Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1962/2019 12.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1, İddiaçının vəkili Səlimova Gülşən Kazım qızının iştirakları ilə, İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon Şöbəsinə qarşı “əmək pensiyasının yenidən hesablanaraq fərqin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 13 fevral tarixli 21(103)-150/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclas ında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçıya 2003-cü il 27 oktyabr tarixdə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin o, əmək fəaliyyətini 2016-cı il 1 mart tarixədək davam etdirmiş, onun pensiyası həmin tarixədək topladığı pensiya kapitalı nəzərə alınmaqla yenidən hesablanmışdır. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək onun əmək pensiyasının 2017-ci il 1 iyul tarixdən yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 14 fevral tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçıya yaşa görə təyin edilmiş əmək pensiyası 2016cı il 1 mart tarixdə o, işdən azad olunduğu üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla yenidən hesablanmışdır. 2017-ci il 1 iyul t arixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə edilmiş dəyişikliklərə əsasən 2017-ci il 1 iyul tarixədək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılmaqla hazırda 424,87 manat təşkil edir. İddiaçı 2018-ci il 27 fevral tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (illik indeksasiyalar nəzərə alınmaqla) 12.232 manat məbləğində olan pensiya kapitalını 80% artırmaqla pensiyanın 2017-ci il 01 iyul tarixdən yenidən hesablanması və hazırkı iş üzrə qəbul olunacaq qərar icra edildiyi günə qədər olan fərqin və növbəti aylarda pensiyanın həm in fərqə uyğun olaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək istifadə olunmamış 12.232 manat məbləğində olan pensiya kapitalının 9.562,83 manat məbləği ilə əvəz olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinin hal-hazırda qüvvədə olan redaksiyasına uyğun olaraq onun 2016-cı il 1 mart tarixinə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış pensiya kapitalını 80% artırmaqla 2017-ci il 1 iyul tarixinə fərdi hesabının sığorta hissəsində nəzərə alınmaqla əmək pensiyası məbləğinin 2017-ci il 1 iyul tarixdən yenidən hesablanması, 2017-ci il 1 iyu l tarixdən yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, ilk dəfə 62 yaşında 2003-cü ilin oktyabr ayında əmək pensiyasına çıxmış, lakin əmək fəaliyyətini davam etdirmişdir. 2006-cı ilin əvvəlindən pensiya kapitalı toplanmağa başlananda iddiaçının əmək pensiyası 255 manat təşkil etmişdir. 2016-cı il 1 mart tarixində ikinci və sonuncu dəfə əmək pensiyasına çıxmış və illik indeksasiyalar nəzərə alınmaqla yığdığı 24.464 manat pensiya kapitalının yalnız 50%-dən istifadə etməklə və 72 rəqəminə bölməklə pensiyası cəmi 169,89 manat artmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 iyul tarixindən 2017-ci il 1 iyul tarixinə qədər olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçıya 2003-cü il 27 oktyabr tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 2016-cı il tarixdə olan redaksiyasına uyğun olaraq məcburi dövlət sosial sığorta ödəmələrinin 50%-i 72 aya ödənilməklə iddiaçının pensiyasının üzərinə əlavə edilmişdir. İddiaçının pensiyasının yenidən hesablanması hüququ 2016 -cı il 1 mart tarixdə yarandığı üçün 2017-ci il 1 iyul tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilən dəyişikliklərin iddiaçıya tətbiq edilməsi mümkün deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 24 oktyabr tarixli 2-1(81)1825/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 27.1-ci maddəsinin hal-hazırda qüvvədə olan redaksiyasına uyğun olaraq iddiaçının 2016-cı il 1 mart tarixinə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış pensiya kapitalını 80% artırmaqla 2017-ci il 1 iyul tarixinə fərdi hesabının sığorta hissəsində nəzərə alınmaqla əmək pensiyası məbləğinin 2017-ci il 1 iyul tarixdən yenidən hesablanması, 2017-ci il 1 iyul tarixdən yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 27.1-ci maddəsinə 2017-ci il 1 iyul tarixində olunmuş dəyişiklik iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 13 fevral tarixli 2-1(103)-15 0/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv olunmuş, iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qanunvericilik 2017-ci il 1 iyul tarixdən sonra müraciət edən şəxslərin əmək pensiyalarının yenidən hesablanmasını nəzərdə tutmuş, dəyişikliyin yönəldiyi subyektlər dairəsində artıq əmək pensiyası təyin olunmuş şəxsləri istisna etmişdir. Məhkəmənin qərarı iddiaçıya 2019-cu il 1 mart tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2019-cu il 19 mart tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsində göstərilən “Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının” sözləri həmin normanının tələblərinin iddiaçıya aid olduğunu birmənalı göstərir. Belə olan halda, məhkəmə “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsini iddiaçıya münasibətdə tətbiq edərək iddia tələbini təmin etməli olduğu halda bunu etməmiş, onun sosial təminat hüququnu pozmuşdur. Belə ki, o, əmək pensiyasına çıxdıqdan sonra işləməkdə davam etmiş və 13 il işləmiş, pensiya kapitalı toplamış, həmin pensiya kapitalının da indeksləşdirilərək pensiya məbləğinə əlavə edilməklə almaq hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən no rmativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsi iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran normadır və həmin normanın tətbiq edilməməsi iddiaçının vəziyyətini pisləşdirir və sosial təminat hüququnu pozur. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə b axılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixdən qüvvədə olan redaksiyada) 27.1-ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapit alına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Normanın məzmunundan göründüyü kimi, həmin no rmanın müddəaları əmək pensiyası təyin edilməmiş sığortaolunanlara və 2006-cı il 1 yanvar tarixdən 2017-ci il 1 iyul tarixədək işləyən əmək pensiyaçılarına, həm də həmin dövr üzrə fərdi hesabın sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalına malik şəxslərə şamil edilir. Bu tələb həmin normada bilavasitə və aşkar olaraq göstərildiyindən, əmək fəaliyyətini 2016-cı il 1 mart tarixdə başa çatdırmış, həmin tarixə topladığı pensiya kapitalından istifadə olunmuş iddiaçı isə həmin normada göstərilən şəxslərə (sığortaolunanlara, o cümlədən işləyən əmək pensiyaçılarına) aid edilmədiyindən, normanın müddəaları iddiaçıya münasibətdə tətbiq oluna bilməz. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nət icə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 13 fevral tarixli 2-1(103)-150/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1962/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1962/2019
12.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver