Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1964/2023 24.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçın cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: artıq ödənilmiş gömrük rüsumunun qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçın cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Baş Gömrük İdarəsinə qarşı “artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı rəy və qərarın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəm əsinin İnzibati Kollegiyasının 21(103)-1161/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı MMC tərəfindən Türkiyə Respublikasının “X5 Sanayi A.Ş.” şirkətindən profillər alınaraq Azərbaycan Respublikasına idxal olunmuş və xx.xx.2020-ci il tarixdə invoys sənədinə uyğun olaraq bəyan edilmişdir.
2. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə mallar sərbəst dövriyyəyə buraxılmışdır.
3. İddiaçı sonradan ərizə ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət edərək, Dövlət Gömrük Komitəsinin tələbi ilə düzəliş edilmiş **********7591 və **********7610 saylı GB üzrə İddiaçı MMC tərəfindən artıq ödənilmiş 1450.90 manat ƏDV məbləğin in geri qaytarılması barədə rəy, 8131.37 manat gömrük rüsumu və yığımının geri qaytarılması barədə arayış verilməsini xahiş etmişdir.
4. Cavabdeh 1400-011/0xx-xx/006570 nömrəli, xx.xx.2021-ci il tarixli imtina məktubunda bildirmişdir ki, İddiaçı (VÖEN **********) MMC-nin ünvanına Türkiyə Respublikasından 99NG715/99ZC715 və 99XE962/99ZB962 nömrəli nəqliyyat vasitələri ilə daxil olmuş “yastı prokatdan alınmış xüsusi profillər” yükü üçün tərtib olunan **********7591 və **********7610 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannamələrinin rəsmiləşdirilməsi üzrə bəyan olunan malların X4 mal nomenklaturası üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 322-ci maddəsinin tələblərinə əsasən Dövlət Gömrük Komitəsinin X2 İd arəsinə müraciət olunmuşdur. Həmin idarədən daxil olmuş 2200017/0xx-xx/000098 nömrəli, xx.xx.2021-ci il tarixli rəydə bəyan olunmuş malların “soyuq yayma üsulu ilə alınan, sonrakı emala məruz qalmamış, qara metaldan hazırlanmış xüsusi fasonlu profillər” olduğu müəyyən edilmişdir. Rəy əsasında həmin mallar XİF MN “7216 50 990 0” kodu altında rəsmiləşdirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, artıq ödənilmiş 9582,27 manat gömrük ödənişinin iddiaçıya qaytarılması barədə qərarın qəbul edilməsi və rəyin tərtib olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələb ini onunla əsaslandırmışdır ki, Türkiyə Respublikasının istehsalı olan və bu ölkənin “X5 Sanayi A.Ş.” şirkətindən alınan mallar xx.xx.2020-ci il tarixdə Gömrük Məcəlləsinə və bu sahədə qəbul edilmiş normativ aktlara müvafiq qaydada və müddətdə **********7591 və **********7610 sorğu nömrələri gömrük bəyannamələri ilə bəyan edilmişdir. xx.xx.2020-ci il tarixli rəsmi X3 33-cü qrafasından da göründüyü kimi, eyni əşya kodu (X4 (XİF) Mal Nomeklaturası) 72166110 üzrə kodlaşdırılmış yük təqdim edilən Gömrük Bəyannamələrində də 72166110 üzrə kodlaşdırılmışdır. Lakin idxal edilmiş malın əşya kodunu açıq-aydın müəyyənləşdirmək mümkün olduğu halda, iddiaçıya məxsus malın əşya kodunun müəyyənləşdirilməsi üçün Dövlət Gömrük Komitəsinin nəzdində olan laboratoriyaya göndərilmişdir. Eyni maldan bundan əvvə l də bir neçə dəfə iddiaçı tərəfindən sifariş verilmişdir. 2019-cu ildə GB **********849, GB **********4571 və GB **********2072 üzrə idxal olunan eyni mallar XİF Mal Nomeklaturası üzrə 72166110 kodu ilə kodlaşdırılmış, hətta Gömrük Laboratoriyasına göndərilmiş və Mal Nomeklaturası laboratoriya tərəfindən də təsdiq edilmişdir. Sonuncu idxal olunan malların Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən 10% daha artıq rüsum nəzərdə tutulan 721650 kodu ilə rəsmiləşdirilməsi tələb olunmuş, əks təqdirdə malların buraxılmayacağı bildirilmişdir. Malların “X1” MMC şirkəti ilə bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə və xx.xx.2020 tarixli, 20-0531 saylı Qiymət Təklifi əsasında gətirildiyi və icra müddətinin gecikəcəyi təqdirdə həmin şirkətə 150.02-PQ-AİS-HMT-190620 saylı, xx.xx. 2020-ci il tarixli müqavilənin 3.1.5-ci bəndinə əsasən cərimə ödəməli olacağı bildirilsə də, nəzərə alınmamışdır. Müqavilə üzrə icra müddətinin gecikəcəyi təqdirdə XİF Mal Nomeklaturası üzrə 721650 koda görə ödənilməli olan 10%-lik artıq rüsumdan daha çox ziyana düşəcəyindən və eləcə də işgüzar münasibətlər üzrə şirkətin nüfuzu naminə tələb olunan 721650 əşya kodu ilə mallar bəyan edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən qanunvericiliyin tələbləri gözardı edilərək, malların qanunla müəyyənləşdirilmiş əşya kodu ilə deyil, istədikləri əşya kodu ilə rəsmiləşdirilməsini tələb etmələri nəticəsində İddiaçı MMC 9582,27 manat artıq pul ödəməli olmuşdur.
7. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsinə əsasən idxal olunan malların rəsmiləşdirilməsi üçün iddiaçının təqdim etdiyi Gömrük bəyannamələrində göstərilən məlumatların yoxlanılması zamanı malların təsnifat kodunun düzgün qeyd edilməməsi ilə bağlı gömrük inspektorunda şübhə yaranmış və müvafiq araşdırma aparılmış, bu şübhələr X2 İdarəsinin apardığı ekspertiza ilə təsdiqlənmişdir. Belə ki, X2 İdarəsinin müvafiq rəylərində malların təsnifat kodunun iddiaçının bəyan etdiyindən fərqli olduğu göstərilmişdir. Bundan sonra, İddiaçı MMC barəsində 34/012/036519 nömrəli, xx.xx.2021-ci il tarixli raport əsasında İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 00100-2754/20 nömrəli inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı idxal gömrük rüsumu üzrə 8060.57 manat, ƏDV üzrə 1450.91 manat vəsaitin İddiaçı MMC tərəfindən ödənilməli olduğu müəyyən edilmiş, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli ərizə ilə Bakı Baş Gömrük İdarəsinə müraciət olunaraq **********7591 və **********67591 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannamələri üzrə bəyan edilmiş mallara dair yaranmış əlavə gömrük ödənişlərini ödəmək niyyətində olduqları bildirilmişdir. Bununla da “Hemat Trade" MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyi sübuta yetirilmişdir. xx.xx.2021-ci il tarixli, 00100/0081 nömrəli qərarla İddiaçı MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 00100-2754/20 nömrəli inzibati xəta haqqında iş üzrə icraata vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin qeyd hissəsinin 2-ci bəndinə və İnzibati X ətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən xitam verilmiş, həmin qərardan İddiaçı MMC tərəfindən şikayət verilməmişdir. Yuxarıda qeyd edilənlərdən bu nəticəyə gəlmək olar ki, iddiaçı gömrük bəyannamələrinə və əlavə edilmiş sənədlərə uyğun olaraq gömrük ödənişlərini ödəmiş, gömrük rəsmiləşdrilməsi həyata keçirilərək yük buraxılmışdır. Gömrük orqanı iddiaçının özünün təqdim etdiyi gömrük bəyannaməsi əsasında gömrük rəsmiləşdirilməsini həyata keçirdiyindən və bu zaman gömrük ödənişləri dövlət büdcəsinə ödənildiyindən burada artıq ödənilmiş məbləğdən söhbət gedə bilməz.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3432/2022 nömrəli, 12 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakim Ş.A.Həsənova) iddia təmin edilmiş, iddiaçı tərəfindən artıq ödənilmiş 9582,27 manat gömrük ödənişinin ona qaytarılm ası barədə qərarın qəbul edilməsi və rəyin tərtib edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işdə olan **********7591 sorğu nömrəli və **********7610 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannamələrindən görünür ki, iddiaçı tərəfindən idxal edilmiş mallar “7216 61 1000” kodu ilə bəyan edildikdə cəmi 19902 manat gömrük ödənişi verilməli olduğu halda, iddiaçı həmin malları “7216 50 9900” kodu ilə bəyan etməsi nəticəsində 29484,27 manat gömrük ödənişi vermiş, bununla da 9582,27 manat artıq gömrük ödənişi edilmişdir.
10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apel lyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1161/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qərarı ilə (hakimlər P.Hüseynov - sədrlik edən və məruzəçi, C.Yusifov və Ş.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə qarşı etirazın və apellyasiya şikayətinin məzmununa əsaslanır. Şikayətdə əlavə olaraq bildirilmişdir ki, məhkəmə qərarında Azərbayca n Respublikası Gömrük Məcəlləsinin 50-ci və 321-ci maddəsini bir-biri ilə əlaqələndirərək qanunun səhv təfsir edilməsinə də münasibət bildirilməmişdir. Belə ki, Gömrük Məcəlləsinin 50.1-ci maddəsinə əsasən şəxs konkret mallar və əməliyyatlarla əlaqədar malların təsnifatını, gömrük dəyərini, mənşə ölkəsini və gömrük ödənişlərinin məbləğini əvvəlcədən müəyyənləşdirmək məqsədilə gömrük orqanına yazılı, o cümlədən elektron formada müraciət edə bilər. Gömrük orqanları həmin müraciət əsasında bu mallar və əməliyyatlarla əlaqədar malların təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin müəyyən edilməsi baxımından məcburi olan qərarlar qəbul edirlər. Gömrük Məcəlləsinin 321.1-ci maddəsinə əsasən mallar bəyan edilərkən malların təsnifatı aparılır, yəni malların X4 mal nomenklaturasında kodu (kodları) müəyyən olunur. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən maraqlı şəxslərin müraciəti olduqda, gömrük orqanları bu Məcəllənin 50-ci maddəsinə əsasən malların təsnifatına dair icrası məcburi qərarları əvvəlcədən qəbul edirlər.
15. Qeyd edilən maddələrdən görünür ki, gömrük orqanının malların təsnifatı barədə məcburi qərarı yalnız maraqlı şəxslər tərəfindən əvvəlcədən edilmiş yazılı və ya elektron müraciətə əsasən əvvəlcədən qəbul edilir, Eyni zamanda gömrük orqanının mallar üzərində gömrük nəzarəti həyata keçirilərkən və onların gömrük rəsmiləşdirilməsi aparılarkən də malların təsnifat kodunun müəyyən edilməsi səlahiyyəti vardır və bu zaman qanunverici tərəfindən gömrük orqanının üzərinə hər hansı icrası məcburi qərar qəbul edilməsi vəzifəsi qoyulmamış dır. Halbuki, məhkəmə qanunu səhv təfsir edərək, cavabdehin iş üzrə məcburi qərar qəbul etmədiyinə istinad etmiş, iddiaçı üçün məcburi olan malın təsnifat kodunun mövcud olmadığını göstərmiş, lakin məcburi qərarın qəbul edilməsi üçün iddiaçının cavabdehə müraciət etməli olduğunu isə unutmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikası Gömrük Məcəlləsi Maddə 266.1 Gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır; Maddə 267.1 Məcəllənin bu Fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri aşağıdakı hallarda qaytar ılır: 267.1.1. mallar qüsurlu olduqda; 267.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 267.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda.... Maddə
321. Malların təsnifatı 321.1. Mallar bəyan edilərkən malların təsnifatı aparılır, yəni malların X4 mal nomenklaturasında kodu (kodları) müəyyən olunur. 321.2. Maraqlı şəxslərin müraciəti olduqda, gömrük orqanları bu Məcəllənin 50-ci maddəsinə əsasən malların təsnifatına dair icrası məcburi qərarları əvvəlcədən qəbul edirlər. 321.3. Bəyan edilən malların X4 mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. 321.4. Malların təsnifatını a pararkən, gömrük orqanları X4 mal nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır. 321.5. Gömrük orqanlarının malların təsnifatı haqqında qərarları məcburi xarakter daşıyır. Bəyannaməçi, mallar barədə səlahiyyəti olan digər şəxslər həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verə bilər. 18. kürmöG“ tarifi haqqında” Qanun Maddə 7.1. Malın gömrük dəyərinin müəyyən edilməsi kürmög) dəyərləndirilməsi) sistemi beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994-cü il Tariflər və Ticarət üzr ə Baş Sazişin (GATT) Vİİ maddəsinə, GATT-ın Vİİ maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır və gömrük ərazisinə gətirilən mallara şamil edilir. Maddə 7.2. Gömrük tarifinin tətbiqi məqsədi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanunla müəyyən edilir. Maddə 11.1. Gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. Maddə 12.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş kürmöG“ ödənişlərinin qaytarılması Qaydaları” Bənd. 2.1. Gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır: 2.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; Bənd 5.1. Gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. Bənd 6.1. Gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir. Bənd 6.2. Gömrük ödənişlərinin qaytarılması və ya bundan imtina edilməsi haqqında qərar şəxs tə rəfindən ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün müddətində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan Gömrük Məcəlləsinin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. Bənd 6.7. Gömrük orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada gömrük rüsumunun qaytarılması barədə 4 nüsxədə rəy tərtib edir.
20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçin in bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
22. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
24. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmiş dir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından bəyan edilən malların X4 mal nomenklaturası üzrə kodunun müəyyən olunması, artıq ödənilmiş gömrük ödənişlərinin qaytarılması, bu barədə müvafiq qərarın qəbul edilməsi və rəyin tərtib edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən ol unmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir.
29. İstinad olunan Qanunun 13-cü maddəsinə görə, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.
30. Mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının xx.xx.2019-cu il tarixli, AL**********036 saylı, xx.xx.2019cu il tarixli AL**********0047 saylı invoys sənədləri ilə idxal etdiyi eyni qəbildən olan profillər cavabdeh tərəfindən həmin vaxt “**********” yarımmövqeyinə uyğun təsnifləşdirilərək gömrük rəsmiləşdirilməsi həyata keçirilmiş və mallar sərbəst dövriyyəyə buraxılmışdır.
31. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan tərəfindən inzibati praktikanın dəyişdirildiyi iş üzrə materiallardan görünmür. Bununla bağlı cavabdeh tərəfindən də məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Bu baxımdan iddiaçının inzibati orqanın inzibati praktikasına etimadı qorunmalı, eləcə də hazırkı mübahisəyə münasibətdə bərabər yanaşma prinsipinin tələblərinə əməl olunmalıdır.
32. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməli, cavabdehin kassasiya şikayəti təmin olunmadan, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1161/2 023 nömrəli, 26 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.