Məhkəmə qərarları › İş №2-1(102)-1966/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1966/2022

17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1966/2022 17.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi və işə bərpa tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə “Dövlət Sərhəd Xidmətinin 1369Ş/H saylı, xx.xx.2018-ci il tarixli əmrinin ləğv edilməsi və onun Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində 6-cı sərhəd zastavası rəisinin texniki mühafizə üzrə müa vini vəzifəsinə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 iyul 2022-ci il tarixli, 2-1(107)-99/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 2007-2010-cu illərdə C.Naxçıvanski adına hərbi liseydə, 2010-2014-cü illərdə Dövlət Sərhəd Xidmətinin Hərbi Akademiyasında hərbi təhsil almışdır. Hərbi Akademiyanı bitirdikdən sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsində zastava rəisinin müavini vəzifəsinə təyin olunmuşdur. 2018-ci ildə (xx.xx.2018-xx.xx.2018) xidməti zərurətlə əlaqədar X4 Diviziyasına ezam edilmişdir. Xidməti ezamiyyətdə olduğu m üddətdə xx.xx.2018-ci il tarixində Dövlət Sərhəd Xidməti Hərbi hospitalının səyyar laborotoriyası tərəfindən hərbi hissənin bütün şəxsi heyətinin sidik nümunəsinin Hollandiya istehsalı olan “GROUP MED” şirkətinə məxsus GM testi vasitəsilə narkotik, psixotrop, uyuşdurucu, kefləndirici və dərman maddələrinə meyilliyi müvafiq olaraq ekspres test metodu ilə yoxlanılması həyata keçirilmişdir.

2. Hərbi qulluqçulardan götürülmüş sidik analizlərinin müayinəsi zamanı İddiaçı sidik nümunəsində “Barbiturat (BAR)” pozitiv olmuş və bu barədə aidiyyəti üzrə məruzə edilmişdir. Səyyar laborotoriya plana uyğun olaraq sərhədboyu zonada xidmət edən hərbi qulluqçulardan analizlər götürdükdən sonra Bakı şəhərinə qayıtmış və İddiaçı xx.xx.2018ci il tarixdə götürülmüş sidik nümunəsi xx.xx.2018-ci il tarixdə Azər baycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə göndərilmiş, xx.xx.2018-ci il tarixdə müayinə olunaraq müvafiq akt tərtib edilmişdir. Müayinə aktına əsasən təqdim edilmiş sidik nümunəsinin tərkibində barbitur turşusu törəmələrinə aid olan fenobarbital aşkar edilmişdir.

3. İddiaçı, DSX rəisinin xx.xx.2018-ci il tarixli 1369 ş/h nömrəli əmri ilə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə 1 sa ylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək “xx.xx.2018-ci il tarixli 1369 Ş/H saylı əmrdə işdən çıxarılmasının əsasının dəyişdirilməsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 2007-2010-cu illərdə C.Naxçıvanski adına Hərbi Liseydə oxumuş, 2010-2014-cü illərdə Dövlət Sərhəd Xidmətinin Hərbi Akademiyasında təhsilini davam etdirmişdir. Bundan sonra Azərbaycan Respublikasının Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N saylı hərbi hissəsində həqiqi hərbi xidmətə başlamışdır. Hərbi hissənin 11-ci sərhəd zastavasının zastava rəisinin müavini vəzifəsini icra etmişdir. Bundan sonra 6-cı sərhəd zastavasının rəis müavini, bir müddət sonra isə zastava rəisi vəzifəsini icra etmiş və baş leytenant hərbi rütbə si almışdır. Nümunəvi xidmətinə görə dəfələrlə hərbi hissə komandiri tərəfindən mükafatlandırılmış və fəxri fərman almışdır. 2017-ci ildə İslam oyunları çərçivəsində Bayraqdar olmuşdur. Xidmət keçdiyi müddətdə heç bir nöqsanı olmamışdır. Sərhəd xidmətinin nə qədər ağır, çətin olduğunu həmişə hiss etmiş və işində məsuliyyətli olmağa çalışmışdır. 21 sentyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 15 sentyabr 2018-ci il tarixli 1369 Ş/H üzrə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzduğa görə) müvafiq olaraq, o, 6-cı sərhəd zastavası rəisinin texniki mühafizə üzrə müavini vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Azərbaycan Respublikası Silahlı Qüvvələrin e htiyatına buraxılmış və hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsinə göndərilmişdir. Bir ildən artıqdır ki, iddiaçı hərbi zabit kimi işsizdir. Ehtiyata buraxılmağına baxmayaraq, yuxarıda sözü gedən qanunun xidməti uyğunsuzluğa görə müddəasına əsasən o, xidmətə çağırılmamışdır. Həmçinin həmin əsasla onun ehtiyata buraxılmağına görə o, müstəqil olaraq başqa işlə təmin olunmağı üçün müraciət edə bilməmişdir. Başqa sözlə, xidməti uyğunsuzluğa görə heç bir yerdə iş tapa bilmir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin qeyd olunan əmri ona qarşı qərəzli olmuş, onun xidməti hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. O, gənc bir hərbiçi kimi əsassız olaraq xidmətdən kənarda saxlanmış dır. İllərlə hərbi təhsil almış, vətənə xidməti üçün bu yolu seçmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 15 sentyabr 2018-ci il tarixli 1369 Ş/H üzrə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən verilən əmri ona imkan vermir ki, müvafiq işlə təmin olunsun. Ona görə də iddiaçı «işdən çıxarılma barədə əmrdə işdən çıxarılmanın əsasının dəyişdirilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmiş və xx.xx.2020-ci il tarixində Şəki İnzibati Məhkəməsinə daxil olmuşdur.

7. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-524/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə müddətin ötürülməsi səbəbindən iddiaçının iddiası mümkün sayılmamışdır.

8. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-298/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-524/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilmiş və iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.

9. İddiaçı birinci instansiya məhkəməsinə xx.xx.2020-ci il tarixli məktub ünvanlayaraq iddia tələbində dəqiqləşdirmə aparmış və Dövlət Sərhəd Xidmətinin 1369Ş/H saylı, xx.xx.2018-ci il tarixli əmrin ləğv edilməsi və onun Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində 6-cı sərhəd zastavası rəisinin texniki mühaf izə üzrə müavini vəzifəsinə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokol qərardadı ilə ərizə birinci instansiya məhkəməsinin icraatına qəbul edilmişdir.

10. Cavabdeh etiraz təqdim edərək iddia ərizəsinin rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçıya məxsus sidik nümunəsində “Barbiturat (BAR)” maddəsinin pozitiv olması ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin Daxili Təhlükəsizlik İdarəsinə dəvət olunaraq izahatı alınmışdır. İddiaçıya izahatında “son altı ay ərzində hər hansı dərman preparatı qəbul edib-etməməsi” soruşulmuş, o isə təxminən iki ay əvvəl N nömrəli hərbi hissədə xidmətdə olarkən səhhətində yaranmış narahatlıqla bağlı dərman preparatı qəbul etdiyini bildirmişdir. Keçirilmiş məhkəmə iclasında iddiaçı N nöm rəli hərbi hissədə xidməti ezamiyyətdə olan zaman xx.xx.2018-ci il tarixində başının ağrıması səbəbindən hərbi hissənin tibb məntəqəsində müraciət etdiyini və ona dərman preparatı verildiyini iddia etsə də, xx.xx.2018-ci il tarixində verdiyi izahatında ən son iki ay öncə N nömrəli hərbi hissədə xidmət etdiyi zaman dərman preparatı qəbul etdiyini qeyd etmişdir. N nömrəli hərbi hissənin tibb məntəqəsinə müraciət edən hərbi qulluqçuların qeydiyyat kitabında aparılmış qeydiyyata əsasən İddiaçı tibb məntəqəsinə müraciət edərək ambulator müayinə olunmuş, lakin sonuncuya həmin vaxtda hər-hansı dərman preparatı verilməmişdir. Bundan başqa, iddiaçı 2021-ci ilin yanvar ayında DSX rəisinə ərizə ünvanlayaraq xidmət müddətində nöqsanlarının olmasını, buraxdığı nöqsanlarını səmimi etiraf etdiyini, eti mad göstərilərsə özünü doğrultmaq istədiyini qeyd etmiş və xidmətə bərpa edilməsini xahiş etmişdir.

11. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-58/2021 nömrəli qərarına əsasən (hakim İlqar Cabbarov) iddia təmin edilmiş, Dövlət Sərhəd Xidmətinin 1369 ş/h nömrəli, xx.xx.2018-ci il tarixli əmri ləğv edilmiş, cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində 6-cı sərhəd zastavası rəisinin texniki mühafizə üzrə müavini vəzifəsinə bərpa edilməsi öhdəliyi qoyulmuşdur.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı xidmətdən xaric edildikdən sonra nümunənin ekspertizaya göndərilməsinin səbəbi cavabdeh tərəfindən əsaslandırılmamışdır. İddiaçıdan götürülmüş sidik nümunəsinin ekspertizaya göndərilənə qədər 40 gün müd dətində hansı şəraitdə saxlanması, həmin nümunəyə hər hansı müdaxilənin qarşısının alınması istiqamətində görülmüş tədbirlər barədə məlumat verilməmişdir. Mübahisə olduğu təqdirdə iddiaçıya münasibətdə araşdırma aparmaq əvəzinə cavabdeh inzibati orqan iddiaçını xidmətdən xaric edərək, əvvəldə etməli olduğu hərəkətləri kifayət qədər gecikmə ilə sonradan etmiş, faktiki olaraq iddiaçının hüquqlarını pozduqdan sonra araşdırma aparması görüntüsü yaratmağa çalışmışdır. İddiaçı analizin nəticələri ilə razı olmadığı üçün özü iki müxtəlif tibb müəssisəsində yenidən xx.xx.2018-ci və xx.xx.2018-ci il tarixlərində analiz vermiş və onun analizində qeyd olunan maddənin, həmçinin digər narkotik və ya psixotrop maddələrin aşkar olunmadığı müəyyən olunmuşdur. Həmçinin, iddiaçının sidik nümunəsinin müayinəs ini hərbi hospitalın laboratoriyasının (bölmə səlahiyyətli) rəisi tibb xidməti polkovnik-leytenantı X2 aparmışdır və o, narkoloji tibb müəssisəsinin həkim-narkoloqu yox, həkim-laborantdır. “Narkoloji Xidmət və Nəzarət haqqında” Qanunun 20.1-ci maddəsinə əsasən isə insan psixikasına təsir göstərən maddələrin istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının bütün növlərinin müəyyən edilməsi məqsədilə aparılan tibbi müayinə yalnız narkoloji tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Beləliklə, iddiaçı barəsində müayinə dövlət narkoloji tibb müəssisəsində aparılmamış, aparılan tibbi müayinə həkim-narkoloq tərəfindən həyata keçirilməmiş, iddiaçının izahatına əsasən barəsində təkrar müayinə keçirilməmiş, onun dəlillərinə cavabdeh tərəfindən qiymət verilməmiş, sidik nümunəsi iddiaçı ehtiyata buraxıldıqdan 40 gün sonra ekspertizaya göndərilmiş, həmin nümunənin həqiqətən iddiaçıya məxsus olub-olmaması (lazımi qaydada qablaşdırılması), 40 gündən sonra ekspertizaya göndərilməsinin səbəbi barədə məhkəməyə tutarlı sübut təqdim edilməmiş, bununla iddiaçının hüquqlarını pozan mübahisəli qərar (əmr) verilmişdir.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 21(107)-252/2021 nömrəli qərarına əsasən (sədrlik edən Vəzirxan Məlikov, hakimlər Rövşən Rəfiyev və Elçin Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-58/2021 nömrəli qərarı dəyişdirilmədən s axlanılmışdır.

15. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh xx.xx.2021-ci il tarixində kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(107)-252/2021 nömrəli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsində birinci icraat

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)2093/2021 nömrəli, 30 noyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: N.İ.Rəsulbəyova /məruzəçi/, İ.K.Hüseynov və K.N.Bədəlov) cavabdehin kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-252/2021 nömrəli, 5 avqust 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmi n məhkəməyə göndərilmişdir.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı müxtəlif tibb müəssisələrində təkrar xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərində analiz üçün sidik nümunələri vermiş və sidik analizi nəticəsində qeyd olunan maddə, həmçinin digər narkotik və psixotrop maddələr aşkar olunmamışdır. Bundan sonra, ilk dəfə hərbi hospitalda götürülmüş sidik nümunəsi müayinə üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X3-Təcrübi və Tədris Birliyinə göndərilmiş və orada Birliyin ekspert-kimyaçısı Aida Məmmədrzayeva və laborantı Aygün Feyzullayeva tərəfindən sidik nümunəsi üzərində xx.xx.2018-xx.xx.2018-ci il tarixlərində nazik təbəqəli xromatoqrafiya metodu ilə məhkəməkimyəvi tədqiqat aparılmışdır. Nəticədə, sidik nümunəsinin tərkibində barbitu r turşusu törəmələrinə aid olan fenobarbital aşkar edilmişdir. Bununla da müəyyən olunur ki, 4 analiz nəticələri işə əlavə olunub və onların göstərişləri bir-birinə ziddir.

19. İddiaçının xidməti araşdırması zamanı cavabdehə verdiyi ifadəsində onun tərəfindən hər hansı bir dərman preparatının müayinədən əvvəl iki ay ərzində qəbul edilmədiyini bildirsə də, iddiaçı digər izahatında müayinədən əvvəl baş ağrısını kəsən dərman qəbul etdiyini göstərmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi göstərilərin ziddiyyətləri tam araşdırmadan qərar qəbul etmişdir.

20. Bundan başqa, məhkəmə öz qərarında qeyd edir ki, “iş materiallarında olan iddiaçının DSX rəisinə ünvanladığı ərizədən müəyyən edilmişdir ki, iddiaçı xidməti müddətində etdiyi nöqsanlardan peşman olmuş, ona yenidən etimad göstərilərsə özünü doğruldacağını bildirmiş və yenidən işə bərpa edilməsini xahiş etmişdir”. Göründüyü kimi, həmin ərizədə iddiaçı xidmət müddətində nöqsanlara yol verdiyini etiraf etmişdir. Lakin məhkəmə bu sübuta lazımi hüquqi qiymət verməmiş, iddiaçının yol verdiyi və etiraf etdiyi nöqsanların nədən ibarət olmasını araşdırmamışdır.

21. Eyni zamanda, məhkəmə tərəfindən müəyyən edilməlidir ki, fenobarbital tərkibli preparatı qəbul edən şəxslərin sidiyində həmin preparat neçə gün ərzində izlənə bilər və fenobarbital izlərinin müayinəsi üçün sidik nümunəsinin götürülməsindən 40 gün keçdikdən sonra həmin sidik nümunəsində belə izlərin müəyyən edilməsi mümkündürmü? ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

22. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-99/2022 nömrəli, 7 i yul 2022-ci il tarixli qərarı ilə (sədrlik edən M.A.Əsədli, hakimlər G.İ.Cavadova və A.A.Mahmudov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-58/2021 nömrəli, 1 mart 2021-ci il tarixli qərarı ləğv edilərək iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi rədd edilmişdir.

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının DSX rəisinə ünvanladığı ərizədən müəyyən edilmişdir ki, iddiaçı xidməti müddətində etdiyi nöqsanlardan peşman olmuş, ona yenidən etimad göstərilərsə özünü doğruldacağını bildirmiş və yenidən işə bərpa edilməsini xahiş etmişdir. Ali Məhkəmənin göstərişində bu etirafın nədən ibarət olduğununun aydınlaşdırılması zəruriliyi göstərilmişdir. Məhkəmə kollegiyası tərəfindən qeyd edilən hal araşdırılmış və iddiaçı izahatında həmin nöqsanların rəhbərlik tərəfindən onun barəsində verilmiş töhmətlərə və iradlara görə peşman olduğunu bildirmişdir. Etimad göstərilərsə özünü doğruldacağını bildirmişdir.

24. Bundan başqa Ali Məhkəmənin digər göstərişində qeyd edilmişdir ki, hazırki işin tam və hərtərəfli araşdırılması üçün məhkəmə tərəfindən müəyyən edilməlidir ki, fenobarbital tərkibli preparatı qəbul edən şəxslərin sidiyində həmin preparat neçə gün ərzində izlənə bilər və fenobarbital izlərinin müayinəsi üçün sidik nümunəsinin götürülməsindən 40 gün keçdikdən sonra həmin sidik nümunəsində belə izlərin müəyyən edilməsi mümkündürmü?

25. Yüksək İnstansiya Məhkəməsinin göstərişlərini nəzərə alan məhkəmə kollegiyası tərəfindən ekspertiza təyin edilmiş və aşağıdakı suallar qoyulmuşdur: 1.Fenobarbital tərkibli preparatı qəbul edən şəxslər in sidiyində həmin preparat neçə gün ərzində izlənə bilər və fenobarbital izlərinin müayinəsi üçün sidik nümunəsinin götürülməsindən 40 gün keçdikdən sonra həmin sidik nümunəsində belə izlərin müəyyən edilməsi mümkündürmü?

26. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertizası və X1” X6 xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, barbitur turşusunun törəmələri davamlı birləşmələrə aiddir və gec parçalanma xüsusiyyətinə malik olduqları üçün hətta 6 aydan 1,5 ilə qədər çürümüş meyit materialında onları aşkarlamaq mümkündür.

27. Göründüyü kimi iddiaçının iddia tələbi əsassız olmuş, cavabdeh tərəf isə Hərbi qulluqçulardan götürülmüş sidik analizlərinin müayinəsi zamanı İddiaçı sidik nümunəsində “Barbiturat (BAR) pozitiv olduğu və bu səbəbdən də sonuncunun DSX rəisinin xx.xx.2018ci il tarixli 1369 ş/h nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına göndərməkdə haqlı olmuşdur.

28. İddiaçı qərardan kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

29. Kassasiyaçı qeyd etmişdir ki, o, Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsində zastava rəisinin müavini vəzifəsinə təyin olunmuşdur. 2018-ci ildə (xx.xx.2018-xx.xx.2018) xidməti zərurətlə əlaqədar X4 Diviziyasına ezam edilmişdir. Xidməti ezamiy yətdə olduğu müddətdə 11 sentyabr 2018-ci il tarixdə Dövlət Sərhəd Xidməti Hərbi hospitalının səyyar laborotoriyası tərəfindən hərbi hissənin bütün şəxsi heyətinin sidik nümunəsinin Hollandiya istehsalı olan “GROUP MED” şirkətinə məxsus GM testi vasitəsilə narkotik, psixotrop, uyuşdurucu, kefləndirici və dərman maddələrinə meyilliyi müvafiq olaraq ekspres test metodu ilə yoxlanılması həyata keçirilmişdir. Hərbi qulluqçulardan götürülmüş sidik analizlərinin müayinəsi zamanı onun sidik nümunəsində “Barbiturat (BAR) pozitiv olmuş və bu barədə aidiyyəti üzrə məruzə edilmişdir. Səyyar laborotoriya plana uyğun olaraq sərhədboyu zonada xidmət edən hərbi qulluqçulardan analizlər götürdükdən sonra Bakı şəhərinə qayıtmış və ondan xx.xx.2018-ci il tarixdə götürülmüş sidik nümunəsi xx.xx.2018ci il tar ixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə göndərilmiş, xx.xx.2018-ci il tarixdə müayinə olunaraq müvafiq akt tərtib edilmişdir. Müayinə aktına əsasən təqdim edilmiş sidik nümunəsinin tərkibində barbitur turşusu törəmələrinə aid olan fenobarbital aşkar edilmişdir.

30. Qeyd etmişdir ki, cavabdeh orqan məqsədi Hollandiya istehsalı olan “GROUP MED” şirkətinə məxsus GM testi vasitəsilə narkotik, psixotrop. uyuşdurucu, kefləndirici və dərman maddələrinə meyilliyi müvafiq olaraq ekspres test metodu ilə yoxlanılması olmuşdur. Habelə həmin yoxlanma zamanı həm testin keçirilməsi üçün nümanələrin götürülməsi və nəticələri barədə müvafiq aktlar tərtib edilməmişdir.

31. Həmçinin qeyd etmişdir ki, cavabdeh orqannın Dövlət Sərhəd Xidməti Hərbi Hospitalının səyyar laborotoriyası tərəfindən hərbi hissənin bütün şəxsi heyətinin sidik nümunəsinin Hollandiya istehsalı olan “GROUP MED” şirkətinə məxsus GM testi vasitəsilə narkotik, psixotrop, uyuşdurucu, kefləndirici və dərman maddələrinə meyilliyi müvafiq olaraq ekspres test metodu ilə yoxlanılması zamanı həmin nümunənin ona məxsus olması götürülməsi şəraiti, şəxsi heyyətdən nümunələrin alınması (şəxslərin sıralama ardıçıllığı) qeydə alınması, həmin nümunənin iddiaçıya məsus olması (iddiaçıya verilmiş nömrə ilə testin nömrəsinin eyniliyi), nəticə barədə tərtib edilmiş müayinə aktı və.s kimi müvafiq tədbirlər cavabdeh orqan tərəfindən edilməmişdir. Yəni sözügedən test vasitəsi ilə yoxlamanın (narkotik, psixotrop, uyuşdurucu, kefləndirici və dərman maddələrinə meyilliyinin) düzgünlüyü nü cavabdeh orqan əsaslandıra bilməmişdir. Belə ki, Dövlət Sərhəd Xidməti Hərbi Hospitalının verdiyi testin nəticələrindən görünür ki, test iddiaçıya aiddir. Nəticənin iddiaçıya məxsus olmasını cavabdeh sübuta yetirməmişdir. Hesab etmişdir ki, bunun üçün test nümunələri götürülərkən şəxsi heyyətin qeydə alınması, şəxslərin sidik nümunələri üzrə kodlaşdırılması və həmin kodun test nümunəsinin nömrəsi ilə üst-üstə düşməsini cavabdeh orqan sübut etməlidir.

32. Bundan başqa, qeyd etmişdir ki, yaranmış hüquqi mübahisə ilə bağlı maraqlı məqam ondadır ki, cavabdeh testin nəticəsindən sonra təkrar testin nümanəsinin götürülməsi ilə bağlı müvafiq tədbirlər aparmamış və israrla iddiaçıya aid etdiyi xx.xx.2018ci il tarixdə götürülmüş sidik nümunəsini xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə göndərmişdir. Həmin nümunənin qarşılıqlı müqayisəli tədqiqinin aparılması üçün iddiaçıdan yeni test və ya analiz nümunələri götürülməmişdir.

33. Şəki Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının təyin etdiyi ekspertizanın 06 may 2022-ci il tarixli, 1461 nömrəli ekspert rəyindən görünür ki, barbitur turşusunun törəmələri davamif birləşmələrə aiddir və gec parçalanma xüsusiyyətinə malik olduqları üçün hətta 6 aydan 1,5 ilə qədər çürümüş meyit materialında onları aşkarlamaq mümkündür.

34. Göründüyü kimi həmin müddət ərzində orqanizmdə narkotik maddənin detoksikasiyası və təmizlənməsi istisna olunur və barbitur turşusunun törəmələri davamlı birləşmələrə aiddir və gec parçalanma xüsusiyyətinə malik olduqları üçün hətta 6 aydan 1,5 ilə qədər çürümüş meyit materialında onları aşkarlamaq mümkündür.

35. Bildirmişdir ki, qeyd edilən ziddiyyətlər məhkəmə kollegiyası tərəfindən araşdırılmamış, obyektiv gerçəkliyə nail olunması üçün qanunla üzərinə qoyulmuş tədqiqat aparmadan düzgün nəticəyə gəlməmişdir.

36. Bütün yuxarıda göstərilənlərə əsasən, iddiaçı kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 iyul 2022-ci il tarixli, 2-1(107)99/2022 nömrəli qərarının ləğv edilməsi və işin yenidən araşdırılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

38. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

39. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan l azımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

40. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

41. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı inzibati mübahisə artıq bir dəfə Ali Məhkəmənin İnzibati Kollegiyasının məhkəmə baxışında olmuş və nəticədə iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)2093/2021 saylı qərarı qəbul edilmişdir ki, həmin qərarla cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-c i il tarixli, 2-1(107)-252/2021 saylı qərarı ləğv edilərək iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.

42. Ali Məhkəmənin İnzibati Kollegiyasının sözügedən qərarından göründüyü kimi, Ali Məhkəmə inzibati mübahisəyə dair öz hüquqi mövqeyini bildirməklə, apellyasiya instansiyası məhkəməsinə məcburi xarakter daşıyan konkret göstərişlər vermişdir.

43. Bununla əlaqədar məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, apellyasiya məhkəməsi İPM-nin 96.11-ci maddəsinə riayət etməklə, Ali Məhkəmənin hazırkı inzibati mübahisə üzrə hüquqi mövqeyini əks etdirən bütün göstərişləri yerinə yetirmiş və bunun nəticəsində iş üzrə qanuni və əsaslı məhkəmə qərarı qəbul etmişdir.

44. Belə ki, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, s abiq hərbi qulluqçu İddiaçı 2007-2010-cu illərdə C.Naxçıvanski adına hərbi liseydə, 2010-2014-cü illərdə Dövlət Sərhəd Xidmətinin Hərbi Akademiyasında hərbi təhsil almışdır. Hərbi Akademiyanı bitirdikdən sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsində zastava rəisinin müavini vəzifəsinə təyin olunmuşdur. 2018-ci ildə xidməti zərurətlə əlaqədar X4 Diviziyasına ezam edilmişdir. Xidməti ezamiyyətdə olduğu müddətdə 11 sentyabr 2018-ci il tarixdə Dövlət Sərhəd Xidməti Hərbi hospitalının səyyar laborotoriyası tərəfindən hərbi hissənin bütün şəxsi heyətinin sidik nümunəsinin Hollandiya istehsalı olan “GROUP MED” şirkətinə məxsus GM testi vasitəsilə narkotik, psixotrop, uyuşdurucu, kefləndirici və dərman maddələrinə meyilliyi müvafiq olaraq ekspres test metodu ilə yox lanılması həyata keçirilmişdir. Hərbi qulluqçulardan götürülmüş sidik analizlərinin müayinəsi zamanı İddiaçı sidik nümunəsində “Barbiturat (BAR) pozitiv olmuş və bu səbəbdən də sonuncu DSX rəisinin xx.xx.2018-ci il tarixli 1369 ş/h nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına göndərilmişdir. İddiaçı götürülmüş sidik nümunəsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə göndərilmişdir. Ekspertin xx.xx.2018-ci il tarixli 2679/K nömrəli məhkəmə kimyəvi aktına əsasən təqdim edilmiş sidik nümunəsinin tərkibində barbitur turşusu törəmələrinə aid olan fenobarb ital aşkar edilmişdir.

45. Bununla bağlı qeyd edilməlidir ki, apellyasiya məhkəməsi haqlı olaraq göstərmişdir ki, “qanunvericiliyin normalarının məzmunundan göründüyü kimi, tibbi müayinənin yalnız narkoloji tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən aparılması tələbi insan psixikasına təsir göstərən maddələrin istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının bütün növlərinin müəyyən edilməsi məqsədilə aparılan tibbi müayinələrə aid edilmişdir. Hazırki işin hallarından isə məlumdur ki, iddiaçı barəsində aparılmış tibbi müayinənin məqsədi sərxoşluq halının hər hansı növünü müəyyən etmək məqsədi daşımamışdır. Yenə həmin normaların məzmunundan məlumdur ki, həkimnarkoloq - narkoloji xəstələrə ixtisaslaşdırılmış tibbi yardım göstərmək üçün müvafiq ixtisasa malik olan şəxsdir. Narkol oji xəstə dedikdə isə insan psixikasına təsir göstərən maddələrin sui istifadəsi nəticəsində inkişaf etmiş asılılıq vəziyyətində olan və ya şüur pozuntusu, o cümlədən psixi və davranış pozuntuları ilə müşahidə olunan, barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada alkoqolizm, narkomanlıq və ya toksikomanlıq diaqnozu təyin edilmiş şəxs başa düşülür. İşin müəyyən edilmiş faktiki hallarına əsasən isə iddiaçının narkoloji xəstə olması, yəni insan psixikasına təsir göstərən maddələrin suiistifadəsi nəticəsində inkişaf etmiş asılılıq vəziyyətində olması, yaxud da barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada alkoqolizm, narkomanlıq və ya toksikomanlıq diaqnozu təyin edilməsi müəyyən olunmur. Belə olan halda, iddiaçı narkoloji xəstə olmadığından ona tibbi yardım göstərən və ya onun bar əsində laborator müayinə aparan şəxsin həkim-narkoloq olmasını şərtləndirmir.”

46. Həmçinin apellyasiya məhkəməsi tərəfindən yüksək instansiya məhkəməsinin göstərişləri nəzərə alınaraq ekspertiza təyin edilmiş və aşağıdakı suallar qoyulmuşdur: Fenobarbital tərkibli preparatı qəbul edən şəxslərin sidiyində həmin preparat neçə gün ərzində izlənə bilər və fenobarbital izlərinin müayinəsi üçün sidik nümunəsinin götürülməsindən 40 gün keçdikdən sonra həmin sidik nümunəsində belə izlərin müəyyən edilməsi mümkündürmü?

47. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertizası və X1” X6 xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Barbitur turşusunun törəmələri davamlı birləşmələrə aiddir və gec parçalanma xüsusiyyətinə malik olduqları üçün hətta 6 aydan 1,5 ilə qədər çü rümüş meyit materialında onları aşkarlamaq mümkündür.

48. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddia tələbi əsassız olmuş, cavabdeh tərəf isə hərbi qulluqçulardan götürülmüş sidik analizlərinin müayinəsi zamanı İddiaçı sidik nümunəsində “Barbiturat (BAR) pozitiv olduğu və bu səbəbdən də sonuncunun DSX rəisinin xx.xx.2018-ci il tarixli 1369 ş/h nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına göndərməkdə haqlı olmuşdur.

49. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətindəki dəlillər formal və deklorativ xarakter daşımaqla, əsassızdır.

50. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin inzibati kollegiyasının 07 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 iyul 2022-ci il tarixli, 21(107)-99/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar