Məhkəmə qərarları › İş №2-1(102)-1965/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1965/2021

02.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1965/2021 02.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ayrıca mübahisələndirilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamış qərardaddan verilmiş şikayət üzrə apelyasiyanın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “qərarın ləğv e dilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 3 avqust tarixli, 21(103)-2053/2021 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı 2021-ci il 17 fevral tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin **********144376 saylı, 2021-ci il 5 fevral tarixli qərarının ləğv edilməsini xahiş etmişdir

2. Cavabdeh icraatın dayandırılmasına dair vəsatətlə məhkəməyə müraciət edərək qeyd edilən vergi yoxlaması ilə bağlı aşkar edilmiş faktlarla əlaqədar Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində cinayət işi üzrə icraa tın davam etdiyini bildirərək İPM-in 7.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraat başa çatana kimi hazırkı icraatın dayandırılmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

3. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 24 may tarixli, 2-1(112)-4384/2021 nömrəli qərardadı ilə cavabdehin vəsatəti təmin edilməmişdir.

4. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Cavabdeh tərəfindən verilmiş vəsatətdən görünür ki, iddiaçı barəsində başlanılmış cinayət işi hazırda Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsindədir. Belə olan halda, məhkəmə qeyd etmişdir ki, hazırkı mərhələdə cavabdehin vəs atətinin təmin olunması üçün əsas yoxdur.

5. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və vəsatətin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 3 avqust tarixli, 2-1(103)-2053/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmamışdır.

7. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İnzibati Prosessual Məcəllənin 83.4-cü maddəsinə əsasən bu məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Yuxarıda qeyd olunan normanın təhlilindən də göründüyü kimi, məhkəmə qərardadından şikayət vermək hüququ İnzibati Prosessual Məcəllədə konkret olaraq göstərilməlidir. Bu hüquq göstərilmədikdə qərardaddan şikayət verilmir. İşdə iştirak edən şəxslər şikayət verilməsi nəzərdə tutulmayan qərardadlardan narazı qaldıqda məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verə bilər. Hazırkı halda isə cavabdeh müstəqil mübahisələndirilməsi yol verilməyən qərardaddan şikayət vermişdir.

8. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və vəsatətin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

9. Kassasiya şikayətində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə müstəqil qaydada mübahisələndirilməsi mümkün olmayan qərardadların siyahısı müəyyən edilmiş və aydın göstərilmişdir. Apellyasiya ins tansiyası məhkəməsinin mövqeyindən fərqli olaraq qanunvericilikdə “iş üzrə icraatın dayandırılması” barədə qərardadın müstəqil qaydada mübahisələndirilə bilinməməsi nəzərdə tutulmamışdır. Həmçinin, həmin Məcəllənin 83.3.6-cı maddəsində istinad olunan maddələrin dispozisiyasında qərardaddan müstəqil qaydada şikayət verilə bilməyəcəyi qeyd edilmişdir. X1 Məcəllənin 7.2-ci maddəsində isə bu cür qeyd müəyyən edilməmişdir. Qeyd olunanlardan göründüyü kimi məhkəmə işə baxarkən qanunvericiliyin müddəalarına zidd qərardad qəbul etmişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları

10. Tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

11. İPM: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

12. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

13. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

14. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

15. İPM-in 81.1-ci maddəsinə əsasən, inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər.

16. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən (Şikayətin mümkünlüyü), şikayət inzibati məhkəmələr tərəf indən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər.

17. Normaların əlaqəli təhlilindən göründüyü kimi məhkəmə qərardadlarından o halda şikayət verilə bilər ki, onların müstəqil mübahisələndirilməsi İPM-də nəzərdə tutulmuş olsun.

18. Hazırkı halda, iş üzrə icraatın dayandırılmasından imtinaya dair qərardaddan şikayət verilməsi İPM-də nəzərdə tutulmamışdır.

19. Apellyasiya instansiyası məhkəməsinin cavabdehin şikayəti üzrə apelyasiyanın mümkünsüzlüyünə dair gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

20. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 3 avqust tarixli, 21(103)-2 053/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar