Məhkəmə qərarları › İş №2-1(102)-1961/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1961/2020

28.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1961/2020 28.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı iş üzrə QƏRARİ Açar sözlər: 52 yaşdan güzəştli şərtlə pensiya təyini, iddiaçının işlədiyi peşənin siyahıda olan sahə və peşə ilə üst-üstə düşməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, vəkili X6, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X12 İdarəsinin nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X12 İdarəsinə(bundan sonra cavabdeh) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin olunması” tələbinə dair iş üzrə BakıApelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)994/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları a) İddiaçı xx.xx.1967-ci il tarixdə anadan olmuşdur. Əmək kitabçasına əsasən xx.xx.1984-cü il tarixdən hal-hazıradək Heydər Əliyev adına Bakı X19nda işləyir. xx. xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək texnoloji nasosların maşinisti vəzifəsində işləmiş, xx.xx.1989-cu il tarixdən hal-hazıradək texnoloji qurğuların operatoru vəzifəsində işləyir. xx.xx.2006-cı il tarixədək ümumilikdə 21 ildən çox ümumi, 11 ildən çox xüsusi iş stajı vardır. Hərbi biletə əsasən xx.xx.1985-ci il tarixdən xx xxxxxx 1987-ci il tarixədək hərbi xidmətdə olmuşdur b) Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən iddiaçı barəsində verilmiş x xxxx 2019-cu il tarixli arxiv arayışına əsasən iddiaçı xx.xx.1984-cü ildən (işə qəbul əmri 188/şh, xx.xx.1984-cü il) xx.xx.1985-ci ilədək “XXİİ qurultay” adına Bakı X19 3 saylı texnoloji sexdə çilingər-şagird peşəsində işləmiş, xx.xx.1985-ci ildə (işdən çıxma əmri 206/şh, xx.xx.1985-ci il) hərbi xidmətə çağırışla əlaqədar işdən azad edilmişdir. xx.xx.1988-ci ildən (işə qəbul əmri 5/şh, xx.xx.1988-ci il) xx.xx.1988-ci ilədək “XXİİ qurultay” adına Bakı X19 3 saylı texnoloji sexdə texnoloji qurğu operatoru peşəsində, xx.xx.1988-ci ildən (işə qəbul əmri 67/şh, xx.xx.1988-ci il) xx.xx.1988-ci ilədək “Xİİ qurultay” adına Bak X19 5 saylı texnoloji sexdə əmtəə operatoru peşəsində, xx.xx.1988-ci ildən (işə qəbul əmri 118/şh, xx.xx.1988-ci il) xx.xx.1988-ci ilədək “XXİİ qurultay” adına Bakı X19 5 saylı texnoloji sexdə texnoloji nasos maşinisti peşəsində, xx.xx.1988-ci ildə (işə qəbul əmri 249/şh, xx.xx.1988-ci il) xx.xx.1989-cu ilədək “XXİİ qurultay” adına Bakı X19 5 saylı texnoloji sexin 501 saylı texnoloji qurğusunda (sürtgü yağlarının hidrogenlə təmizlənməsi) texnoloji nasos maşinisti peşəsində, xx.xx.1989-cu ild ən (işə qəbul əmri 144/şh, xx.xx.1989-cu il) xx.xx.2007-ci ilədək “Azərneftyağ” X19 5 saylı texnoloji sexin 501 saylı texnoloji qurğusunda (sürtgü yağlarının hidrogenlə təmizlənməsi) texnoloji qurğu əməliyyatçısı peşəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın X.11000000- 16081, 11000000-14259 bölmələrinə əsasən xüsusi zərərli iş şəraitində işləməsi müəyyən edilmişdir. xx.xx.2007-ci ildən (işə qəbul əmri 724/k, xx.xx.2007-ci il) 25.06.015-ci ilədək “Azərneftyağ” X19 5 saylı texnoloji sexin 51 saylı texnoloji qurğusunda (sürtgü yağlarının hidrogenlə təmizlənməsi) texnoloji qu rğu operatoru peşəsində işləmişdir. xx.xx.2015-ci ildə əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46.6-cı maddəsinə əsasən tərəflərin razılığı ilə “Heydər Əliyev” adına X19nu 23 saylı texnoloji sahənin 501 saylı qurğusuna texnoloji qurğu operatoru peşəsinə keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.5. Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı bölməsinə əsasən zərərli iş şəraitində işləməsi müəyyən edilmişdir. c) Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərneftyağ” X19 tərəfindən verilmiş güzəştli şərtlərlə pensiya hüququ haqqında arayışdan görünür ki, “Azərneftyağ” X17 fəhlələrinin ştat cədvəlində bütün adlardan və ixtisaslardan olan peşələrin adlarının Vahid X2 (VTİSK) uyğun olaraq düzgün adlandırılması; məqsədilə 2007-ci ildən etibarən köhnə adla “texnoloji qurğu üzrə əməliyyatçı” peşəsi VTİSK-ya uyğun olaraq texnoloji qurğuların operatoru adlandırılmışdır. d) İddiaçı cavabdeh orqana ərizə ilə müraciət etmiş, cavabdeh ərizəyə cavab olaraq xx xxxxxxx 2019-cu il tarixli məktubla bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nın neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz k ondensatı, kömür və şistin emalı bölməsinin (10) (11000000- 16081 kodu üzrə) kükürdlü neftlərin çəkilməsi, krekinqləşdirilməsi və onlardan neft məhsulları alınması, katalik riforminqin, şistin və kömür qatranlarının çəkilməsi, kükürdlü neft məhsullarının pirolizə edilməsi, aromatik karbohidrogenlərin saflaşdırılması yarımbəndinə (3)- texnoloji qurğuların operatoru peşəsi nəzərdə tutulmuşdur. İddiaçının idarəyə təqdim etdiyi xx xxxxxxxx 1988-ci il tarixli ИТ-İ № ******* nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.1988- xx.xx.1988-ci il və xx.xx.1989-xx.xx.2019-cu il tarixləri arasında dövrlər ərzində “Heydər Əliyev adına X19”nda texnoloji qurğuların operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi sahə neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı sahəsinə aid deyildir. Bu səbəbdən ona güzəştli şərtlərlə əmək yaşa görə əmək pensiyası təyin edilməsi mümkün deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat e) İddiaçı xx xxxxxxx 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 52 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. f)İddia onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası tamamilə qanunsuz və əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin «a» bəndinə və həmin maddəyə xx.xx.1997-ci il tarixli, 321-İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndi ilə (xx.xx.1997-ci il tarixli 321 İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 12, 13, 15, 16, 19, 35, 40, 53-ci maddələrində və 90-cı maddəsinin 3-cü, 4-cü, 5-ci abzaslarında nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000ci il avqustun 1-dək hər il 6 ay artırılır) edilmiş dəyişikliyə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ v ardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 1997-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə “Azərbaycan Respublikası Qanununun tətbiqi barədə izahat”ında bildirilir: 13-cü maddə üzrə: “a” bəndində nəzərdə tutulmuş iş stajı olan aşağıdakı şəxslər güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər: x xxxxxx 1997-ci ildən kişilər 50 yaş 6 ayda, qadınlar 45 yaş 6 ayda; xx xxxxxx 1998-ci ildən kişilər 51 yaşda, qadınlar 46 yaşda; xx xxxxxx 1999-cu ildən kişilər 51 yaş 6 ayda, qadınlar 46 yaş 6 ayda; xx xxxxxx 2000-ci ildən kişilər 52 yaşda, qadınlar 47 yaşda. Azərbaycan Respublikası Mülki Məcəllənin 7-ci maddəsinə əsasən Azərbaycan Respublika sı Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində göstərilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. "Hərbi qulluqçuların pensiya təmi natı haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair" Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxxx 2014-cü il tarixli öz qərarına əsasən, xidmət illərinə görə pensiyanın məqsədi belə şəxsləri əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar öz əvvəlki işini davam etdirmək zərurətindən azad etməkdir. Xüsusi əmək stajının əldə edilməsi ilə bağlı hüquq münasibətləri, bir qayda olaraq, şəxs pensiya yaşına çatmasından daha əvvəl başa çatır. Xidmət illərinə görə pensiya hüququndan istifadə etmək barədə qərar qəbul edərkən şəxs xüsusi əmək stajının müddətini və zəruri staja malik olmanın hüquqi nəticələrini müəyyən edən həmin dövrdə qüvvədə olan qanunvericilik nor malarının tələblərini nəzərə alır. Bu səbəbdən iddiaçıya münasibətdə onun iş stajına topladığı dövrdə qüvvədə olan norma tətbiq edilməlidir. Beləliklə də, xx.xx.2006-cı il tarixə kimi 20 ildən artıq əmək stajı olduğuna və stajının 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə işlədiyinə, həmçinin xx.xx.2019-cu il tarixdə 52 yaşı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci bəndinə əsasən həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. g) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X4, 2-1(81)-4643/2019 saylı iş) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya 52 yaşı yaşdan, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyasını n təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. h) Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 20 il sığorta stajı, eləcə də, 10 ildən çox xüsusi iş stajı olduğundan, iddiaçının xüsusi iş stajı işlədiyi müəssisə tərəfindən verilmiş arayışa əsasən müəyyən edildiyindən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən yaş həddi x xxxxxx 1997-ci il tarixdən başlayaraq hər il 6 ay olmaqla x xxxxxx 2000-ci ilədək artırılması nəzərə alınaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən təyin edilməlidir. i) Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasi ya instansiyası məhkəməsindəki icraat j) Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X11-məruzəçi, X8 və X7, 2-1(103)-994/2020 saylı iş) xx xxxx 2020-ci il tarixli qərarla birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, cavabdehin apelyasiya şikayətini təmin etməmiş, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirmədən saxlamışdır. k) Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarını xx xxxx 2020-ci il tarixdə almış, xx xxxxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsini xahiş edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri l) İddiaçı, dənizdə çalışan neftçi deyildir. Onun çalışdığı sahənin (X17) ne ft, qazın çıxarılması ilə bağlı olmadığı aşkardır. m) Məhkəmənin 1 nömrəli Siyahıya aid etdiyi “texnoloji qurğuların operatorları” peşəsi 2 nömrəli Siyahıda da var. Belə ki, bu peşə, X Bölmənin 3-cü alt bölməsində (“Neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı” adlanır) “2130301a—16081” şifri altında nəzərdə tutulub. Məhkəmə isə, bu peşənin niyə 2 deyil, məhz 1 nömrəli Siyahıya aid etdiyini əsaslandıra bilməyib. n) İddiaçının çalışdığı peşənin məhz 1 nömrəli Siyahıya aid edilməsinin əsasında ARDNŞ-nin x xxxx 2019-cu il tarixli Arxiv arayışı dayana bilməz. Belə ki, arayışın özündə ziddiyyət vardır. Məsələn: Arayışın 7-ci bəndində iddiaçının xx.xx.1989xx.xx.2007-ci illərdə çalışdığı “texnoloji qurğu əməliyyatçısı” peşəsinin 1 nömrəli Siyahının “texnoloji qurğuların operatorları” (şifr: 11000000—16081) peşəsinə uyğun gəldiyi qeyd edilib. Lakin elə həmin Arayışın 8-ci bəndində eyni peşə NK-nın xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiqlənmiş Siyahının 10.5-ci bəndinə (“Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” adlanır) aid edilib. o) 2007-ci ildən sonra yalnız vahid Siyahı qüvvədədir. Məsələ ondadır ki, NKnın xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiqlənmiş Siyahının 10.5-ci bəndin qüvvədən düşmüş 1 nömrəli deyil, 2 nömrəli Siyahıya uyğun gəlir. Başqa sözlə, əgər 1 nömrəli Siyahıya istinad ediləcəkdisə, onda gərək 12 nömrəli Qərarla təsdiqlənmiş Siyahının 10.3-cü bəndinə (“Kükürdlü neftlərin çəkilməsi, krekinqçiləşdirilməsi və onlardan neft məhsulları alınması; katalik riforminqin, şist və kömür qatranlarının çəkilməsi; kükürdlü neft məhsullarının pirolizə edilməsi; aromatik karbohidrogenlərin saflaşdırılması”) istinad edilərdi. Arayışda eyni peşə həm 1 saylı, həm də 2 saylı Siyahıya aid edilib. Bu isə, həmin arayışın qeyri-mötəbərliyinə dəlalət edir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri p) Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları q) Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. r) İddiaçının vəkili kassasiya şikayətinin dəlilləri ilə razılaşmamış, şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq s) “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incə sənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstəri lən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. t)“Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində deyilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: u) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş st ajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; v) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... xx xxxx 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. w ) “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftç ilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. x) İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdır mağa borcludur. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olara q, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Ma ddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri y) Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. z) Kasasiya şikayətində apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi aa) Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilməmişdir. bb) Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. cc) İddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər iddiaçının 20 ildən az olmayan ümumi iş stajının mövcud olması; 3) xx.xx.2006-cı ilə qədər iddiaçının azı 10 il güzəştli iş stajının mövcud olması. dd) Cavabdeh hesab edir ki, x xxxxxx 2006-cı ilə qədər iddiaçının şərtlərlə yaşa görə pensiya təyin olunması üçün hüquq verən iş stajı olmamışdır. ee) Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nın neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) (11000000- 16081 kodu üzrə) kükürdlü neftlərin çəkilməsi, krekinqləşdirilməsi və onlardan neft məhsulları alınması, katalik riforminqin, şistin və kömür qatranlarının çəkilməsi, kükürdlü neft məhsullarının pirolizə edilməsi, aromatik karbohidrogenlərin saflaşdırılması yarımbəndinə (3)- texnoloji qurğuların operatoru peşəsi nəzərdə tutulmuşdur. İddiaçının idarəyə təqdim etdiyi xx xxxxxxxx 1988-ci il tarixli ИТ-İ № ******* nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.1988- xx.xx.1988-ci il və xx.xx.1989-xx.xx.2019-cu il tarixləri arasında dövrlər ərzində “Heydər Əliyev adına X19”nda texnoloji qurğuların operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Görü ndüyü kimi, işlədiyi sahə neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı sahəsinə aid deyildir. Bu səbəbdən ona güzəştli şərtlərlə əmək yaşa görə əmək pensiyası təyin edilməsi mümkün deyildir. ff) İşdə olan sənədlərə görə iddiaçının əmək kitabçasında qeyd edilən texnoloji nasos maşinisti və texnoloji qurğu operatoru (əməliyyatçısı) peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nın 10-cu “Neft emalı” bölməsinin 11000000-16081 və 11000000-14259 kodlarında göstərilmiş peşə ilə üst-üstə düşür. gg) Cavabdeh apelyasiya şikayətində bildirmiş dir ki, 1 nömrəli Siyahıda olan texnoloji nasosların maşinisti peşəsi “2. Neft-qaz və qaz kondensatının hasilatı” alt başlığına daxildir. İddiaçının çalışdığı zavod neftin, qazın hasilatı ilə məşğul deyildir. hh) Apelyasiya məhkəməsi qərarında iddiaçının əmək kitabçasında qeyd edilmiş “Heydər Əliyev adına X19”nda çalışdığı “texnoloji qurğuların operatoru və texniki qurğuların maşinisti” peşələrinin “neftin qazılması və hasilatı neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” sahəsinə aid olduğunu bildirmiş, lakin gəldiyi nəticəni əsaslandırmamışdır. ii) İddiaçının əmək kitabçasında qeyd edilən peşəsi 1 saylı Siyahıda Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) neft, qaz, qaz kondensatı, kömür və şistin emalı adlanan X bölmədə, 3-cü yarımbölmədə qeyd edilmişdir. jj) İddiaçının əm ək kitabçasında qeyd edilən peşələri ilə 1 saylı Siyahıda olan X bölmə və 3-cü yarımbölmədə göstərilən “texnoloji qurğuların operatoru və texniki qurğuların maşinisti” peşələrinin üst-üstə düşməsi üçün məhz iddiaçının bu bölmədə qeyd edilən Sahədəki peşədə fəaliyyət göstərməsi təsdiq edilməlidir. kk) Lakin bu hal apelyasiya məhkəməsi tərəfindən araşdırılmamış, iddiaçının x xxxxxx 2006-cı ilə qədər işlədiyi peşənin əmək funksiyasının Siyahıda göstərilən sahədəki peşələrin əmək funksiyası ilə eyni olub-olmaması barədə güzəştli arayışı təqdim edən müəssisədən soruşulmamışdır. ll) Apelyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamışdır. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. mm) Odur ki, qərarın ləğv edilməsi barədə şikayətin dəlilləri əsaslı olduğundan təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməlidir. nn) Apelyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda qeyd edilən prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apelyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi hissəsində təmin oluna bilməz. oo) Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsini n İnzibati kollegiyasının 2-1(103)-994/2020 saylı, xx xxxx 2020-ci tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar