Məhkəmə qərarları › İş №2-1(102)-1962/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1962/2023

27.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1962/2023 27.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində istifadə hüququnun dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində 25 və 35 saylı binaların arasındakı 360 kv.m. torpaq sahəsindən ona ayrılmış 200 kv.m torpaq sahəsi üzərində istifadə hüququnun qeydə alınaraq çıxarış və plan-ölçü verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2023-cü il tarixli, 2-1(103)-116/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər İcra Hakimiyyəti başçısının “Əzizbəyov metrosu ətrafında fəaliyyət göstərmiş qeyri-yaşayış sahələrinin digər ərazilərdə yenidən bərpa edilməsi haqqında” xx.xx.2009-cu il tarixli 77 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün əlavə Tədbirlər Planı”nın 26 və 27-ci bəndlərinin icrasının təmin edilməsi məqsədilə “Əzizbəyov” metrosu ərazisində yol qovşaqlarının layihələndirilməsi və tikintisi ilə əlaqədar həmin ərazidə fəaliyyət göstərmiş qeyri-yaşayış (ticarət) obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərtilə, B.Çobanzadə küçəsində 25 və 35 saylı binaların arasında yenidən bərpa edilməsi üçün Nizami rayon İcra Hakimiyyətinə icazə verilmişdir.

2. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının “Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli, 77 saylı sərəncamının icra edilməsi haqqında” 27 fevral 2009-cu il tarixli 93 nömrəli sərəncamı ilə B.Çobanzadə küçəsi 25 və 35 saylı binaların arasındakı 360 kv.m torpaq sahəsində U.F.Haqverdiyevaya, Z.M.Abdullayevə və iddiaçıya ticarət obyektinin tikintisinə icazə verilmişdir.

3. Sərəncama əlavə edilmiş torpaq sahəsinin yerləşmə sxemində torpaq sahəsinin ümumi sahəsi 360 kv.m göstərilmişdir.

4. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti tərəfindən iddiaçı və digər şəxslərə ünvanlanmış xx.xx.2009-cu il tarixli 02/154 nömrəli məktubda 360 kv.m torpaq sahəsinin 200 kv.m hissəsinin iddiaçıya, 45 kv.m hissəsinin U.F.Haqverdiyevaya və 80 kv.m hissəsinin M.Z.Abdullayevə, yerdə qalan hissəsinin isə digər mülkiyyət sahiblərinə veriləcəyi barədə məlumat verilmişdir.

5. Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində 25 və 35 saylı binaların arasındakı torpaq sahəsində tikiləcək iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin eskiz layihəsi Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2010-cu il tarixli, 18/03-8/1233 saylı məktubu ilə razılaşdırılmış, habelə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin xx.xx.2011-ci il tarixli YTNƏŞ 347 saylı rəyinə əsasən ticarət obyektinin layihə sənədləri yanğın təhlükəsizliyi ilə bağlı normativ aktların tələblərinə uyğun hesab edilmişdir.

6. İddiaçı ona ayrılmış 200 kv.m torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2020-ci il tarixli məktubla imtina edərək bildi rmişdir ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmışdır. Həmçinin, elektron baza məlumatlarına əsasən sözügedən torpaq sahəsi ümumi istifadədə olan avtomobil yolunun kənarında yaşıllıq ərazisində yerləşir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində 25 və 35 saylı binaların arasındakı 360 kv.m torpaq sahəsindən ona ayrılmış 200 kv.m torpaq sahəsi üzərində istifadə hüququnun qeydə alınaraq çıxarış və plan-ölçü verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdir ki, uzun müddət Əzizbəyov (indiki “Koroğlu”) metrostansiyasının çıxışında yerləşən qeyri-yaşayış (ticarət) obyektində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün əlavə Tədbirlər Planı” nın icrası ilə əlaqədar 2007-ci ilin may ayında ona məxsus olan həmin ticarət obyekti sökülmüşdür. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20 fevral 2009-cu il tarixli, 77 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-cı illər üçün əlavə Tədbirlər Planı”nın 26 və 27-ci bəndlərinin icrasının təmin edilməsi məqsədilə “Əzizbəyov” metrosu ətrafında fəaliyyət göstərmiş qeyri-yaşayış sahələrinin digər ərazilərdə bərpa edilməsi üçün Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə icazə verilmişdir. Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti Başçısının 27 fevral 2009-cu il tarixli, 93 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 25 və 35 saylı binaların arasındakı 360 kv.m torpaq sahəsində ona, X1 və X2 torpaq sahəsi ayrılaraq ticarət obyektinin tikintisinə icazə verilmişdir. Sərəncam əsasında tərtib edilmiş sxemə və ayrıc aktına əsasən, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində 25 və 35 saylı binaların arasındakı 360 kv.m. torpaq sahəsindən ona ayrılmış 200 kv.m. torpaq sahəsi üzərində istifadə hüququnun qeydiy yata alınması və bu barədə müvafiq çıxarışın verilməsi ilə bağlı cavabdehə yazılı şəkildə poçt vasitəsilə müraciət etmiş, 21 oktyabr 2020-cu il tarixli məktubla ona imtina cavabı verilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər təqdim edilməmişdir, həmçinin elektron baza məlumatlarına əsasən verilmiş koordinatlara uyğun olaraq sözügedən torpaq sahəsi yaşayış binalarının qarşısındakı park tipli yaşıllıq ərazisinin bir hissəsidir. Eyni tələblər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2009-cu il tarixli 47 nömrəli əmri ilə təsdiq edilmiş Qaydalara 2 nömrəli Əlavədə də göstərilmiş dir. Cavabdeh orqan tərəfindən imtinasını əsaslandırdığı hallar əsassız və qanunsuzdur, qanunvericilikdə nəzərdə tutulan sənədlər təqdim edildiyi halda, müraciətinin təmin olunmasından imtina edilmişdir.

3. Cavabdehin iddia tələbinə yazılı etirazının dəlilləri iddiaçının müraciətindən imtinanın dəlilləri ilə eynilik təşkil edir.

4. Bakı İnzibati Məhkəməsinin (hakim: M.C.Qarayeva) 09 iyun 2021-ci il tarixli, 21(112)-2618/2021 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

5. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı 05 mart 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində 25 və 35 saylı binalar ın arasındakı 360 kv.m torpaq sahəsindən ona ayrılmış 200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 yanvar 2020-ci il tarixli qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli qərarı ləğv olunmuş, iş üzrə yeni qərar elan olunmaqla iddiaçının Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində 25 və 35 saylı binaların arasındakı 360 kv.m torpaq sahəsindən ona ayrılmış 200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddiası təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1324/2020 nömrəli, 05 avqust 2020-ci il tarixli qərarı ilə cavabdehin kasasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-130/2020 nömrəli, 14 yanvar 2020-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarı onunla əsaslandırılmışdır ki, işdə olan sənədlərdən göründüyü kimi, iddiaçı 200 kv.m torpaq sahəsinə hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsasların hər hansı biri barədə məhkəmələrə sübut təqdim etməmişdir. İddiaçının və apelyasiya məhkəməsinin istinad etdiyi sənədlərdə, o cümlədən “Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli, 77 saylı və Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 93 nömrəli, 27 fevral 2009cu il tarixli sərəncamının 5-ci bəndində iddiaçıya 200 kv.m torpaq sahəsi ayrılmasından bəhs edilməmişdir. İddiaçının bəyan etdiyi 200 kv.m torpaq sahəsi ilə bağlı hər hansı qərar, müqavilə və ya əqd mövcud olmamışdır. İddiaçı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsi, onların planı və ölçüsünün tərtib edilməsi, torpaq sahələrinin verilməsi barədə müqavilə (qərar) təqdim etməmişdir.

6. Göründüyü kimi, hazırkı iş üzrə də təl əbin irəli sürülməsində əsas məqsəd məhz Bakı şəhəri, Nizami rayonu, B. Çobanzadə küçəsində 25 və 35 saylı binaların arasındakı 360 kv.m torpaq sahəsindən ona ayrılmış 200 kv.m torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun qeydiyyata alınaraq, buna dair dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İddia tələbinin məzmunundan da məlum olur ki, iddiaçı həmin iddianı yenidən məhkəməyə təqdim etmişdir. Belə ki, hazırkı iddianın əsasını təşkil edən eyni predmet olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması barədə iddiasının təmin edilməməsi barədə qüvvədə olan məhkəmə aktları olduğu halda, iddiaçı bu dəfə də mülkiyyət hüququnun tərkib hissəsi olan istifadə hüququnun qeydiyyata alınması bar ədə iddia irəli sürmüşdür. Məhkəmə hesab etmişdir ki, qanuni qüvvəsini almış yekun məhkəmə aktı olmasına baxmayaraq, eyni məsələ ilə əlaqədar təkrarən yenidən məhkəməyə müraciət etməsi ilə bağlı iddiaçının hərəkətlərinə qanunun ona verdiyi imkanlardan suiistifadə etmək cəhdi kimi qiymət verilə bilər.

7. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) 20 oktyabr 2021-ci il tarixli, 21(103)-2263/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx. 2021-ci il tarixli, 2-1(112)-2618/2021 nömrəli qərardadı ləğv edilmiş, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

9. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə qərar qəbul edərkən əvvəlki iddia ilə indiki iddianın fərqli olduğunu nəzərə almamışdır. İstifadə hüququ mülkiyyət hüququna münasibətdə daha məhdud anlayış olub, onun tərkib hissəsidir. Şəxsin istifadə hüququna malik olması üçün onun əmlakın mülkiyyətçisi olması vacib deyil. Şəxs digər şəxsin mülkiyyətində olan əmlakın da istifadəçisi ola bilər. Eyni zamanda, daşınmaz əmlaka dair mülkiyyət və istifadə hüquqlarının əmələ gəlmə əsasları da fərqlidir. Belə olan halda, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına əsasən iddiaçının hazırda mübahisə predmeti olan daşınmaz əmlaka dair mülkiyyət hüququnun q eydiyyata alınması baradə iddiasının təmin olunmaması, onun həmin daşınmaz əmlaka dair istifadə hüququnun qeydiyyata alınması üçün məhkəməyə müraciət etmə hüququnu məhdudlaşdıra bilməz. c) birinci instansiya məhkəməsində ikinci icraat

10. Bakı İnzibati Məhkəməsinin (hakim: M.C.Qarayeva) 09 mart 2022-ci il tarixli, 21(112)-478/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı 200 kv.m torpaq sahəsinə hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsasların hər hansı biri barədə məhkəmələrə sübut təqdim etməmişdir. İddiaçının istinad etdiyi sənədlərdə, o cümlədən “Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli, 77 saylı və Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 93 nömrəli, 27 fevral 2009-cu il tarixli sərəncamının 5-ci bəndində iddiaçıya 200 kv.m torpaq sahəsi ayrılmasından bəhs edilməmişdir. İddiaçının bəyan etdiyi 200 kv.m torpaq sahəsi ilə bağlı hər hansı qərar, müqavilə və ya əqd mövcud deyil.

12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və R.Ə.Səmədov) 20 aprel 2023-cü il tarixli, 21(103)-116/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(11 2)-478/2022 nömrəli, 09 mart 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində 25 və 35 saylı binalar arasındakı 360 kv.m torpaq sahəsindən iddiaçıya ayrılmış 200 kv.m torpaq sahəsi üzərində istifadə hüququnun qeydə alınaraq, buna dair dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

14. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus olan qeyri-yaşayış obyektinin Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2006-cı il tarixli 1255 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində Nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı” nın icrasının təmin edilməsi məqsədi ilə sökülməsi, sadalanan qa nunvericilik normalarının tələblərinə əsasən mübahisə predmeti olan torpaq sahəsi üzərində hüquqların rəsmiləşdirilməsinə dair müvafiq icra hakimiyyəti orqanının icazəsinin olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

15. Bundan başqa, apellyasiya şikayətinin torpaq sahəsinin ümumi istifadədə olan avtomobil yolunun kənarında yaşıllıq ərazisində yerləşməsi dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin qeyd edilən dəlili formal xarakterli olmaqla, heç bir sübuta söykənmir. Bundan başqa, digər inzibati orqan tərəfindən qəbul edilmiş qanuni qüvvədə olan inzibati aktın məzmunundan aydın olduğu kimi, sözügedən ərazidə iddiaçıya torpaq sahəsi ayrılmış və ti kintiyə icazə verilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Cavabdehin Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində 25 və 35 saylı binaların arasındakı 360 kv.m torpaq sahəsindən iddiaçıya ayrılmış 200 kv.m. torpaq sahəsi üzərində istifadə hüququnun qeydə alınaraq, buna dair plan-ölçüsünün verilməsindən imtinası qanuna zidd olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

17. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaçının müraciətindən imt inanın dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

18. İddiaçı ərizə ilə müraciət edərək, apellyasiya instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Maddə 10.2. Qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqası na keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə

15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. 20. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

49. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Maddə

58. Torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativhüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yet irməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Maddə

65. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. 65.5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçiril ir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 21. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 176 saylı xx.xx.1999-cu il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı” nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafını n və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİ YA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdi r. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya ayrılmış 200 kv.m torpaq sahəsi üzərində onun istifadə hüququnun olub-olmaması ilə bağlı lazımi qaydada araşdırma aparmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tə tbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

29. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

30. İşin müəyyən edilmiş faktiki hallarına əsasən, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının “Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli, 77 saylı sərəncamının icra edilməsi haqqında” 27 fevral 2009-cu il tarixli 93 nömrəli sərəncamı ilə B.Çobanzadə küçəsi 25 və 35 saylı binaların arasındakı 360 kv.m torpaq sahəsində iddiaçı və digər 2 şəxsə ticarət obyektinin tikintisinə icazə verilmiş, sərəncama əlavə edilmiş torpaq sahəsinin yerləşmə sxemində torpaq sahəsinin ümumi sahəsi 360 kv.m göstərilmişdir.

31. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti tərəfindən iddiaçı və digər şəxslərə ünva nlanmış xx.xx.2009-cu il tarixli 02/154 nömrəli məktubda 360 kv.m torpaq sahəsinin 200 kv.m hissəsinin iddiaçıya, 45 kv.m hissəsinin U.F.Haqverdiyevaya və 80 kv.m hissəsinin M.Z.Abdullayevə, yerdə qalan hissəsinin isə digər mülkiyyət sahiblərinə veriləcəyi barədə məlumat verilmişdir. İddiaçıya ayrılmış 200 kv.m torpaq sahəsində tikiləcək qeyri-yaşayış sahəsinin eskiz layihəsi Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2010-cu il tarixli, 18/03-8/1233 saylı məktubu ilə razılaşdırılmış, habelə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin xx.xx.2011-ci il tarixli YTNƏŞ 347 saylı rəyinə əsasən ticarət obyektinin layihə sənədləri yanğın təhlükəsizliyi ilə bağlı normativ aktların tələblərinə uyğun hesab olunmuşdur.

32. Bun dan başqa, həm Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli 77 saylı sərəncamında, həm də həmin sərəncamın icrası ilə bağlı qəbul edilmiş Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti “başçısının 27 fevral 2009-cu il tarixli 93 nömrəli sərəncamında sifarişçinin torpaq sahəsinin yerində qəbul etməsi və Torpaq Məcəlləsinin 66 və 67-ci maddələrinə uyğun olaraq DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsindən torpaq sahəsi üzərində hüququnu təsdiq edən çıxarış almalı olduqları təsbit olunmuşdur.

33. Eyni zamanda, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın mübahisə predmeti olan torpaq sahəsinin ümumi istifadədə olan ərazidə yerləşməklə yaşıllıq zonası olması ilə bağlı kassasiya dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Ancaq bunun əksinə həmin ərazidə yerləşən torpaq sahələrində qeyri-yaşayış binalarının tikintisinə dair icra hakimiyyəti başçısının sərəncamı mövcuddur. Sərəncam və onun əsasında tərtib edilmiş sənədlər mübahisələndirilməmiş, ləğv edilməmiş və ya dəyişdirilməmişdir, qüvvədədir.

34. Məhkəmə kollegiyası hesab edir ki, müvafiq icra hakimiyyətinin sərəncamının olması iddiaçının mübahisə predmeti olan 200 kv.m torpaq sahəsi üzərində istifadə hüququnun dövlət qeydiyyatına alınması və ona çıxarış və plan-ölçü sənədinin verilməsi üçün əsasdır. Bu səbəbdən apellyasiya instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur.

35. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsin in qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2023-cü il tarixli, 21(103)-116/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar