Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1964/2022 13.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1947-ci il, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında D aşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır kənd üzrə nümayəndəliyinin 21 avqust 1996-cı il tarixli, 27 nömrəli Sərəncamı ilə ayrılmış ünvan 1 ünvanında yerləşən 0.0691 ha torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatına alınması və onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)217/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır kə nd üzrə icra nümayəndəliyinin 21 avqust 1996-cı il tarixli 27 nömrəli sərəncamı ilə Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0.10 ha torpaq sahəsi iddiaçıya ayrılmışdır.
2. Həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa edilmişdir və hal-hazırda iddiaçı ailə üzvləri ilə birlikdə fərdi yaşayış evində yaşayırlar.
3. İddiaçı Abşeron rayonu, Masazır kəndində yerləşən, ona ayrılmış torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli məktubla bildirmişdir ki, aparılan araşdırma zamanı İddiaçı 0.10 ha torpaq sahəsinin Abşeron rayon İcra hakimiyyəti başçısının Masazır kənd üzrə nümayəndəsinin 21 avqust 1996-cı il tarixli, 27 saylı sərəncamı ilə ayrıldığı məlum olm uşdur və torpaq sahəsinin ayrıc aktı təqdim edilmiş sənədlər toplusuna daxil edilməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən fərmanın birinci hissəsindəki sənədlərin Siyahısı”nda torpaq sahələrinin ayrılması barədə kənd/qəsəbə nümayəndəliklərinin sərəncamları nəzərdə tutulmamışdır. Müraciət üzrə əlavə edilmiş sənədlərdə hüquq sahibinin ad və ata adına, eyni zamanda torpaq sahəsinin ölçüsünə münasibətdə uyğunsuzluq olduğu müəyyən edilmişdir. Bundan başqa, sözügedən daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sən ədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün texniki baxışın keçirilməsinə iddiaçı tərəfindən şərait yaradılmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır kənd üzrə nümayəndəliyinin 21 avqust 1996-cı il tarixli, 27 nömrəli Sərəncamı ilə ayrılmış ünvan 1 ünvanında yerləşən 0.0691 ha torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatına alınması və onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyətinin 02 sentyabr 1994-c ü il tarixli 435 nömrəli sərəncamına əsasən, vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə Masazır kənd nümayəndəliyinin sərəncamına verilmiş 7.07 ha torpaq sahəsindən Masazır kənd nümayəndəliyinin 21 avqust 1996-cı il tarixli 27 nömrəli sərəncamına əsasən ona 0.10 ha torpaq sahəsi ayrılmış və həmin sahədə ev tikməyə icazə verilmişdir. Torpaq sahəsinin ayrılmasından 25 il vaxt keçməsinə baxmayaraq, hələ də əmlakı üzərində hüquqları dövlət qeydiyyatına alınmamışdır. Etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 tərəfindən 11 iyun 2021 -ci il tarixdə aidiyyəti üzrə mülkiyyətində olan torpaq sahəsinə çıxarış verilməsi xahişi ilə DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edilmişdir. 4 saylı Abşeron Ərazi idarəsinin xx.xx.2021-ci il tarixli, **********19 nömrəli bildirişində ona məxsus olan torpaq sahəsinə çıxarış verilməsindən imtina edilmişdir. İmtinanı əsassız və qanunazidd hesab edərək bildirir ki, hələ 2014-cü ildə DTXK-nın Abşeron rayon şöbəsinin və Masazır kənd bələdiyyəsinin əməkdaşları tərəfindən torpaq sahəsinə baxış keçirilmiş, X1 Planından çıxarış edilərək real ərazinin 0.0691 hektar olduğu göstərilmişdir. Bundan başqa, DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən verilmiş 16 may 2014-cü il tarixli, S74 nömrəli rəydən görünür ki, torpaq sahəsi qanuni əsaslarla ayrılmışdır və şöbə həmin torpaq sahəsinə mülkiyyət hüququna dair sənəd verilməsinə etiraz etmir. Abşeron rayon Dövlət Arxivi tərəfindən xx.xx.2008-ci ildə verilmiş F.115,s. 1 a, s,v.1 çıxarışdan da görünür ki, Masazır kənd İcra nümayəndəliyinin sözügedən sərəncamı qanuni əsaslarla verilmişdir. Bild irişin 5-ci abzasında torpaq sahibinin ad və ata adına münasibətdə uyğunsuzluq olduğu qeyd edilmişdir. Bir daha qeyd edir ki, 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etibarnamə üzrə nümayəndəsi X3 tərəfindən edilmişdir. Bildirişin 6-cı abzasında daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün texniki baxışın keçirilməsinə onun tərəfindən şərait yaradılmaması barədə qeydlər həqiqətə uyğun deyil. Əksinə, cavabdehlə dəfələrlə əlaqə saxlanılıb lazım olan bütün zəruri köməkliklərin göstərilməsi təklif edilmişdir.
6. Cavabdehin iddiaya dair yazılı etirazı iddiaçıya ünvanlanmış imtina məktubuna uyğun əsaslandırılmış və əlavə olaraq qeyd etmişdir ki, müraciət üzrə əlavə edilmiş sənəddə (Masazır kənd üzrə nümayəndəsinin 21 avqust 1996-cı il tar ixli, 27 saylı sərəncamında) hüquq sahibinin ad və ata adına (Simuzar Bəhmən), eyni zamanda torpaq sahəsinin ölçüsünə münasibətdə uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş və təsdiq edilməmiş sxemə əsasən torpaq sahəsinin 0.0691 ha olduğu qeyd edilmişdir.
7. Sumqayıt İnzibati Məhkəməsinin (hakim C.B.Məmmədov) 2-1(118)-1975/2021 saylı 26 noyabr 2021-ci il tarixli qərarı ilə iddiа tələbi təmin edilmiş, Abşeron rayonu, Masazır kənd üzrə icra nümayəndəliyinin 21 avqust 1996-cı il tarixli 27 nömrəli sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.10 ha torpaq sahəsindən 0.691 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, mülkiyyət hüququna d air çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə olunmuşdur.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 46 nömrəli sərəncamının 2-ci bəndindən görünür ki, 57 ailənin hər birinə 0.10 ha torpaq sahəsinin Abşeron RİH başçısının Masazır kənd üzrə icra nümayəndəliyinin sərəncamı ilə ayrılmasına icazə verilmişdir. Göründüyü kimi, Abşeron RİH başçısının Masazır kənd üzrə icra nümayəndəliyi Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 saylı Fərmanı ilə təsdiq edilmiş 6 iyun 2012-ci il tarixinədək qüvvədə olan “Yerli İcra Hakimiyyəti haqqında” Əsasnaməsi üzrə ona verilmiş səlahiyyət çərçivəsində qeyd olunan torpaq sahəsini iddiaçıya ayırmışdır. İddiaçının adında nəzərə çarpacaq şəkildə olmayan texniki səhvin olması onun hüquqlarının məhdudlaşdırılması üçün əsas ola bilməz. İddiaçının ona sənəd üzrə ayrılmış torpaq sahəsindən yalnız 0.691 ha hissəsinin qeydə alınması tələbi onun konstitusion hüquqlarının həyata keçirilməsindən irəli gəlir və iddiaçını torpaq sahəsinin 0.10 ha ölçüdə dövlət qeydiyyatına alınmasına məcbur etmək onun konstitusion hüquqlarının məhdudlaşdırılması kimi qəbul edilə bilər. Nəzərə alınmalıdır ki, qeyd olunan torpaq sahəsi başqa torpaq sahələri ilə üst-üstə düşmür və iddiaçıya ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir.
9. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, Z.T.Məmmədov və F.Ə.Məmmədov) 2-1(105)217/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmişdir.
11. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, torpaq sahəsinin ayrıc aktı ayrılacaq torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını özündə ehtiva edir ki, bu da məzmun və mahiyyət etibarilə elə plan sxemə bərabər sənəddir. İşdə olan Abşeron rayonu X1 planından çıxarışdan görünür ki, 0.0691 ha torpaq sahəsinin yerləşmə vəziyyətinə görə naturada döngə nöqtələrinin koordinatları müəyyən edilmiş və həmin sənəd DTXK-nin Abşeron rayon şöbəsi, eləcə də, Masazır bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq təqdim edilən sənədlərdən görünür ki, Abşe ron rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə icra nümayəndəliyinin “vətəndaşlara həyətyanı torpaq sahəsi ayrılması haqqında” 21 avqust 1996-cı il tarixli sərəncamından çıxarışa əsasən, iddiaçıya 0.10 ha hesabı ilə həyətyanı torpaq sahəsi ayrılması qərara alınmışdır. İddiaçıya torpaq sahəsinin ayrılmasına dair Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi nümayəndəliyinin 21 avqust 1996-cı il tarixli sərəncamı müstəqil qaydada deyil, Abşeron rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş səlahiyyətlərin ötürülməsi (deleqasiyası) qaydasında qəbul edilmişdir. Belə ki, sorğuya cavaba əlavə edilmiş sənədlərdən görünür ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 01 fevral 1994-cü il tarixli, 46 nömrəli sərəncamı ilə fərdi mənzil tikintisi üçün hər ailəyə 0.10 hektar h esabı ilə 57 ailəyə 5.7 hektar həyətyanı və 1.37 hektar küçə və yollar altına, cəmi 7.07 hektar torpaq sahəsinin Xırdalan südçülük sovxozundan alınıb Abşeron RİH-in başçısının Masazır kəndi üzrə nümayəndəliyinə verilməsi haqqında sənədlər təsdiq edilmiş, torpaqların vətəndaşlara Abşeron RİH-in başçısının Masazır kəndi üzrə nümayəndəliyinin sərəncamı ilə ayrılmasına icazə verilmişdir. Həmçinin, Abşeron rayon İcra Hakimiyyəti başçısının "01 fevral 1994-cü il tarixli, 46 nömrəli sərəncamına əlavə” haqqında 02 sentyabr 1994-cü il tarixli, 475 nömrəli sərəncamına əsasən, ayrılmış torpaq sahəsindən 6 ailəyə verilmiş 0.60 ha torpaq sahəsinin tikinti üçün yararsız olduğundan geri alınıb Xırdalan südçülük sovxozuna geri qaytarılması, əvəzində XırdalanMasazır asfaltının qərb tərəfindən bir o qədər t orpaq sahəsinin ayrılması və torpaqların vətəndaşlara nümayəndəlik tərəfindən paylanmasına icazə verilməsi qərara alınmışdır. Göründüyü kimi, sərəncamlar verilərkən qüvvədə olan qanunvericiliyin müddəalarına əsasən vətəndaşlara fərdi yaşayış evinin tikintisi ilə bağlı həyətyanı torpaq sahəsi ayırmaq səlahiyyəti Abşeron rayon İcra Hakimiyyətinə məxsus olmuş, o, isə bu səlahiyyətini qanunvericiliyin müddəalarına uyğun şəkildə özünün tabeliyindəki qurum olan Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəliyinə həvalə etmişdir. Nəzərə almaq lazımdır ki, səlahiyyətlərin ötürülməsi qaydasında qəbul edilmiş qərar hüquqa uyğun şəkildə səlahiyyət sahibi tərəfindən qəbul edilmiş qərar hesab olunur. Digər tərəfdən isə sərəncamlar verilərkən qüvvədə olan qanunvericilikdə səlahi yyətlərin sözügedən qaydada ötürülməsini mümkünsüz edən hər hansı müddəa da mövcud olmamışdır. Ona görə də, Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəliyi tərəfindən qəbul edilmiş iddiaçıya torpaq sahəsinin ayrılmasına dair sərəncam da əslində, hüquq sahibi olan Abşeron rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş sərəncam hesab olunmalıdır. Beləliklə, torpaq sahəsi iddiaçıya qanuni əsaslarla ayrılmış sahə olmuşdur. İddiaçıya məxsus AZE seriyalı 04369401 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçının adı, soyadı və ata adı "X2” kimi qeyd edilmişdir. Həmçinin, iş materiallarında olan bütün sənədlərdə iddiaçının məlumatları "İddiaçı” kimi göstərilmişdir. Cavabdeh icra nümayəndəliyinin sərəncamında iddiaçının adı və ata adının "Simuzar Bəhmən” qeyd edildiyini bildirsə də, məhkəməyə təqdim olunan Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə icra nümayəndəliyinin 21 avqust 1996-cı il tarixli sərəncamından çıxarışdan görünür ki, iddiaçının adı və ata adı "Simuzar Bəhman” kimi qeyd olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd etdiyi nümayəndəliyin sərəncamında iddiaçının adının "Simuzar” kimi qeyd edilməsi iddiaçının təqsiri deyildir. Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilən cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli "Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan görünür ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə icra nümayəndəliyinin xx.xx.1996-cı il tarixli, 27 nömrəli sərəncamı ilə iddiaçıya ayr ılmış torpaq sahəsi sənəd üzrə 0.10 ha, faktiki 0.073 ha-dır. Bundan əlavə, işdən görünür ki, iddiaçının nümayəndəsi ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, torpaq sahəsinin 0.0691 ha hissəsinə çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən mübahisəsi gedən torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı torpaq sahəsinin hasar daxilində yerləşməsi, üzərində yaşayış evinin olması, yol və qonşu torpaq sahəsi ilə sərhəddə olması müəyyən edilmişdir. Yerində müayinə zamanı hər hansı mübahisə doğuran xüsusat müəyyən edilməmişdir.
12. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSA SİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin məzmunu iddiaya dair yazılı etirazın məzmununa uyğundur. Əlavə olaraq qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə 2.7-ci bənd əlavə edilmişdir. İddiaçıya imtina verilərkən həmin Fərman hələ verilməmişdir. Bununla yanaşı, sözügedən Fərmanda yerli icra hakimiyyəti başçısının qər arı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarlarla bağlı məlumatların (yerli icra hakimiyyəti başçısının və inzibati ərazi dairəsi üzrə nümayəndənin müvafiq qərarlarının surətləri, torpaq sahəsinin ayrıldığı şəxsin adı, soyadı, atasının adı, torpaq sahəsinin ölçüsü və ünvanı göstərilməklə) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə təqdim olunması qeyd olunmuşdur, lakin həmin sənədlər hələ Nazirliyə təqdim edilməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilmə mişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir..... Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1.1. qan unla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar..... Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
16. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 67.3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanıla n əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır..... Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;.... Maddə
9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödə nilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi..... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1 dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqd a.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır..... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət ə saslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir..... Maddə
96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər..... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, hazırkı şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. X6 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundament al vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə, apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla, onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
25. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, iddiaçıya imtina verilərkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı hələ verilməmişdir.
26. Məhkəmə kollegiyası kassasiya şikayə tində bildirilmiş yeni dəlilə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
27. Kassasiya şikayətinin qeyd edilən dəlili apelyasiya instansiyası məhkəməsinin qərarının ləğvi üçün əsas ola bilməz. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən 29 iyun 2022-ci il tarixdə qərar qəbul edilərkən qeyd edilən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı artıq (xx.xx.2022-ci il tarixdən) qüvvədə olmuşdur. Cavabdeh əgər hesab edirdisə ki, qeyd edilən Fərman mübahisənin həlli üçün əsasdır, iş apellyasiya instansiyası məhkəməsinin icraatında olan zaman məhkəməyə müraciət edərək iddiaçının hüququnun qeydə alınması ilə bağlı tələbi ilə razılaşdığını məhkəməyə bildirə, mübahisəni məhkəmədən kənar həll edə bilərdi.
28. Lakin cavabdeh apellyasiya instansiyası məhkəməs inin qərarından şikayət verməklə əvvəlki mövqeyində israrlı olduğunu göstərmişdir.
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanına istinad etməklə həmin Fərmanın iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün əsas olması qənaətinə gəlmişdir. Baxmayaraq ki, iddiaçı cavabdehə müraciət edən zaman qeyd edilən Fərman qəbul edilməmişdir, sözügedən Fərman iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırmış və məhz inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarlar əsasında mülkiyyət hüququnun qeydə alınmasına xidmət etmişdir. 30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə 2.7-ci bənd əlavə edilmişdir. Həmin bəndə müvafiq olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tu tulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarlar aid edilmişdir.
31. Göründüyü kimi, hazırda qüvvədə olan qanunvericiliyə görə, inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş qərar daşınmaz əmlak üzərində hüquqların əldə edilməsi üçün əsasdır.
32. Kassatorun dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 15-18-ci bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur.
34. Apellyasiya məhkəməsi müb ahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
35. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar pozulmadığından mübahisələndirilən məhkəmə qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. 36.Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-217/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.