Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1961/2025 28.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi; işin hallarının hərtərəfli araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 fevral 2025-ci il tarixli, 21(103)-128/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı tərəfindən təqdim edilmiş 2022-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə cavabdeh tərəfindən kameral vergi yoxlaması keçirilmiş, bəyannamənin araşdırılması zamanı göstərilmiş 32435,6 manat mənfi məzənnə fərqi barədə açıqlama (izah) və təsdiqedici sənədlərin təqdim edilməsinə zərurət yaranmışdır.
2. İddiaçı tərəfindən “mənfi məzənnə fərqi” barədə izah və sənədlərin təqdim edilməməsi səbəbindən iddiaçıya “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli ***** *****910300 nömrəli Qərarla əlavə olaraq 6.487,12 manat mənfəət vergisi hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 2022-ci il Mənfəət dövrü üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” 10 iyul 2023-cü il tarixli **********910300 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci il Mənfəət dövrü üzrə 10 iyul 2023cü il tarixli **********910300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlara əsasən kameral vergi yoxlaması nəticəsində müəssisəyə 6487.12 manat əlavə vergi məbləğləri hesablanmışdır. Həmin qərarlar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Cavabdeh vergi orqanı tərəfindən onlara ünvanlanmış uyğunsuzluq məktublarına tərəfindən aşağıdakı kimi cavablar təqdim edilmişdir: “Müəssisə tərəfindən təqdim edilən sonuncu 2022-ci il mənfəət vergisi bəyannaməsi üzrə tələb edilən izahatlara cavab olaraq bildiririk ki, müvafiq izahat tələb edilən məqamlar və cavabları aşağıdaki kimidir:
1. Tərəfinizdən izahat tələb edilən məqam üzrə bildirilmişdir ki, (Tərəfinizdən təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində göstərilmiş 32435,6 manat mənfi məzənnə fərqi barədə açıqlama (izah) və təsdiqedici sənədlərin təqdim edilməsinə zərurət yaranmışdır.) - Bildiririk ki, Müəssisə tərəfindən təqdim edilmiş 2022-ci il üzr ə mənfəət vergisi bəyannaməsinin 217 Yuxarıdaki bəndlərdə nəzərdə tutulmayan digər gəlirlər (o cümlədən mənfəət vergisindən azad edilən gəlirlər) sətrinin göstəricisi 278 287.6 manat məbləğ müəssisə ilə qeyri-rezident müəssisələr arasında bağlanılan üç tərəfli müqavilələr üzrə müəssisənin komissiya gəliri və 219.3. Xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfi fərq sətrinin göstəricisi 32 435.59 manat məbləğ müəssisə ilə qeyri-rezident müəssisələr arasında bağlanılan üç tərəfli müqavilələr üzrə müəssisə tərəfindən qeyri-rezidentə xarici valyutada edilmiş ödənişlər üzrə yaranan məzənnə üzrə bank xərclərinə əsasən formalaşmışdır. Qeyri rezindentlərdən 3 tərəfli müqavilə üzrə yuxarıda qeyd edilən qaydada əldə edilən komissiya gəliri qanunvericiliyə əsasən yalnız mənfəət vergisinin vergi tutma obyektidir. Bununla bağlı təsdiqedici məlumatları, hesabdan çıxarışları, müqavilələri araşdırma üçün Sizə təqdim edirik.
2. Tərəfinizdən izahat tələb edilən məqam üzrə bildirilmişdir ki, (Tərəfinizdən təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində dövrün əvvəlinə göstərilmiş debitor qalıq (ƏDV-siz) məbləği ilə 2021-ci il ərzində tərəfinizdən təqdim edilmiş sonuncu ƏDV bəyannaməsində göstərilmiş debitor borc (307) məbləği arasında 40672,1 manat kənarlaşma yaranmışdır.) Bildiririk ki, müəssisə tərəfindən təqdim edilmiş sonuncu mənfəət vergisi bəyannaməsi Əlavə 1 bölməsi 1.4.2. Sair debitor borcları sətri dövrün əvvəlinə qalıq, dövr ərzində daxil olmuş, təqdim edilmiş, ləğv edilmiş və dövrün sonuna qalıq göstəriciləri müvafiq olaraq ƏDVdaxil göstəricilər olaraq vergi orqanına bəyan edilmişdir. Müəssisə tərəfindən təqdim edilmiş ƏDV bəyannamələri üzrə debitor borc məbləğləri isə ƏDV-siz göstəricilər olaraq təqdim edilmiş müvafiq bəyannamənin 307-ci sətri Debitor borclar üzrə bölməsinin müvafiq sətri üzrə göstəricilərdə vergi orqanına bəyan edilmişdir. Debitor borcun hərəkəti cədvəli əlavədə təqdim edilir.
3. Tərəfinizdən izahat tələb edilən məqam üzrə bildirilmişdir ki, (Tərəfinizdən təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində göstərilmiş gəlir məbləği ilə həmin dövr üzrə bank hesabınıza mədaxil olunmuş məbləği arasında 13036327,2 manat kənarlaşma yaranmışdır.) -Bildiririk ki, Tərəfimizdən təqdim edilən 2022-ci il mənfəət vergisi bəyannaməsi qanunvericiliyə uyğun olaraq hesablama metoduna əsasən tərtib olu naraq vergi orqanına təqdim edilmişdir. Vergi qanunverciliyinə əsasən hesablama metodu ilə təqdim edilən mənfəət vergisi bəyannaməsində müəssisə tərəfindən 2022-ci il üzrə topdan və pərakəndə ticarət üzrə olmaqla mal iş xidmətin təqdim edilməsindən formalaşan ümumi dövriyyə məbləği əks etdirilmişdir. Müəssisə tərəfindən təqdim edilən mənfəət vergisi bəyannaməsinin gəlirlər bölməsidə 200 ci “Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir” və 219 cu “Ümumi gəlirdən çıxılmalar” sətirinin göstəricisi müvafiq olaraq müəssisə tərəfindən vergi orqanına təqdim edilən 2022 ci ilin ayları üzrə ƏDV bəyannamələrinin 305 ci sətir göstəricilərində əks etdirilərək vergi orqanına bəyan edilmiş və vergi orqanı tərəfindən müvafiq dövrün bəyannamələrinə kameral münas ibət bildirilmişdir. Bildiririk ki, müəssisənin dövriyyəsi nəqliyyat vasitələri üçün şinlərin, ehtiyat hissələrin topdan satışı üzrə formalaşmışdır. Müəssisənin dövriyyəsinin formalaşdıracaq və vergi orqanına bəyan edilməyən hər hansı dövriyyəsi, gəliri mövcud olmamışdır. Kənarlaşma olaraq göstərdiyiniz və müəssisənin bank hesabına daxil olan məbləğlərlə ümumi dövriyyə məbləği arasındakı fərqin əsasını müəssisənin cari hesabların arasındakı pul köçürmələri, konvertasiya əməliyyatları, bank tərəfindən alınan kredit məbləğləri təşkil edir. Nəzərinizə çatdırır ki, müəssisənin bir bank hesabından digər bank hesabına pul köçürməsi üzrə əməliyyatları, konvertasiya əməliyyatları, müəssisənin kommersiya fəaliyyəti üzrə bankdan aldığı kredit məbləğləri, topdan ticarət üzrə formalaşan ədv məbləğinin müəssisənin debitorları tərəfindən ədv depozit hesabına ödənilməsi üzrə əməliyyatlar mənfəət vergisi üzrə vergi tutma obyekti deyildir. Əlavə olaraq bildiririk ki, qeyri rezidentlərlə bağlanılmış üç tərəfli müqavilə üzrə agent fəaliyyəti ilə məşğuldur. Müəssisə agent fəaliyyəti üzrə Türkiyə respublikası rezidenti olan müəssisə ilə Rusiya Federasiyası rezidenti olan müəssisə arasında agent fəaliyyəti göstərir, agent fəaliyyəti üzrə əldə edilən gəlir və xərclərin uçotu ayrı ayrılıqda aparılmaqla yanaşı vergi orqanına təqdim edilmiş sonuncu 2022-ci il üzrə Mənfəət vergisi bəyannaməsinin müvafiq gəlir və xərc sətirlərində bəyan edilməklə vergi orqanına müvafiq məlumatlar təqdim edilmiş və büdcəyə vergi məbləğləri hesablanmışdır. Təsdiqedici sənədləri (bank çıxarışları,,e-qaimələr) Sizə təqdi m edirik.
4. Tərəfinizdən izahat tələb edilən məqam üzrə bildirilmişdir ki, (Tərəfinizdən 2022-ci il hesabat dövrləri üzrə təqdim edilmiş ÖMV bəyannamələrində göstərilmiş icarə, faiz, royalti, divident məbləğlərin cəmi ilə tərəfinizdən təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsinin müvafiq sətirlərində göstərilmiş xərc məbləğləri cəmi arasında 21264,9 manat kənarlaşma yaranmışdır.) Bildiririk ki, tərəfimizdən 2022-ci il hesabat dövrləri üzrə təqdim edilmiş ÖMV bəyannamələrində göstərilmiş icarə haqqı üzrə məbləğlərin cəmi 24 000.00 manat olmuşdur və müvafiq olaraq da tərəfimizdən təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsinin 221.5.1 Rezident şəxslər üzrə icarə haqqı üzrə müvafiq sətrində göstərilmiş xərc məbləğləri 24 000.00 manat qeyd olunmuşdur. Əlavə olaraq bildirirk ki, təqdim edilən bəyannamənin Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər bölməsində 222-ci Borca görə faizlər və onunla bağlı olan xərclər sətrində göstərilmiş 21 264,92 manat məbləğ müəssisənin "xxxx" ASC-dən kredit müqavilələri üzrə götürülmüş bank kreditlərinə görə banka ödənilən kredit faizlərinə görə formalaşmışdır. Qanunvericiliyə əsasən rezident kredit təşkilatlarından, banklardan kredit müqavilələri üzrə alınmış kreditlərə görə ödənilən faiz məbləğləri ödəmə mənbəyində tutulan verginin vergitutma obyekti deyildir. Təsdiqedici sənədləri (bank çıxarışı) Sizə təqdim edirik
5. Tərəfinizdən izahat tələb edilən məqam üzrə bildirilmişdir ki, (Tərəfinizdən təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində göstərilmiş 32435,6 manat ümumi gəlirdən çıxılma məbləğinin təsdiqedici sənədləri ilə birgə ətraflı izahın təqdim edilməsinə zərurət yaranmışdır.) Müəssisə tərəfindən təqdim edilmiş 2022-ci il üzrə mənfəət vergisi bəyannaməsinin 217 Yuxarıdaki bəndlərdə nəzərdə tutulmayan digər gəlirlər (o cümlədən mənfəət vergisindən azad edilən gəlirlər) sətrinin göstəricisi 278 287.6 manat məbləğ müəssisə ilə qeyri rezident müəssisələr arasında bağlanılan üç tərəfli müqavilələr üzrə müəssisənin komissiya gəliri və 219.3 Xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfi fərq sətrinin göstərici 32 435.59 manat məbləğ müəssisə ilə qeyri rezident müəssisələr arasında bağlanılan üç tərəfli müqavilələr üzrə müəssisə tərəfindən qeyri rezidentə xarici valyutada edilmiş ödənişlər üzrə yaranan məzənnə üzrə bank xərclə rinə əsasən formalaşmışdır. Bildiririk ki, qeyri rezindentlərdən 3 tərəfli müqavilə üzrə yuxarıda qeyd edilən qaydada əldə edilən komissiya gəliri qanunvericiliyə əsasən yalnız mənfəət vergisinin vergi tutma obyektidir. Bununla bağlı təstiqedici məlumatları, hesabdan çıxarışları, müqavilələri araşdırma üçün Sizə təqdim edirik.
6. Tərəfinizdən izahat tələb edilən məqam üzrə bildirilmişdir ki, ( Tərəfinizdən təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində daxil olmuş və azaldılmış (təqdim edilmişdir, silinmişdir, ləğv edilmişdir) məbləğlərin cəmi 298865,5 manat gələcək dövrün xərcləri barədə təsdiqedici sənədləri ilə birgə ətraflı izahın təqdim edilməsinə zərurət yaranmışdır.) Bildiririk ki, təqdim edilən bəyannamənin 1 nömrəli əlavəsi 1.9 Gələcək dövrün xərcləri sətri Dövr ərzində daxil olmuşdur, dövrün sonuna qalıq göstəricisi 298 865.5 manat müəssisə ilə Türkiyə respublikası rezidenti olan müəssisə ilə Rusiya Federasiyası rezidenti olan müəssisə arasında agent fəaliyyəti ilə əlaqədar müəssisənin bank hesabına qarşı tərəfə ediləcək ödəniş üzrə dövrün sonuna qalıq alman borc məbləği və müəssisə tərəfindən qeyri rezident və rezident müəssisələrə gələcəkdə idxal əsasında əldə ediləcək mallar üzrə ödənilmiş avans məbləğ üzrə qalıqlara əsasən formalaşmışdır. Müəssisənin mühasibat uçotu düzgünlüyü baxımından ödənilən və qarşı tərəfə köçürmək məqsədi ilə əldə edilən avans məbləğlər gələcək dövrün xərcləri kimi qeydiyyat alınmış, avansın müqabiləndə qeyri rezidentdən mal idxal edildiyi tarixdə, ödəniş müəssisənin öhdəliyindən çıxıb qarşı tərəfi n hesabına köçürüldüyü və ya avans ödənişin geri qaytarıldığı dövrdə müvafiq mühasibatlıq yazılışı ilə avans ödənilən məbləğ qarşılıqlı surətdə əvəzləşdiriləcək və ya avans ödəmələrdən azaldılacaqdır. (Bank çıxarışı qoşmada təqdim edilmişdir)
7. Tərəfinizdən izahat tələb edilən məqam üzrə bildirilmişdir ki, (Tərəfinizdən təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində göstərilmiş Bank xidməti üzrə xərclər 18520,8 manat, Borca görə faizlər və onunla bağlı olan xərclər 21264,9 manat, ÖMV bəyannaməsində göstərilən ödənişlərlə əlaqədar xərclər 24000 manat xərclər barədə təsdiqedici sənədləri ilə birgə ətraflı izahın təqdim edilməsinə zərurət yaranmışdır.) Bildiririk ki, tərəfimizdən 2022-ci il hesabat dövrləri üzrə təqdim edilmiş ÖMV bəyannamələrində göstərilmiş icarə haqqı üz rə məbləğlərin cəmi 24 000.00 manat olmuşdur və müvafiq olaraq da tərəfimizdən təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsinin 221.5.1 Rezident şəxslər üzrə icarə haqqı üzrə müvafiq sətrində göstərilmiş xərc məbləğləri 24 000.00 manat qeyd olunmuşdur. Əlavə olaraq bildiririk ki, təqdim edilən bəyannaməninin Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər bölməsində 222-ci Borca görə faizlər və onunla bağlı olan xərclər sətrində göstərilmiş 21 264,92 manat məbləğ müəssisənin "xxxx" ASC dən kredit müqavilələri üzrə götürülmüş bank kreditlərinə görə banka ödənilən kredit faizlərinə görə, 221.13-cü Bank xidməti üzrə xərclər 18 520.84 manat məbləğ isə müəssisənin "xxxx" ASC və "xxxx" ASC üzrə göstərilən bank xidmətlərinə görə ödənilən xərclərə əsasən formalaşmışdır. Qanunvericiliyə əsasən rezident kredit təşkilatlarından, banklardan kredit müqavilələri üzrə alınmış kreditlərə görə ödənilən faiz məbləğləri ödəmə mənbəyində tutulan verginin vergitutma obyekti deyildir.” Lakin vergi orqanı iddiaçının şikayətlərinə məhəl qoymamış, müvafiq araşdırma aparmadan, təqdim edilmiş sənədlərə baxmadan vergi qanunvericiliyinin tələblərinə zidd olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları qəbul etmişdir. Bununla əlaqədar cavabdehə dəfələrlə müraciət etmişik. Lakin müraciətlərimiz cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmamış və əsassız olaraq hesablanmış vergi məbləğləri azaldılmamışdır.
5. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddia tələbini təmin edilməməsi barədə q ərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, təqdim edilmiş 2022-ci il mənfəət vergisi bəyannaməsində göstərilmiş 32435,6 manat mənfi məzənnə fərqi barədə açıqlama (izah) və təsdiqedici sənədlərin təqdim edilməsinə zərurət yaranmışdır, lakin vergi ödəyicisi tərəfindən sənədlər təqdim edilməmişdir. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-ci il tarixli **********044600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci il mənfəət vergisi bəyannaməsi üzrə 6487,12 manat əlavə dəyər vergisi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********910300 nömrəli Qərar qəbul olunmuşdur. Eyni zamanda qeyd edirik ki, iddia ərizəsində qeyd edilmişdir ki, mənfi məzənnə fərqi müəssisə ilə qeyri-rezident şəxslər arasında bağlanmış üçtərəfli müqaviləyə əsasən müəssisə tərəfindən qeyri-rezidentə xarici valyutada edilmiş ödənişlər üzrə yaranan məzənnə üzrə bank xərclərinə əsasən formalaşmışdır və müvafiq təsdiqedici sənədlər uyğunsuzluq məktubuna cavab olaraq vergi orqanına təqdim edilmişdir. Eyni zamanda iddia ərizəsində qeyd edilir ki, bu müqavilə üzrə cəmiyyətin gəlirləri komissiya haqlarından ibarətdir. Qeyd edilənlərlə bağlı bildiririk ki, Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbar ödənişlər gəlirdən çıxılır. Buna əsasən cəmiyyət əldə etdiyi komissiya gəlirlərinin əldə edilməsi ilə bağlı olan xərcləri gəlirdən çıxmaq hüququna malikdir. Digər tərəfdən ödəyici tərəfindən təqdim edilmiş müqavilələr qeyri-rezident şəxslərlə bağlanmış alqı-satqı müqavilələridir və bu müqavilə üzrə cəmiyyətin gəlirlərinin komisyon haqqlardan ibarət olmasını müəyyən etmək mümkün deyil (müqavilələr Azərbaycan dilində tam təqdim edilməmişdir). Eyni zamanda excel formasında təqdim edilmiş sənədlər əsasında da komissiya gəlirlərinin əldə edilməsi ilə bağlı xərclərin mənfi məzənnə fərqindən yaranm asını müəyyən etmək mümkün deyil.
6. Bakı İnzibati Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2-1(112)-1780/2024 nömrəli qərarı ilə (hakim - L.Musayeva) iddia təmin edilərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” xx.xx.2023-cü il tarixli **********910300 nömrəli Qərarı ləğv edilmişdir.
7. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən aşağıdakıları qeyd etmişdir: –xx.xx.2022-ci il tarixində "xxxx" MMC-nin müəssisənin "xxxx" ASC-də olan avro hesabına "NYA OTOMATİV İÇ DİŞ TİCARET A.S" tərəfindən daxil olan avans məbləğ üzrə 418.893,54 Avro məbləğ "BRİDGESTONE C.İ.S LLC"-yə ödəniş üçün İddiaçı MMCnin həmin bankda olan rubl hesabına köçürülmüş və rubl üzrə hesaba daxil olmuş 35.382.269,88 rubl vəsait "BRİDGESTONE C.İ.S LLC"-yə alın acaq malların müqabilində avans olaraq ödənilmişdir. xx.xx.2022-ci il tarixinə Mərkəzi Bankın manat-AVRO üzrə məzənnəsi 1.9252 manat rublu üzrə məzənnəsi 0.0221 ekvivalentində təyin edilmişdir. Qeyd edilən əməliyyat üzrə xx.xx.2022-cü il tarixdə "xxxx" MMC-nin AVRO hesabındakı 421.723,44 AVRO köçürülən məbləğin manat ekvivalenti 811.901.97 manat, rubl hesabına daxil olan 35.424.768,49 rubl vəsaitin isə manat ekvivalenti 782.887,38 manat olaraq formalaşmışdır. "xxxx" MMC-nin AVRO hesabından rublu üzrə hesabına köçürülməsi üzrə multivalyuta əməliyyatı üzrə sonuncunun 29.014,58 manat mənfi məzənnə fərqi yaranmışdır. –xx.xx.2022-cü il tarixdə “BRİDGESTONE C.İ.S LLC"yə köçürmə edilməsi məqsədi ilə İddiaçı MMC-nin manat hesabından 256.575.76 manat məbləğ rubla konvertasiya edilmiş və eyni günd ə "BRİDGESTONE C.İ.S LLC"-yə 11.403.367,28 rubl ödəniş edilmişdir. xx.xx.2022-cü il tarixdə rublun Mərkəzi Bank məzənnəsi 0.0222 olaraq təyin edilmişdir. Qeyd edilən əməliyyat üzrə "xxxx" MMC-nin 3.421,01 manat xarici valyuta məzənnəsi fərqi yaranmışdır. –İddiaçı MMC-nin "BRİDGESTONE C.İ.S LLC"-dən aldığı mallara komissiya haqqı tətbiq etməklə "NYA OTOMATİV İÇ DİŞ TİCARET A.S"-yə təqdim etmişdir. "xxxx" MMCnin gəliri mallara tətbiq etdiyi ticarət əlavəsindən ibarət olmuşdur. "xxxx" MMC-nin komissiya müqaviləsi üzrə əldə edilən 278.287.6 manat ümumi gəlirindən, bu əməliyyatlar üzrə müvafiq mənfi məzənnə fərqləri ümumilikdə 32.435,59 manat çıxılmış, qalan hissə yekun gəlir məbləğini təşkil etmişdir. Həmin fəaliyyət üzrə ödəmələr həyata keçirilən zaman və mənfi məzənnə üzrə yaranan fərq ümumi gəlirdən çıxılmışdır. Mənfi məzənnə üzrə yaranan fərqlər bank çıxarışlarında öz əksini tapmışdır. "xxxx" MMC-nin komisyonçu fəaliyyəti üzrə əsas xərcləri isə bank əməliyyatları üzrə bank komissiyası olmuşdur.
8. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 fevral 2025-ci il tarixli, 21(103)-128/2025 nömrəli qərarı ilə (hakimlər: K.Əkbərov - sədrlik edən və məruzəçi, M.Tağızadə və N.Nəbizadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 22 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədə n saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
12. Cavabdehin kassasiya şikayətinin dəlilləri aşağıdakı kimi olmuşdur: – Azərbaycan Respublikası Mülkı Məcəlləsinin 808-ci maddəsinə əsasən, komissiya müqaviləsinə görə bir tərəf (komisyonçu) digər tərəfin (komitentin) tapşırığı ilə muzd müqabilində öz adından, lakin komitentin hesabına bir və ya bir neçə əqd bağlamağı öhdəsinə götürür. Məcəllədən göründüyü kimi, komissiya müqaviləsi üzrə satdığı mallara görə haqq alan tərəf - komisyonçu, malların sahibi olan və sa tışa görə mükafat verən tərəf isə komitent adlandırılır. Habelə həmin Məcəllənin 815.3-cü maddəsinin müddəalarına əsasən, komisyonçu komissiya müqaviləsinin yerinə yetirilməsi gedişində çəkdiyi və bütün halları nəzərə almaqla zəruri saydığı xərclərin əvəzinin ödənilməsini tələb edə bilər. Eyni zamanda Mülki Məcəllənin yuxarıda qeyd olunan tələblərindən aydın olur ki, komisyonçu komissiya müqaviləsinin yerinə yetirilməsi gedişində gəlirin əldə edilməsi ilə bağlı çəkdiyi bütün xərcləri (mənfi məzənnə fərqi daxil olmaqla) komitentdən tələb etmək hüququna malikdir. Yəni zərərin ödənilməsi ilə bağlı məsuliyyət komitentin üzərinə düşür və komisyonçunun həmin zərərin əvəzinin ödənilməsini komitentdən tələb etmək hüququ yaranır. Göründüyü kimi mənfi məzənnə fərqindən yaranan xəclərin iddiaçıya heç bir aidiyyatı olmadığı kimi həmin fərq gəlirlərin əldə edilməsi ilə bağlı xərclərə aid edilməməli və xərcdən çıxılmamalıdır. – İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli Müqaviləyə nəzər saldıqda, həmin müqavilənin 10.2-ci bəndinin tələblərinə əsasən, X1 Federasiyanın Mülki qanunvericiliyi ilə tənzimləndiyinin nəzərdə tutulduğu görünür. Rusiya Federasiyanın Mülki Məcəlləsinin tələblərinə əsasən isə, komitent komisyonçuya mükafat ödəməkdən əlavə sifarişin icrası ilə bağlı xərclərin ödənilməsini də təmin edir. Və bu xərclərə komitentin valyuta hesablaşmaları üzrə mənfi məzənnə fərqi şəklində yaranan xərcləri də daxildir. Bu isə o deməkdir ki, komisyonçu onları - mənfi məzənnə fərqi şəklində yaranan xərcləri – xərclərin bir hissəsi kimi nəzərə ala bilməz. Komisyon çu müsbət məzənnə şəklində olan gəlirləri də nəzərə almamalıdır. Onlar komitetin mülkiyyətidir. Məhz komitent bu müsbət və mənfi məzənnə fərqlərini komisyonçunun hesabatı əsasında öz vergi uçotunda əks etdirir (Rusiya Federasiyasının Mülki Məcəlləsi 1001-ci və 1011-ci maddələr). b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. İddiaçı kassasiya şikayətinə etiraz edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 fevral 2025-ci il tarixli, 2-1(103)-128/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının Mülki Məcəllə: Maddə
808. Komissiya müqaviləsi 808.1. Komissiya müqaviləsinə görə bir tərəf (komisyonçu) digər tərəfin (komitentin) tapşırığı ilə muzd müqabilində öz adından, lakin komitentin hesabına bir v ə ya bir neçə əqd bağlamağı öhdəsinə götürür. Komisyonçunun üçüncü şəxslə bağladığı əqd üzrə hüquqları, əqddə komitent adlandırılmış olduqda və ya əqdin icrası üzrə üçüncü şəxslə bilavasitə münasibətlərə girdikdə belə, komisyonçu əldə edir və komisyonçu mükəlləfiyyətli olur.... Maddə
815. Komisyon muzdu... 815.3. Bundan başqa, komisyonçu komissiya müqaviləsinin yerinə yetirilməsi gedişində çəkdiyi və bütün halları nəzərə almaqla zəruri saydığı xərclərin əvəzinin ödənilməsini tələb edə bilər. Komisyonçunun və ya onun işçi heyətinin adi işlərin yerinə yetirilməsi xərclərinin və müqaviləyə uyğun və ya komisyon muzdunun hesabına ödənilən digər xərclərin əvəzi ödənilmir.
15. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə
108. Gəlirin əldə edilməsi ilə bağlı xərclər 108.1. Bu fəsilə uyğun o laraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir....
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahis ə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydad a əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəki ldə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
20. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
21. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı cavabdehin 2022-ci il Mənfəət dövrü üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” 10 iyul 2023-cü il tarixli **********910300 nömrəli qərarının ləğv edilməsinə yönəlmişdir.
22. Həmin qərarın qəbul edilməsinə səbəb iddiaçı tərəfindən təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində göstərilmiş 32435,6 manat mənfi məzənnə fərqinin iddiaçının xərc lərinə aid edilməsi olmuşdur.
23. İddia ərizəsinə görə iddiaçı qismində çıxış edən İddiaçı MMC komisyonçu olaraq Türkiyə Respublikası və Rusiya Federasiyasının hüquqi şəxsləri ilə bağlanmış müqavilələr əsasında alqı-satqı əməliyyatlarında agent fəaliyyəti həyata keçirmiş və bu fəaliyyət nəticəsində komissiya gəliri əldə etmişdir. Belə ki, iddiaçı tərəfindən Rusiyanın “BRİDGESTONE C.İ.S LLC" şirkəti və Türkiyənin “NYA OTOMATİV İÇ DİŞ TİCARET A.S” şirkəti ilə ayrı ayrılıqda müqavilələr bağlamışdır. Həmin müqavilələrə əsasən iddiaçı Rusiya şirkətindən çatdırılma şərtlərinə əməl edilməklə alınacaq avtomobil şinlərinin məbləğini partiya üzrə müqavilədə göstərilən "Rusiya rublu" valyutası üzrə ödəməyi öhdəsinə götürmüş və Türkiyə şirkətinə çatdırılma şərtlərinə əməl edilməklə alınacaq malların məbləğini partiya üzrə "Avro" valyutası üzrə ödəməyi isə “NYA OTOMATİV İÇ DİŞ TİCARET A.S” öz öhdəsinə götürmüşdür.
24. İddiaçının və aşağı instansiya məhkəmələrin mövqeyinə görə, yuxarıda göstərilən müqavilələrdən irəli gələrək iddiaçının komisyonçu fəaliyyəti çərçivəsində Türkiyə Respublikasının hüquqi şəxsinin avro valyutası ilə onun bank hesabına göndərdiyi vəsait sonradan Rusiya Federasiyasının hüquqi şəxsinə ödənişlərin həyata keçirilməsi məqsədilə Rusiya rubluna konvertasiya edilmişdir. Həmin multivalyuta əməliyyatları nəticəsində valyuta məzənnələrinin dəyişməsi ilə əlaqədar olaraq iddiaçının maliyyə fəaliyyətində mənfi məzənnə fərqləri formalaşmışdır. Başqa sözlə, məhkəmələr hesab etmişdirlər ki, valyuta məzənnələrinin dəyişməsi nəticəsində formalaşan məzənnə fərqləri iddiaçının müstəqil gəliri deyil, onun komisyonçu fəaliyyəti çərçivəsində həyata keçirilən bank və ödəniş əməliyyatları ilə bağlı yaranmış xərc xarakteri daşıyır.
25. Bununla bağlı məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, işə baxmış məhkəmələr tərəfindən iş üzrə hüquqi münasibətlərin mahiyyəti düzgün müəyyən edilməmişdir. Belə ki, həm iddiaçı, həm də məhkəmələr tərəfindən iddiaçının komisyon agenti fəaliyyəti ilə məşğul olduğu qeyd edilsə də, iş materiallarında komissiya müqaviləsinin mövcudluğu sübuta yetirilməmiş, belə bir müqavilənin bağlanması, tərəfləri, predmetı və hüquqi nəticələri məhkəmə tərəfindən araşdırılmamışdır.
26. Əksinə, iş materiallarından görünür ki, iddiaçı bir tərəfdən Rusiya Federasiyasının hüquqi şəxsi ilə, digər tərəfdən Türkiyə Respublikasının hüquqi şəxsi ilə iki müstəqil alqısatqı müqaviləsi bağlamış, malları Rusiya Federasiyasının hüquqi şəxsindən alaraq Türkiyə Respublikasının hüquqi şəxsinə satmışdır. Belə olan halda, iddiaçının fəaliyyətini komisyonçu kimi qiymətləndirməsi üçün məhkəmələr tərəfindən ətraflı araşdırma aparılmamışdır, bu isə işin faktiki və hüquqi hallarının tam araşdırılmaması ilə nəticələnmişdir.
27. Digər tərəfdən, məhkəmələr tərəfindən iddiaçının komisyonçu fəaliyyəti çərçivəsində həyata keçirilən bank və ödəniş əməliyyatları ilə bağlı yaranmış xərcin iddiaçının gəlirinin əldə edilməsinə çəkilən xərcə aid edilməsi barədə mövqeyi də düzgün olmamış, bu barədə cavabdehin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməmişdir.
28. Belə ki, Mülki Məcəllənin 808-ci maddəsinə əsasən, komissiya müqaviləsinə görə bir tərəf (komisyonç u) digər tərəfin (komitentin) tapşırığı ilə, muzd müqabilində, öz adından, lakin komitentin hesabına bir və ya bir neçə əqd bağlamağı öhdəsinə götürür. Burada aydın olur ki, komissiya münasibətlərində satılan malların sahibi komitentdir, komisyonçu isə yalnız vasitəçi funksiyasını yerinə yetirir və yalnız komissiya haqqı həcmində gəlir əldə edir.
29. Həmin Məcəllənin 815.3-cü maddəsinə əsasən, komisyonçu komissiya müqaviləsinin icrası zamanı çəkdiyi və bütün halları nəzərə almaqla zəruri saydığı xərclərin əvəzinin ödənilməsini komitentdən tələb etmək hüququna malikdir.
30. Bu isə o deməkdir ki, komissiya müqaviləsinin icrası prosesində yaranan iqtisadi risklər və zərərlər, o cümlədən mənfi məzənnə fərqləri, hüquqi mahiyyətinə görə komitentə aid edilir.
31. Belə olan halda, komisyonçu tərəf indən komissiya müqaviləsinin icrası zamanı yaranan mənfi məzənnə fərqlərinin iddiaçının gəliri və ya gəlirin əldə edilməsi ilə bağlı xərci kimi qiymətləndirilməsi komissiya münasibətlərinin hüquqi mahiyyətinə zidd olmaqla, maddi hüquq normalarının yanlış tətbiqinə səbəb olur. Həmin məzənnə fərqləri iddiaçının nə gəlirini formalaşdırır, nə də onun gəlirdən çıxıla bilən xərclərinə aid edilə bilər. Vergi Məcəlləsinin 108.1-ci maddəsinin tələblərinə görə isə qanunla gəlirdən çıxılmayan xərclərdən başqa, yalnız gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.
32. Beləliklə, iş üzrə yuxarıda qeyd edilən ziddiyyətlər olduğundan, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməy ə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və iş üzrə əsaslandırılmış qərar qəbul edilməlidir.
33. Cavabdeh qərarın ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etsə də, məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə əlavə sübutların araşdırılması tələb olunduğundan hazırda kassasiya şikayəti həmin hissədə təmin edilə bilməz.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 fevral 2025-ci il tarixli, 21(103)-128/2025 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellya siya məhkəməsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərar qətidir.