Məhkəmə qərarları › İş №2-1(102)-1961/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1961/2019

04.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1961/2019 04.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1961/19 Bakı şəhəri 04 sentyabr 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı iştirakları ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüs usi Şərtlərlə Təyinat İdarəsinin nümayəndəsi XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 mart 2019-cu il tarixli, 2-1(103)-602/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nazirlər Kabinetinin “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası” haqqındakı 29 may 2008-ci il tarixli 123 saylı qərarın qüvvəyə mindiyi 29 may 2008-ci il tarixdə n ona şamil edilərək əlavə haqqın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2008-ci il tarixli, 123 saylı qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası” qüvvəyə mindiyi tarixdən əlavə haqqın hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 07 oktyabr 1976-cı il tarixdən 26 aprel 1996-cı il tarixədək Penitensiar xidmətdə xüsusi rütbəli kiçik rəis heyət i qismində baş gizir rütbəsində müxtəlif cəzaçəkmə müəssisələrində nəzarətçi vəzifəsində xidmət etmişdir. Qulluq illərinin hesablanması və bununla əlaqədar əlavə haqqın ödənilməsi barədə qaydalara istinad etməklə əlavə haqqın ödənilməsi xahişi ilə cavabdehə müraciət etmiş, cavabdeh isə imtina etmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etiraz təqdim etməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli, 2-1(81)3603/2018 saylı qərarı ilə (hakim Tahirə Əsədova) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçının ədliyyə orqanları işçisi olmayan Penitensiar xidmətin hərbi qulluqçusu olmasına istinad etməklə həmin qaydaların iddiaçıya tətbiq olunmasını istisna etmişdir. Halbuki, “Ədliyyə orqanlarında qulluqkeçmə haq qında” Azərbaycan Respublikası Qanununda hərbi qulluqçuların penitensiar müəssisələrin mühafizəsi və penitensiar müəssisələrdə saxlanılan şəxslərin müşaiyəti üçün təşkil edilmiş penitensiar xidmətin xüsusi bölmələrində xidmət keçdikləri öz əksini tapmışdır. İddiaçı penitensiar xidmətin hərbi qulluqçusu deyil, xüsusi rütbəsi olan əməkdaşı olmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 mart 2019-cu il tarixli, 2-1(103)-602/2019 saylı qərarı ilə (sədrlik edən Mirzə Tağızadə, hakimlər Ülvi Mayılov və Kəmalə Abiyeva) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Ap ellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuş əsasları təkrarlamış və bildirmişdir ki, ədliyyə orqanlarında qulluq keçmiş şəxslərə təyin edilən pensiya onlara vaxtilə aldıqları əməkhaqqı əvəzinə verilən sosial təminat vasitəsi – kompensasiya olmaqla, hazırda ədliyyə orqanlarında çalışan işçilərin əmək haqqına olan hər hansı artım, o cümlədən əlavə haqlar, həmin orqanlardan təqaüdə çıxmış pensiyaçıların pensiya məbləğinə də müvafiq qaydada hesablanmışdır. İddiaçı xüsusi rütbə nəzərdə tutan vəzifədə çalışdığından “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2008-ci il tarixli, 123 saylı qərarı ona da şamil edil məlidir. Məhkəmə kollegiyası həmçinin bildirmişdir ki, cavabdehin Penitensia xidmətin sıravi və rəis heyətinin xüsusi rütbələrinin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçularının hərbi rütbələrinə bərabər olmasına dair istinad etdiyi qanunvericilik normaları həmin şəxslərin çalışdıqları vəzifələrin deyil, sahib olduqları rütbələrin status bərabərliyini nəzərdə tutmuşdur. Rütbələrin status bərabərliyi isə, həmin rütbəyə sahib olan penitensiar xidmət əməkdaşlarının hərbi qulluqçu olmaları anlamına gəlmir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 1.1, 3.1, 33.2, 33.4, 20.19, 20.20, “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydas ı”nın 2.1, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1, 1.0.3, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanunun 10.5-ci maddələri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 iyun 2019-cu il tarixli, 2-1(102)-1961/19 saylı şifahi məhkəmə iclasının qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi onun hüquq varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iddia tələ binin rədd olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, penitensiar xidmətin yalnız xüsusi rütbəsi olan əməkdaşları və mülki işçiləri ədliyyə orqanlarının işçiləridir. İddiaçının istinad etdiyi “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası” ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi məsələlərini tənzimlədiyindən və Ədliyyə Nazirliyində xidmət keçən hərbi qulluqçular ədliyyə orqanlarının işçiləri hesab olunmadıqlarından, həmin Qaydanın iddiaçıya şamil olunması qanunvericili yin tələblərinə ziddir. Kassasiya şikayətində qeyd olunmuş dəlillərin hüquqi əsası kimi cavabdeh “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 20.3, 33, 35.2, 39.1, 25.4, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.3, 9.5, 12.2, 17.2, 20.14, 20.18, 9.7, 20.19, 20.20, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanunun 2.6-cı maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 90.3-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və y eri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçıya məxsus əmək kitabçasından, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi tərəfindən verilmiş 02 may 1996-cı il tarixli, 2354/224 saylı vəsiqəsinin surətlərinə əsasən, iddiaçı (rütbəsi baş gizir) 07 oktyabr 1976-cı il tarixdən 26 aprel 1996-cı il tarixədək ədliyyə orqanlarında xidmət etmiş, Azərbaycan Respublikasının “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanununa uyğun olaraq 26 aprel 1996-cı il tarixdən xidmət ilinə görə pensiya təyin edilmişdir. İddiaçı “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2008-ci il tarixli, 123 saylı qərarın qüvvəyə mindiyi tarixdən pensiyanın hesablanaraq verilməsi məsələsinə baxılması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh 03/89/02-522 saylı, 28 iyun 2018-ci il tarixli məktubla iddiaçının ərizəsinə cavab verərək bildirmişdir ki, “Sizin ərizənizə Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentində baxılmışdır Azərbaycan Res publikası Nazirlər Kabinetinin 2008-ci il tarixli, 123 saylı Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”na əsasən bu Qaydanın ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi məsələlərini tənzimlədiyini və Ədliyyə Nazirliyində xidmət keçən hərbi qulluqçuların ədliyyə orqanları işçiləri hesab olunmadığını nəzərə alaraq Qaydanın siz şamil edilməsi qanunvericiliyə ziddir” Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normlar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verilib-verilmədiyinin mübahisə olunmadığı, lakin iddianın mümkünlük şərtlərinin yoxlanılması vəzifəsi bütün məhkəmə instansiyalarının səlahiyyətinə aid olduğu üçün məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşin hallarına görə iddiaçıya 26 aprel 1996-cı il tarixdən xidmət illərinə görə pensiya təyin edilmişdir. İddia tələbinin formal ifadə tərzi nəzərə alınmadan mahiyyəti ondan ibarətdir ki, iddiaçı daha sonrakı illərdə qəbul edilmiş istinad edilən Qaydalara uyğun olaraq qulluq illərinə görə əlavələrin hesablanıb onun pensiya məbləğinin artımı kimi qiymətləndirməklə pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İPMnin - 2.2.3-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında aı iddialara baxılır; - 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər; - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə b aşqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan məsələ ilə bağlı publik hüquqda inzibati orqanın öhdəliyi müəyyən edilməli və maraqlı şəxsin müraciəti əsasında inzibati orqan bu öhdəliyin icrasından imtina etdyi halda, iddiaçı onun subyektiv hüququnun mövcudluğuna və onun pozulmasına əsaslanmaqla inzibati məhkəmədə iddia qaldıra bilər. Aparılmış qiymətləndirmə ilə məhkəmələr hesab etmişdirllər ki, cavabdehin qulluq illərinə görə əlavə nəzərə alınmaqla pensiyanın hesablanması ilə bağlı publik hüquqdan irəli gələn öhdəliyi həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2008-ci il tarixli, 123 saylı qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”ndan da irəli gəlmişdir. Halbuki, həmin Qaydaların İV bölməsi “Qulluq illərinin müəyyən edilməsi və rəsmiləşdirilməsi qaydası”nı aşağıdakı kimi tənzimlənmişdir: - 4.2.-ci bəndinə əsasən, əlavə haqq verilməsi üçün qulluq illərini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aparatında, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində, habelə Azərbaycan Respublikasının ədliyyə naziri tərəfindən səlahiyyət verilən struktur qurumlarda yaradılan ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması üzrə komissiyalar müəyyən edir. - 4.3-cü bəndinə əsasən, ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması üzrə komissiyaların tərkibi Azərbaycan Respublikasının ədliyyə naziri, Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri və müvafiq struktur qurumların rəhbərləri tərəfindən müəyyən edilir. - 4.4-cü bəndinə əsasən, əlavə haqq ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması üzrə komissiyaların qərarlarına əsasən verilir. Qulluq illərinin müəyyən edilməsi haqqında qərarlar göstərilən komissiyalar tərəfindən protokol formasında rəsmiləşdirilir. Protokolun əsli müvafiq ədliyyə orqanında saxlanılır, surəti isə işçinin şəxsi işinə əlavə edilir. - 4.5-cü bəndinə əsasən, ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması üzrə komissiyaların qərarından Azərbaycan Respublikasının ədliyyə nazirinə və ya məhkəməyə şikayət verilə bilər. Maddələrin tələblərindən göründüyü kimi, ədliyyə orqanları işçilərinə əlavə haqq verilməsi üçün qulluq illərinin hesablanması səlahiyyəti müvafiq qaydada Azərbaycan Respublikasının ədliyyə naziri tərəfindən tərkibi təsdiq edilmiş və o cümlədən, struktur qurumlarda yaradılan komissiyalar tərəfindən müəyyən edilir. Əlavə haqqın verilməsi üçün qulluq illərinin müəyyən edilməsi haqqın da həmin komissiyalar tərəfindən qərarlar qəbul edilir ki, ondan məhkəməyə şikayət verilməsi hüququ təsbit edilmişdir. Göstərilmiş müddəalardan göründüyü kimi, əlavə haqq verilməsi üçün qulluq illərinin hesablanması səlahiyyəti qanunverilciliklə müəyyən edilmiş qaydada xüsusi nəzərdə tutulmuş komissiyanın səlahiyyətinə aid edilmişdir ki, bu məsələnin həllində cavabdehin səlahiyyəti və qiymətləndirmə sərbəstliyi istisna edilməlidir. Yəni ilk olaraq müvafiq komissiya tərəfindən iddiaçının əlavə haqqın verilməsi üçün əsas olan hallara Qaydaların 2-ci bəndinə əsasən qiymət verilməli və nəticəsinə görə qərar qəbul edilməlidir. Belə qərar qəbul edildikdə isə onun icrası iddiaçının pensiya məbləğinin müəyyən edilməsində əhəmiyyətə malik olmalıdır. Sonuncu halda isə iddiaçının hüquqi marağı artıq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun təminat xərcliyi ilə bağlı müddəaların və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli, 135 saylı qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın cavabdeh tərəfindən icra edilməsindən ibarət olmalıdır. Lakin apellyasiya məhkəməsi yuxarıda əks olunmuş iddianın mümkünlük şərtlərini zəruri edən məsələlərə əhəmiyyət verməmiş və işə mahiyyət üzrə baxmaqla inzibati prosessual qanunvericiliyin müddəalarını pozmuşdur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia mümkün sayılmamalıdır. İddiaçıya izah olunmalıdır ki, il k olaraq əlavə haqq verilməsi üçün qulluq illərinin hesablanması və məlumat vərəqəsinin cavabdehə təqdim edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət etməlidir. Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Həmin Məcəllənin 96.9-cı maddəinə görə isə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə u yğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin nümayəndəsi XXX tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 mart 2019-cu il tarixli, 2-1(103)-602/2019 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2008-ci il tarixli, 123 saylı qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası” qüvvəyə mindiyi tarixdən əlavə haqqın hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi mümkün sayılmasın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar