Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1960/2023 29.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi barədə müraciətə baxılması üçün zəruri olan “torpaq sahəsinin ərazi planlaşdırılması sənədlərinə uyğunluğu barədə” rəyin tərtib edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “rəyin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Ko llegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1406/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 2020-ci il 2 mart tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, ünvan ünvanında yerləşən 0,06 ha torpaq sahəsi tam pay hüququ ilə İddiaçı məxsusdur. Həmin torpaq sahəsinin məqsədli təyinatı sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aiddir.
2. İddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinə vəsatətlə müraciət edərək, ünvan də yerləşən torpaq sahəsinin kateqoriyasının dəyişdirilərək, fərdi yaşayış evinin tikintisi məqsədilə “ sənaye, nəqliyyat, rabitə, müdafiə v ə digər təyinatlı torpaqlar” kateqoriyasından “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına keçirilməsini xahiş etmişdir.
3. İddiaçı xx.xx.2022-ci il tarixində cavabdehə ərizə ilə müraciət edərək ünvan ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi ilə bağlı rəyin verilməsini xahiş etmişdir.
4. Cavabdehin xx.xx.2022-ci il tarixli, MİHO/2.1-2-2022-1541 nömrəli məktubu ilə bildirilmişdir ki, ünvan ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin kateqoriyasının fərdi yaşayış evinin tikintisi məqsədilə yaşayış məntəqələrinin torpaqları kateqoriyasına dəyişdirilməsi ilə bağlı müraciətə, hazırlamaq mərhələsində olan şəhərin dayanıqlı inkişafını və idarə olunmasını təmin edən əsas ərazi planlaşdırılması sənədi (Bakı şəhərinin Baş planı) təsdiq edildikdən sonra yenidən baxılması məqsədəuyğun hesab edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Düşərgə ərazisi, 2-ci küçə, 9-cu sahədə yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli, **********51 reyestr nömrəli 0,06 hektar torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsinə, yəni “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasından “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına keçirilməsinə dair zəruri olan “torpaq sahəsinin ərazi planlaşdırılması sənədlərinə uyğunluğu barədə” rəyin tərtib edilməsi ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2020-ci ildə alqı-satqı müqaviləsi bağlayaraq ailəsi ilə birlikdə yaşamaq üçün ev tikmək niyyətilə torpaq sahəsi almışdır. Torpaq sahəsini aldıqda orada bir neçə tikili villa, fərdi yaşayış evləri var idi və satıcı bildirmişdir ki, bu massiv sırf yaşayış evləri üçün nəzərdə tutulmuşdur. Torpağa dair çıxarış alanda isə təyinat qrafasında “digər təyinatlı torpaqlar” yazılması iddiaçıda inam yaratmışdır ki, həqiqətən də satıcı doğru deyil və bu massivdə artıq iddiaçıdan əvvəl də bir neçə ailə villa və evlər tikərək yaşayır. Sonradan isə həmin torpaq sahəsində evin tikintisinə başlamaq istədikdə Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən fərdi yaşayış evinin inşasına icazə verilmədi. B ildirildi ki, fərdi yaşayış evinin tikintisi üçün ilk əvvəl torpağın kateqoriyası dəyişdirilməlidir. İddiaçı torpağın kateqoriyasının dəyişdirilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırdıqda ona cavabdehin torpaq sahəsinin ərazi planlaşdırılması sənədlərinə uyğunluğu barədə rəyini digər sənədlərlə yanaşı təqdim edildikdə məsələ ilə bağlı cavab veriləcəyi bildirildi. İddiaçı bu məqsədlə cavabdehə müraciət etdikdə cavabdeh həmin rəyin verilməsindən imtina etdi. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazları:
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, Bakı şəhəri üzrə ərazi planlaşdırılması sənədlərinin sifarişi ilə bağlı verilən layihə tapşırıqlarında şəhərin ərazisinin baş və müfəssəl planlarında şəhərsalma məqsədləri baxımından tikintilərin növü və miqyası ilə bağlı torpaqlardan istifadəsi təsbit edilmiş ərazilərin zonalaşdırılması zamanı həyətyanı torpaq sahələri olan yaşayış evləri tikiləcək zonaların planlaşdırılmasına yol verilməsi “Bakı şəhərində mühəndiskommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 1184 nömrəli Fərmanının 2-ci hissəsi ilə Cavabdehnə və yerli icra hakimiyyəti orqanlarına tapşırılmış, eyni zamanda, Bakı şəhərinin inzibati ərazi vahidi hüdudlarında təşkil olunmuş bələdiyyələrə tövsiyə olunmuşdur.
8. Bu səbəbdən iddiaçının “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar" kateq oriyasına aid Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Düşərgə ərazisi, 2-ci küçə, 9-cu sahə ünvanda yerləşən torpaq sahəsində fərdi yaşayış evinin tikintisi məqsədilə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına keçirilməsinə rəy verilməsinə dair müraciətinə Komitədə baxılaraq, hazırlanmaq mərhələsində olan şəhərin dayanıqlı inkişafını və idarə olunmasını təmin edən əsas ərazi planlaşdırılması sənədi (Bakı şəhərinin Baş Planı) təsdiq edildikdən sonra yenidən baxılması məqsədəuyğun hesab edilmişdir. Bununla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq sənədlər təqdim edildikdən sonra məsələyə baxılacağı barədə Komitənin xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçıya məlumat verilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022- ci il tarixli, 2-1(112)-7069/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi” Qaydalarının 1.2-ci bəndinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir.
11. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin əsasları üzrə kateqoriyası dəyişdirilməsi təklif olunan torpaq sahəsinin yerləşdiyi ərazi vahidi, aid olduğu kateqoriya, keçirilmə si nəzərdə tutulan kateqoriya, keçirilmənin əsaslandırılması, kadastr nömrəsi, sahə ölçüsü, məqsədli təyinatı, hüquqi rejimi, mülkiyyətdə, istifadədə və ya icarədə olması, kənd təsərrüfatı təyinatlı olduqda torpağın yeri (uqodiyası), suvarılan və ya dəmyə olması barədə məlumatlar və planlaşdırılan konkret istifadə istiqamətləri göstərilməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qarşısında vəsatəti aşağıdakılar qaldırırlar: 3.1.1. dövlət mülkiyyətində olan torpaqlara münasibətdə – aidiyyəti dövlət təşkilatları və ya müvafiq yerli icra hakimiyyəti orqanları; 3.1.2. bələdiyyə mülkiyyətində olan torpaqlara münasibətdə – müvafiq bələdiyyələr; 3.1.3. xüsusi mülkiyyətdə olan torpaqlara münasibətdə – torpaq mülkiyyətçiləri.
12. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən qaldırılmış vəsatətlər ə aşağıdakı sənədlər əlavə edilir: 3.2.1. dövlət mülkiyyətində olan torpaqlar üzrə: 3.2.1.1. aidiyyəti yerli icra hakimiyyəti orqanının torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin məqsədəmüvafiqliyi barədə qərarından çıxarış; 3.2.1.2. torpaq sahəsinin ölçüsündən asılı olaraq, əyani surətdə qavranılması nəzərə alınmaqla müvafiq miqyasda tərtib olunmuş situasiya planı və ya sərhədləri daxilində mövcud və yerləşdirilməsi nəzərdə tutulan tikililər olduğu halda, layihələndirilən ərazinin baş planı (xətti qurğularda isə onların istiqamətinin uzununa profilli en kəsiyi); 3.2.1.3. mənafeyinə toxunulan aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin rəyləri (əsli); 3.2.1.4. neft və q az istisna olmaqla, faydalı qazıntıların çıxarılması üçün torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi tələb olunduqda, faydalı qazıntıların təsdiq edilmiş ehtiyatları və onların işlənilməsinin məqsədəuyğunluğu haqqında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi, habelə sifarişçinin vəsaiti hesabına hazırlanmış torpaqların rekultivasiyası layihəsi; 3.2.1.5. torpaqların istifadəsi ilə bağlı fəaliyyətin dövlət ekoloji ekspertizasının müsbət rəyi; 3.2.1.6. torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış.
13. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən vəsatətlərə baxılaraq, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməs inə dair təklifin sənədlər əsasında araşdırılması və yerquruluşu işlərinin aparılması məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müvafiq tapşırıq verilir.
14. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 noyabr tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş Cavabdeh haqqında Əsasnamənin 9.7-ci bəndinə əsasən, fəaliyyət istiqamətlərinə uyğun digər rəylər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, elmi tədqiqat işləri aparmaq və müvafiq təkliflər vermək cavabdehin vəzifəsi kimi deyil, hüququ kimi nəzərdə tutulmuşdur.
15. Göründüyü kimi, iddiaçının iddia ərizəsində göstərilən rəyin verilməsi cavabdehin diskresion səlahiyyətidir, qeyd edilən məsələlər cavabdehin ona verilmiş hüquq çərçivəsində diskression səlahiyyətlərindən istifa də edərək qəbul etdiyi qərar qəbul edilməsi ilə həll olunur.
16. İnzibati Prosessual Məcəllənin 73.3-cü maddəsinə əsasən, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda.
17. M əhkəmə yuxarıda qeyd edilən bütün hallara məcmu qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddiaçının cavabdehə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Düşərgə ərazisi, 2-ci küçə, 9-cu sahədə yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli, **********51 reyestr nömrəli 0,06 hektar torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsinə, yəni “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasından “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına keçirilməsinə dair zəruri olan “torpaq sahəsinin ərazi planlaşdırılması sənədlərinə uyğunluğu barədə” rəyin tərtib edilməsi ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulması barədə iddiası əsassız olduğu üçün təmin edilməməlidir.
18. İddiaçı həmin qərardan apellyasiya ş ikayəti verərək qərarın ləğv edilməsini və iddiaçıya məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Düşərgə ərazisi, 2-ci küçə, 9-cu sahədə yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli, **********51 reyestr nömrəli 0,06 hektar torpaq sahəsinin ərazi planlaşdırılması sənədlərinə uyğunluğunu və layihələndirilmiş mühəndis-kommunikasiya təminatı sistemlərinə zidd mövqedə yerləşmədiyini əks etdirən, iddiaçının xeyrinə olan müvafiq rəyin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1406/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış dır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Düşərgə ərazisi, 2-ci küçə, 9-cu sahə ünvanında yerləşən torpaq sahəsi “sənaye, nəqliyyat, rabitə, müdafiə, və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olması və Bakı şəhərinin Baş planı (ərazi planlaşdırma sənədi) tam olaraq hazırlanıb təsdiq edilməməsi işin mübahisəsiz halıdır.
21. Bu səbəbdən də, hətta müvafiq rəyi vermək cavabdehin vəzifəsi olsa belə sonuncunun bu barədə rəy vermə hüququ qeyd edilən Baş plan (ərazi planlaşdırma sənədi) təsdiq edildikdən sonra yaranacaqdır.
22. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddiaçıya məxsus olan Bakı şəhəri, Sabunçu rayo nu, Pirşağı qəsəbəsi, Düşərgə ərazisi, 2-ci küçə, 9-cu sahədə yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli, **********51 reyestr nömrəli 0,06 hektar torpaq sahəsinin ərazi planlaşdırılması sənədlərinə uyğunluğunu və layihələndirilmiş mühəndis-kommunikasiya təminatı sistemlərinə zidd mövqedə yerləşmədiyini əks etdirən, iddiaçının xeyrinə olan müvafiq rəyin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh tərəfindən rasional hüquqi əsaslandırma olmadan müvafiq rəyin verilməməsi onun öz əmlakı ilə bağlı istifadə və sərəncam hüquqlarını həyata keçirməsinin qarşısında maneə yaradır. Kateqoriyası dəyişdirilməsi nəzərdə tutulan torpaq sahəsi ərazi plan laşdırılması sənədlərinə, ərazi üzrə mövcud və layihələndirilmiş mühəndis kommunikasiya təminatı sistemlərinə uyğun olmadıqda torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin əsasları üzrə vəsatətlərə baxılmasından imtina edilə bilər. Cavabdeh tərəfindən ərazi planlaşdırılması sənədlərinə, ərazi üzrə mövcud və layihələndirilmiş mühəndis kommunikasiya təminatı sistemlərinə uyğunluğun olub-olmaması yoxlanılır və həqiqətən də yuxanda göstərilmiş meyarlar üçün müvafiq uyğunluq şərtləri ödənilmədikdə o zaman mənfi rəyin verilməsi məqsədə uyğun hesab edilməlidir. Şəhərin Baş Planının hazır olmaması kimi səbəbləri göstərməklə rəyin verilməməsi hüquqi cəhətdən ağlabatan hesab edilə bilməz. Müvafiq ərazidə onlarla insan torpağın kateqoriyasının dəyişilməs inə nail olmuşdur. Bu da onun əmlakı ilə bağlı analoji dəyişmənin həyata keçirilməsinin mümkünlüyü üçün hər hansı sual olmadığını bir daha təsdiq edir. Ona məxsus torpağın yerləşdiyi ərazidə lokal səviyyədə müvafiq rasional, hüquqi əsaslandırılmış və obyektiv, ətraflı araşdırılmış rəy tərtib edilməlidir. O və ya digər onun kimi vətəndaşların öz hüquqlarını həyata keçirməsinin qarşısının bu cür alınması hüququn təbiətinə ziddir. Torpaq sahəsinin ərazi planlaşdırılması sənədlərinə uyğunluğunu və layihələndirilmiş mühəndis-kommunikasiya təminatı sistemlərinə zidd mövqedə yerləşmədiyini müəyyən edən hər hansı fakt, sübut yoxdur. Cavabdehin mövqeyi daha çox bu məsələdə hər hansı bir tənzimləmə mexanizminin olmamasının təkid edilməsi kimi dəyərləndirilə bilər. Torpaq sahəsinin müvafiq meyarlara cavab verib vermədiyini müəyyən etməyin bütün şəhərin Baş Planının olmaması ilə əlaqələndirmək kifayət qədər irrasional görsənir. Vətəndaşların öz əmlakları üzərində mülkiyyət hüquqlarını keçirməsinin qarşısında bu cür maneənin olması beynəlxalq və milli qanunvericiliyin tələblərinə ziddir. b. kassasiya şikayətinə etirazın dəlilləri
24. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi” Qaydaları:
1. Ümumi müddəalar 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə, “D övlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi və nizama salınması məqsədi ilə torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi qaydalarını müəyyən edir. 1.2. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir.
3. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin əsasları üzrə vəsatət lərin qaldırılması və onlara baxılması 3.1. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin əsasları üzrə kateqoriyası dəyişdirilməsi təklif olunan torpaq sahəsinin yerləşdiyi ərazi vahidi, aid olduğu kateqoriya, keçirilməsi nəzərdə tutulan kateqoriya, keçirilmənin əsaslandırılması, kadastr nömrəsi, sahə ölçüsü, məqsədli təyinatı, hüquqi rejimi, mülkiyyətdə, istifadədə və ya icarədə olması, kənd təsərrüfatı təyinatlı olduqda torpağın yeri (uqodiyası), suvarılan və ya dəmyə olması barədə məlumatlar və planlaşdırılan konkret istifadə istiqamətləri göstərilməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qarşısında vəsatəti aşağıdakılar qaldırırlar: 3.1.1. dövlət mülkiyyətində olan torpaqlara münasibətdə – aidiyyəti dövlət təşkilatları və ya müv afiq yerli icra hakimiyyəti orqanları; 3.1.2. bələdiyyə mülkiyyətində olan torpaqlara münasibətdə – müvafiq bələdiyyələr; 3.1.3. xüsusi mülkiyyətdə olan torpaqlara münasibətdə – torpaq mülkiyyətçiləri. 3.2. Qaldırılmış vəsatətlərə aşağıdakı sənədlər əlavə edilir: 3.2.1. dövlət mülkiyyətində olan torpaqlar üzrə:... 3.2.1.3. mənafeyinə toxunulan aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin rəyləri (əsli);... 3.2.1.6. torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış;... 3.2.3. bu Qaydaların 3.2.1-ci yarımbəndində göstərilənlərdən əlavə (dövlət mülkiyyətində olan torpaqlara aid hissələr istisna olunmaqla), xüsusi mülkiyyətdə olan torpaqlar üzrə əlavə olaraq mülkiyyətçi fizi ki şəxs olduqda - onun şəxsiyyətini təsdiq edən sənədin surəti (vəsatət torpaq mülkiyyətçisinin adından başqa şəxs tərəfindən qaldırıldıqda, notariat qaydasında təsdiq edilmiş etibarnamənin surəti)...
26. Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə
4. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi və istiqamətləri 4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan son ra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. 4.2. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır: 4.2.1. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi;...
27. Cavabdeh haqqında Əsasnamə (Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 noyabr tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmişdir):
1. Cavabdeh (bundan sonra – Komitə) şəhərsalma, ərazi planlaşdırılması, arxitektura və bununla bağlı layihələndirmə sahələrində (bundan sonra – müvafiq sahədə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
2. Komitə öz fəaliyyət ində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarmı, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur....
9. Komitə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:... 9.4. layihə-planlaşdırma işləri üçün şəhərsalma sənədlərində (Baş planlar, rayon və məhəllə planlaşdırılması, müfəssəl planlaşdırma layihələri və sair) nəzərdə tutulan layihə həllərinin həyata keçirilməsində onların şəhərsalma normalarına uyğunluğunu təmin etmək və bu barədə rəy vermək...; 9.4-1. yaşıllıqların bərpası üçün ərazilərin ayrılmasına rəy vermək; 9.5. şəhərsalma sənədləri üzrə ye ni obyektlərin yerləşdirilməsi zamanı baş planlarda, müfəssəl planlaşdırma və ərazi-tikinti layihələrində və mövcud ərazilərin memarlıq-planlaşdırma həllərində dəyişikliklər edilməsi tələb olunduğu hallarda bu dəyişikliklərə qanunvericiliklə müəyyən edilmiş qaydada rəy vermək; 9.6. müvafiq sahənin inkişafı ilə bağlı hazırlanmış normativ hüquqi aktların layihələrinə rəy vermək; 9.7. fəaliyyət istiqamətlərinə uyğun digər rəylər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, elmi tədqiqat işləri aparmaq və müvafiq təkliflər vermək;...
28. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
29. Kassasiya şikayəti vaxtında ver ilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
30. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apell yasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
33. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddia tələbi üzrə işin hallarını lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
34. Apell yasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
35. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Düşərgə ərazisi, 2-ci küçə, 9-cu sahə ünvanında yerləşən torpaq sahəsi “sənaye, nəqliyyat, rabitə, müdafiə, və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olması və Bakı şəhərinin Baş planının (ərazi planlaşdırma sənədinin) hazırlanıb təsdiq edilmədiyi işin mübahisəsiz halıdır. Bu səbəbdən də, hətta müvafiq rəyi vermək cavabdehin vəzifəsi olsa belə, sonuncunun bu barədə rəy vermə hüququ qeyd edilən Baş planının (ərazi planlaşdırma sənədinin) hazır lanmasına və təsdiqinə bağlıdır.
36. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1406/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.