Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1962/2025 24.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respub likası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 12 mart tarixli, 2-1(103)-1492/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı İnzibati Məhkəməsinin 2024-cü il 03 dekabr tarixli, 2-1(112)-5518/2024 nömrəli qərarı ilə (hakim G.A.Sevdimalıyeva) iddia tələbi təmin edilmiş, iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
2. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 12 mart tarixli, 21(103)-1492/2025 nömrəli qərarı ilə (hakimlər A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, G.M.Abbasova və C.A.Yusifov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2024-cü il 03 dekabr tarixli, 2-1(112)-5518/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
3. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericilik normalarının təhlilindən göründüyü kimi, iddia tələbi üzrə 60 yaşdan Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: tələb olunan yaş həddinə çatmalı; azı 25 il sığorta stajı olmalı; stajının 12 il 6 ayını əmək şəraiti zərərli və ağır işlərdə işləməlidir. İddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatması və ümumi iş stajının mövcud olması işin mübahisələndirilməyən halıdır. İşin mübahisəli halı tələb olunan xüsusi iş stajının mövcud olmaması ilə bağlıdır. Cavabdeh orqan iddiaçının kifayət qədər güzəştli iş stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun olmadığını bildirmişdir. Belə ki, aşağıda qeyd olunan dövrlər İddiaçı münasibətdə güzəştli iş stajı kimi nəzərə alınmamışdır: 1) xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək “X1 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində işlədiyi dövr (müvafiq müəssisədə işlədiyi təsdiq edən arayış təqdim olunmadığı üçün ); 2) xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-də işlədiyi dövr (müəssisə tərəfindən verilmiş arayışda montajçı vəzifəsində işlədiyi qeyd olunsa da, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu, işin konkret halları barədə hər hansı məlumat əks olunmadığı üçün). İş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli “Güzəştli şərtlərlə pensiya təyin edilməsi haqqında” arayışda qeyd olunmuşdur ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinə qədər və xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinə qədər "xxxx" MMC şirkətində monta jçı peşəsində çalışmışdır. Onun çalışdığı iş yeri AR Nazirlər kabinetinin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 12 saylı Qərarın 29cu maddəsində “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri“ başlığı altında nəzərdə tutulmuş “Polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılar” və Sənaye dəmir-beton boruların boruçəkənləri” bəndlərinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır. İddiaçı "Atlas ES “MMC şirkətində güzəştli iş stajı 1 il 2 ay 17 gündür.... İddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək “X1 LTD” Şirkətinin Azərbayc an Respublikasındakı Nümayəndəliyində “montajçı” vəzifəsində (dəmir konstruksiyaların ilmələnməsi) işləməsi məhkəmədə şübhə yaratmır. Belə ki, “X1 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin mövcudluğu Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda əks olunmuş, iddiaçının həmin müəssisədə “montajçı” vəzifəsində işlədiyi isə əmək kitabçasındakı qeydlə və şahidləri ifadələri ilə təsdiq edilmişdir. Məhkəmə iddiaçının işlədiyi “X1 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən güzəştli arayışın və ya arxiv arayışının təqdim edilməməsi ilə bağlı dəlilinə münasibətdə bildirmişdir ki, işin araşdırılmış hallarından da göründüyü kimi Nümayəndəlik xx.xx.2016-cı il tarixdə ləğv olunaraq dövlət reyestrindən çıxarılmışdır. Həmçinin, arxiv sənədlərinə münasibətdə məhkəmə kollegiyası diqqətə çatdırır ki, mövcud məhkəmə praktikası və bununla bağlı formalaşmış inzibati praktika ondan ibarətdir ki, əmək pensiyasının təyinatında şəxsin 1 yanvar 2006-cı il tarixədək əmək fəaliyyətinin qarşılıqlı yoxlamasının hər hansı səbəbdən baş tutmaması, habelə müəssisənin müvafiq sənədlərinin (əməkhaqqı cədvəlləri, əmrlər və s.) aşkarlanmaması, arxivə (Dövlət Arxivinə) təhvil verilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və hətta mövcudluğu təsdiqlənməsindən asılı olmayaraq, bu hal özlüyündə müvafiq dövrdə qüvvədə olmuş qanunvericiliklə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən xüsusat kimi təsbit edilməmişdir.
4. Cavabdeh kassasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddianın təmin olunmam asını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
5. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.296.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
6. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır. 2.Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır. 3.Kassasiya şikayətind ə vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəm ə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
7. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
8. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevri lməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(102)-453/2025 nömrəli qərardadı) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən iş də çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas ve rən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır.
9. Hazırkı iş üzrə isə cavabdeh tərəfindən mübahisələndirilən, iddiaçının xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixədək "xxxx" MMC-də işlədiyi dövr üzrə verilmiş güzəştli arayış yuxarıda göstərilən tələblərə cavab verir. Belə ki, arayışda iddiaçının hansı tarixlərdə, hansı işlərdə işləməsi və bu işin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın hansı bəndinə uyğun olduğu qeyd edilmişdir.
10. Cavabdehin digər – iddiaçının 07.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək “X1 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində işlədiyi dövr üzrə güzəştli arayışın mövcud olmamasına dair dəlilinə münasibətdə isə kollegiya nəzərə alır ki, işin apellyasiya məhkəməsi tərəfindən araşdırılmış hallarına əsasən, Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktub ilə həmin Nümayəndəliyin xx.xx.2016-cı il tarixdə ləğv olunaraq dövlət reyestrindən çıxarıldığı müəyyən olunmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək “X1 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində “montajçı” vəzifəsində (dəmir konstruksiyaların ilmələnməsi) işləməsi faktı hər hansı şübhə doğurmur. Belə ki, “X1 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin mövcudluğu Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda əks olunmuş, iddiaçının həmin müəssisədə “montajçı” vəzifəsində işlədiyi isə əmək kitabçasında mövcud olan qeydlərlə və şahidləri ifadələri ilə təsdiq edilmişdir.
11. Bununla əlaqədar qeyd edilməlidir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən iddiaçının bu və ya digər müəssisədə əmək fəaliyyəti və stajı onun əmək kitabçası ilə təsdiq olunduqda və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədikdə digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)1566/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(10 2)-1830/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-1832/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-1715/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-1763/2024 nömrəli qərardadları).
12. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
13. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 12 mart tarixli, 2-1(103)-1492/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.