Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1964/2019 12.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARDAD Hakim Bədəlov Kəmaləddin Nurəddin oğlu, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, cavabdehin Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı əmək pensiyasının yenidən hesablanıb birdəfəlik ödənilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-773/2019 n ömrəli, 06 mart 2019-cu il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə 12 iyun 2019-cu il tarixdə, Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdim: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı 04.06.2018-ci il tarixdə məhkəmədə iddia qaldıraraq imtinanın qanunsuz hesab edilməsi, cavabdehin üzərinə onun əmək pensiyasının yenidən hesablanıb birdəfəlik (bölünmədən) ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Sonradan 18.07.2018-ci il tarixində iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, SSRİ X2 Heyətinin 17.01.1990-cı i l tarixli X1 Vilayətində və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan edilməsi haqqında Fərmanın tələbləri nəzərə alınmaqla 15.05.1990-01.06.1992-ci ilə qədər 2 il 4 ay 16 gün x 2 = 4 il 9 ay; 01.01.1993cü ildən 30.04.1977-ci il (mətnə əsasən) tarixinədək 3 il 8 ay; institut 3 il; əsgərlik 2 il, cəmi 4 il 9 ay + 3 il 8 ay + 3 il + 2 il = 13 il 6 ay x 3% = 40,8 % + 50 % (20 il staja görə) = 91 % olmaqla ona pensiyanın göstərilən qaydada hesablanması və 91 % həcmində pensiya təyin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra eyni tarixdə iddiaçı üçüncü şəxslərin cəlb edilməsi və sübutların təmin olunması barədə ərizə təqdim edərək, AR DİN Baş Kadrlar İdarəsi və AR DİN Maliyyə Plan İdarəsinin iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini, Daxili işlər orqanlarında tutd uğu vəzifələrə, fəaliyyət göstərdiyi müddətlərə dair ətraflı arayış, təqaüdə çıxmağı ilə bağlı müraciət etdiyi raportların surətinin təqdim edilməsi barədə AR DİN Baş Kadrlar İdarəsinə və Daxili işlər orqanlarında tutduğu vəzifələrə dair aldığı məvaciblər haqqında ətraflı arayış təqdim edilməsi barədə AR DİN Maliyyə Plan idarəsinə sorğular verilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3004/2018 saylı, 18 iyul 2018-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. 1 saylı Bakı inzibati-İqtisadi Məhkəməsinin 19 iyul 2018-ci il tarixli 2-1(81)-3004/2018 saylı qərardadı ilə (hakim-A.A.Abdullayeva) iddia tələbi mümkün sayılmamışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı iddiaya cavab verməli olan inzibati orqana q arşı iddia qaldırmadığından hazırki iddiaya mövcud vəziyyətdə baxıla bilməz. Odur ki, iddia mümkün sayılmamalıdır. Həmin qərardaddan iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2278/2018 nömrəli, 31.08.2018-ci il tarixli qərardadı ilə (sədrlik edən: S.S.Seyidova, hakimlər: V.M.Ağayev və V.M.Məmmədov) iddiaçının apelyasiya şikayətinin qismən təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)3004/2018 saylı, 19.07.2018-ci il tarixli qərardadı ləğv edilməklə işin yenidən baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81)-109/2019 nömrəli, 24 yanvar 2019-cu il tarixli qərardadı ilə (Hakim-A.A.Abdullayeva) iddia tələbi mümkün sayılmamışdır. Həm in qərardaddan iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-773/2019 nömrəli, 06 mart 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: H.Ü.Həmidov və V.Ə.Baxışova) apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81)-109/2019 nömrəli, 24 yanvar 2019-cu il tarixli qərardadı ləğv edilmiş, iddiaçının cavabdehə qarşı SSRİ X2 Heyətinin 17.01.1990-cı il tarixli X1 Vilayətində və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan edilməsi haqqında Fərmanın tələbləri nəzərə alınmaqla 15.05.1990 - 01.06.1992-ci ilə qədər 2 il 4 ay 16 gün x 2 = 4 il 9 ay; 01.01.1993-cü ildən 30.04.1977-ci il (mətnə əsasən) tarixinədək 3 il 8 ay; institut 3 il; əsgərlik 2 il, cəmi 4 il 9 ay + 3 il 8 ay + 3 il + 2 il = 13 il 6 ay x 3% = 40,8 % + 50 % (20 il staja görə) = 91 % olmaqla ona pensiyanın göstərilən qaydada hesablanması və 91 % həcmində pensiya təyin edilməsi” tələbinə dair iddiası üzrə iş baxılması üçün 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddianın mümkün sayılmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin həmin qərardadından cavabdeh tərəfindən kassasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamenti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin **********5 nömrəli, 06 fevral 2019-cu il tarixli əmrinin 1.3.-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi adlandırılmışdır. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiyası məhkəməsinin qərardadı prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apelyasiya instansiya məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. ƏSASLAND İRMA HİSSƏSİ: Hesab edirəm ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-773/2019 nömrəli, 06 mart 2019-cu il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı aşağıdakı səbəblərə görə mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Normanın məzmunundan göründüyü kimi, iddianın mümkün sayılmaması barədə qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə əsasən, inzibati-iqtisadi məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən, şikayət inzibati-iqtisadi məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Adı çəkilən normaların əlaqəli təhlilindən göründüyü kimi, məhkəmə qərardadlarından o halda şikayət veril ə bilər ki, onların müstəqil mübahisələndirilməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş olsun. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmamasına dair qərardadını ləğv edərək işi mahiyyəti üzrə baxılması üçün göndərməklə, əslində iddianı mümkün hesab etmişdir. İddianın mümkün sayılmasına dair qərardaddan şikayət verilməsi isə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İPM-nin 96.2-ci maddəsinə əsasən, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən, kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Şikayətin qəbulunda n imtina edildiyi hallarda, apelyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İPM-nin 96.2, 96.3-cü maddələrini rəhbər tutaraq, Qərara aldım: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə təyinat İdarəsi tərəfindən Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-773/2019 nömrəli iş üzrə 06 mart 2019-cu il tarixli qərardadından verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmasın və kassasiya şikayətinin qəbulundan imtina edilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-1964/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1964/2019
12.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver