Məhkəmə qərarları › İş №2-1(102)-1966/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1966/2021

24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1966/2021 24.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini, 55+2 yaş, “yol ustası” və “iş icraçısı” peşələri giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabel iyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-169/2021 saylı, 16 iyul 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.xxx-ci il tarixdə doğulmuşdur. 27.10.1980-ci ildən 29.10.1982-ci ilə qədər həqiqi hərbi xidmət keçmiş, 11.11.1979-cu ildən 02.12.1980-cı ilə qədər Əli Bayramlı Ərazi X3 çilingər, 16.11.1982-ci ildən 17.02.1983-cü ilədək həmin birlikdə çilingər, 12.12.1983-cu ildən 20.03.1984-cü ilə qədər həmin birlikdə nəqliyyat üzrə avtomototəmirçi, 06.04.1984-cü ildən 07.05.1984-cü ilə qədər 15 nömrəli Yol-İstismar Sahəsində təmirçi, 07.05.1984-cü ildən 01.10.1988-ci ilə kimi 15 nömrəli Yol-İstismar Sahəsində yol ustası, 01.10.1988-ci ildən 21.02.2000-ci ilə qədər 30 nömrəli Yol Sahəsində yol ustası, 21.02.2000-ci il tarixdən 07.10.2011-ci ilə qədər 34 saylı Yol İstismarı İdarəsində yol ustası, 07.10.2011-ci il tarixindən hal-hazıra kimi 33 nömrəli X10 Məsuliyyətli Cəmiyyətində iş icraçısı vəzifəsində işləyir.

2. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdehin iddiaçıya göndərdiyi 30.10.2019-cu il tarixli məktubda “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8-ci, maddələrinə istinad edilərək qeyd edilmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı isə müvafiq güzəştli iş stajını (12 il 6 ay) qeyd olunan tarixədək toplamamışdır. İddiaçının Azərbaycan Avtomobil X1 "xxxx" MMC-də işlədiyi yol ustası və iş icraçısı vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və x üsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısında nəzərdə tutulmamışdır. Bu səbəbdən güzəştli iş stajınız 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir.” İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 28 fevral 2020-ci il tarixdə cavabdehə qarşı məhkəməyə müraciət edərək işlədiyi müddətin ona əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verdiyinə görə pensiyaya çıxmaq hüququnun yarandığı gündən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilmə si barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 11.11.1979-cu ildə Əli Bayramlı Ərazi X3 əmək fəaliyyətinə başlamışdır. 02.12.1980-ci ildə həqiqi hərbi xidmətə çağırılmış, 30.10.1982-ci ildə həqiqi hərbi xidmətdən tərxis olunmuş, 16.01.1982-ci ildə əvvəlki iş yerinə təyin edilmişdir. 20.03.1984-cü ildə işdən azad edilmişdir. 06.04.1984-cu ildən 15 nömrəli X7 işə götürülmüşdür. 02.10.2000-ci ildə 34 saylı Yol İstismar İdarəsinə keçirilmiş və həmin təşkilatda bu günə kimi yol ustası, iş icraçısı işləmişdir. Onun yol ustası və iş icraçısı işində işləməyi 22 il təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi barədə 23.01.2007-ci il tarixli 12 saylı Qərarının 29-cu maddəsinin “b” bəndinə əsasən ustalar və iş icraçıları güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Onun 25.05.2019-cu ildə 57 yaşı tamam olduğu üçün güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən ötrü sənədlərini cavabdehə təqdim etmiş, 30.10.2019-cu il tarixli məktubla ona güzəştli şərtlərlə pensiya təyinatından imtina edilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır.

5. Cavabdeh iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçının 57 yaşı 25.05.2019-cu il tarixində, yəni 01.07.2017-ci il tarixindən sonra tamam olduğundan, ona Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilə bilməsi üçün 01.01.2006-c ı il tarixinədək ümumi və güzəştli iş stajını toplamış olması tələb olunurdu. İddiaçı isə müvafiq güzəştli iş stajını (12 il 6 ay) qeyd olunan tarixədək toplamamışdır. İddiaçının Azərbaycan Avtomobil X1 "xxxx" MMC-də işlədiyi yol ustası və iş icraçısı vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısında nəzərdə tutulmamışdır.

6. Bakı İnzibati Məhkəməsinin (hakim X4, 2-1(112)-3710/2020 saylı iş) 22 iyul 2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək iddiaçıya işlədiyi müdd ət nəzərə alınmaqla pensiya hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının işlədiyi “yol ustası" və “iş icraçısı” vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 2290000b bəndində 23419 və 24441 kodları ilə nəzərdə tutulmuş yeni tikinti və quraşdırma işlərinin ustaları və iş icraçıları, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 3.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29-cu bölməsinin “b” bəndində nəzərdə tutulmuş tikinti və quraşdırma işləri üzrə ustalar və iş icraçıları peşələrinə uyğundur.

8. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul etməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı İnzibati Məhkəməsinin mövqeyi razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X9-məruzəçi, X2 və X5, 2-1(103)-169/2021 saylı iş) 16 iyul 2021-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsini n 22 iyul 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

10. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri 11. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yasa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

12. İddiaçının 57 yaşı 25.05.2019-cu il tarixdə, yəni 01.07.2017-ci il tarixdən sonra tamam olduğundan, ona 9.8-ci maddəyə əsasən güzəştli şərtlərlə əm ək pensiyasının təyin edilə bilməsi üçün 01.01.2006-cı il tarixədək ümumi və güzəştli iş stajını toplamış olması tələb olunurdu.

13. İddiaçı isə müvafiq güzəştli iş stajını (12 il 6 ay) qeyd olunan tarixədək toplamamışdır. İddiaçının 01.01.2006-cı ilə qədər Azərbaycan Avtomobil X1 "xxxx" MMCdə işlədiyi yol ustası vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 iyun 1993cü il tarixli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısı”nda nəzərdə tutulmamışdır. Məhkəmə tərəfindən isə həmin peşə 2290000b— 23419 kodu altındakı yeni tikinti və quraşdırma işləri nin ustaları peşəsinə uyğunlaşdırılmışdır.

14. Halbuki, iddiaçı Avtomobil X1 "xxxx" MMC-də yol ustası” işləmişdir, siyahının “Nəqliyyat” bölməsində isə usta vəzifəsi nəzərdə tutulmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. İddiaçı kasasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

5. Pensiya seçmək hüququ 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, i ncəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (-). Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində g östərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 17. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. 18. “Əmək pen siyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 19. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydala ra 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.

20. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahis ə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin təl əbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

21. Cavabdehin kasasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göst ərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

23. İddiaçı xx xxx xxx-ci ildə anadan olmuşdur. Yol ustası və iş icraçısı işlədiyini, işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda olduğunu bildirib (55+2) 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini x ahiş etmişdir.

24. Cavabdehin şikayətinin dəlillərinə görə iddiaçı 1 yanvar 2006-cı il tarixə qədər güzəştli iş stajını toplamadığından, yəni işlədiyi yol ustası peşəsi 2 nömrəli Siyahıda nəzərdə tutulmadığından güzəştli şərtlə yaşa görə pensiya hüququ yaranmamışdır.

25. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

26. Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə (55+2) 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) 01.01.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.

27. İddiaçı xx.xx.x xx-ci il tarixdə doğulmuş, 27.10.1980-ci ildən 29.10.1982-ci ilə qədər həqiqi hərbi xidmət keçmiş, 11.11.1979-cu ildən 02.12.1980-cı ilə qədər Əli Bayramlı Ərazi X3 çilingər, 16.11.1982-ci ildən 17.02.1983-cü ilədək həmin birlikdə çilingər, 12.12.1983-cu ildən 20.03.1984-cü ilə qədər həmin birlikdə nəqliyyat üzrə avtomototəmirçi, 06.04.1984-cü ildən 07.05.1984-cü ilə qədər 15 nömrəli Yol-İstismar Sahəsində təmirçi, 07.05.1984-cü ildən 01.10.1988-ci ilə kimi 15 nömrəli Yol-İstismar Sahəsində yol ustası, 01.10.1988-ci ildən 21.02.2000-ci ilə qədər 30 nömrəli Yol Sahəsində yol ustası, 21.02.2000-ci il tarixdən 07.10.2011-ci ilə qədər 34 saylı Yol İstismarı İdarəsində yol ustası, 07.10.2011-ci il tarixindən hal-hazıra kimi 33 nömrəli X10 Məsuliyyətli Cəmiyyətində iş icraçısı vəzifəsində işləyi r.

28. Bəhs olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixə qədər iddiaçının 25 ildən az olmayan ümumi stajı mövcud olmuşdur. Bununla bağlı cavabdeh də mübahisə açmamışdır.

29. İddiaçı 7 may 1984-cü il tarixdən 1 yanvar 2006-cı il tarixə qədər yol-istismar sahəsində yol ustası işləmişdir. Bu dövr 12 il 6 aydan çoxdur. Araşdırılmalı hal iddiaçının işləmiş olduğu yol ustası peşəsinin 2 nömrəli Siyahıda olan peşələrlə uyğun olubolmamasıdır.

30. Azərbaycan X6 Agentliyi 33 №-li Yol İstismarı MMC-nin 02.10.2019-cu il tarixli arayışında, 22.06.2020-ci il tarixli məktubunda, həmçinin apelyasiya məhkəməsinə göndərdiyi 20 aprel 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, “yol ustası” və “iş icraçısı” vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.06.1993-cü il tarixli 320 nömr əli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 2290000b bəndində 23419 və 24441 kodları ilə nəzərdə tutulmuş yeni tikinti və quraşdırma işlərinin ustaları və iş icraçıları, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29-cu bölməsinin “b” bəndində nəzərdə tutulmuş tikinti və quraşdırma işləri üzrə ustalar və iş icraçıları peşələrinə uyğundur.

31. Yol ustası - təhkim olduğu as faltbeton örtüklü avtomobil yollarının saxlanması, tikintisi, təmiri, yol tərtibatı və ləvazimati avadanlıqlarının quraşdırılması (siqnal dirəklərinin basdırılması, yol kənarında mühafizə üçün yeni əyrixətli tirlərin quraşdırılması, yol nişanlarının basdırılması) sahəsində görülən işlərin yüksək keyfiyyətlə yerinə yetirilməsini, avtomobil yollarının saxlanması, əsaslı və cari təmir işləri əsasında asfaltbeton örtükdə əmələ gəlmiş xırda və iri çatların bitumla bitumlanması, iri və xırda çalaların asfaltbeton qarışığı ilə doldurulması yol örtüyünün sıradan çıxmış hissələrinin yeni asfaltbeton qarışığı ilə yenilənməsi, yolun altından keçən süni qurğuların, su borularının, körpülərdə məhcərlərin və sel sularının axıdılması üçün beton boruların sıradan çıxmış hissələrinin quraşdırılması, betonl anması, avtodayanacaqların tikintisi və təmir edilməsi işlərinin yüksək keyfiyyətlə yerinə yetirilməsi işlərini təmin edir, fəhlələrin yerləşdirilməsini təmin edir, texnoloji proseslərin nəzərə alınmasına nəzarət edir, görülən işin keyfiyyətini yoxlayır. İstehsalın vaxtında hazırlığını, fəhlələrin və briqadanın yerləşdirilməsini təmin edir, texnoloji proseslərin nəzərə alınmasına nəzarət edir, onların pozulması səbəblərini operativ üzə çıxarır və aradan qaldırır. Yeni texnoloji proseslərin işlənib hazırlanmasında və mövcud istehsalat rejiminin, həmçinin istehsalat qrafikinin təkmilləşdirilməsində iştirak edir. Buraxılmış məhsulun və ya yerinə yetirilmiş işin keyfiyyətini yoxlayır, zay məhsulun qarşısını almaq və məhsulun, işin, xidmətin keyfiyyətini qaldırmaq üçün tədbirlər həyata keçirir. Sahənin yenidən qurulması üçün tamamlanmış işlərin, texnoloji avadanlığın təmiri, istehsal proseslərinin və əl əməyinin mexanikləşdirilməsi və avtomatlaşdırılması ilə əlaqədar işlərin qəbulunda iştirak edir. Əməyin mütərəqqi üsulları və metodlarının tətbiqi, çoxdəzgahlı və çoxaqreqatlı xidməti, attestasiyam və iş yerlərinin səmərələşdirilməsi və peşələrin əvəz olunmasını təşkil edir. Fəhlələr tərəfindən istehsal normalarının yerinə yetirilməsini, istehsal sahələrinin, maşın və avadanlığın gücündən istifadə olunmasını, sahənin ahəngdar işini təşkil edir. Eyni zamanda onlara riayət olunmasına nəzarət edir. Fəhlələrin bir neçə peşəyə yiyələnmələrinə, xidmət sahələrinin genişlənməsinə kömək edir. İstehsal ehtiyatlarının üzə çıxarılması işlərinin həyata keçirilməsində, əlverişli əmək şəraiti nin yaradılması üçün tədbirlərin hazırlanmasında, istehsalat mədəniyyətinin inkişafında, iş vaxtından səmərəli istifadə edilməsində iştirak edir. Fəhlələr tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsal və əmək intizamı, daxili əmək rejiminə riayət edilməsinə nəzarət edir. İstehsalat qabaqcıllarının mükafatlandırılması, istehsalat və əmək intizamını pozanların cəzalandırılması üçün təkliflər hazırlayır. Fəhlə və briqadirlərin ixtisas və peşə ustalığının artırılması işini, onların ikinci peşəyə yiyələnməsini təşkil edir.

32. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftç ilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın “Tikinti materialları istehsalı” adlanan XVİİ bəndində 2180300b-23263 kodu ilə yol ustaları peşəsi göstərilmişdir.

33. İddiaçının işlədiyi peşənin 2 nömrəli Siyahıda olması iş yerinin ətraflı arayışları ilə təsdiq olunduğundan, 12 il 6 aydan artıq güzəştli və 25 ildən artıq ümumi əmək stajı mövcud olduğundan, onun qanunvericiliyin yuxarıda istinad olunmuş müddəalarına əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.

34. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən sübutlar tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.

35. Ka sasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-169/2021 saylı, 16 iyul 2021-ci tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir. Hakimlər: R.Nəbizadə Z.Quliyev S.Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar