Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1961/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 02.11.2021 Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkəti) “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasi ya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 8 iyul tarixli, 2-1(107)-229/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona maddi və mənəvi ziyana görə kompensasiya ödənilməsini xahiş etmişdir.
2. Cavabdeh 2019-cu il 12 sentyabr tarixli məktubla iddiaçının ərizəsini aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə göndərmişdir.
3. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkəti 2019-cu il 19 sentyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Üçüncü şəxs bildirmişdir ki, hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” 1997-ci il 20 ma y tarixli qanuna dəyişikliklər edilməsi barədə 2013-cü il 3 dekabr tarixli Qanunun 5-ci maddəsinin “d” bəndinə əsasən sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) aldıqda sığorta ödənişi verilir. İddiaçının ərizəsindən məlum olduğu kimi, 2014-cü il 05 may tarixdə xəstəlik ilə əlaqədar hərbi xidmətdən tərxis olunmuşdur ki, bu da “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna əsasən sığorta hadisəsi sayılmır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 2019-cu il 4 dekabr tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona vurulmuş maddi ziyanın əvəzi olaraq 20.000 manat, mənəvi ziyan olaraq 15.000 manat pulun alınıb ona ödənilməsi vəzifə sinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ağdam rayonundan məcburi köçkün kimi ailəsi ilə Mingəçevir şəhərində məskunlaşmışdır. 2013-cü il 23 aprel tarixdə hərbi xidmətə yararlı hesab edilərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. 2014-cü il 24 yanvar tarixdən 2014-cü il 26 yanvar tarixədək N saylı hərbi hissədə, 2014-cü il N yanvar tarixdən 2014-cü il 05 may tarixədək N saylı hərbi hissədə stasionar müalicədə olmuşdur. Hərbi Həkim Komissiyasının rəyi əsasında 2014-cü il 05 may tarixdə «sağ ciyərin yuxarı payının infiltrativ vərəmi, sorulma və bərkimə mərhələsində KB mənfi» diaqnozu müəyyən edilmiş, «hərbi xidmət dövründə al ınmışdır, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır» qərarı qəbul edilərək, tərxis olunmuşdur. Hazırkı müddətə qədər müalicələr alsa da səhhətini bərpa edə bilməmişdir. Ağır xəstəliyi ilə əlaqədar hazırki müddətə qədər müraciət edə bilməmişdir. Bu müddət ərzində cavabdeh tərəfindən heç kəs onunla maraqlanmamışdır. Sağlamlığını bərpa edə bilməsə də mütəmadi müalicələr almaq məcburiyyətindədir. Hərbi xidmətdə olarkən düzgün tibbi yardım almadığından xəstələnmişdir. Halbuki, sağlamlığının qorunmasına məsuliyyət daşıyan orqan Müdafiə Nazirliyi olmuşdur. Xəstələnməsi səbəbindən mənəvi əziyyət çəkmişdir. Cavabdehin etirazları:
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı maddi və mənəvi zərərin vurulmasını s übut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçının mənəvi zərərlə bağlı beş ildən sonra məhkəməyə müraciət etməsi artıq iddianın əsassız olduğunu sübut edir. Çünki mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəmə sinin 2002-ci il 31 may tarixli qərarı). Yuxarıda qeyd olunmuş şərhdə qərara alınmışdır ki, Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Şəki İnzibati Məhkəməsinin 2020-ci il 8 may tarixli, 2-1(116)-392/2020 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 2014-cü il 24 yanvar tarixdən 2014-cü il 26 yanvar tarixədək N saylı hərbi hissədə, 2014-cü il N yanvar tarixdən 2014-cü il 05 may tarixədək N saylı hərbi hissədə stasionar müalicədə olmuşdur və onun düzgün müalicə olunmamasına dair heç bir sübut məhkəməyə təqdim olunmamışdır. İddiaçı ümumiyyətlə ona tələbində qeyd etdiyi 20.000 manat maddi zərərin dəyməsinə d air heç bir sübut təqdim etməmişdir. İddiaçı ona dəymiş maddi və mənəvi ziyanın cavabdeh orqanın onun hərbi xidmətdə olarkən düzgün tibbi yardım almaması nəticəsində yarandığını iddia etdiyindən və bununla bağlı cavabdeh orqanın hərəkətlərinin qanunsuzluğu məhkəmə tərəfindən öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 21 sentyabr tarixli, 2-1(107)-262/2020 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 2020-ci il 8 oktyabr may tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəm əsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. kassasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 10 fevral tarixli, 2-1(103)-203/2021 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 21 sentyabr tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
14. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmələr iddianı rədd edərkən, iddiaçının N saylı hərbi hissədə stasionar müalicə zamanı düzgün müalicə olunmadığına dair heç bir sübut təqdim edilmədiyinə əsaslanmışdır. Lakin irəli sürü lmüş ziyan tələbinin əsasını təkcə düzgün olmayan müalicədən gələn nəticə təşkil etmir. Yəni iddiaçının düzgün müalicə olunmadığı sübuta yetməsə belə, iddianın düzgün həlli üçün “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 13-cü maddəsinin dispozisiya şərtlərinin mövcud olub-olmaması araşdırılmalıdır. b. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
15. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 8 iyul tarixli, 2-1(107)-229/2021 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 2020-ci il 8 may tarixli qərarı ləğv edilmiş, yeni qərar çıxarılmış, iddia rədd edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı 2013-cü il 23 aprel tarixdə hərbi xidmətə yararlı hesab edilərək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzr ə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. 2014-cü il 24 yanvar tarixdən 2014-cü il 26 yanvar tarixədək N saylı hərbi hissədə, 2014-cü il N yanvar tarixdən 2014-cü il 05 may tarixədək N saylı hərbi hissədə stasionar müalicədə olmuşdur. Göründüyü kimi iddiaçı xəstələndiyi üçün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində və N saylı hərbi hissəsində stasionar müalicədə olmuşdur. 2014-cü ildən sonra isə iddiaçı ehtiyata buraxıldıqdan 2019-cu ilə kimi hansı müalicələr alması, harada hansı müalicə müəssisələrində hansı xəstəliklərlə bağlı müalicə olduğu barədə tibbi sənədlər, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər, o cümlədən əlavə qidalanmaya, dava-dərman alınmasına, başqasının qullu ğuna, sanatoriya-kurort müalicəsinə nə qədər vəsait xərclədiyinə dair hər hansı bir sübut növü təqdim etməmişdir. Ona görə də kollegiya hesab etmişdir ki, apellyasiya şikayəti iddia tələbinin bu hissəsinə münasibətdə əsassızdır. qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü cavabdehin iddiaçıya vurmuş olduğu maddi və mənəvi ziyanın sübut edilməsidir. İddiaçı tərəfindən belə bir sübut məhkəmələrə təqdim edilməmişdir. Apellyasiya şikayəti iddia tələbinin bu hissəsinə münasibətdə də əsassızdır, iddianın təmin edilməsi üçün əsaslar mö vcud deyildir.
17. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddiaçı hərbi xidmət dövründə sanitar-gigiyena, epidemiyaya qarşı müalicə-profilaktik tədbirlər görülməsi, səhhətə daim nəzarət edilməsi, hərbi tibb müəssisələrində hər növ tibbi yardım göstərilməsi hüququna malik olsa da iddiaçının həmin hüququ təmin olunmadığından hərbi xidmətdən yararsız şəkildə tərxis olunmasından şikayətçidir. Şəki Apellyasi ya Məhkəməsi onun üçün məcburi olan hüquqi mövqeyi gözləməklə həmin hissədə araşdırma apararaq hərbi xidmət zamanı görülmüş profilaktik tədbirlər barədə məlumatları hərbi hissədən almaq əvəzinə İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinin tələblərini pozaraq Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olsa da bunu etməmişdir. kassasiya şikayətinə etirazın dəlilləri
19. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, hərbi xidmət vəzifələrinin icrası zamanı hərbi qulluqçuların səhhətinə zərər dəydikdə, onların Azərbaycan R espublikası qanunvericiliyində nəzərdə tutulan qaydada və şərtlərlə zərərin ödənilməsi hüququ vardır. İddiaçının sənədlərindən görmək olar ki, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 №-li qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnaməsinə (xəstəlik cədvəlinin 2 “b” İİ qrafası) əsasən şəhadətləndirilərək barəsində “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” qərar çıxarılmışdır. “Hərbi xidmət vəzifələrinin icrası zamanı” ilə “hərbi xidmət dövrü” ayrı-ayrı anlayışlardır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən iddiaçını müayinə və müalicə etmişdir. İddiaçı onun müalicəsinin düzgün aparılmamasına dair hər hansı sübut təqdim et məmişdir.
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı mənəvi zərərlə bağlı beş ildən sonra məhkəməyə müraciət etməsi artıq iddianın əsassız olduğunu sübut edir. Çünki “Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur.” (“AR MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2002-ci il 31 may tarixli qərarı ). “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli, 7 nömrəli Qərarın 8-ci bəndinə əsasən mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunmuş şərhdə qərara alınmışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. b. məhkəmə icraatı iştirakçılarının izahatları
21. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır.
22. Cavabdehin vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi.
22. Üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamışdır.
23. Məhkəmə işə iddiaçının və üçüncü şəxsin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə
13. Sağlamlığın mühafizəsi və sağlamlığa vurulmuş zərərin ödənilməsi hüququ
1. Hərbi qulluqçular sanitar-gigiyena, epidemiyaya qarşı, müalicə-profilaktik tədbirlər görülməsi, səhhətə daim nəzarət edilməsi, tibbi bölmələrdə, hissələrdə və idarələrdə hər növ tibbi yardım göstərilməsi hüququna malikdirlər. (...)
7. Hərbi xidmət vəzifələrinin icrası zamanı hərbi qulluqçuların səhhətinə zərər dəydikdə onların Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan qaydada və şərtlərlə zərərin ödənilməsi hüququ vardır.
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödəni lməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvə zi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1117. Müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məs uliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir. 26. “İnzibati icraat haqqında” Qanun: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2 Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
27. İPM: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyiş dirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. 31. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 13-cü maddəsinin 1-ci bəndinin məzmunundan göründüyü kimi, hərbi qulluqçular sanitar-gigiyena, epidemiyaya qarşı, müalicə-profilaktik tədbirlər görülməsi, səhhətə daim nəzarət edilməsi, tibbi bölmələrdə, hissələrdə və idarələrdə hər növ tibbi yardım göstərilməsi hüququna malikdirlər.
32. İddiaçı təsdiq edir ki, hərbi xidmət dövründə aldığı xəstəliklə bağlı ona tibbi xidmət göstərilmiş, 4 aydan artıq müddətdə stasionar müalicə olunmuşdur. 33. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 13-cü maddəsinin 7-ci bəndinin hazırkı mübahisəyə tətbiqi imkanına gəldikdə, normanın məzmunundan göründüyü kimi, bu norma o halda tətbiq oluna bilər ki, hərbi qulluqçuların səhhətinə zərər dəyməsi hərbi xidmət vəzifələrinin icrası ilə bağlı olsun. Hazırkı işdə belə hal yoxdur. Belə ki, iddiaçının da istinad etdiyi Hərbi Həkim Komissiyasının qərarı ilə xəstəliyin səbəb əlaqəsi “hərbi xidmət dövründə alınmışdır” kimi müəyyən edilmişdir.
34. İddiaçının istinad etdiyi Mülki Məcəllənin 1117-ci maddəsinin tətbiqinə gəldikdə, nəzərə alınmalıdır ki, həmin norma müqavilə öhdəliklərinin və ya digər vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinin, Mülki Məcəllənin 1097.1-ci və 1100-cü maddələrinin əlaqəli təhlilinə görə isə, Mülki Məcəllənin 1117-ci maddəsində sadalanmış şəxslərə onların həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi bilavasitə zərəri vuranın və onun təqsirinin müəyyən edilməsi ilə şərtlənir.
35. Məhkəmə kollegiyası nəzərə alır ki, hərbi xidmət keçən şəxslərin üzərinə qoyulmuş öhdəliklər onlara həvalə edilmiş vəzifələrin istənilən, o cümlədən onların həyatı və sağlamlığı üçün risklərlə müşayiət olunan şəraitdə icrasını nəzərdə tutduğundan, bu, dövlət tərəfindən “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 13-cü maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş təminat tədbirlərinin görülməsini tələb edir.
36. Bununla yanaşı, yuxarıda da qeyd olunduğu kimi, iddiaçının səhhətinə zərər dəyməsi hərbi xidmət vəzifələrinin icrası ilə bağlı olmamış, “Xəstəlik haqqında şəhadətnamə”dəki məlumatlara əsasən ona zəruri tibb xidmət göstərilmişdir.
37. Beləliklə, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 13-cü maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş hüquqların təmin olunmadığı və iddiaçının sağlamlığına vurulan zərərin həmin hüquqların təmin olunmaması ilə səbəbli əlaqədə olduğu müəyyən edilmədiyindən cavabdehin üzərinə iddia olunan məzm unda öhdəlik qoyula bilməz.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 8 iyul tarixli, 21(107)-229/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.