Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1965/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu, kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “piket keçirilməsinə icazə verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.20 25-ci il tarixli, 2-1(103)-1354/2025 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan, 04 noyabr 2024-cü il tarixdə, saat 12:00-dan 13:00-adək müddətdə, yəni 60 dəqiqə Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasının əsas giriş qapısı nın önündə “Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevi 2023-2024-cü ilin korrupsiya çempionu seçilməsi münasibəti ilə ürəkdən təbrik edirik” şüarı ilə piket keçirilməsinə icazə verilməməsi barədə cavabdeh Şəhər İcra Hakimiyyətinin 31 oktyabr 2024-cü il tarixli qərarının qanunsuz hesab edilməsi, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra 10 gün ərzirdə Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasının əsas giriş qapısının önündə “Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevi 2023-2024-cü ilin korrupsiya çempionu seçilməsi münasibəti ilə ürəkdən təbrik edirik” şüarı ilə piket keçirilməsinə icazə verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
2. Bakı İnzibati Məhkəməsinin (hakim A.Ə.Əhədova) xx.xx.2024-cü il t arixli, 2-1(112)15548/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. İddiaçılar apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.H.Əkbərov (sədrlik edən), Ş.A.Məmmədova və P.A.Hüseynov) xx.xx.2025-ci il tarixli, 2-1(103)-1354/2025 nömrəli qərardadı ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçılar həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
6. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci m addələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
7. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəm ənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsin in özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan suiistifadə edildikdə İnzibati Prosessual Mə cəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
8. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
9. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üz rə qəbul etdiyi bir çox qərarlarda (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 21(102)-2031/2024 nömrəli, xx.xx.2025-ci il tarixli 2-1(102)-348/2025 nömrəli, xx.xx.2025-ci il tarixli 2-1(102)-871/2025 nömrəli və xx.xx.2025-ci il tarixli 2-1(102)-1333/2025 nömrəli qərarları) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına görə, cavabdeh piketin keçirilməsi ilə bağlı xəbərdarlığa onun münasibətini ifadə edən cavab məktubunda piketin keçirilməsinin məqsədəuyğun hesab olunmadığını bildirmişdir. Bununla bağlı nəzərə almaq lazımdır ki, “məqsədəuyğunluq” termini etimoloji anlamda bir qiymətləndirmə kateqoriyasıdır və hər hansı situasiyanın, hər hansı hərək ətin qarşıya qoyulmuş məqsədə çatmaq üçün uyğun, ağlabatan, praktik cəhətdən faydalı olduğunu ifadə edir. Yəni piketin keçirilməsinin məqsədəuyğun hesab olunmaması qadağanı ehtiva edən kateqoriya qismində təfsir oluna bilməz. Bu prizmadan yanaşdıqda, hazırkı mübahisəyə münasibətdə cavabdehin piketin keçirilməsini məqsədəuyğun hesab etməməsi onun piketin keçirilməsinin qadağan olunmasına və ya bununla bağlı hər hansı məhdudiyyətin tətbiq olunmasına yönəlik iradə ifadəsi kimi qiymətləndirilə və bu anlamda qəbul oluna bilməz. Belə ki, istinad olunan məktubdan cavabdehin qadağa və ya məhdudiyyət tədbirinin tətbiqini nəzərdə tutan və yaxud hər hansı bir şəkildə həmin təəssüratı yarada bilən iradəsi nəinki açıq-aşkar, hətta dolayısı ilə də görünmür. Bu baxımdan cavabdehin məktubu piketin keçiril məsinin qadağan olunmasına və ya bununla bağlı hər hansı məhdudiyyətin tətbiq olunmasına yönəlik hakimiyyət iradəsi kimi deyil, bu qərarın 31-ci bəndində qeyd olunan anlamda qəbul edilməli və tədbirin məqsədəuyğunluğu kontekstində qiymətləndirilməlidir. Bu zaman həm də nəzərə almaq lazımdır ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna görə, toplantının keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanından icazənin alınması tələb olunmur, toplantı barədə həmin orqana sadəcə xəbərdarlıq yetərli sayılır. Bu mənada hazırkı mübahisəyə münasibətdə xəbərdarlıq institutunun funksional anlamda təyinatı və mahiyyəti də diqqətə alınmalı, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 5-ci maddəsi həmin Qanunun 1-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş məqsədlər baxımından təfsir olunmalıdır. Başqa sözlə, həmin normaların sistemli təfsirinə görə, dövlət yalnız və xüsusi olaraq sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin etmək öhdəliyinin deyil, eyni zamanda həm toplantı iştirakçılarının, həm də ictimai qaydanın qorunmasını təmin etmək öhdəliyinin də daşıyıcısıdır və bununla bağlı müvafiq tədbirlərin görülməsi də onun məsuliyyət sferasına aiddir. Belə ki, həmin normalara görə, dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin edir və bu Qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görür. Toplantı barədə xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçü n toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Məhkəmə kollegiyası bu qərarın 31-33 bəndlərində qeyd olunanlara əsasən hesab edir ki, piketin keçirilməsi ilə bağlı iddiaçıların xəbərdarlığına cavabdehin 15 avqust 2024-cü il tarixli məktubu sərbəst toplaşmaq azadlığına qoyulan məhdudiyyət, toplantının qadağan edilməsi və ya toplantının keçiriləcəyi yerin və vaxtın məhdudlaşdırılması və ya qadağan edilməsi və bunun üzərindən toplantıya icazə verilməsindən imtina kimi qiymətləndirilə bilməz.”
10. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia üzrə iddiaçılar Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasının əsas giriş qapısının önündə piket keçirilməsinə icazə verilməsini mübahisələndirirlər. İddiaçılar hazırkı iddia ərizəsini x x.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etmişlər. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçılar xx.xx.2024-cü il tarixdə cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan, 27 sentyabr 2024-cü il tarixdə, saat 12:00-dan 13:00-dək müddətdə, yəni 60 dəqiqə Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasının əsas giriş qapısının önündə “Binəqədi İcra Hakimiyyətində korrupsiyaya son, korrupsioner icra başçısını həbs edin” şüarı ilə piket keçirilməsinə icazə verilməməsi barədə cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin 23 sentyabr 2024-cü il tarixli qərarının qanunsuz hesab edilməsi, iddiaçılara qərar q üvvəyə mindikdən sonra 10 gün ərzində Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasının əsas giriş qapısının önündə “Binəqədi İcra Hakimiyyətində korrupsiyaya son, korrupsioner icra başçısını həbs edin” şüarı ilə piket keçirilməsinə icazə verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Göründüyü kimi iddiaçılar eyni cavabdehə qarşı eyni mübahisəyə və nəticə etibarı ilə eyni hüquqi marağa xidmət edənBinəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasının əsas giriş qapısının önündə piketin keçirilməsinə icazə verilməsinə dair iddia tələbi ilə hazırkı iddiadan əvvəl xx.xx.2024-cü il tarixdə inzibati məhkəmə icraatında iddia qaldırmış, həmin iddia üzrə yekun məhkəmə aktı qəbul edilməmişdir.
11. Beləliklə, mübahisəli məsələyə münasibətdə vahid məhkəmə təc rübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən iddiaçılar üçün əlçatan və bəlli olmuşdur. 12.Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur.
13. Bundan ba şqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərardadının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
14. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(103)1354/2025 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.