Məhkəmə qərarları › İş №2-1(102)-1965/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1965/2022

30.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1965/2022 30.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın verilməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1959; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşı nmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı“JN5159A kod 30301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba şəhərində yerləşən 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının vahid daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınması və onun adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 iyun 2022-ci il tarixli, 2-1(105)-245/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. DTXK-nin Quba rayon şöbəsi tərəfindən verilmiş JN5159A KOD 30301004 seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən, Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli 05 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya 0.08 ha torpaq sahəsi ayrılmışdır.

2. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması və onun adına dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2020-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, JN-5159A, kod 30301004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə idarənin elektron baza məlumatlarında aşkar edilməmiş və ləğv edilmiş DTXK tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında öz əksini tapmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məh kəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DTXK-nın Quba rayon şöbəsi tərəfindən verilmiş JN5159A kod 30301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba şəhərində yerləşən 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının vahid daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınması və onun adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, JN5159A kod 30301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba şəhərində yerləşən 0.08 ha torpaq sahəsi ona məxsus olsa da, cavabdeh əsassız olaraq həmin torpaq üzərində mülkiyyət hüquqlarının vahi d daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınması və onun adına dövlət reyestrindən çıxarışın verilməsindən imtina edir. Belə ki, cavabdehin bazasında və ya arxivdə iddiaçıya məxsus sənədlərin olmaması onun təqsiri deyildir.

5. Cavabdehin iddia ərizəsinə qarşı yazılı etirazının dəlilləri imtinanın dəlilləri ilə eynilik təşkil edir.

6. Sumqayıt İnzibati Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli 2-1(118)-830/2020 nömrəli qərarı ilə (hakim: V.E.Əzizova) iddia təmin edilmiş, iddiaçının JN-5159A kod 30301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən və Quba şəhərində yerləşən 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi ca vabdehin üzərinə qoyulmuşdur.

7. Məhkəmə qeyd etmişdir ki, torpağın iddiaçıya qanuni surətdə ayrılması keçmiş DTXK-nin Quba rayon şöbəsi tərəfindən verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə təsdiq edilir. Cavabdehin həmin şəhadətnamənin elektron baza məlumatlarında və şəhadətnamələrin qeydiyyat kitablarında aşkar edilməməsinə dair dəlili əsassızdır və iddiaçının müraciətinin təmin olunmasından imtina üçün səbəb ola bilməz. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanuni əsaslarla əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilmişdir.

8. Həmin qərardan qərarından cavabdeh apellyasi ya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində birinci icraat

9. Sumqayıt Apellyasiya Məhkəməsinin 06 iyul 2021-ci il tarixli 2-1(105)-182/2021 nömrəli qərarı ilə (sədrlik edən: F.Ə.Məmmədov, hakimlər: Z.İ.Məmmədov və H.Ç.Babayeva) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli 2-1(118)-830/2020 nömrəli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, JN-5159A kod 30301004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə idarənin elektron baza məlumatlarında aşkar edilməmiş və ləğv edilmiş DTXK tərəfi ndən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında öz əksini tapmamışdır. Məhkəmə kollegiyası araşdırma zamanı X5 filialına sorğular vermiş, Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli, 05 saylı qərarının və həmin qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin arxiv çıxarışının təqdim edilməsini, iddiaçıya aqrar islahat zamanı torpaq sahəsinin ayrılıb-ayrılmaması barədə məlumat verilməsini xahiş etmişdir. X5 filialının 10 nömrəli, xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Quba rayon AİK-nın xx.xx.2000-ci il tarixli, 05 saylı protokoluna və ona əlavə edilmiş sənədlərə pay torpağı və fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi alacaq vətəndaşların adlı siyahıları əlavə edilməmişdir. X5 filialının 559 nömrəli xx.xx.2 021-ci il tarixli məktubunda isə göstərilmişdir ki, Quba rayon Aqrar İslahat Komissiyasının 2000-ci il üçün iclas protokollarının qərarları ilə torpaq sahəsi alacaq vətəndaşların adlı siyahısı filiala təhvil verilməmişdir. Sorğulardan müəyyən olunmuşdur ki, X2 fərdi yaşayış evi tikintisi üçün 0.08 ha torpaq sahəsinin verilməsinə dair Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli, 05 saylı qərarı arxivdə aşkar olunmamışdır və ümumiyyətlə, Aqrar İslahat Komissiyasının 2000-ci il tarixdə 05 saylı qərarı may ayının 25i qəbul olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının təqdim etdiyi şəhadətnaməyə əsasən mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı dövlət reyestrində müvafiq məlumat və sənədin arxiv məlumatları olmadığından mövcud idd ia tələbi əsassızdır və təmin edilməməlidir.

11. Sumqayıt Apellyasiya Məhkəməsinin 06 iyul 2021-ci il tarixli 2-1(105)-182/2021 saylı qərarından iddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 7 dekabr 2022-ci il tarixli, 2-1(102)-1910/2022 nömrəli, qərarı ilə (hakimlər K.N.Bədəlov - sədrlik edən və məruzəçi, N.İ.Rəsulbəyova və İ.K.Hüseynov) iddiaçının kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 06 iyul 2021-ci il tarixli 2-1(105)-182/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

13. İşə baxan m əhkəmə kollegiyası qeyd etmişdir ki, X1 X8 Komissiyasının 10 may 2000-ci il tarixli iclasında qəbul edilən qərarla X8larla əlaqədar torpaq islahatlarının kompleks layihə sənədləri təsdiq edilmiş, təsərrüfatdan torpaqdan pay almaq hüququ olan subyektlərin əlavə payçılar nəzərə alınmaqla siyahısı təsdiq edilmiş, Quba rayon Aqrar İslahat Komissiyasının 25 may 2000-ci il tarixli iclasında qəbul edilən qərarla isə Quba X1nda torpaq islahatının aparılması üçün tərtib edilmiş Yerquruluşu Layihəsi təsdiq edilmişdir. Belə olan halda, iddiaçıya torpaq ayrılmasının müəyyən edilməsi məqsədilə apellyasiya instansiya məhkəməsi tərəfindən X1 X8 Komissiyasının 10 may 2000-ci il tarixli iclasında qəbul edilən qərarla təsdiq edilmiş layihə sənədlərinin, təsərrüfatdan torpaqdan pay almaq hüququ olan subyek tlərin siyahısının əldə edilməsi ilə bağlı müvafiq sorğu verilməli, müvafiq sənədlərdə iddiaçının adının olub-olmaması araşdırılmalı idi. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

14. Sumqayıt Apellyasiya Məhkəməsinin 3 iyun 2022-ci il tarixli, 2-1(105)-245/2022 nömrəli qərarı ilə (hakimlər: Z.T.Məmmədov - sədrlik edən və məruzəçi, L.M.Məmmədov və G.F.Tağızadə) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 7 oktyabr 2020-ci il tarixli 2-1(118)-830/2020 nömrəli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi işə təkrar apellyasiya baxışı zamanı müvafiq sorğular vermişdir. X5 filialı sorğuya cavab olaraq bildirmişdir ki, Quba X1 Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 17 saylı iclas protokoluna Quba X1nda aparılan aqrar islahatlarla əlaqədar hazırlanmış torpaq islahatının kompleks layihə sənədləri və təsərrüfatdan torpaqdan pay almaq hüququ olan subyektlərin əlavə payçıların siyahısı əlavə edilməmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubla sorğuya cavab olaraq bildirmişdir ki, Quba şəhərinin həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında İddiaçı adı aşkar edilməmişdir.

16. Sumqayıt Apellyasiya Məhkəməsinin 3 iyun 2022-ci il tarixli, 2-1(105)-245/2021 nömrəli qərarından iddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı kassasiya şikayətində qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılarkən prosessual pozuntulara yol vermiş, məhkəmə prosesi tərəflərin bərabərliyi prinsipləri əsasında aparılmamışdır. İddianın rədd olunmasının əsası kimi göstərilmişdir ki, X5 filialının xx.xx.2021-ci İİ tarixli, 10 saylı və xx.xx.2021-ci il tarixli, 559 saylı məktublarına əsasən, Quba rayon Aqrar-İslahat Komissiyasının 2000-ci il tarixli, 05 saylı iclası 25 may 2000-ci ildə olmuşdur. Şəhadətnamədə isə iclasın tarixi 05 may 2000-ci il göstərilmişdir. Şəhadətnamədə iclasın tarixinin 25 may əvəzinə 05 may göstərilməsi sırf texniki səhvdir. Belə ki, keçirilmiş iclasın sıra nömrəsi 05 olmuş, may ayının sıra nömrəsi 05-dir, iclas faktiki olaraq 25.05-də keçiri lmişdir, 25 tarixində də 5 rəqəmi var. Beləliklə, şəhadətnaməni vaxtı ilə işləmiş texniki işçi rəqəmlərin hamısında 5 rəqəminin olmasından, həmçinin may ayının sıra nömrəsinin 05 olmasından səhv etmiş və texniki səhv buraxaraq, Şəhadətnamədə iclasın tarixini 25 may əvəzinə 05 may göstərmişdir. Məhkəmənin Quba rayon Aqrar-İslahat Komissiyamın 2000-ci il üçün iclas protokollarına vətəndaşların adlı siyahılarının əlavə olunmaması barədə dəlillə münasibətdə iddiaçı qeyd edir ki, bu artıq bir vətəndaş kimi onun təqsiri deyil və bu halın iddianın rədd olunması üçün əsas kimi götürülməsi özü-özlüyündə absurddur.

18. Kassasiya şikayətinin hüquqi əsasını Mülki Məcəllənin 157.8-ci maddəsi, Torpaq Məcəlləsinin 68-ci maddəsi, *Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiya sının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunların uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarı təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakıl ar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəx s müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 a y, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəm ə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahis ələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yaln ız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

27. Hazırkı mübahisə iddiaçıya məxsus torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çixarışın verilməsi ilə bağlıdır.

28. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, hazırkı iş bir dəfə Ali Məhkəmənin İnzibati Kollegiyasının icraatında olmuş və 7 dekabr 2022-ci il tarixli, 2-1(102)-1910/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş və iş təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

29. Ali Məhkəmənin İnzibati Kollegiyasının əsas göstərişi ondan ibarət olmuşdur ki, iddiaçıya torpaq ayrılmasının müəyyən edilməsi məqsədilə apellyasiya instansiya məhkəməsi tərəfindən X1 X8 Komissiyasının 10 may 2000-ci il tarixli iclasında qəbul edilən qərarla təsdiq edilmiş layihə sənədlərinin, təsərrüfatdan torpaqdan pay almaq hüququ olan subyektlərin siyahısının əldə edilməsi ilə bağlı müvafiq sorğu verilməli, müvafiq sənədlərdə iddiaçının adının olub-olmaması araşdırılmalı idi.

30. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbay can Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Apellyasiya instansiya məhkəməsi hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 7 dekabr 2022-ci il tarixli, 2-1(102)-1910/2022 nömrəli qərarında göstərilən hüquqi mövqeyə uyğun olaraq iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparmış, Ali Məhkəmənin yuxarıda qeyd olunan göstərişlərinə əsasən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmışdır.

31. Belə ki, apellyasiya məhkəməsi tərəfindən X5 filialına sorğular verilmiş, sorğuya cavab olaraq Quba rayon İ Nügədi sovxozu Aqrar İslahat Komissiyasının 24 may 20 00-ci il tarixli 55 saylı, Quba X1 X8 Komissiyasının 10 may 2000-ci il tarixli, 17 saylı, M.Əsədov adına Quba sovxoz texnikumu Aqrar İslahat Komissiyasının 23 may 2000-ci il tarixli 16 saylı və Aşağı-Atuc İƏV üzrə Aqrar İslahat Komissiyasının 24 yanvar 2000-ci il tarixli 17 saylı protokollarının kserosurətləri məhkəməyə göndərmişdir.

32. Daha sonra X5 filialına sorğu edilərək kserosurəti təqdim edilmiş Quba X1 Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 17 saylı iclas protokolunun qərarının 1 və 2-ci bəndlərində göstərilən Quba X1nda aparılan aqrar islahatlarla əlaqədar hazırlanmış torpaq islahatının kompleks layihə sənədləri və təsərrüfatdan torpaqdan pay almaq hüququ olan subyektlərin əlavə payçılar nəzərə alınmaqla siyahısının təsdiq edilmiş surətinin təqdim edilməsi xahiş olu nmuşdur. Sorğuya cavab olaraq bildirmişdir ki, Quba X1 Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 17 saylı iclas protokoluna Quba X1nda aparılan aqrar islahatlarla əlaqədar hazırlanmış torpaq islahatının kompleks layihə sənədləri və təsərrüfatdan torpaqdan pay almaq hüququ olan subyektlərin əlavə payçıların siyahısı əlavə edilməmişdir.

33. Həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC-yə sorğu verilərək iddiaçıya Quba Rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli 05 saylı qərarı ilə verilmiş 0.08 ha torpaq sahəsinə dair JN-5159A kod 30301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və həmin şəhadətnaməyə dair ilkin torpa qayırma sənədlərinin "xxxx" MMC-nin arxivində mövcud olub-olmaması barədə məlumatın, əgər mövcuddursa müvafiq sənədlərin təsdiq edilmiş surətlərinin təqdim edilməsi xahiş olunmuş, xx.xx.2022-ci il tarixli məktubla sorğuya cavab olaraq bildirilmişdir ki, Quba şəhərinin həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında İddiaçı adı aşkar edilməmiş, həmçinin Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli qərarı mövcud olmamışdır.

34. Belə olan halda apellyasiya məhkəməsi doğru olaraq iddiaçının təqdim etdiyi şəhadətnaməyə əsasən mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı dövlət reyestrində müvafiq məlumat və sənədin arxiv əsasları olmadığından mövcud iddia tələbi əsassız olmasını qeyd etmişdir.

35. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir və bu səbəbdən məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

36. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 iyun 2022-ci il tarixli, 21(105)-245/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar