyev küçəsində yerləşən istirahət parkının ərazisində ona uşaq əyləncə və istirahət obyektlərinin quraşdırılmasına icazə verilmişdir. İddiaçı cavabdehə ünvanladığı 22.10.2016-ci il tarixli məktubda təkrar olaraq bildirmişdir ki, 27 may 1998-ci il tarixli 498 nömrəli sərəncama əsasən Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən “Heydər parkı”nın ərazisində 3 ədəd kafe 15 ildir ki fəaliyyət göstərirdi. 2011-ci ildə parkın rekonstruksiyasından sonra məlum oldu ki, firmaya məxsus obyektlər xəbərdarlıq edilmədən əmlakı ilə birlikdə sökülmüşdür. İşin 68-ci səhifəsində olan məktubda iddiaçının adı çək ilən parkda bir neçə ictimaiiaşə obyektlərinin yaratması qeyd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçıya ayrılan torpaq sahəsində iddiaçı tərəfindən 3 ədəd kafenin inşa edərək vaxtilə mövcud olması və cavabdeh tərəfindən sökülməsi barədə dəlillərinə və sadalanan sübutlara münasibət bildirməmişdir. Apellyasiya instansiyası məhkəməsi qərarında iddiaçının kafelərin tikilməsi və ya quraşdırılmasına çəkilmiş xərclər, avadanlıqların maddi dəyəri barədə mötəbər sübutları təqdim etməməsini bildirmiş, lakin işin müvafiq olaraq 13, 14, 28 və 29-cu səhifələrində kafelərdə olan avadanlıqların siyahısı, kafelərə çəkilən xərclər, tikinti materialların dəyəri barədə təqdim edilən sübutlarla bağlı hüquqi qiymətləndirmə aparmamışdır. İşin 87-ci səhifəsində olan Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti “Heydər bağı” park-bulvar idarəsinin Bakı şəhəri üzrə Vergilər Departamentinə ünvanlanan 28 fevral 2012-ci il tarixli məktubda qeyd edilmişdir ki, B.Nuriyev küçəsində yerləşən parkın ərazisində fəaliyyət göstərən iddiaçıya məxsus kafelərin sökülməsi parkın yenidən konstruksiya işləri ilə əlaqədardır. İddiaçıya məxsus sökülmüş obyektlərə parkın ərazisində yenidən bərpası üçün yer verilməsi nəzərdə tutulmamışdır. Bu məktubla bağlı da apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymətləndirmə aparılmamışdır. Cavabdehin Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısına ünvanladığı 28.04.2007-ci il tarixli, AŞ/İ-91 nömrəli məktubda qeyd edilmişdir ki, 27.05.1998-ci il tarixli 498 saylı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Nizami rayonu B.Nuriyev küçəsində yerləşən H eydər parkında uşaq əyləncə və istirahət obyektlərinin quraşdırılmasına dair verilmiş sərəncamın ləğv olunmasına etiraz etmir. Cavabdeh rayon icra hakimiyyətinə belə məktub göndərmədiyini bildirsə də, apellyasiya məhkəməsi cavabdehin dəlilini araşdırmamışdır. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakın vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakın və işgüzar nüfuzuna vurulm uş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir... Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Cavabdehin və onun vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya zərər vurulması məhkəmə tərəfindən araşdırılıb qiymətləndirilməmişdir. İPM-in 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və tə klifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və istinad edilən prosessual normaların tələblərinin tə min olunması üçün həmin məhkəməyə göndərilməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-540/2019 saylı, 27 fevral 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya baxışına göndərilsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1960/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1960/2019
09.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver