Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1963/2024 07.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ünvanlı sosial yardımın təyin edilməsi, ailə tərkibi barədə məlumatların düzgün göstərilməməsi, əmək haqqı barədə məlumatlar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı ünvanlı dövlət sos ial yardımın ləğv olunması və bir il müddətinə sosial yardım almaq hüququnun itirilməsi haqqında qərarın ləğvi tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 mart 2024-cü il tarixli, 21(104)-183/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2022-ci il tarixdən ünvanlı dövlət sosial yardım təyin edilmişdir. 2. xx.xx.2023-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iddiaçıya məktub ünvanlayaraq bildirmişdir ki, onun ünvanlı dövlət sosial yardımı “Ünvanlı dövlət sosial yardım” haqqında Qanunun 10-cu maddəsinə əsasən ləğv edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, ona xx.xx.2022 -ci ildən xx.xx.2023-cü il tarixədək ümumilikdə 5848,70 manat artıq vəsait ödənilmişdir. Həmin məbləğin 5 iş günü müddətində fondun hesabına geri bərpa olunması tələb olunur. Əks təqdirdə qanuna uyğun tədbirlər görüləcəkdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək verilən ünvanlı dövlət sosial yardımın ləğv olunması və 1 il müddətinə sosial yardım almaq hüququnun itirilməsi haqqında cavabdehin qərarının ləğv edilməsi, 5848,70 manat pulun fonda ödənilməsi haqqında tələbdən cavabdehin çəkindirilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, ailəsi aztəminatlı ol duğu üçün onlara ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Belə ki, 4 azyaşlı övladı var və qazancı dolanışıq üçün qətiyyən kifayət etmir. Lakin bir neçə gün əvvəl mənzillərinə gələn əməkdaşlar akt tərtib etmiş, heç bir izahat vermədən onlarda qonaq olan anası X3 imza etdirmişlər. Halbuki anasının başqa evi var və Göygöl rayonu Üçtəpə qəsəbəsində yerləşən həmin evdə yaşayır. Bu barədə arayış da mövcuddur. Anası öz nəvələrinə baş çəkmək üçün tez-tez onlara gəlir. Həmçinin əmək haqqı məbləğinin yüksəlməsi barədə cavabdeh müvafiq informasiya sistemi ilə məlumat əldə edir. Bunu da bəhanə edib bildirirlər ki, guya o bu barədə məlumat verməmişdir. Halbuki onun əmək haqqı minimum həddə olmuşdur. Bu bəhanələrlə onların bir il sosial yardım ala bilmək hüququ əllərindən alınmışdır. İddiaçı haz ırki tələblə cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir.
5. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddia tələbinin “ünvanlı dövlət sosial yardımın ləğv olunması və bir il müddətinə sosial yardın almaq hüququnun itirilməsi haqqında qərarın ləğv edilməsi” kimi dəyişdiriməsini xahiş etmişdir.
6. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-2670/20223 saylı, 15 avqust 2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
7. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı xx.xx.2022-сi il tarixdə X12 və X15 (VEMTAS) vasitəsilə müraciət edərək ailəsinə ünvanlı dövlət sosial yardımının təyin edilməsini xahiş etmişdir. Ərizə-bəyənnamədə qeyd olunmuş məlumatlara əsasən ailəyə xx.xx.2022-ci il tarixdən ay lıq 584,87 manat olmaqla ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. İddiaçı “ərizə-bəyannamədə ailə üzvlərinin sayını özü, arvadı və dörd övladı olmaqla altı nəfər göstərmişdir. Lakin xx.xx.2023-cü il tarixdə ailənin maddiməişət şəraitinin müayinəsi zamanı ərizə-bəyannamədə qeyd olunan məlumatlarda uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, iddiaçının onun anası - X7 və digər ailə üzvləri ilə birlikdə anasına məxsus evdə yaşadığı müəyyən edilmişdir. Müayinə barədə akt tərtib edilmiş və iddiaçının anası X1 halı öz imzası ilə təsdiq etmişdir. İddiaçı müraciəti zamanı ərizə-bəyannamədə anası barədə məlumatları göstərməmişdir. Həmçinin araşdırılma zamanı məlum olmuşdur ki, ailə üzvü İddiaçı əməkhaqqı məbləği artmışdır. Qeyd olunanlara əsasən ailəyə təyin edilmiş ünvanlı dövlət sosial yar dımının ödənişi xx.xx.2023cü il tarixdən dayandırılmış və ailənin 1 (bir) il müddətinə sosial yardım almaq hüququ məhdudlaşdırılmışdır. Araşdırma zamanı Daxili İşlər Nazirliyinə müvafiq sorğu göndərilmiş və Nazirliyin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli 18/226073/2023 nömrəli cavab məktubuna əsasən, X2 şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 3, mənzil 33 ünvanında qeydiyyatda olduğu müəyyən edilmişdir. Odur ki, iddiaçının tələbi əsassız olduğundan təmin edilməməlidir.
8. Gəncə İnzibati Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2-1(114)-2670/2023 saylı qərarı ilə (hakim X13) iddia tələbi təmin edilməmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, “ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduğundan və iddiaçının əmək haqqı məbləğinin artması ilə bağlı gəlirinin artması barədə məlumat vermədiyindən, həmçinin iddiaçının anasının başqa ünvanda yaşamasını təsdiq edən hər hansı sübut müəyyən edilmədiyindən ünvanlı dövlət sosial yardımının verilməsinin dayandırılmasında cavabdeh inzibati orqan haqlı olmuşdur.
10. İddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-183/2024 nömrəli iş üzrə 07 mart 2024-cü il tarixli qərarı ilə (hakimlər X5 (məruzəçi), X10 və X6) apelyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2-1(114)-2670/2023 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək id dia tələbi təmin edilmiş, İddiaçı təyin edilmiş ünvanlı dövlət sosial yardımın ləğv olunması və bir il müddətinə sosial yardım almaq hüququnun itirilməsi haqqında cavabdehin qərarının ləğv edilməsi və ünvanlı dövlət sosial yardımın bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmuşdur.
12. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının anasının, ailəsi ilə eyni ünvanda bir yerdə yaşamaları faktının müəyyən edilməsi iddiaçıya ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilməsi üçün yetərli əsas sayıla bilməz, Qaydaların 3.7.1-ci bəndində təsbit edilmiş uyğunsuzluq halının mövcudluğuna istinad edilə bilməsi üçün bu zaman həm də birgə yaşayan sözügedən şəxslərin ümumi birgə təsərrüfat aparması halı da müəyyən olunmalı idi. Cavabdeh isə ümumi birgə təsərrüfat aparılma halının mövcudluğunu müəyyən etmədən ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina etmişdir. Ona görə də, ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı qərarın qəbul edilməsindən imtina olunması qanuni olmamış, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Müvafiq olaraq birinci instansiya məhkəməsi cavabdehin üzərinə iddiaçının tələbini təmin edən inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoymamaqda haqlı olmamışdır.
13. Eyni zamanda iddiaçının əmək haqqındakı fərq son nəticədə yalnız təyin ediləcək ünvanlı sosial yardımın məbləğinin müəyyənləşdirilməsində əhəmiyyət kəsb edə bilərdi, lakin həmin hal bütövlükdə iddiaçıya “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun tələblərinə uyğun olaraq sosial yardımın təyin olunmasından ümumiyyətlə imtina edilməsinə əsas hesab edilə bilməzdi.
14. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində “Ünvanlı dövlət sosial yardım haqqında” Qanuna istinad edərək qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır.
16. Belə ki, xx.xx.2023-cü il tarixli monitorinq aktı ilə müəyyən edilir ki, iddiaçı İ.Məmmədov anası X7 ilə birlikdə yaşayır və “ərizə-bəyannamə” də bu barədə məlumat qeydi edilməmişdir. Sözügedən müayinə aktında iddiaçının anası X7 bu halı öz imzası ilə təsdiq etmişdir. Lak in iddiaçı “ərizə-bəyannamə”də ailə üzvlərinin sayını özü, arvadı və dörd övladı olmaqla altı nəfər göstərmişdir. Həmçinin araşdırma zamanı məlum olmuşdur ki, ailə üzvü İddiaçı əməkhaqqı məbləği artmışdır. Məhz yuxarıda qeyd edilən səbəblərdən iddiaçıya təyin edilən ünvanlı sosial yardımın ödənişi dayandırılmış, Qanunun 10.4-cü maddəsinin tələblərinin pozulması nəticəsi olaraq ailənin sosial yardım almaq hüququ 1 il müddətinə məhdudlaşdırılmışdır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən monitorinqin nəticəsində əldə olunmuş məlumatlar əsassız hesab edilmiş, iş üzrə həmin hallara düzgün hüquqi qiymət verilmədən qərar çıxarılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Ünvanlı dövlət so sial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə olunur:... Maddə 1.0.2. ailə - qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər; Maddə
3. Sosial yardım almaq hüququ olan ailələr Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət o rqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə
10. Sosial yardım almaq hüququna yenidən baxılması 10.1. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. 10.2. Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müv afiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. 10.3. Bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak ba rədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. 10.4. Ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli 37 saylı qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraci ət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” Bənd 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Bənd 3.4. Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video, foto çəkilişi və səs yazısı əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddə-sində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur. Bənd 3.4.1. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Bənd 3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. Bənd 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ər zində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X4 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin or ta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzə rdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibat i mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. A pellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Bununla belə məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə ətraflı münasibət bildirməyi məqsədə müvafiq hesab edir.
26. Cavabdeh tərəfindən verilmiş kassasiya şikay ətində iki hal mübahisələndirilir: İddiaçı anası ilə bir ünvanda yaşasa da “ərizə bəyannamə”də bu barədə məlumat qeyd etməmişdir; İddiaçının əmək haqqı məbləğində artım olsa da, o bu barədə məlumat verməmişdir.
27. Məhkəmə kollegiyası kassasiya şikayətinin hər bir dəlilinə ayrı ayrılıqda qiymət verməyi məqsədə müvafiq hesab edir. İddiaçının anası ilə birgə yaşaması dəlili ilə bağlı
28. Cavabdehin arqumentini əsassız hesab edən məhkəmə kollegiyası bildirir ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunda ailəyə belə anlayış vermişdir qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər.
29. Məhkəmə kollegiyası qeyd edir ki, Qanunun mənasına görə, ünvanlı dövlət sosia l yardımla bağlı mübahisələrdə ailə anlamında məhz bu anlayış əsas götürülməlidir. Yəni, ailə hesab edilə bilmək üçün digər tələblərlə yanaşı, birgə yaşayan şəxslərin ümumi ev təsərrüfatına malik olmaları, yəni birgə təsərrüfat aparmaları müəyyən olunmalıdır.
30. Cavabdeh ünvanlı dövlət sosial yardımın dayandırılması barədə qərar qəbul edərkən yalnız iddiaçının anasının onunla birgə yaşama halının mövcudluğuna istinad etmiş, iddiaçı və anasının ümumi birgə təsərrüfat apardıqlarını ümumiyyətlə araşdırmamış və müəyyən etməmişdir. Cavabdeh bu zaman sübut kimi yalnız öz əməkdaşları tərəfindən iddiaçının maddi-məişət şəraitinin müayinəsinə əsaslanmışdır. Cavabdeh iddiaçının anasının ümumi ev təsərrüfatına malik olması, birgə təsərrüfat aparmaları barədə mötəbər sübut (icra nümayəndəliyinin aray ışı, özlərinin mütəmadi monitorinqi və s.) təqdim etmədiyindən və həmin hal sübuta yetmədiyindən bu hissədə şikayətin dəlili əsaslı sayıla bilməz. İddiaçının əmək haqqı məbləğində artımla bağlı
31. Cavabdehin bu dəlilini əsassız hesab edən məhkəmə kollegiyası öz mövqeyini aşağıdakı kimi əsaslandırmağı məqsədə müvafiq hesab edir.
32. Qanunvericiliyin tələbinə görə sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə bu barədə məlumat verilməlidir. Ailənin gəlirlərində dəyişiklik dedikdə, gəlir həm artıqda, həm də azaldıqda, yardım alan şəxs bu barədə məlumat verməlidir. Gəlir artıqda bu, sosial yardımın azalmasına, gəlir azaldıqda isə bu, sosial yardımın artmasına səbəb olacaqdır. Cavabdeh iddiaçıya ünvanlı sosial yardım təyin edildikdən sonra əmək haqqında artı mlar olduğunu və bu barədə məlumat verilmədiyini bildirmişdir. İş materiallarında iddiaçının işlədiyi Azərbaycan Meliorasiya və X17 Səhmdar Cəmiyyəti Göygöl Suvarma Sistemləri İdarəsi tərəfindən cavabdehə təqdim edilmiş iddiaçının əmək haqqı barədə məlumatlar mövcuddur. Həmin məlumata əsasən müəyyən etmək olur ki, iddiaçının əmək haqqında artımlar baş verməmişdir.
33. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya münasibətdə “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunu 10.2-ci maddəsində təsbit edilmiş hallar olmadığından həmin maddənin 10.4-cü maddəsinin tələbləri tətbiq edilə bilməz.
34. Eyni zamanda məhkəmə kollegiyası bildirir ki, cavabdeh “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun davranmamışdır. Belə ki, cavabdehin istinad etdiyi “ərizə-bəyannamə”də qeyd edilmiş məlumatla rın yoxlanılması zamanı uyğunsuzluq aşkar olunması ilə bağlı məsələyə münasibətdə qeyd edilməlidir ki, bu halın mövcudluğu özüözlüyündə hər zaman imtina qərarının verilməsinə gətirib çıxarmamalıdır. Belə ki, uyğunsuzluq halının mövcudluğu ünvanlı sosial yardımın təyin edilməsi məqsədi və meyarları nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu mənada, uyğunsuzluq o halda ünvanlı sosial yardımın təyin edilməsindən imtina haqqında qərarın qəbul edilməsinə səbəb ola bilər ki, yoxlama zamanı şəxsin bəyan etdiyindən fərqli halın müəyyən edilməsi yekun olaraq onun qanunvericiliyin müəyyən etdiyi meyarlar baxımından aztəminatlı kimi qəbul edilməməsi nəticəsinə gətirib çıxarsın. Ona görə də, istənilən uyğunsuzluq deyil, yalnız belə nəticələrə səbəb olan uyğunsuzluq imtinanın əsasını təşkil edə bilər. Müvafiq olaraq istinad edilən uyğunsuzluq sözügedən nəticələrə səbəb olmursa, ünvanlı sosial yardımın təyin edilməsindən imtina oluna bilməz. Bu mövqeyinə uyğun olaraq kollegiya hesab edir ki, hazırkı iş üzrə cavabdeh bəyan edilən məlumatlarla yoxlama zamanı aşkar edilənlər arasındakı uyğunsuzluq hallarına formal yanaşmış, ünvanlı sosial yardımın təyin edilməsi məqsədi və meyarları nəzərə alınmaqla qiymətləndirmə aparmaqla qərar qəbul etməli olduğu halda, bu qaydada davranmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun tələblərinə görə müraciətin araşdırılması zamanı hər hansı uyğunsuzluğun aşkar edilməsi halı yaranarsa, cavabdeh ilk növbədə yardım etmə vəzifəsinə uyğun olaraq həmin uyğunsuzluğun aradan qaldırmasına yönəlmiş fəaliyyəti həyata keçirməlidir. Çü nki uyğunsuzluq halının aradan qaldırılması ehtimalı və ərizəçinin müraciətinin təmin edilməsi imkanı qalır. Yalnız bu qaydada davrandıqdan sonra aşkar edilmiş uyğunsuzluğun ünvanlı sosial yardım təyin edilməsi meyarları baxımından imtina səbəblərini aradan qaldırmadığı halı mövcud olmaqda davam etdikdə, ərizənin təmin edilməməsi haqqında qərar çıxarıla bilər.
35. Hazırkı işin hallarından isə görünür ki, ilkin olaraq cavabdeh uyğunsuzluğun aradan qaldırmasına yönəlmiş hər hansı fəaliyyət göstərmədən qərar qəbul etmişdir.
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbi təmin edilərkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, şikayət təmin edilmədən, qərar dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlə rə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2-1(104)-183/2024 saylı qərar dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.