Məhkəmə qərarları › İş №2-1(102)-1964/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1964/2021

16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1964/2021 16.11.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: kassasiya şikayətinin mümkünsüzlüyü; müddət ötürülüb) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, cavabdehin vəkili Vəkil qızının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xüsusi karantin rejiminin tətbiq olunduğu dövr üzrə aylıq birdəfəlik ödəmənin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.07.2021-ci il tarixli 2-1(103)-1433/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçıya xüsusi karantin rejiminin tətbiq olunduğu 2020-ci ilin aprel, may, iyul, avqust ayları üzrə aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Bakı İnzibati Мəhkəməsinin 01.02.2021-ci il tarixli 2-1(112)-1680/21 saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı iş siz kimi xüsusi karantin rejiminin tətbiq olunduğu 2020-ci ilin apel, may, iyun, iyul, avqust ayları üzrə aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir.

3. Cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.07.2021-ci il tarixli 21(103)-1433/2021 nömrəli qərarı ilə (sədrlik edən Mirzə Tağızadə, hakimlər Xəyalə Cəmilova və Azər Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 01.02.2021-ci il tarixli 2-1(112)-1680/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. Məhkəmə qərarı cavabdehə 29.07.2021-ci il tarixində təqdim o lunmuşdur.

6. Cavabdeh 03.09.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.07.2021-ci il tarixli 2-1(103)-1433/2021 nömrəli qərarının ləğv edilməsini, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ

7. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil qızı izahat verərək kassasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin ötürülmədiyini bildirmiş, kassasiya şikayətinin mümkün sayılmasını xahiş etmişdir.

8. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona tə qdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

9. İnzibati Prosessual Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

10. Həmin Məcəllənin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

11. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılm ış qərardad qəbul edir.

12. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

13. Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

14. İş materialları ilə müəyyən edilir ki, mübahisələndirilən qərar cavabdehə 29.07.2021-ci il tarixində təqdim edilmiş, cavabdeh isə 03.09.2021-ci il tari xində kassasiya şikayəti vermiş, bununla da məhkəmə qərarından şikayət verilməsi üçün nəzərdə tutulmuş 1 ay müddətini ötürmüşdür.

15. Məhkəmə tərəfindən cavabdehə göndərilmiş 20.09.2021-ci il tarixli bildirişdə kassasiya şikayətində olan nöqsanlar barədə ona məlumat verilmiş, məhkəmə iclasının təyin olunduğu vaxtadək (16.11.2021-ci il saat 10:45) həmin nöqsanların aradan qaldırılması, yəni prosessual müddətin cavabdeh tərəfindən ötürülmədiyini təsdiq edən sübutları və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatəti məhkəməyə təqdim etməsi təklif olunmuş, əks halda kassasiya şikayətinin mümkün sayılmayacağı barədə cavabdehə xəbərdarlıq olunmuşdur.

16. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasınadək nə prosessual müddətin onun tərəfindən ötürülmədiyini təsdiq edən sübutları, nə də müddətin bərpasına dair əsaslandırılmış vəsatəti məhkəməyə təqdim etməmişdir.

17. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili müddətin ötürülməməsinin əsası kimi məhkəmə qərarının 02.08.2021-ci il tarixində təqdim edildiyini göstərir. Lakin iş materiallarında olan xəbərnamədən (iş v. 92) məlum olduğu kimi, məhkəmə qərarı cavabdehə 29.07.2021-ci il tarixində təqdim edilmişdir.

18. Bundan başqa, məhkəmə qərarının cavabdehə 02.08.2021-ci il tarixində təqdim edildiyi hesab edilərsə belə, cavabdeh kassasiya şikayəti verilməsi üçün prosessual müddəti ötürmüşdür. Belə ki, cavabdeh 31.08.2021-ci il tarixində kassasiya şikayəti verdiyini bildirsə də, zərfin üzərində olan möhürdən (iş v.107) görünür ki, kassasiya şikayəti cavabdeh tərəfindən 03.09.2021-ci il tarixində poçta təhvil verilmişdir.

19. Göst ərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh kassasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti üzrsüz səbəbdən ötürmüşdür. Odur ki, cavabdehin kassasiya şikayəti mümkün sayılmamalıdır.

20. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.07.2021-ci il tarixli 21(103)-1433/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Cavabdehin kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar