Məhkəmə qərarları › İş №2-1(102)-1966/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1966/2019

10.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1966/2019 10.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası xxx Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə iddiaçı xxx ın cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın ləğv edilərək qaçqın statusunun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(10 3)-381/2019 nömrəli, 29 yanvar 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 10 iyul 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: xxx (bundan sonra – iddiaçı) vətəndaşıdır. O, qaçqın statusunun verilməsi ilə bağlı vəsatətlə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə (bundan sonra cavabdeh) müraciət etmişdir. Cavabdehin 12.03.2018-ci il tarixli, İQ-20/1 nömrəli qərarı ilə ona qaçqın statusu verilməsindən imtina edilmişdir. Həmin qərarla razılaşmayan iddiaçı cavabdehin şikayət instansiyasına şikayətlə müraciət etmiş, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin 14.05.2018-ci il tarixli, 34 nömrəli qərarı ilə şikayət əsassız olduğundan təmin edilməmiş, q ərar dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin İQ-20/1 nömrəli, 12.03.2018-ci il tarixli və 34 nömrəli, 14 may 2018-ci il tarixli qərarlarının ləğv edilməsi və iddiaçıya Azərbaycan Respublikasının ərazisində qaçqın statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Əfqanistan İslam Respublikasının vətəndaşıdır, etnik mənşəyinə görə türkməndir və İslamın sünni məzhəbinə aiddir. Taliban silahlı qüvvələri iddiaçının yaşadığı və əksəriyyət əhalisi etnik türkmənlərin təşkil etdiyi kəndə tez-tez basqın edir, onlara kənd ərazisində sərbəst hərəkət etməyə, təhsil almağa icazə vermir. İddiaçı Əfqanıstanın Mi lli Ordusunun xəstəxanasında 3 il aşbaz işləmişdir. Orduda işlədiyi üçün Taliban silahlı birləşmələrinin döyüşçüləri iddiaçının anasını hədələyərək iddiaçının işdən ayrılmasını tələb etmiş, əks halda onu öldürəcəklərini bildirmişlər. Bu hal 4-5 dəfə təkrarlanmışdır. Taliban döyüşçülərindən ona və anasına təhlükə yarandığını görən iddiaçı işdən çıxmışdır. Taliban bir neçə dəfə onun evinə basqın etmiş, lakin xoşbəxtlikdən iddiaçı evdə olmamışdır. İddiaçı həyatı üçün qorxduğuna görə Əfqanıstana qayıtmaq istəmir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı barəsində əsaslandırılmış təqib mövcud deyildir. Belə ki, Əfqanıstan İslam Respublikasının vətəndaşı olan iddiaçı qaçqın statusunun verilməsi haqqında vəsatətlə Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına ***-**** saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. İnandırıcılığın qiymətləndirilməsi zamanı ərizəçinin söylədiyi faktlarda bəzi ziddiyyətli məqamlar və uyğunsuzluqlar aşkar edilmişdir. Məlumatların həqiqətə uyğunluğu ilə bağlı ortaya çıxan və ərizəçinin sığınacaq tələbinin mahiyyətinə təsir göstərən bu ciddi problemləri nəzərə alaraq ərizəçinin Əfqanıstana qayıdacağı təqdirdə ciddi təqib təhlükəsi ilə üzləşmək qorxusu inandırıcı qəbul olunmur. İddiaçının müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3151/2018 nömrəli, 17 sentyabr 2018-ci il tarixli qərarı ilə (hakim: M.T.Hacıbəyova) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya qaçqın statusunun verilməsi üçün qanunla müəyyən edilmiş əsaslar olmadığından cavabdehin imtinası qanuni və əsaslıdır. Məhkəmənin həmin qərarından iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-381/2019 nömrəli iş üzrə 29 yanvar 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: K.N.Abiyeva, hakimlər: M.N.Tağızadə və Ü.A.Mayılov) apelyasiya şikayəti təmin edilməmiş, 1 say lı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-3151/2018 nömrəli, 17 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı kasassiya şikayəti verərək həmin qərarını ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsində icraat zamanı ciddi prosessual pozuntulara yol verilmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi kassatorun vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamasını, siyasi fəaliyyətlə məşğul olmamasını, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamasını, vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqib ə məruz qalmamasını əsas gətirərək səhv nəticəyə gəlmişdir. Kassatorun verdiyi müsahibə ilə müəyyən olunur ki, o, etnik mənşəyinə görə və Əfqanıstan Milli Ordusunda xidmət etdiyi üçün Taliban terror təşkilatının döyüşçüləri tərəfindən təqibə məruz qalır. Həyat və sağlamlığına real təhlükə olduğu üçün vətəndaşı olduğu ölkəni tərk edərək Azərbaycan Respublikasına gəlməyə məcbur qalıb. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-381/2019 nömrəli iş üzrə 29 yanvar 2019-cu il tarixli qərarının ləğv olunmasını, yeni qərar qəbul edilməsini və iddiaçıya qaçqın statusunun verilməsinə dair qərar qəbul etmək öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd ol unmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən, “Qaçqın” - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini eti qadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. 10-cu maddəsinin birinci hissəsinə görə, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti o rqanında qeydiyyatdan keçməlidirlər; ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; 12-ci maddəsinin birinci hissəsinə əsasən, qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir; 13-cü maddəsinin birinci hissəsinə görə, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edi lmiş, “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının preambulasına əsasən, bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Həmin “Qayda”nın 1-ci bəndinin 3-cü abzasına əsasən, “Qaçqın” statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs v əsatətində “Qaçqın” statusu verilmə xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin “Qayda”nın 7-9-cu bəndlərinə əsasən, “Qaçqın” statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. - Müsahibə zamanı şəxs “Qaçqın” statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona “Qaçqın” statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. -“Qaçqın” statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya “Qaçqın” statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq “Qaçqın” statusu verməkdən imtina edilir. Cavabdeh orqanın imtina qərarından görünür ki, qanunvericiliyin qeyd olunan tələblərinə uyğun olaraq aparılmış araşdırma nəticəsində iddiaçının vəsatəti təmin edilməmiş, ona qaçqın statusu verilməsindən əsaslandırılmış şəkildə imtina olunmuşdur. Belə ki, cavabdehin iddiaçı ilə ap ardığı müsahibə zamanı və digər sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı özü və ailəsi vətəndaşı olduğu ölkədə dövlət orqanları və digər şəxslər tərəfindən təqibə məruz qalmamış, siyasi əqidəsinə, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İddiaçının hər hansı şəxslərin təqibindən ehtiyat etməsi ilə bağlı bildirdikləri isə ona qaçqın statusunun verilməsinə əsas kimi qəbul oluna bilməz. Çünki, iddiaçı tərəfindən belə təqib qorxusunun əsaslılığına dair nə cavabdehə, nə də məhkəməyə sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apelyasiya instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından kassasiya şikayəti təmin edilməməl i, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı xxx tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-381/2019 nömrəli iş üzrə 29 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar