Məhkəmə qərarları › İş №2-1(102)-1961/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1961/2023

17.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1961/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya ödənilməsi) 17.08.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə İddiaçı (FİN:xxxxxxx) cavabdeh "xxxx" QSC-yə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 may 2023-cü il tarixli, 2-1(103)-1525/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıda kı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 06 sentyabr 2007-ci il tarixli 21/37 saylı qərarına əsasən, Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin ərazisində təqdim edilmiş cizgidə göstərilən ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün 0,06 ha (600 kv.m) torpaq sahəsi alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilməsi qərara alınmışdır. Qeyd olunan qərar nəzərə alınmaqla torpaqların alqı-satqısına dair akt tərtib olunmuşdur.

2. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 357 saylı Sərəncamı ilə Xocəsən-Lökbatan yolunun şərq hissəsindən 23,7 ha torpaq sahəsi elektrik deposunun tikinti işlərinin layihələndirilməsi və tikintisi üçün Bakı Metropolitenin daimi istifadəsinə ayrılmışdır.

3. Bakı şəhəri Binəqədi ra yonu Xocəsən Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli qərarına əsasən, Bakı Metropoliteninə elektrik deposunun tikinti işlərinin layihələndirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti başçısının 357 saylı xx.xx.2011-ci il tarixli Sərəncamı ilə ayrılmış (23,7 ha) torpaq sahəsinin hüdudları daxilində yerləşən torpaq sahələrinin ayrılması barədə Binəqədi rayonu Xocəsən bələdiyyəsinin aşağıdakı qərarları ləğv edilməsi qərara alınmışdır:

9. X8 - fərdi yaşayış evinin tikintisi təyinatı ilə 600 kv.m torpaq sahəsinin mülkiyyətinə verilməsi barədə Xocəsən bələdiyyəsinin 21/37 saylı, xx.xx.2011-ci il tarixli qərarı.

4. Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin sədri M.Əsgərovun Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və X1 direktoru Ramiz Quliyevə ün vanlanmış Mərkəzin yuxarıda qeyd edilən **********97 saylı 01 aprel 2013-cü il tarixli məktubuna cavabdan müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən yuxarıda qeyd edilən dövrə kimi Xocəsən Bələdiyyəsinə torpaq sahəsi verilməmişdir. 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)2614/2016 saylı qərardadı ilə İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsinin alqı-satqı əsasında 06 sentyabr 2007-ci il tarixli 21/37 saylı qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş 600 kv.m (6 sot) torpaq sahəsi dövlət ehtiyacları üçün alınmaya məruz qaldığı üçün, torpaq sahəsinin 1 sotunun bugünkü tarixə olan bazar qiyməti 15.000 manat olmaqla 90.000 manat məbləğində kompensasiyanın və torpaq sahəsinin bazar qiymətinin 20 faiz, yəni 18.000 manat miqdarında satınalma qiymətinin, ümumilikdə 108.000 manat məbləğdə pulun (kompensasiyanın) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 06 sentyabr 2007-ci il tarixli 21/37 saylı qərarı ilə 600 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 357 saylı Sərəncamı ilə Xocəsən-Lökbatan yolunun şərq hissəsindən 23,7 ha torpaq sahəsi elektrik deposunun tikinti işlərinin layihələndirilməsi və tikintisi üçün Bakı Metropoliteninin daimi istifadəsinə ayrılmışdır. İddiaçıya məxsus torpaq sahəsi Bakı Metropoliteninin daimi istifadəsinə ayrılmış 23,7 ha torpaq sahəsinin hüdudlarına daxil olduğundan "xxxx" QSC ilə İddiaçı nümayəndəsi X6 arasında "X4 üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq torpaq sahəsinin sahibinə ödəniləcək kompensasiya məbləğinə dair xx.xx.2013-cü il tarixdə "Razılaşma Aktı" imzalanmışdır. Həmin vaxt nümayəndə X5 bildirilmişdir ki, razılaşdırılmış məbləğ qısa zamanda ödəniləcək. Razılaşma aktına görə iddiaçıya ödənilməli məbləğ 36 000 (otuz altı min) manat olmalı idi. Belə ki, “Bakı Metropoliteni" QSC-nin sifarişi əsasında "xxxx" MMC tərəfindən Bakı Metrop oliteninə göndərilən qiymətləndirmə məktubundan müəyyən etmək olur ki, iddiaçıya məxsus torpaq sahəsi 36.000 manat dəyərində qiymətləndirilmişdir. Sonradan qeyri-rəsmi olaraq bildirmişlər ki, torpağa görə pul ödənilməyəcək. Bununla bağlı dəfələrlə "xxxx" QSC-yə və yuxarı dövlət orqanlarına dəfələrlə müraciət edilsə də, konkret olaraq pulun verilməsi və ya verilməməsi ilə bağlı məlumat verilməmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə "xxxx" QSC-yə kompensasiya məbləğinin ödənilməsi tələbi ilə müraciət edilmiş, lakin onların xx.xx.2022-ci il tarixli məktubu ilə kompensasiyanın ödənilməsindən imtina edilmişdir. İddiaçıya 2007-ci il tarixdən ayrılmış torpaq sahəsində Elektrik deposunun tikintisinə 2011-ci ildən başlanmış və həmin tarixdən torpaq sahəsi “Bakı Metropoliteni" QSC tərəfindən k ompensasiya ödənilmədən zəbt olunmuşdur. İddiaçı 2011-ci il tarixdən bu günədək torpaq sahəsindən istifadə edə bilmir. Halbuki, torpaq sahəsi iddiaçının istifadəsində olsaydı o torpağı təyinatına uyğun istifadə edərdi. İddiaçı ilə qonşuluqda olan və eyni sənədlərə malik digər torpaq sahələri və tikililərə malik şəxslərə “Bakı Metropoliteni" QSC tərəfindən kompensasiya ödənilmişdir. Torpaq sahəsinə görə ödəniləcək qiymətləndirmə 2013-cü ilin may ayında aparılmışdır. Həmin dövrdən bu günədək həmin ərazidə torpaq sahəsinin qiyməti dəfələrlə artmışdır. Həmin ərazidə hal-hazırda torpaq sahəsinin bir sotun bazar qiyməti 15 000 (on beş min) manat olmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr e dilməsi barədə" Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-1İİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında fərmanının 2.3-cü bəndinə görə dövlət ehtiyatı üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Bu müddəa nəinki torpaq sahələrinin, habelə digər daşınmaz əmlakların (binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri) dövlət ehtiyacları üçün alınması hallarına da şamil olunur. Bu səbəbdən ödəniləcək kompensasiya məbləğinə əlavə olaraq 20 faiz məbləğ hesablanmalı və ödənilməlidir. Odur ki, “Bakı Metropoliteni" QSC tərəfindən İddiaçı ona məxsus torpaq sahəsinə görə 90 000 (doxsan min) manat və həmin məb ləğə əlavə olaraq hesablanmış 20 faiz pul - 18000 (on səkkiz min) manat, ümumilikdə isə 108000 (yüz səkkiz min) manat pul ödənilməlidir. Qanunvericiliyə baxanda aydın olur ki, kompensasiyalar təyin olunarkən sakinlərin fərdi maddi və sosial vəziyyəti, əmlakın xüsusiyyətləri, yerləşdiyi ərazi və bazar qiyməti ayrı-ayrılıqda nəzərə alınmalıdır. Kompensasiyanın ödənilməsi qanunvericilikdə imperativ qaydada müəyyən olunmuşdur. İddiaçı qanunsuz olaraq əmlaklarından məhrum olmuşdur. Nəticə etibarilə bu günə qədər qanuni əsaslarla istifadə hüququ olan ona məxsus torpaq sahəsi üçün heç bir kompensasiya ödənilmədən və torpağın məcburi alınmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan alınması faktına məhkəmə əhəmiyyət verməlidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilmə sini məhkəmədən xahiş etmişdir.

8. Cavabdeh iddiaya dair etirazında qeyd etmişdir ki, “Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 18 mart tarixli 1408 nömrəli Sərəncamı ilə “Bakı Metropoliteni Xətlərinin X9” və “Bakı Metropoliteninin 2011- 2015-ci illərdə inkişafına dair Dövlət Proqramı” təsdiq edilmişdir. Həmin Proqramın 5-ci bəndində Bakı Metropoliteninin 20112015-ci illərdə inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi üçün Tədbirlər Planı müəyyən olunmuşdur. Tədbirlər Planında digər məsələlərlə yanaşı, həmçinin X7 uyğun olaraq İİİ yeni xəttin işçi layihə-smeta sənədlərinin hazırlanması və həmin xəttin “Elektrik deposu” - “Avtovağzal” - “M.Əcəmi-2” - “B-3” - “B-4” - “B-5" sahələrinin tikintisi də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd edilən Sərəncamının 3.1-ci bəndində Nazirlər Kabinetinə Dövlət Proqramına uyğun olaraq tikiləcək yeni metro stansiyaları və elektrik depoları üçün tələb olunan torpaq sahələrinin ayrılması və bu torpaq sahələrində yerləşən obyektlərin köçürülməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Metropoliteni və digər əlaqədar təşkilatlarla birlikdə qanunvericiliyin tələblərinə uyğun zəruri tədbirlərin görülməsinin təmin edilməsi tapşırılmı şdır. Eyni məzmunlu tapşırıq Tədbirlər Planının 1.4-cü bəndində əks olunmuşdur. X3 icrasının təmin edilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən “Bakı Metropoliteninə elektrik deposunun tikinti işlərinin layihələndirilməsi üçün torpaq sahəsinin ayrılması haqqında" 2011-ci il 05 avqust tarixli 357 nömrəli Sərəncam imzalanmışdır. Həmin Sərəncama əsasən Bakı Metropoliteninin xx.xx.2011-ci il tarixli müraciətini və Dövlət Neft Şirkətinin xx.xx.2011-ci il tarixli rəyini nəzərə alaraq, Binəqədi rayonu, Xocəsən-Lökbatan yolunun şərq hissəsində 23,7 ha torpaq sahəsində elektrik deposunun layihələndirilməsi və tikintisi üçün müvafiq torpaq sahəsi Bakı Metropoliteninin daimi istifadəsinə verilmişdir. “X4 üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanunu xx.xx.2010-cu il t arixdə qəbul olunmuşdur. Həmin Qanunun müddəalarına əsasən alan orqan torpağın alınması haqqında təklifin hazırlanması zamanı, alınmanın təsirinə məruz qalan şəxslərin mülkiyyət, istifadə, icarə və digər qanuni hüquqlar əsasında sahiblik etdikləri alınması təklif olunan torpaq sahələri və onlar üzərində sahiblik növünə dair, həmin torpaqda mövcud olan tikililər, habelə inşa edilməsi nəzərdə tutulan bina və obyektlərin qanunvericiliyə uyğun olaraq təsdiq edilmiş layihələri haqqında məlumatları müvafiq icra hakimiyyəti orqanlarından toplamalıdır. Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 158 nömrəli Qərarına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 1065-ci məhəllədə yeni metro stansiyasının (hazırda həmin stansiyanın şərti adı “B3”adlanır) tikintisi üçün 3.2611 ha, Binəqə di rayonu, Rəsulzadə qəsəbəsi 3126/27 məhəllədə mövcud İİ xəttin “Dərnəgül" elektrik deposunun tikintisi üçün 17,09 ha və Binəqədi rayonu, Xocəsən-Lökbatan yolunun şərq hissəsində "Xocəsən” elektrik deposunun tikintisi üçün 21,91 ha torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqan Bakı Metropoliteni müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və X2 01 aprel 2013-cü il tarixli **********97 nömrəli məktubla Binəqədi rayonu Xocəsən bələdiyyəsinə müraciət edərək Xocəsən elektrik deposunun tikintisi layihəsi çərçivəsində tikinti altına düşən daşınmaz əmlak obyektləri ilə əlaqədar zəruri işlərin görüldüyü bildirilmiş, Xocəsən bələdiyyəsinə ayrılmış torpaq sahələri barədə hüquqi və texniki sənədlərin surətlərinin Mərkəzə təqdim edi lməsini xahiş etmişdir. Binəqədi rayonu Xocəsən bələdiyyəsi sədrinin imzası ilə Daşınmaz Əmlakın Kadastrı və X2 direktorunun adına ünvanlanmış 2013-cü il 01 aprel tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bu günə qədər Xocəsən bələdiyyəsinə torpaq sahəsi verilməmişdir. Bələdiyyə yalnız bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verə bilər. Azərbaycan Respublikası Əmlakın Kadastrı və X1 Bakı Metropoliteninə ünvanlanmış **********21 nömrəli 08 iyul 2013-cü il tarixli cavab məktubunda X5 (İddiaçı nümayəndəsi) və digərlərinə məxsus torpaq sahələrinə dair sənədlərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmədiyinə, eləcədə də həmin torpaq sahələrinin mərz nişanları mövcud olmadığına görə sözügedən torpaq sahələri barədə kadastr planlarının tərtib edilməsinin mümkün olmaması bildirilmişdir. Ən mühüm məsələ isə odur ki, Binəqədi rayon icra Hakimiyyəti Başçısının Xocəsən Bələdiyyəsinə ünvanlanmış xx-xx/2373 nömrəli xx.xx.2011-ci il tarixli məktubunda Xocəsən bələdiyyəsi tərəfindən sözügedən əraziyə verilmiş qərarların araşdırılması və həmin qərarların ləğv edilməsi istiqamətində tədbir görülməsi xahiş edilmişdir. Binəqədi rayonu Xocəsən bələdiyyəsinin 02 noyabr 2011-ci il tarixli 18/01 nömrəli Qərarında qeyd olunmuşdur ki, araşdırma zamanı məlum olmuşdur ki, sözügedən ərazidə torpaq sahələri ayrılarkən aidiyyəti təşkilatların rəyi və razılıqları bələdiyyə tərəfindən nəzərə alınmamış, bununla da qanunvericiliyin tələbləri pozulmuşdur. Qərarla bir sıra şəxslərə torpaq sahəsinin ayrılması barədə qərarlar, o cümlədən İddiaçı fər di yaşayış evinin tikintisi təyinatı ilə 600 kv.m torpaq sahəsinin mülkiyyətinə verilməsi barədə Binəqədi rayonu Xocəsən bələdiyyəsinin 21/37 saylı 06 sentyabr 2007-ci il tarixli qərarı ləğv edilmişdir. Bundan başqa İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı sözügedən torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi barədə iddia ərizəsi ilə 2016-ci ildə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2016-ci il tarixli Qərardadı ilə iddia mümkün sayılmamışdır. Odur ki, iddiaçıya ayrılmış torpaq sahəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada ayrılmadığından, habelə iddiaçının qeyd edilən torpaq sahəsinə dair hər hansı hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından və ayrılmış torpaq sahəsinin bələdiyyəyə məxsus olması müəyyən edilmədiyindən, müvafiq b ələdiyyə qərarı ləğv edildiyindən iddiaçının torpaqla bağlı hər hansı hüququn yaranmamasına dəlalət edir və iddianın əsassız olmağına təsdiq edir.

9. Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2-1(112)-10272/2022 nömrəli (hakim M.Hacıbəyova) qərarı ilə iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı kompensasiya verilməsini tələb etdiyi torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş əsaslarla hüquq əldə etməmişdir. Belə ki, sözügedən torpaq sahəsi Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin mülkiyyətində olmamışdır.

11. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Ba kı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 may 2023-cü il tarixli, 21(103)-1525/2023 nömrəli (hakimlər: K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və V.N.Sadıqov) qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2-1(112)-10272/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

15. Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 06 sentyabr 2007 -ci il tarixli, 21/37 nömrəli qərarı və ona əlavə edilən sənədlərə əsasən kassator həmin torpaq sahəsini Xocasən Bələdiyyəsinin ərazisi kimi bilmişdir. Bundan əlavə həmin məktubdan sonra qəbul edilmiş və preyudisial xarakter daşıyan 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 30 iyul 2013-cüil tarixli, 2 inz(81)-2203/2013 saylı qərarı dolayı olaraq həmin torpaq sahəsini Xocasən Bələdiyyəsinə ayrılmış torpaq sahəsi kimi tanımışdır. Həmçinin cavabdehin təqdim etdiyi etiraza əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin Xocəsən Bələdiyyəsinə ünvanlanmış xx.xx.2013-cü il tarixli məktubundan da görünür ki, Komitə həmin əraziləri Xocasən Bələdiyyəsini ərazisi kimi tanıyır.

16. Bundan əlavə cavabdehin istinad etdiyi Xocəsən Bələdiyyəsinin qərarı ilə xx.xx.2011-ci il tarixli qərarında Bələdiy yənin əvvəlki qərarının ləğvinə əsas kimi mübahisəli torpaq sahələrinin onların mülkiyyətində olmaması yox, həmin torpaq sahələrin ayrılması zamanı müvafiq rəylərin alınmaması göstərilmişdir. Bu isə onu təsdiq edir ki, Bələdiyyə həmin torpaq sahələrinin öz mülkiyyətində olmasını qəbul edir.

17. Bundan əlavə cavabdeh və məhkəmə iddiaçının sahibliyində olan torpaq sahəsinin kadastr planının olmamasını əsas gətirmiş və sübut kimi etirazlarına Əmlak Məsələləri Dövlət Komitəsinin Metropolitenə göndərdiyi 08 iyul 2013-cüil tarixli məktubunu əlavə etmişlər. Lakin həmin məktubda torpaq sahələri barədə kadastr planı tərtib edilməsi mümkün olmayan torpaq sahələri siyahısında iddiaçının sahibliyində olan torpaq sahəsi qeyd edilməmişdir.

18. Mübahisələndirilən qərarda qeyd edilir ki, “Hazırki işdə idd iaçıya satılmış torpağın Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin mülkiyyətində olması barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. "

19. Halbuki, “X4 üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 80ci maddəsində nəzərdə tutulmuşdur ki, dövlət orqanlarının vəzifəli şəxsləri tərəfindən torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına aid olan sənədlərin qanunvericiliyin tələblərinə riayət etməməklə qəbul edilməsi (tərtib edilməsi) şəxsə kompensasiyanın verilməməsi üçün əsas ola bilməz. Hər hansı bir şəxsin torpaq üzərində hər hansı hüquqları ilə bağlı sual və ya mübahisə yarandıqda torpağa sahiblik edən və ya torpaqdan fayda alan şəxs, əksi sübut olunana qədər, bu Qanunun məqsədləri üçün torpağı qanuni tutan şəxs hesab edilir. Torpağa sahiblik edən isə id diaçı olub və bu iş materialları ilə sübut edilir.

20. Həmçinin mübahisələndirilən qərarda qeyd edilir ki, “İş materiallarından iddiaçıya 2007-ci il tarixdə bələdiyyə qərarı ilə torpaq sahəsi ayrılması müəyyən edilsə də, həmin qərar Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin qərarı ilə xx.xx.2011-ci il tarixdə ləğv olunmuşdur.”

21. Bir daha qeyd etmək istərdik ki, həm Bakı İnzibati Məhkəməsinə həm də Bakı Apellyasiya Məhkəməsinə təqdim etdiyimiz 1 saylı Bak İnzibati-İqtisad Məhkəməsinin30 iyul 2013-cü il tarixli, 2inz(81)-2203/2013 saylı qərarından görünür ki, Xocasən Bələdiyyəsinin yuxarıda qeyd edilən xx.xx.2011-ci il tarixli qərarı ləğv edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməs ini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 157.9. dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafıə əhəmiyyətli obyektlərin tikilməsi məqsədi ilə müvafıq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. Maddə 246.1. bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, X4 üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “X4 üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir.

24. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 8. torpaq münasibətlərinin tənzimlənmə si sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; yaşayış məntəqələrinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanması və həyata keçirilməsinin təşkil edilməsi; bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq sahələrinin icarəsinə görə haqq alınması; ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırılması; öz səlahiyyəti daxilində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiə edilməsi; bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramların hazırlanması və həyata keçirilməsi; hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən (satılan) torpaq sahələrinin minimum həddinin müəyyən edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarından istifadə olunmasına və onların mühafizəsinə nəzarət edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələrin həll edilməsi; qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi. Maddə 55. hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiy yəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə

86. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları alqı-satqı obyekti ola bilər. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçiril ir. 25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506İİİ QD nömrəli Qanunun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 680 nömrəli Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20% miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. 26. "X4 üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.1-ci maddəsinə əsasən alınma - dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Həmin Qanunun 1.1.2-ci maddəsinə əsasən torpaq — mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər. Həmin Qanunun 54 -cü maddəsinə əsasən, alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən, itirilmiş yaşayış sahəsi və ya tikili ilə müqayisə ediləcək keyfiyyətə, ölçüyə və istifadə imkanına malik olan yaşayış sahəsi və ya tikili (65.1.2); torpaq və digər kapital itkisinə görə bu fəslin müddəalarına uyğun olaraq müəyyən edilmiş məbləğdə birdəfəlik pul ödənişi (65.1.5) formalarında kompensasiya ödənilə bilər. 27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə

1. Əsas anlayışlar 1.0.1-ci maddəsinə əsasən daşınmaz əml ak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; Maddə 2.Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmla k üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.

28. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdi rmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instans iyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri məzmun və mahiyyət baxımından iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

34. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya tələb etdiyi kompensasiyanın ödənilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

35. Bununla belə məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

36. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsinin alqı-satqı əsasında 06 sentyabr 2007-ci il tarixli 21/37 saylı qərarı ilə mülkiyyətinə verilmiş 600 kv.m (6 sot) torpaq sahəsinin dövlət ehtiyacları üçün alınmaya məruz qaldığı üçün torpaq sahəsinin 1 sotunun bugünkü tarixə olan bazar qiyməti 15.000 manat olmaqla 90.000 manat məbləğində kompensasiyanın və torpaq sahəsinin bazar qiymətinin 20 faiz, yəni 18.000 manat miqdarında satınalma qiymətinin, ümumilikdə 108.000 manat məbləğdə pulun (kompensasiyanın) cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir.

37. Nəzərə almaq lazımdır ki, yuxarıda göstərilən qanunvericilik normalarının məzmununa görə bələdiyyə yalnız bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verə bilər.

38. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarına əsasən iddiaçıya satılmış torpağın Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin mülkiyyətində olması barədə heç bir sübut məhkəməyə təqdim edilməmiş, digər tərəfdən iddiaçı kompensasiya verilməsini tələb etdiyi torpaq sahəsinə sahiblik etməsi və ya torpaqdan fayda almasını sübut edə bilməmişdir.

39. Bundan başqa iddiaçının kompensasiya verilməsini tələb etdiyi torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş əsaslarla hüquq əldə etməsi, həmçinin sözügedən torpaq sahəsinin B akı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin mülkiyyətində olması iş materialları ilə müəyyən edilməmişdir.

40. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçıya 2007-ci il tarixdə bələdiyyə qərarı ilə torpaq sahəsi ayrılması müəyyən edilsə də, həmin qərar Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin qərarı ilə xx.xx.2011-ci il tarixdə ləğv olunmuşdur.

41. Beləliklə apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğun hesab edilməli, mübahisələndirilən məhkəmə qərarı k assasiya şikayəti verilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli və apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 may 2023-cü il tarixli, 21(103)-1525/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar