Məhkəmə qərarları › İş №2-1(102)-1962/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1962/2024

03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1962/2024 03.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mülki məhkəmə icraatında qaydasında baxılmalı olması səbəbindən mümkün sayılmaması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “Gəncə şəhəri, H.Əliyev prospekti 64 ünvanda yerləşən ona məxsus dülgər sexinin elektrik xəttinin cavabdehin hesabına bərpa edilməsi, cavabdeh tərəfindən vurulmuş maddi zərərin əvəzi olaraq 60000 manat, mənəvi zərərin əvəzi olaraq 40000 manat pulun cavabdehdən alınaraq ona verilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 mart 2024-cü il tarixli, 2-1(104)-253/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, H.Əliyev prospekti 64 ünvanda yerləşən ona məxsus dülgər sexinin elektrik xəttinin cavabdehin hesabına bərpa edilməsi, cavabdeh tərəfindən vurulmuş maddi zərərin əvəzi olaraq 60000 manat, mənəvi zərərin əvəzi olaraq 40000 manat pulun cavabdehdən alınaraq ona verilmə si barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, H.Əliyev prospekti 64 ünvanda ona məxsus dülgər sexi əvvəllər müvafiq qurumlarla razılaşdırılmaqla elektrik enerjisi ilə təchiz edilmiş, lakin 2017-ci ildə cavabdeh Gəncə şəhərinin keçmiş icra hakimiyyəti başçısının göstərişi ilə elektrik xəttini sökmüşdür. Dəfələrlə xəttin bərpa edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, tələbi təmin edilməmişdir.

3. Gəncə İnzibati Məhkəməsinin (hakim: F.C.Hüseynov) 12 dekabr 2023-cü il tarixli, 2-1(114)-2303/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

4. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iddia üzrə mübahisə publik hüquq münasibətlərini tənzimləyən normalarla deyil, özəl hüquq münasibətlərin i tənzimləyən normalar vasitəsilə nizama salınmalıdır. Həmin mübahisələrə isə ümumi (rayon) məhkəmə tərəfindən baxıldığından, iddiaçı hazırki tələblə müvafiq məhkəməyə müraciət etməlidir.

5. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın mümkün hesab edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

6. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Z.Mamedov /sədrlik edən və məruzəçi/, A.V.İsgəndərova və A.V.Bayramov) 07 mart 2024-cü il tarixli, 2-1(104)-253/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş, iddia tələbi “Gəncə şəhəri, H.Əliyev prospekti 64 ünvanda yerləşən iddiaçıya məxsus dülgər sexinin elektrik xəttinin ca vabdeh tərəfindən cavabdehin hesabına bərpa edilməsi” hissəsində mümkün sayılmamış, iş materialları iddianın “cavabdeh tərəfindən vurulmuş maddi zərərin əvəzi olaraq 60000 manat, mənəvi zərərin əvəzi olaraq 40000 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi” hissəsində ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, hazırkı iddia tələbinin bir hissəsini Gəncə şəhəri, H.Əliyev prospekti 64 ünvanda yerləşən iddiaçıya məxsus dülgər sexinin elektrik xəttinin cavabdeh tərəfindən cavabdehin hesabına bərpa edilməsi təşkil edir. Bununla bağlı kollegiya qeyd etmişdir ki, həmin hissədə mübahisənin mahiyyəti tərəflər arasında olan mülki hüquq münasibətlərinin pozulması ilə əlaqədardır. Mübahisə xüsusi hüququn nizamasalma predmetinə aid olmaqla mülki mübahisədir və bu mübahisəyə ümumi məhkəmədə baxılmalıdır. Bu baxımdan, iddia tələbi həmin hissədə publik (ümumi) hüquq münasibətlərindən deyil, xüsusi hüquq (mülki hüquq) münasibətlərindən irəli gəldiyindən həmin hissədə iddia tələbi mümkün sayılmamalıdır.

8. İddianın digər hissəsi ilə, yəni cavabdeh tərəfindən vurulmuş maddi zərərin əvəzi olaraq 60000 manat, mənəvi zərərin əvəzi olaraq 40000 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi tələbi ilə bağlı kollegiya qeyd etmişdir ki, həmin hissədə inzibati iş materialları baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir.

9. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

10. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, bir-biri ilə əlaqədar olan və eyni cavabdehə qarşı yönəlmiş bu işə ayrı-ayrı məhkəmələrdə baxılması işin ədalətli həllinin qarşısı süni şəkildə almış olur. Belə ki, cavabdehin hərəkət və hərəkətsizliyinə görə ona qarşı öhdəliyin icrası barədə iddia ilə yanaşı, həmin hərəkət və hərəkətsizliyin nəticəsində vurulmuş maddi və mənəvi zərərin ödənməsi tələbini də irəli sürmüşdür. İddia tələbi eyni cavabdehə qarşı olan və bir-biri ilə əlaqədar olan iddialardır. Həmçinin, cavabdeh səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edir. Ona görə də işə onun qeydiyyatda olduğu və yaşadığı yer üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

11. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında ye nidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Mə hkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir....... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə 9

8. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarı: KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

14. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası iş mate riallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır, apellyasiya instansiyası məhkəməsinin qərardadı “iddianın cavabdeh tərəfindən vurulmuş maddi zərərin əvəzi olaraq 60000 manat, mənəvi zərərin əvəzi olaraq 40000 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi” hissəsində ləğv edilməli, həmin hissədə də iddia mümkün sayılmamalı, qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

17. Əvvəla, məhkəmə kollegiyası qərardadın dəyişdirilməyən hissəsinə, yəni iddianın “Gəncə şəhəri, H.Əliyev prospekti 64 ünvanda yerləşən ona məxsus dülgər sexinin elektrik xəttinin cavabdehin hesabına bərpa edilməsi” hissəsində mümkün sayılmamasına münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. Qeyd olunan hissədə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

18. Belə ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mah iyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

19. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıd ır.

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə hüquq münasibətinin inzibati hüquq münasibəti olmasını, mübahisənin inzibati hüquq münasibətlərindən yaranmasını, qanunvericiliklə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olm amasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd).

21. Hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda göstərilməmişdir. Digər tərəfdən, cavabdeh təbii inhisar subyektidir. Belə ki, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 1.3-cü bəndinə əsasən, elektrik və istilik enerjisinin ötürülməsi və paylanması xidmətləri təbii inhisar subyektlərinin fəaliyyət sahələrindən birinə aiddir.

22. İddiaçı ilə təbii in hisar subyekti olan "xxxx" ASC arasındakı münasibətlər mülki hüququ münasibətləri çərçivəsində yaranmışdır və fərdi xarakter daşıyır. Bu münasibət hakimiyyət - tabeçilik prinsipi əsasında qurulmamışdır. Odur ki, bu münasibətdən irəli gələn mübahisə inzibati icraatın predmetini təşkil etmədiyindən, hazırkı iddia tələbi də inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialara aid edilə bilməz.

23. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilən hissəsinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi həmin hissədə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edərkən prosessual hüquq normalarının tələblərinə əməl etməmişdir.

24. Belə ki, hazırkı iddia tələbi 2 hissədən – 1) Gəncə şəhəri, H.Əliyev prospekti 64 ünvanda yerləşən ona məxsus dülgər sexinin elektrik xəttinin cavabdehin hesabına bərpa edilməsindən və 2) cavabdeh tərəfindən vurulmuş maddi zərərin əvəzi olaraq 60000 manat, mənəvi zərərin əvəzi olaraq 40000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsindən ibarət olmaqla, tələbin birinci hissəsi əsas, ikinci hissəsi isə ondan törəyən tələbdir.

25. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisədə iddiaçının əsas tələbinə (Gəncə şəhəri, H.Əliyev prospekti 64 ünvanda yerləşən ona məxsus dülgər sexinin elektrik xəttinin cavabdehin hesabına bərpa edilməsi) mülki məhkəmə icraatında baxılmalı olduğundan, nəticəsi əsas tələbdən asılı olmaqla ondan törəyən ikinci tələbə də məhz eyni qaydada, həmin məhkəmə icraatında baxılmalıdır. Odur ki, işə baxan apellyasiya instansiyası məhkəməsi ikinci tələbə münasibətdə mümkünl ük məsələsinə düzgün qiymət verməmiş, iddianın həmin hissəsinin baxılması üçün aidiyyəti üzrə inzibati məhkəməyə göndərilməsi barədə səhv nəticəyə gəlmişdir.

26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 mart 2024-cü il tarixli, 2-1(104)- 253/2024 nömrəli qərardadı “iddianın cavabdeh tərəfindən vurulmuş maddi zərərin əvəzi olaraq 60000 manat, mənəvi zərərin əvəzi olaraq 40000 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi” hissəsində ləğv edilsin, həmin hissədə iddia mümkün sayılmasın. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 mart 2024-cü il tarixli, 2-1(104)- 253/2024 nömrəli qərardadı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar