Məhkəmə qərarları › İş №2-1(102)-1962/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1962/2020

24.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1962/2020 24.11.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə (Açar sözlər: iddia tələbinin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin e dilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)1210/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1959-cu ildə anadan olmuş, xx.xx.1977-ci il tarixli, 77/k saylı əmrlə 1-ci dərəcəli hazırlayıcı peşəsinə qəbul edilmiş, xx.xx.1984-cü il tarixli, 122/k saylı əmrlə elektrik sexinə elektrik montajçısı peşəsinə qəbul edilmiş, xx.xx.1984-cü il tarixli, 286/k saylı əmrlə yığıcı-çilingərin yanında hazırlayıcı peşəsinə keçirilmiş, xx.xx.1985-ci il tarixli, 222/k saylı əmrlə yığıcı çilingərin yanında dəstləşdirici peşəsinə keçirilmiş, xx.xx.1986-cı il tarixli, 295/k saylı əmrlə dəstləşdirici keçirilmi ş, xx.xx.1989-cu il tarixli, 109/k saylı əmrlə mühəndis energetik peşəsinə keçirilmiş və xx.xx.2003-cü il tarixli, 2 saylı əmrlə işdən azad edilmişdir.

2. İddiaçı 2017-ci ildə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2006-cı il tarixinə kimi qazandığı ümumi və xüsusi sığorta stajına uyğun olaraq xx.xx.2011-ci il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş və iddianın əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahıya istinad etmişdir. 3. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarına görə həmin qərar ləğv edilərək iddianın rədd edilməsi qərara alınmışdır. Həmin qərardan nə iddiaçı, nə də cavabdeh tərəfindən kassasiya şikayəti verilməmişdir.

4. İddiaçı daha sonra 2018-ci ildə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 45 yaşının tamam olduğu xx.xx.2004-cü il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin DSMF-nin Nərimanov Rayon Şöbəsinin üzərinə qoyulmasını xahiş etmiş və iddianın əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarına 1 saylı Əlavəyə istinad etmişdir. 5. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)410/2019 nömrəli qərarına görə iddia rədd edilmişdir.

6. İddiaçı sonradan xx.xx.2019-cu il tarixində ona güzəştli şərtlərlə pensiya təyin edilməsi məq sədilə cavabdeh orqana müraciət etmiş, cavabdeh xx.xx.2019-cu il tarixli, **********1 nömrəli məktubla iddiaçıya pensiya təyin edilməsindən imtina etmişdir.

7. Cavabdeh imtinanı belə əsaslandırmışdır ki, iddiaçının əmək kitabçasında qeyd olunan peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki birinci icraat

8. İddiaçı DSMF-nin Bakı Şəhəri Nərimanov Rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çal ışan şəxs kimi qazandığı ümumi və xüsusi sığorta stajına uyğun olaraq 50 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia ərizəsini belə əsaslandırmışdır ki, “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarına 2 nömrəli əlavələrdə onun işlədiyi istehsal sahələri, daşıdığı vəzifələr öz əksini tapmışdır və cavabdeh əsassız olaraq ona pensiya təyin edilməsindən imtina etmişdir.

10. Cavabdeh orqan məhkəməyə imtina məktubu ilə eyni məzmunlu etiraz təqdim etmişdir. 11. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)1911/2019 nömrəli qərarına görə (hakim – Z.M.Tağıyev) iddianın təmin edilməsi, iddiaçıya əmək şəraiti xüsusilə zərərəli və xüsusilə ağır olan işlərdə çalışan şəxs kimi qazandığı ümumi və xüsusi sığorta stajına uyğun olaraq 50 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçının güzəştli şərtlərlə pensiya təyinatı onun iradəsindən asılı olmayan səbəblərdən gecikdirilmiş və uzun müddət pensiya hüququndan məhrum olmuşdur. şöbəsinin imtinası qanunsuz, əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

13. Məhkəmə qərarından cavabdeh apellyasiya şikayəti verərək 2 s aylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-1911/2019 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-2239/2019 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi - K.N.Abiyeva, hakimlər – M.N.Tağızadə və Ü.A.Mayılov) cavabdeh DSMF-nin Bakı Şəhəri Nərimanov Rayon Şöbəsi əsl cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-2239/2019 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – A.B.Nuriyeva, hakimlər – V.M.Ağayev və C.A.Yusifov) cavabdehin apellyasiya şikayətinin təmin edilməsi, 2 sa ylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-1911/2019 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi qərara alınmışdır.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda iddiaçının işlədiyi qaynaqçının yanında detalların qaynaqdan əvvəl və ya sonra hazırlanması işlərində hazırlayıcı; yığıcı çilingərlərin yanında dəstləşdirici peşələri nəzərdə tutulmamışdır. Odur ki, iddia tələbi rədd edilməlidir.

17. Məhkəmə qərarından iddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx. 2019-cu il tarixli, 2-1(103)-2239/2019 nömrəli qərarının ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c. Kassasiya instansiya məhkəməsindəki birinci icraat

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-821/2020 nömrəli qərarına görə kassasiya şikayəti təmin olunmuş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(107)573/2018 nömrəli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının əmək kitabçasını və işdə olan “xxxx” ASC-nin xx.xx.2018-ci il tarixli, 49 saylı arayışını nəzərə almadan işin həmin hallarını Mülki Proses sual Məcəllənin 217.2-ci maddəsinin tələbləri baxımından araşdırmamış, yəni iddiaçının işləmiş olduğu peşənin kodlar üzrə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarında olan 1 və 2 nömrəli Siyahılarına əsasən iddiaçıya 50 yaşdan zərərli əmək şəraitinə görə pensiya təyin edilməsi üçün uyğun gəlib-gəlməməsini tam və hərtərəfli aydınlaşdırmamış, bunun nəticəsində iş üzrə düzgün olmayan qərar qəbul etmişdir. ç. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1210/2020 nömrəli qərardadına görə (sədrlik edən və məruzəçi – V.M.Məmmədov, hakimlər – E.E.Nağıyeva və H.Ü.Həmidov) cavabdehin apellyasiya şikayətinin qismən təmin edilməsi, 2 saylı Bakı İnzibati -İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-1911/2019 nömrəli qərarının ləğv edilməsi, iddianın mümkün sayılmaması qərara alınmışdır.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsi İİK-nın 21(103)-1229/2018 nömrəli iş üzrə qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli qərarı ilə həll edilən mübahisənin tərəfləri - İddiaçı, cavabdeh DSMF-nin əvvəlcə Nərimanov rayon şöbəsi, daha sonra sonuncunun hüquqi varisi DSMF Xüsusi şərtlərlə təyinat idarəsi, predmeti - güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi və əsasları - 1977-2003-cü illərdə 25 il 8 ay ümumi staj və 1977-1989cu illərdə 10 il 8 ay xüsusi staj toplaması - ilə, hazırkı işin tərəfləri, predmeti və əsasları eynidir.

22. Bundan əlavə, işdə olan, 2 s aylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)410/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarının da tərəfləri - İddiaçı, cavabdeh DSMF Nərimanov rayon şöbəsi, predmeti - güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi və əsasları - 1977-2003-cü illərdə 25 il 8 ay ümumi staj və 1977-1989-cu illərdə 10 il 8 ay xüsusi staj toplaması – eynidir.

23. Beləliklə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı artıq mövcud olduğundan, iddiaçının eyni iddiasına yenidən baxıla bilməz və həmin iddia bu səbəbdən mümkün sayılmamalıdır.

24. Məhkəmə qərardadını tərəflər xx.xx.2020-ci il tarixində almışdır.

25. İddiaçı həmin qərardaddan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verər ək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)1210/2020 nömrəli qərardadının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

26. Kassasiya şikayətinin dəlillərinə görə işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin göstərişlərini nəzərə almamış, bununla da prosessual hüquq normalarının pozulmasına səbəb olmuşdur.

27. Apellyasiya instansiyası məhkəməsi eyni tərəflər arasında, eyni əsaslar üzrə və eyni predmet barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qərarının olduğuna istinad etsə də, məhkəmənin bu yanaşması əsassızdır. Bel ə ki, iddiaçı 2017-ci ildə DSMF-nin Nərimanov Rayon Şöbəsinə müraciət edərkən və məhkəmədə iddia qaldırarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş Siyahı üzrə, yəni 52 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixindən iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. 28. 2019-cu ildə isə DSMF-nin Nərimanov Rayon Şöbəsinə müraciət edərkən və məhkəmədə iddia qaldırarkən Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahı üzrə: qadınlar – 50 yaşına çatdıqda, yəni 50 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir.

29. Yəni, iddiaçının hər iki predmeti güzəştli şərtlərlə pensiya təyin edilməsi tələbi olsa da, iddial arın əsası başqa əsaslar olmuşdur. Belə olduğu təqdirdə apellyasiya instansiyası məhkəməsinin iddianın mümkün sayılmaması barədə qərardadı qanuni və hüquqa uyğun ola bilməz və bu apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması deməkdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

31. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir.

32. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilm iş məhkəmə bildirişlərində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

33. İnzibati-Prosessual Məcəllənin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

34. Mülki Prosessual Məcəllənin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqəd ar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.

35. İnzibati Prosessual Məcəllənin 96.5.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır.

36. Həmin Məcəllənin 96.11-ci maddəsinə görə mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDL ƏRİ

37. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

38. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələbləri pozulmuşdur.

40. Apellyasiya instansiyası məhkəməsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul edərkən ona istinad etmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minm iş qərarı mövcud olduğundan hazırkı tələbə baxıla bilməz.

41. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin göstərilən mövqeyini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 2-5-ci bəndlərindən görünür ki, iddiaçının 2017-ci ildə qaldırdığı iddianın hüquqi əsası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahı, 2018-ci ildə qaldırdığı iddianın hüquqi əsası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 saylı Siyahı olmuşdur.

42. Hazırda isə iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıya əsasən ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilm əsini xahiş etmişdir.

43. İşə ilk dəfə Ali Məhkəmədə baxılarkən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv etmiş və təkrar baxılması üçün işi apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Ali Məhkəmə Kollegiyası öz qərarında belə bir göstəriş vermişdir ki, iddiaçının işləmiş olduğu peşənin kodlar üzrə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarında olan 1 və 2 nömrəli Siyahılarına əsasən iddiaçıya 50 yaşdan zərərli əmək şəraitinə görə pensiya təyin edilməsi üçün uyğun gəlib-gəlməməsi məhkəmə tərəfindən araşdırılmalıdır.

44. Lakin, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi bu göstərişə əməl etməmiş bununla da hazırkı qərarın 36-cı bəndində göstərilən prosessual tələbi pozmuşdur.

45. Göründüyü kimi, haz ırkı iddianın əsası ilə əvvəllər qaldırılmış iddia tələblərinin əsası eyni deyildir. Odur ki, hazırkı iş üzrə MPM-in 153.2.2-ci maddəsinə istinad edilməsi yolverilməzdir.

46. Apellyasiya instansiyası məhkəməsi isə həmin maddəyə istinad edərək iddianı mümkün saymamış, bununla da prosessual pozuntuya yol vermişdir.

47. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

48. Qeyd olunanlara və İPM-in 96.5-ci maddəsinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1210/2020 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhk

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar