Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1965/2024 08.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilərək tutduğu vəzifəyə bərpa olunma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2023-cü il tarixli əmrin ləğv edilərək tutduğu vəzifəyə bərpa olunması” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-366/2024 nömrəli, 28 mart 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Gəncə şəhər Pİ-nin xx.xx.2006-cı il tarixli əmri ilə daxili işlər orqanlarında xidmətə qəbul olunmuş, həmin tarixdən xx.xx.2009-cu il tarixədək Gəncə şəhər Pİ-nin Post patrul xidməti taborunun polis nəfəri vəzifəsində, xx.xx.2009-cu il tarixdən xx.xx.2011-ci il tarixədək Gəncə şəhər Kəpəz RPŞ-nin İTBnin sahənin polis nəfəri vəzifəsində, xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək Gəncə şəhər Kəpəz RPŞ-nin PB-nin sahənin polis nəfəri vəzifəsində, xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək Kəpəz RPİ-nin PPX taqımının polis nəfəri vəzifəsində, xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Kəpəz RPİ-nin PPX taqımının manqa komandiri vəzifəsində, xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək Kəpəz RPİ-nin PPX taqımının polis nəfəri vəzifəsində, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin PPX taqımının polis nəfəri vəzifəsində xidmət etmişdir. Xidmət etdiyi müddətdə iddiaçı 3 dəfə mükafatlandırılmış, 4 dəfə intizam məsuliyyətinə cəlb olunmuşdur.
2. Cavabdehin xx.xx.2023-cü il tarixli “Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin PPX taqımının bir qrup əməkdaşlarının intizam məsuliyyətinə cəlb olunmaları barədə” əmrin 3-cü hissəsində qeyd olunur ki, DİN-nin 2005-130 nömrəli əmri ilə təsdiq olunmuş "DİO əməkdaşlarının etik davranış Kodeksi"nin 5, 16 və 22-ci maddələrinin, 2009-330 nömrəli əmri ilə təsdiq edilmiş "İntizam Nizamnaməsi"nin 3.2-ci, 2001-212 nömrəli əmri ilə təsdiq edilmiş "Polisin post-patrul xidməti nizamnaməsinin təsdiq edilməsi barədə Təlimat"ın 5.2-ci b əndlərinin tələblərinə zidd olaraq, xx.xx.2023-cü il tarixdə vasitəçiliyi ilə metal qəbulu məntəqəsinə satılmış dəmir tərəzinin bələdiyyə mülkiyyəti olması barədə məlumatı olduqdan sonra bu haqda aidiyyəti üzrə rəhbərliyi məlumatlandırmadığına, özünə və həmkarlarına qarşı tələbkarlıq nümayiş etdirmədiyinə, son 1 il ərzində şöbənin inzibati ərazisində baş vermiş və bağlı qalmış cinayət hadisələrinin qarşısının alınması və açılması, təqsirləndirilən şəxs qismində axtarışa elan olunmuş şəxslərin yerinin müəyyən edilməsi, qanunsuz olaraq narkotik maddələrin və onların prekursorlarının alqı-satqısı ilə məşğul olan, eləcə də narkotik vasitələrdən istifadə edən şəxslərin aşkarlanması, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahələrində fəaliyyətsizlik göstərdiyinə, anket məluma tlarında baş vermiş dəyişiklər barədə rəhbərliyə məlumat vermədiyinə, habelə, rəhbərlik tərəfindən mənfi xarakterizə olunduğuna görə Gəncə Şəhər BPİ 2ci PŞ-nin PPX taqımının polis nəfəri, polis baş serjantı İddiaçı Azərbaycan Respublikasının "Daxili işlər orqanlarında xidmətkeçmə haqqında" Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən "daxili işlər orqanlarında xidmətdən xaric olunsun. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2006-cı ilin dekabr ayından D axili İşlər Nazirliyinin Gəncə Şəhəri Baş Polis İdarəsinin 2 saylı X11 Patrul Xidmət Tağımının Polis nəfəri vəzifəsinə daxil olmuşdur. İşlədiyi müddətdə təşəkkürnamə və qüsursuz xidmətə görə medalı təltif edilmişdir. xx.xx.2023-cü il tarixdə onu X7 xaric etmişlər. Cavabdeh orqan tərəfindən işdən çıxarılma barədə əmri verilməmişdir. İşdən çıxarılmağı qanunsuz və əsassızdır. İddiaçı olaraq prosessual hüquq normaları ilə üzərinə qoyulmuş sübutetmə vəzifəsindən və yükündən azad edilərək işdən çıxarılma əsaslarının və səbəblərinin qərəzli və qanunsuz olmasını təsdiq edə biləcək sübut və dəlil gətirmədən öz əvvəlki işinə bərpa olunmaq imtiyazı əldə edir.
5. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-203/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakim Z.Quliyev) iddiaçı Cavabdehnə qarşı “xx. xx.2023-cü il tarixli əmrin ləğv edilərək tutduğu vəzifəyə bərpa olunması” tələbinə dair iddia rədd edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sabiq polis əməkdaşı iddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2023-cü il tarixə kimi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Cavabdehndə xidmət etmişdir. Xidmət etdiyi dövrdə 4 dəfə intizam məsuliyyətinə cəlb olunmuşdur. Cavabdehin mübahisələndirilən əmrinə əsasən iddiaçı xx.xx.2023-cü il tarixdə vasitəçiliyi ilə metal qəbulu məntəqəsinə satılmış dəmir tərəzinin bələdiyyə mülkiyyəti olması barədə məlumatı olduqdan sonra bu haqda aidiyyəti üzrə rəhbərliyi məlumatlandırmadığına, özünə və həmkarlarına qarşı tələbkarlıq nümayiş etdirmədiyinə, son 1 il ərzində şöbənin inzibati ərazisində baş vermiş və bağlı qalmış cinayə t hadisələrinin qarşısının alınması və açılması, təqsirləndirilən şəxs qismində axtarışa elan olunmuş şəxslərin yerinin müəyyən edilməsi, qanunsuz olaraq narkotik maddələrin və onların prekursorlarının alqı-satqısı ilə məşğul olan, eləcə də narkotik vasitələrdən istifadə edən şəxslərin aşkarlanması, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahələrində fəaliyyətsizlik göstərdiyinə, anket məlumatlarında baş vermiş dəyişiklər barədə rəhbərliyə məlumat vermədiyinə, habelə, rəhbərlik tərəfindən mənfi xarakterizə olunduğuna görə xidmətdən xaric edilmişdir. Etik davranış qaydalarının pozulması daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə t utulmuş qaydada və müddətdə həyata keçirilir. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən, buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir. Hazırkı iş üzrə iddiaçı həm cavabdeh qurumda, həm də məhkəmə iclasında verdiyi izahatında dəmir tərəzinin hissələrinin oğurluq mal olmasını sonradan bildiyini qeyd etmişdir. Lakin iddiaçının bildirdiyi arqumentlər inandırıcı deyildir. Belə ki, iddiaçı dəmir hissələrinin oğurluq mal olmalarını bildikdə dərhal tabe olduğu rəhbərliyinə məlumat verməli olduğu halda bunu etməmişdir. İddiaçı məhkəmə iclaslarında bu barədə şifahi formada manqa komandirinə dəfələrlə məlumat verdiyini bildirsə də, bunu təsdiq edən sübutlar məhkəməyə t əqdim etməmişdir.
7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
8. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-366/2024 nömrəli, 28 mart 2024-cü il tarixli qərarı ilə (hakimlər: R.Mamedov - sədrlik edən və məruzəçi, A.Bayramov və A.Hüseynzadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
11. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə iddiaçının vasitəçiliyi ilə metal qəbulu məntəqəsinə satılmış dəmir tərəzinin bələdiyyə mülkiyyəti olması barədə həmin gün onun hər hansı məlumatı olmamışdır. Satılmış dəmir tərəzinin oğurluq olması barədə məlumatı xx.xx.2023-cü il tarixdə bilmişdir. Belə ki, metal qəbul edən Rza adlı şəxsin valideyni Faiq adlı şəxs xx.xx.2023-cü il tarixdə ona zəng edərək bildirdi ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları oğlu Rzanı Göygöl Rayon Polis şöbəsinə aparıblar. Həmin dəmir tərəzi oğurluqdur. Bundan sonra Elnur Atayevə (Xidmət üzrə rəhbəridir) zəng vuraraq bildirmişdir ki, “dəmir oğurluq imiş. Rzanı Göygöl rayon Polis şöbəsinə aparıblar. Mən səndən soruşanda dəmirin oğurluq olmadığını bildirdin. Bu necə işdir, dəmir oğurluq oldu. Gəl məsələni həll et.” Dərhal bununla bağlı olaraq komandiri polis kapitanı Dilqəm Bayramova mobil telefonu ilə məruzə etmişdir. Oğurluq edən şəxslərin kimlər olub olmaması araşdırıldı. Müəyyən olundu ki, dəmir oğurluğunu edən şəxslər X2 və X5r. X3 icazəsi ilə Şəmkir şəhərində yerləri aşkar edilmiş X8 və X1 iştirakı ilə saxlayaraq xx.xx.2023-cü il tarixdə Göygöl rayon Sarısu Polis bölməsinə təhvil vermişlər. xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə ilə bağlı məlum izahatı alınmışdır. Məhkəmə araşdırması zamanı isə X4 məhkəmə iclasında şahid qismində iştirakı təmin edilməmişdir. Bu günədək dəmir tərəzinin oğurluq olması və bununla bağlı hər hansı sənəd təqdim edilm əmişdir. xx.xx.2023-cü il tarixdə saxlanılan Taleh Muradsoy və Teymur Əmiraslanov barəsində İXM-in 510 və 535.1-ci maddələri əsasında protokol tərtib edilmiş və Göygöl Rayon Məhkəməsinə göndərilmişdir.
12. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023 23-cü il tarixi, 3(066)- 174/2023 və xx.xx.2023-cü il tarixli 3(066)-176/2023 saylı qərarları ilə İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək 10 gün müddətində inzibati həbs edilmişlər. İddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2023-cü il tarixə kimi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Cavabdehndə xidmət etdiyi dövrdə 4 dəfə intizam məsuliyyətinə cəlb olunmağı işdən çıxarılması üçün əsas hesab edilə bilməz. Belə ki, ən sonuncu intizam məsuliyyəti 2020-ci ildə olmuşdur. İntizam məsuliyyətinin isə qüvvədə olma müddəti DİO-da 1 ildir. Məhkəmə tərəfindən bu fakt araşdırılmamış və cavabdeh orqan tərəfindən hər hansı sənəd tələb edilməmişdir. Cavabdeh orqanın son 1 il ərzində yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək şöbənin inzibati ərazisində baş vermiş və bağlı qalmış cinayət hadisələrinin qarşısının alınması və açılması, təqsirləndirilən şəxs qismində axtarışa elan olunmuş şəxslərin yerinin müəyyən edilməsi, qanunsuz olaraq narkotik maddələrin və onların prekursorlarının alqı-satqısı ilə məşğul olan, eləcə də narkotik vasitələrdən istifadə edən şəxslərin aşkarlanması, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahələrində fəaliyyətsizlik göstərməyi barədə dəlili əsassızdır. Fəaliyyət göstərdiyi ərazidə son 1 il ərzində qeyd olunan xüsusatların heç biri olmamışdır. Onun şəxsi anke t məlumatında yalnız baş vermiş dəyişiklik ailə qurmağı ilə bağlı olmuşdur. Yuxarıda qeyd etdiyimiz xüsusatlar onun polis adına hər hansı ləkə gətirmədiyini təsdiq etməklə iddia tələbinin haqlı olmasını təsdiq edir. TƏTBİQ EDİLƏN HÜQUQ 13. “Polis haqqında” Qanun: Maddə
1. Polis – Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır; polis əməkdaşı – polis orqanlarında müəyyən vəzifə tutan və bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur. Maddə
3. İ hissə. Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. Maddə
5. İİ hissə. Polisin hə r hansı şəxslə insanın ləyaqətini alçaldan şəkildə rəftar etməsi yolverilməzdir. Maddə
34. İ hissə. 9-cu bənd. polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə polis əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər. 14. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə: Bənd
108. Daxili işlər orqanlarında xidməti intizam-əməkdaşlar tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və bilavasitə rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir. Bənd 114. 7-ci hissə. xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına xidmətdən xaric edilmə intizam tənbehi tətbiq edilə bilər: Bənd 135. 9-cu hissə. daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə daxili işlər orqanlarının əməkdaşı xidmətdən xaric edilə bilər.
15. Azərbaycan Respublikası Daxili İşlər nazirinin xx.xx.2005-ci il tarixli, 130 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi”: Bənd
5. Xidməti borcun yerinə yetirilməsi zamanı cəsur, qorxmaz və qətiyyətli olmalı, eyni zamanda, cinayət və digər hüquqazidd əməllərin qarşısını alarkən, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, başqalarının həyat və sağlamlığını təhlükə altında qoymamalıdır. Bənd
16. Özünə və həmkarlarına qarşı tələbkar olmalı, Davranış Kodeksində müəyyən olunmuş qaydaların daxili işlər orqanlarının hər hansı əmək daşı tərəfindən pozulması halları ilə rastlaşdıqda, onların aradan qaldırılması üçün tədbir görməli, zərurət yarandıqda bu haqda aidiyyəti üzrə məlumat verməlidir. Bənd
22. Davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və “Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam nizamnaməsi”ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. İntiz am məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir.
16. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə
96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜ YÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxd ur.
20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya qarşı etiraz və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
22. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının daxili işlər orqanlarında xidmətdən xaric edilməsi ilə bağlı əsasların mövcudluğu apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət, mötəbərlik və yetərlilik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
23. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkə məsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
24. Kollegiya məhkəmələrin gəldiyi nəticə ilə razılaşır ki, xx.xx.2023-cü il tarixli, 3-13-57/Ə249/2023 nömrəli “Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin PPX taqımının bir qrup əməkdaşlarının intizam məsuliyyətinə cəlb olunmaları barədə” əmrinin qəbul edilərkən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı aşkar edilməmiş, mübahisələndirilən əmri qəbul edən inzibati orqan tərəfindən onun qəbul olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir.
25. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi nin tələblərinin pozulması barədə düzgün qənaətə gəlmişdir.
26. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı qərarda qeyd olunan maddi və prosessual hüquq normalarının tələbləri pozulmamışdır. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.
27. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-366/2024 nömrəli, 28 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.