Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1965/2020 04.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşayış sahəsinə dair çıxarışın verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi y anında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı “cavabdehin imtinasının əsassız hesab edilməsi, Bakı şəhəri Nərimanov rayonu Xətai prospektindəki 5 nömrəli evin 1 otaqlı, yaşayış sahəsi 12 kv.m, köməkçi sahəsi 11,7 kv.m, ümumi sahəsi 23,7 kv.m olan 70-ci mənzili üzrə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması və bu barədə müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-887/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Nərimanov ray on İH-nin xx.xx.1996-cı il tarixli, 028090 saylı orderinə əsasən Xətai prospekti, ev 5, mənzil 70-69a, 4 otaqlı 78.5 kv.m yaşayış sahəsi X4 və onun ailə üzvlərinin istifadəsinə verilmişdir.
2. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 173/3 saylı “boşalmış mənzilin X4 mənzilinə birləşdirilməklə mənzil növbəsindən çıxarılması barədə” sərəncamı ilə Xətai prospekti 5 nömrəli evin sahəsi 36 kv.m olan 2 otaqlı boşalmış 70 nömrəli mənzili həmin həyətdə yaşayan X5 yaşadığı sahəsi 42.5 kv.m olan 2 otaqlı 69a nömrəli mənzilinə birləşdirilməsi və mənzilin ümumi sahəsi 78.5 kv.m sayılması qərara alınmışdır.
3. Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin MİÜMK-nin xx.xx.2002ci il tarixli, 1MK-2725 saylı qətnaməsi ilə Nərimanov rayon məhkəməsinin x xxxxxx 2000-ci il tarixli q ətnaməsinin qismən ləğv edilməsi, Bakı şəhəri, Xətai prospekti, ev 5, mənzil 70də yerləşən 18.5 kv.m, 24.0 kv.m və 24.0 kv.m-lik üç yaşayış otağının cavabdeh X5 adına, 12.0 kv.m-lik bir otağının iddiaçı X6 adına ayrılıqda icarə bağlanması barədə iddianın təmin olunması və göstərilən qaydada tərəflərin adına icarə müqaviləsini bağlamaq vəzifəsi Nərimanov rayon İH-in MKTB-ə tapşırılması və apelyasiya şikayətinin təmin olunmaması qət edilmişdir.
4. AN-İ seriyalı, ******* saylı, xx.xx.2004-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X12 ünvan 1 mənzil 70 ünvanında yerləşən 1 otaqlı yaşayış sahəsi 12.0 kv.m, ümumi sahəsi 21.0 kv.m olan evi X2.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 21423/2004 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı ş əhəri 32 saylı Dövlət notariat kontoru tərəfindən x xxxxxx 2003-cü il tarixdə təsdiq edilmiş X7 adına verilmiş etibarnamənin etibarsız hesab edilməsi, X6 adına olan Bakı şəhəri, Xətai prospekti, 5 saylı evin 70 saylı mənzilinin özəlləşdirilməsi və onun adına xx.xx.2003-cü il tarixdə verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, X12 ilə X15 arasında xx.xx.2004-cü il tarixdə bağlanmış və Bakı şəhəri 9 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş Bakı şəhəri, Xətai prospekti 5 saylı evin 70 saylı mənzili boşaldığına görə həmin mənzil Bakı şəhəri, Xətai prospekti 5 saylı evin 69 “a” saylı mənzili ilə birləşdirilməsi və X5 istifadəsinə verilməsi, Nərimanov Rayon İcra Hakimiyyətinə X9 ilə Bakı şəhəri, Xətai prospekti 5 saylı evin 69 “a”/70 saylı mənzilinə icarə müqaviləsi bağlanma sının tapşırılması və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
6. Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 1mk-2381/2005 saylı qətnaməsi ilə apelyasiya şikayətinin qismən təmin olunması, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2004-cü il tarixli qətnaməsinin dəyişdirilməsi, Bakı şəhəri, Xətai prospekti 05 saylı evin 70 saylı mənzilinin 69 “a” saylı mənzillə birləşdirilərək Z.Şərifovun istifadəsinə verilməsi və onunla həmin mənzilə dair ayrıca kirayə müqaviləsi bağlanması haqda qətnamənin hissəvi ləğv olunması və bu hissədə işin icraatına xitam verilməsi nəzərə alınması, X8 54.4 milyon manat alınıb X13 verilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.
7. Bak ı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(005)1939/2012 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdeh X15 Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektindəki 5 nömrəli evin sıxlaşdırılmış 1 otaqlı, 70-ci mənzilindən çıxarılması və iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.
8. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 86 saylı “vətəndaş İddiaçı müvəqqəti yaşayış sahəsinin verilməsi haqqında” sərəncamı ilə Nərimanov RİH-nin Mənzil Məsələləri üzrə X11 prospektindəki 5 nömrəli evin sıxlaşdırılmış 70-ci mənzilinə dair xx.xx.2013-cü il tarixli aktının təsdiq edilməsi və Xətai prospektindəki 5 nömrəli yaşayış evinin 1 otaqlı, yaşayış sahəsi 12.0 kv.m. olan sıxlaşdırılm ış 70-ci mənzili müvəqqəti yaşayış sahəsi kimi Nərimanov RMKTB-nin nəzdindəki 37 nömrəli MKİS-də dalandar vəzifəsində çalışan İddiaçı istifadəsinə verilməsi qərara alınmışdır.
9. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013- cü il tarixli. 494 saylı “Xətai prospektindəki, 5 nömrəli evin 70-ci mənzilinin vətəndaş İddiaçı daimi istifadəsinə verilməsi barədə” sərəncamı ilə Xətai prospektindəki, 5 nömrəli evin, yaşayış sahəsi 12.0 kv.m., ümumi sahəsi 23.7 kv.m. olan, sıxlaşdırılmış 1 otaqlı 70-ci mənzili daimi olaraq iddiaçının istifadəsinə verilməsi qərara alınmışdır.
10. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, iddiaçının x xxxxxx 2019-cu il tarixli ərizəsinə baxılmışdır. Aparılan araşdırma zamanı ərizədə qeyd oluna n mənzilin daşınmaz əmlakın dövlət reyestrində digər fiziki şəxsin adına hüquqi qeydiyyata alındığı müəyyən edilmişdir. Həmçinin mənzil üzərinə həbs qoyulması barədə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2004cü il tarixli qərarının daxil olduğu müəyyən edilmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
11. İddiaçı x xxxxxxx 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2019-cu il tarixli imtinasının əsassız hesab edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektindəki 5 nömrəli evin 1 otaqlı, yaşayış sahəsi 12.0 kv.m, köməkçi sahəsi 11.7 kv.m, ümumi sahəsi 23.7 kv.m olan 70-ci mənzili üzrə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnu dövlət qeydiyyatının aparılması və bu barədə onun adına müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti başçısının (RİH) xx.xx.1996-cı il tarixli 173/3 №-li Sərəncamı ilə Xətai prospekti, 5 №-li evin 2 otaqlı, yaşayış sahəsi 36,0 kv.m olan 70 №-li mənzili həmin binada həyat yoldaşı X1 olduğu və 6 nəfərdən ibarət yaşadığı (həyat yoldaşım, mən və 4 uşağımız) 2 otaqlı, yaşayış sahəsi 42,5 kv.m. olan 69 a №-li mənzilinə birləşdirilmiş və 7069a №-li mənzil 4 otaqlı hesab edilmişdir. Bu barədə Nərimanov RİH tərəfindən həyat yoldaşı Z.M.Şərifovun adına Xətai prospekti, ev 5, mənzil № 70-69a ünvanı üzrə xx xxxx 1996-cı il tarixli 028090 №-li order verilmişdir. Sonradan ailə münaqişə zəminində həyat yoldaşının birinci həyat yoldaşından olan qızı - X12 arasında ziddiyyətlər məhkəmə müstəvisinə çıxarılmış, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin x xxxxxx 2002-ci il tarixli 1 MK-2725 №-li qətnaməsi ilə mübahisə predmeti barədə Nərimanov Rayon Məhkəməsinin x xxxxxx 2000-ci il tarixli qətnaməsi qismən ləğv edilmiş, Xətai prospekti ev 5, mənzil 70-69a-da yerləşən 18,5 kv.m., 24,0 kv.m. v. 24,0 kvm. üç yaşayış otağının cavabdeh X4 adına 12,0 kvm.-lik bir otağın iddiaçı X6 adına ayrıca kirayə müqavilələrinin bağlanması vəzifəsi Nərimanov RİH-ə və Nərimanov rayon MKTB-yə tapşırılmışdır. L.Z.Şərifova yaşayış sahəsi 12,0 kv.m. olan 1 otağı üzrə daşınmaz əmlakın dövlət reyestri xidmətində mülkiyyət hüququnun dövlət qeydiyyatını aparmış və bu barədə adına müvafiq Qeydiyyat vəsiqəsi almış, daha sonra alqı-satqı müqaviləsi ilə X10 adına özgəninkiləşdirilmişdir. AR Apellyasiya Məhkəməsinin xx.xx.2005-ci il tarixli 1 mk2381/2005 saylı iş üzrə qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi dəyişdirilmiş, mahiyyət etibarı ilə Bakı şəhəri Xətai prospekti 5 saylı evin, 70(70-69a) №-li mənzilinin yaşayış sahəsi 12,0 kv.m. olan 1 otağı təyinatı üzrə istifadə üçün Nərimanov RİH-in sərəncamına qaytarılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(005)- 1939/2012 saylı iş üzrə qətnaməsi ilə Y.M.Mirzəyeva Xətai prospekti. 5 №-li evin sıxlaşdırılmış 1 otaqlı, 70 №-li mənzilindən çıxarılmışdır. İddiaçının sözügedən 1 otaqlı mübahisəli mənzildə 1991-ci il tarixdən yaşama ğını və Nərimanov RİH-in nəzdində olan Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində dalandar vəzifəsində işlədiyini nəzərə alınmış Nərimanov RİH başçısının xx.xx.2013-cü il tarixli 86 №-li mənzili ona müvəqqəti yaşayış sahəsi kimi verilmişdir. Nərimanov RİH başçısının xx.xx.2013-cü il tarixli 492 №-li Sərəncamı ilə sözügedən mənzil iddiaçının daimi istifadəsinə verilmiş və 37 №-li MKİS-də onun adına müddətsiz kirayə müqaviləsi bağlanmışdır. Qeyd edilənlərə, Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2015-ci il tarixli AR-nın Qanununa (№ 1199- İV QD) əsasən kirayəçisi olduğu Bakı şəhəri, Xətai prospekti, 5 №-li yaşayış evinin, yaşayış sahəsi 12,0 kv.m., ümumi sahəsi 23,7 kv.m. olan 1 o taqlı 70 №-li mənzilin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması, bu barədə iddiaçının adına müvafiq ÇİXARİŞ və Texniki Pasportun verilməsini xahiş etsə də, cavabdeh, xx.xx.2019-cu il tarixli **********93 №-li məktubla ərizənin təmin olunmasından imtina etmişdir. İmtina məktubunu xx.xx.2019-cu il tarixdə poçt vasitəsi ilə almışdır. Cavabdeh imtina məktubunda bildirmişdir ki, mənzil üzərinə həbs qoyulması barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarı daxil olduğu müəyyən edilmişdir. Bu səbəbdən ərizəsinin icrası mümkün olmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi daha yüksək məhkəmə instansiyalarının müvafiq aktları ilə ləğv edilmiş, mübahisəli mənzil üzrə bütün tərəflə rə münasibətdə həmin tərəflərin mübahisəli mənzilə olan bütün hüquqlarına xitam verilmiş, mübahisəli yaşayış sahəsi təyinatı üzrə istifadə üçün həmin mənzilə (yaşayış sahəsinə) sərəncam vermək səlahiyyətləri olan Nərimanov Rayon İcra Hakimiyyətinin sərəncamına verilmişdir. Digər tərəfdən iddiaçı hesab edir ki, cavabdehin imtinasının, Nərimanov RİH başçısının xx.xx.2013-cü il tarixli 492 №-li Sərəncamının yeni Mənzil Məcəlləsinin qüvvəyə minməsindən sonra qəbul edilməsinin işin mahiyyətinə hər hansı bir aidiyyəti yoxdur. İddiaçı qanunvericilikdə nəzərdə tutulan bütün sənədlərin əslini cavabdeh inzibati orqana təqdim etmişdir. İddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinə, 71-ci maddəsinə, 148-ci maddəsinin 5-ci bə ndinə, Mülki Məcəllənin 139.1.1-ci, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci, 5-ci və 8-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1-ci və 12.1-ci maddələrinə istinad edilmişdir. 13. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X16, 2-1(82)-3657/2020 saylı iş) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək cavabdehin xx.xx.2019-cu il tarixli imtinası əsassız hesab edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektindəki 5 nömrəli evin 1 otaqlı, yaşayış sahəsi 12.0 kv.m, köməkçi sahəsi 11.7 kv.m, ümumi sahəsi 23.7 kv.m olan 70-ci mənzil üzrə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması və bu barədə iddiaçının adına müvafiq çıxarışın verilməsi vəzifəsi c avabdehə həvalə edilmişdir.
14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün qanunvericiliklə nəzərdə tutulmuş müvafiq sənədləri ərizəsinə əlavə etməklə cavabdeh inzibati orqana təqdim etmiş, həmin sənədlərin mötəbərliyi və ya qanunsuzluğu hər hansı səlahiyyətli orqan tərəfindən mübahisələndirilmədiyi halda, ona imtina cavabı verilmişdir.
15. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
16. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X14məruzəçi, X17 və X18, 2-1(103)-887/2020 saylı iş) xx xxxx 2020-ci il tarixli qərarı ilə cavabd ehin apelyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
17. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsində müəyyən edilən sənədlərdən hər hansı birini cavabdehə və Məhkəməyə təqdim etməmişdir. Onun bu məqsədlə təqdim etdiyi Nərimanov RİH başçısının 2013-cü il tarixli sərəncamları isə belə bir sübutetmə əhəmiyyətinə malik deyil. Belə ki, İPM-in 1.2-ci maddəsindən gönd ərişlə MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
18. İddiaçı x xxxxxxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv, iddianın təmin edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
19. Məhkəmə kollegiyası iş üzrə sübutlara düzgün hüquqi qiymət verməmiş, işin faktiki tərəflərini araşdırmamış, bununla da İnzibati Prosessual Məcəllənin 69.4-cü maddəsinin (Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilm əsi göstərilməlidir), 69.5-ci maddəsinin (Məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir) və 58.7-ci maddəsinin (Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir) tələblərini pozmuşdur.
20. Apelyasiya şikayətinin dəlili mənzilin başqa şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış olması və eləcə də həmin mənzilin üzərinə həbs qoyulmasından ibarətdir. Bu əsaslara hüquqi qiymət vermək və bu halları qiymətləndirmək əvəzinə məhkəmə tamamilə başqa bir halı, Nərimanov rayon Məhkəməsinin 2013-cü il tarixli sərəncamlarının mənzilin iddiaçı tərəfindən özəlləşdirilməsinə hüquqi əsas veribverməməsini araşdırmışd ır. Əlbəttə bu hal iddianın əsasını təşkil etdiyi üçün məhkəmə tərəfindən bu məsələyə hüquqi qiymət verilməsi normaldır. Lakin nəzərə almaq lazımdır ki, cavabdeh apelyasiya şikayətində bu halı mübahisələndirməmişdir, buna görə də apelyasiya instansiya məhkəməsi işə şikayətin həddində baxmalı və araşdırma aparmalı idi. Məhkəmə qərarında Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 173/3 saylı “boşalmış mənzilin X4 mənzilinə birləşdirilməklə mənzil növbəsindən çıxarılması barədə” sərəncamının adını qeyd etsə də bu sərəncamın mahiyyətinə, onun sübut kimi əhəmiyyətinə toxunulmamışdır. Məhkəmə bu məsələdə dərinə gedərək orderə əsasən mənzildə qeydiyyatda olan şəxslərin üstünlük hüququ nəzərə alınmadan həmin mənzilin imtina ərizəsində göstərilmiş “başqa şəxsin” adına necə və hansı əqdə əsasən qeydiyyata alınmasını da araşdırmamışdır. Bütün bunlar onu deməyə əsas verir ki, məhkəmə qərarını formal mülahizələr əsasında, heç bir hüquqi dayağı olmayan hallara əsaslanaraq çıxartmışdır.
21. Şikayətin maddi hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2, 8, 15, Mülki Məcəllənin 139-1.1.1-ci maddələrinə istinad edilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kasasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında şikayətin dəlillərini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.
24. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq
25. Mənzil Məcəlləsi: Maddə 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. 146.2. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən s onra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. 146.3. Bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. 146.4. Dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda özəlləşdirilməsinə yol verilir. 26. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun: Maddə
1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşa dıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə
5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Biri digərindən təcrid olunmamış məhdud kommunal şəraitli mənzillər (evlər) özəlləşdirilərkən, həmin mənzillərdəki (evlərdəki) ümumi istifadə yerləri mülkiyyətçilərin ümumi mülkiyyətinə verilir. Maddə
8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı on beş gündən gec olmayaraq həm in mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının aray ışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. 27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 10.2. Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmu ş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.
28. Mülki Məcəllə: Maddə 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu n “Savalan” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxxxx 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etm əyə haqlı deyil”.
30. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-c ü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual p ozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
31. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümk ün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
32. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilməmişdir.
34. İddiaçının əsas dəlili ondan ibarətdir ki, apelyasiya məhkəməsi işin faktiki hallarını araşdırmamış, onun ailə üzvləri ilə mənzildə yaşaması, qanuni əsasla mənzilin ona verilməsi və mənzilə dair Y.Mirzəyevanın adına aparılmış qeydiyyatın ləğvi barədə məhkəmə qərarı olmasını nəzərə almamışdır.
35. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəm ə kollegiyası aşağıdakıları qeyd edir.
36. İddiaçı Bakı şəhəri Nərimanov rayonu Xətai prospektindəki 5 nömrəli evin 1 otaqlı, yaşayış sahəsi 12 kv.m, köməkçi sahəsi 11,7 kv.m, ümumi sahəsi 23,7 kv.m. olan 70-ci mənzili üzrə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmişdir.
37. Cavabdeh hesab etmişdir ki, mənzilin daşınmaz əmlakın dövlət reyestrində digər fiziki şəxsin (X15) adına qeydiyyata alındığı müəyyən edilmişdir. Lakin Y.Mirzəyevanın adına aparılmış qeydiyyatın ləğv edilməsi barədə məhkəmə qərarı təqdim edilməmişdir. Həmçinin, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarına əsasən müvafiq mənzil üzərinə həbs qoyulmuşdur.
38. Cavabdehin dəlili apelyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır.
39. İşdə olan qanuni qüvvəyə minmiş məhkəmə qə tnamələrindən görünür ki, cavabdehin istinad etdiyi X10 Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 5 nömrəli evin sıxlaşdırılmış 1 otaqlı, 70 nömrəli mənzilindən çıxarılmış, həmçinin həmin mənzilin X3 barədə xx xxxx 2004-cü il tarixli alqı-satqı müqaviləsi və xx xxx 2004-cü il tarixli qeydiyyat vəsiqəsi etibarsız sayılmışdır.
40. Apelyasiya məhkəməsinin mövqeyinə görə mənzilə dair iddiaçıya aid hüquq x xxxxxxx 2009-cu ildən sonra yarandığından və Mənzil Məcəlləsinin 146-cı maddəsinə görə x xxxxxxx 2009-cu ildən sonrakı münasibətlərə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun müddəaları tətbiq edilmədiyindən iddia əsaslı sayıla bilməz.
41. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə olunan mənzillə bağlı iddiaçıya münasibətdə Nərimanov rayon İcra Haki miyyəti tərəfindən ilk dəfə xx xxxx 1996-cı ildə sərəncam qəbul edilmişdir. 42. xx.xx.1996-cı il tarixli 173/3 nömrəli sərəncamın adı Boşalmış mənzilin X4 (iddiaçının mərhum ərinin) mənzilinə birləşdirilməklə mənzil növbəsindən çıxarılması adlanır.
43. Sərəncamda qeyd edilmişdir ki, Xətai prospekti 5 nömrəli evin sahəsi 36 kv.m. olan 2 otaqlı boşalmış 70 nömrəli mənzili həmin həyətdə yaşayan X5 yaşadığı sahəsi 42,5 kv.m olan 2 otaqlı 69 a nömrəli mənzilinə birləşdirilsin və mənzilin ümumi sahəsi 78,5 kv.m sayılsın. Z.M.Şərifov mənzil növbəsindən çıxarılsın.
44. Sərəncamda həmçinin qeyd edilmişdir ki, orderdə 6 nəfərin (adlar göstərilib) adı yazılsın.
45. Göründüyü kimi, xx xxxx 1996-cı il tarixli sərəncamla mübahisə olunan mənzil iddiaçının ərinə verilmiş, mənzil 69 a saylı mənzillə birləş dirilmiş və iddiaçının əri mənzil növbəsindən çıxarılmışdır. Rayon icra hakimiyyəti tərəfindən sonradan mənzillə bağlı iddiaçının xeyrinə müxtəlif sərəncamlar verilsə də, artıq 1996-cı il tarixli sərəncamla mübahisə olunan mənzil onlara verilmiş, mənzilin ümumi sahəsi 78,5 kv.m sayılmış, ailə üzvlərinin adlarının orderdə yazılması qərara alınmışdır.
46. Buna baxmayaraq apelyasiya məhkəməsi Mənzil Məcəlləsinin 146.1-ci maddəsinin tətbiq edilməli olmaması barədə səhv nəticəyə gəlmişdir. 47. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun yuxarıda bəhs olunan müddəalarına əsasən iddiaçının mənzili özəlləşdirmək hüququ olmuşdur.
48. Qanunvericiliyin tələbinə görə mənzillər özəlləşdirilməsi üçün müraciət edilən anda m ənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Vətəndaş yaşadığı mənzili özəlləşdirmək barədə verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi əlavə etməlidir.
49. Apelyasiya məhkəməsi adları xx xxxx 1996-cı il tarixli sərəncamda qeyd edilmiş şəxslərin razılığının olub-olmamasını müəyyən etməmişdir.
50. Apelyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamışdır. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır.
51. Odur ki, qərarın ləğv edilməsi barədə şikayətin dəlilləri əsaslı olduğundan təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməlidir.
52. Apelyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda qeyd edilən prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apelyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi hissəsində təmin oluna bilməz.
53. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Pr osessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-887/2020 saylı, xx xxxx 2020-ci tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.