Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1966/2023 04.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “dəymiş maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1066/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə ya zılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı və digərlərinə məxsus olmuş, “Bakı Metropoliteni”nin “Əzizbəyov” (indiki Koroğlu) metrostansiyasının yaxınlığında yerləşən və Azərbaycan Respublikası Prezidentinin 1255 saylı, 1 fevral 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş «Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2005 – 2007-ci illər üçün Tədbirlər Planı»nın müddəalarının icrasını təmin etmək istiqamətində sökülmüş ticarət obyektinin bərpa olunması üçün Bakı şəhəri Nizami RİH-ə icazə verilməsi barədə Bakı ŞİH 20 fevral 2009-cu il tarixdə 77 nömrəli sərəncam vermiş və həmin sərəncam əsasında Bakı şəhəri Nizami RİH 27 fevral 2009-cu il tarixdə 93 nömrəli sərəncam vermişdir. Sonradan Bakı ŞİH-in 12 mart 2012-ci il tarixli, 113 nöm rəli sərəncamı ilə həmin sərəncam ləğv edilmişdir.
2. Bakı şəhəri Nizami RİH-dən daxil olmuş 29 dekabr 201-ci il tarixli xx-xx/1646 saylı məktubda bildirilir: Bakı şəhəri Nizami RİH tərəfindən Qara Qarayev prospekti, 30/42 və 34/67 saylı binaların arasında tikinti aparılması üçün torpaq sahəsi ayrılmamış və tikinti işlərinin aparılmasına icazə verilməmişdir.
3. Bakı şəhəri Nizami RİH-in məhkəməyə ünvanlanmış 1113/1014 saylı 16 sentyabr 2022-ci il tarixli məktubunda bildirilir: Bakı şəhəri Nizami RİH tərəfindən Qara Qarayev prospekti, 30/42 və 34/67 saylı binaların arasında tikinti aparılması üçün torpaq sahəsi ayrılmamışdır. Qeyd edilən ünvanda Bakı ŞİH-in 6 avqust 1997-ci il tarixli, 677 nömrəli sərəncamına əsasən “Qarabağ Qaziləri” İctimai Birliyinə ictimai iaşə obyektlərinin tikintisi ü çün torpaq sahəsi ayrılmışdır (“Qarabağ Qaziləri” İB-nin 8 sentyabr 2022-ci il tarixli 12 nömrəli arayışı əlavə olunur).
4. İddiaçı dəymiş maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etmişdir.
5. Cavabdeh tərəfindən 10 sentyabr 2021-ci il tarixli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2006-cı il tarixli 1255 saylı Sərəncamı ilə “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006 – 2007-ci illər üçün Tədbirlər Planı” təsdiq edilmişdir. Tədbirlər Planının 26 və 27-ci bəndlərinin icrasının təmin edilməsi məqsədilə, “Əzizbəyov” (indiki “Koroğlu”) metro stansiyası ətrafında yol qovşaqlarının layihələndirilməsi və tikintisi ilə əlaqədar, həmin ərazidə fəaliyyət göstərmiş qeyri-yaşayış (ticarət) obyektlərini n əvvəlki ölçülərini saxlamaq şərtilə, başqa ərazilərdə qeyri-yaşayış sahələrinin tikintisi üçün torpaq sahəsinin ayrılması nəzərdə tutulurdu. Tədbirlər Planının 26-cı bəndinə əsasən Nəqliyyat Nazirliyi tərəfindən seçilmiş variant üzrə avtomobil yollarının, yol ötürücülərinin, yol qovşaqlarının, körpülərin təhkim və mühafizə zolağına düşən bütün növ mühəndis kommunikasiyalarının, binaların və qurğuların qanunvericiliklə müəyyən edilmiş qaydada köçürülməsi məsələlərinin həlli, “Əzizbəyov” metro stansiyası və “Sabunçu" dairələri arasında yerləşən kommunikasiyaların, binaların, qurğuların qanunvericiliklə müəyyən edilmiş qaydada köçürülməsinin yolun hər iki tərəfində ərazinin gələcək inkişafı nəzərə alınmaqla həyata keçirilməsi Bakı ŞİH-ə, Maliyyə Nazirliyinə, Xüsusi Dövlət Mühafizə Xidmətinə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə, İqtisadi İnkişaf Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə, Dövlət Neft Şirkətinə, "xxxx" QSC-yə, "xxxx" ASC-yə, "xxxx" ASC-yə, "xxxx" MMC-yə, Abşeron RİH-ə tapşırılmışdır.
6. Bu məqsədlə, qeyd edilən ərazidə fəaliyyət göstərmiş qeyri-yaşayış (ticarət) obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərtilə, başqa ərazilərdə qeyri-yaşayış sahələrinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə Bakı ŞİH başçısı 20 fevral 2009-cu il tarixli 77 saylı sərəncam verərək Nizami RİH-ə aidiyyəti üzrə torpaq sahəsinin ayrılmasını tapşırmışdır. RİH göstərilən sərəncamın icrasını təmin etmək məqsədilə 27 fevral 2009-cu il tarixli, 93 saylı s ərəncamı ilə rayonun müxtəlif ünvanlarında nəzərdə tutulan məqsəd üçün torpaq sahələri ayırmışdır. Sonradan Bakı ŞİH başçısı 12 mart 2012-ci il tarixli 113 saylı sərəncamı ilə yuxarıda göstərilən sərəncamını ləğv etmiş və sərəncamı 13 mart 2012-ci il tarixli, 7-156/7g nömrəli məktubla RİH-ə və digər qurumlara göndərərək lazım gəldiyi təqdirdə müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Həmin sərəncam ləğv edildikdən sonra, Bakı şəhəri Nizami RİH başçısının 27 fevral 2009-cu il tarixli 93 saylı sərəncamı öz qüvvəsini itirmiş hesab edilmişdir.
7. Bundan sonra İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Bakı ŞİH başçısının “Koroğlu" (Əzizbəyov) metro stansiyası ətrafında fəaliyyət göstərmiş qeyri-yaşayış sahələrinin digər ərazilərdə bərpa edilməsi haqqında verilmiş sərəncamın ləğv edilməsinə dair” 12 mart 2012-ci il tarixli 113 saylı sərəncamının ləğv edilməsi, “Əzizbəyov" metro stansiyası ətrafında fəaliyyət göstərmiş qeyri-yaşayış sahələrinin digər ərazilərdə yenidən bərpa edilməsi haqqında verilmiş Bakı ŞİH başçısının 20 fevral 2009cu il tarixli 77 saylı sərəncamının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 8. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə iddiaçının iddia tələbi təmin edilərək, Bakı ŞİH başçısının 12 mart 2012-ci il tarixli 113 saylı sərəncamı ləğv edilmiş, “Əzizbəyov” metro stansiyası ətrafında fəaliyyət göstərmiş qeyri-yaşayış sahələrinin digər ərazilərdə yenidən bərpa edilməsi haqqında verilmiş Bakı ŞİH başçısının 20 fevral 2009cu il tarixli 77 saylı sərəncamı qüvvədə saxlanmışdır. Bakı Apelly asiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarlarını dəyişdirmədən öz qüvvəsində saxlamışdır.
9. Lakin İddiaçı ona ayrılmış torpaq sahəsində tikinti işlərinə başlamaq istədikdə müdaxilələrin olduğu qənaətinə gələrək, yenidən Nizami RİH-ə qarşı “Ticarət obyektlərinin bərpa edilməsi ilə bağlı edilən hər hansı bir qanunsuz müdaxilələrin qadağan edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ilə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət etmiş və qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 may 2016-cı il tarixli qərarı ilə iddiaçının iddia tələbi təmin edilmişdir. Qərar qüvvəyə mindikdən sonra, məhkəmə qər arın icrasını təmin etmək məqsədilə 2 aprel 2018-ci il tarixli 2-1(82)-1379/2017 saylı icra sənədini Nizami rayon İcra və Probasiya şöbəsinə göndərmişdir. Həmin qurum 18 aprel 2018-ci il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edərək RİH-ə göndərmiş və qərarın icrasının təmin edilməsini təklif etmişdir.
10. İddiaçı guya RİH-in tikinti işlərinin aparılmasına maneçilik törətməsi və buna görə maddi və mənəvi ziyan tələb etməsi əsassızdır. RİH nəinki qərarın icra edilməsinə maneçilik törətməmiş, əksinə, Rayon İcra və Probasiya şöbəsinin yuxarıda qeyd edilən məktubuna 4 may 2018-ci il tarixli, 11-13/861 nömrəli məktubla cavab verərək icra məmuru tərəfindən qərarın icrasına RİH-in səlahiyyətləri daxilində müvafiq köməklik göstəriləcəyi qeyd edilmişdir. Həmin müddətdə və hazırda torpaq sa hələrinin ayrılmasına dair müstəqil sərəncam vermək RİH başçısının səlahiyyətlərinə aid olmamışdır. RİH-in başçısı yalnız, Bakı ŞİH başçısının sərəncamından irəli gələn vəzifələri yerinə yetirmişdir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2006-cı il tarixli, 1255 saylı Sərəncamı ilə “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı”nın 26 və 27-ci bəndlərində göstərilən tədbirlərin həyata keçirilməsi vəzifəsi Nizami RİH-ə tapşırılmamışdır. Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 1 avqust 2018-ci il tarixli 226 nömrəli Fərmanı ilə Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələr in verilməsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətlərinə aid edilmişdir. Ona görə də, rayon ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi həmin qurum tərəfindən həyata keçirilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (İddiaçı) uzun müddət Bakı Metropoliteninin “Koroğlu” (əvvəlki Məşədi Əzizbəyov) stansiyasının çıxışında yerləşən qeyri-yaşayış sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Söküntüdən sonra həmin işlərlə əlaqədar Az ərbaycan Respublikası Prezidentinin 1255 nömrəli 1 fevral 2006cı il tarixli Sərəncamının icrasını təmin etmək istiqamətində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı 77 nömrəli 20 fevral 2009-cu il tarixli sərəncam qəbul etmişdir. Həmin sərəncama əsasən “Əzizbəyov” (Koroğlu) metrostansiyasının ərazisində fəaliyyət göstərmiş qeyriyaşayış obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərti ilə sahibkarlara itirilmiş iş yerlərinin bərpa edilməsi nəzərdə tutulmuşdur. Bu sərəncama uyğun olaraq, Bakı şəhəri Cavabdeh başçısı tərəfindən verilmiş 27 fevral 2009-cu il tarixdə 93 nömrəli sərəncamla həmin 22 nəfər həmin sahibkara Nizami rayonunda əvvəlki iş yerlərini bərpa etmək üçün 8 ünvanda torpaq sahəsi ayrılmışdır. Hazırkı iddiaçı ona ayrılmış yeni ünvandakı torpaq sahəsində 300 kv.m ölçüdə obyektin tik intisi üçün müvafiq sənədlərin toplanması və təsdiqlənməsi işlərinin yekunlaşdığı ərəfədə məlum olmuşdur ki, Bakı ŞİH başçısı naməlum səbəblərdən həmin sərəncamın ləğvi barədə yeni sərəncam vermişdir. İddiaçı bununla razılaşmadığından, məhkəməyə müraciət etmişdir. İş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin, Bakı Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəmənin qərarları ilə nəticədə iddia təmin olunaraq sərəncam bərpa edilmişdir.
13. Beləliklə, Bakı şəhəri 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 27 may 2016- cı il tarixli 2-1(82)-223/2016 saylı qərarı, Bakı Apellyasiya Məhkəməsinin qüvvədə olan 15 may 2013-cü il tarixli 2-1inz(103)- 562/2013 saylı, 1 noyabr 2016-cı il tarixli 2-1(103)2017/2016 saylı, 29 mart 2017-ci il tarixli 2- 1(103)-942/2017 saylı, Azərba ycan Respublikası Ali Məhkəməsinin qüvvədə olan 17 iyul 2013-cü il tarixli 2-2(102)-702/2013 saylı, 25 yanvar 2017-ci il tarixli 2-1(102)-545/2017 saylı, 29 avqust 2017- ci il tarixli 21(102)-1376/2017 saylı qərarları ilə Bakı ŞİH başçısının 20 fevral 2009-cu il tarixli 77 nömrəli sərəncamı öz qüvvəsini bərpa etmişdir. Məhkəmə qərarları icra olunmadığından, iddiaçının şikayəti əsasında qaldırılan məsələyə Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikası Prezidentinin yanında Apellyasiya Şurasının göstərişinə əsasən Bakı ŞİH-in Apellyasiya Şurasında baxılmış və 30 aprel 2018-ci il tarixli 1 nömrəli qərarla Azərbaycan Respublikasının Ali Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin qərarlarının icrası ilə bağlı müvafiq tədbirlə rin həyata keçirilməsi Bakı şəhəri Nizami RİH-ə həvalə edilmişdir. Bakı ŞİH-in Apellyasiya Şurası qərar verərək bütün süni maneələrə son qoymuşdur. Belə ki, Şuranın tərkibində olan bütün şöbə müdirləri qüvvədə olan məhkəmə qərarlarının icra olunmasını nəzərə alaraq, bütün səlahiyyətli və cavabdeh şəxslər imza ataraq öz razılıqlarını bildirmişlər. İddiaçı dəfələrlə digər ünvanlarda sahibkarlara ayrılmış torpaq sahələrində Nizami rayon İcra və Probasiya şöbəsinin icra məmurunun (Fəxrəddin Şahbazovun) iştirakı ilə tikinti işlərinə başlamaq istəsə də, Nizami RİH-in işçiləri şəxsən başçının göstərişi ilə tikinti işlərinin aparılmasına icazə verməmişlər. Nizami RİH-in bu qanunsuz müdaxilələrini davamlı olduğu üçün iddiaçı və digər sahibkarlar 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət ed ərək, Nizami RİH-ə qarşı onlara qeyd edilən ünvanlarda ticarət obyektlərinin bərpa edilməsi ilə bağlı edilən hər hansı bir qanunsuz müdaxilələrin qadağan edilməsi barədə qərarın verilməsini xahiş etmişlər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-223/16 saylı 13 may 2016-cı il tarixli qərarı ilə iddia təmin edilmişdir. Bu qərar Nizami RİH tərəfindən verilmiş kassasiya şikayətinə görə yuxarı məhkəmədə mübahisələndirilsə də, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-942/2017 saylı 29 mart 2017-ci il tarixli və Ali Məhkəmənin 2-1(102)-1376/2017 saylı 29 avqust 2017-ci il tarixli qərarları ilə yekunda dəyişdirilmədən saxlamaqla qanuni qüvvəsini almışdır. Qüvvəsini almış bu məhkəmə qərarlarına da Nizami RİH laqeyd yanaşmışdır. Beləliklə, 1255 nömrəli 1 fevral 2006-cı il tarixli Sərənc am, Bakı ŞİH-in 77 nömrəli 20 fevral 2009-cu il tarixli sərəncamı, dövlət orqanlarının rəsmi rəyləri, qüvvədə qalan çoxsaylı məhkəmə qərarları, Apellyasiya Şurasının qərarları Nizami RİH tərəfindən icra olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin 1255 nömrəli 1 fevral 2006-cı il tarixli sərəncamı imzalandığı tarixdən qüvvəyə minmişdir və hal-hazıradək öz qüvvəsini saxlayır. Həmin Sərəncamı icra etmək Nizami RİH-in, bütün dövlət orqanlarının və orada çalışan bütün məmurların birbaşa vəzifə borcudur. İddiaçı sahibkar kimi on dörd ildir ki, Nizami RİH-in bürokratik əngəllərindən ona dövlət tərəfindən ayrılmış torpaq sahəsində bütün müvafiq (qanuni) sənədləri əldə etsə də, sahibkarlıq fəaliyyətini bərpa edə bilməmişdir. Nizami RİH yenə də qanunvericiliyin, o cümlədən icra qanunvericili yinin tələblərinə riayət etmir, məhkəmə qərarlarının icrasından boyun qaçırır.
14. Göründüyü kimi, qətnamənin icra edilməməsi iddiaçını qətnamənin ona verəcəyi bütün faydalı səmərəsindən məhrum etmişdir. İddiaçıya əmlakının sökülməsindən başlayaraq əmlak hüquqlarının kobud şəkildə pozulması dərin zərbə vurmuşdur. O, artıq 14 ildir ki, məhkəmələrdə, İcra Hakimiyyəti və məhkəmə icra orqanlarında əziyyət çəkir. Mübahisədə iddiası təmin olunub, səbirsizliklə torpaq sahəsini alacağını gözlədiyi halda da onu məyus edən əməllər törətməklə ona mənəvi zərbə vurulub və vurulmaqda davam etdirilir. İddiaçının illərlə bu işdə əziyyət çəkməsindən başqa, sonda qətnamənin icrasına da maneçilik törədilmişdir. Bütün bunların əvəzində isə iddiaçıya və digər şəxslərə rəsmi surətdə ayrılmış 350 kv.m torpaq sah əsinin təxminən 100 kv.m sahəsini heç bir rəsmi sənədi olmayan, orda olan bütün yaşıllıqları gecə vaxtı məhv edərək, ərazini qeyri-qanuni zəbt etmiş şəxslərə verilmişdir. Baxmayaraq ki, bütün qanuni sənədlər iddiaçıya Nizami RİH də daxil olmaqla dövlət və aidiyyati orqanlar tərəfindən verilmişdir.
15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1215/2022 saylı, 19 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakim R.L.Kərimli) iddia rədd edilmişdir.
16. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh Bakı şəhəri Nizami RİH-in 1 yanvar 2001ci il tarixdən sonra torpaq ayırmaq səlahiyyəti olmadığından, habelə 27 fevral 2009-cu il tarixdə 93 nömrəli sərəncamın qəbulundan sonra cavabdehin hər hansı hərəkəti və ya hərəkətsizliyi zəruri olmadığından, cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun h üquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi hazırkı məhkəmə icraatında öz təsdiqini tapmır. İddiaçıya Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində ayırmış müvafiq torpaq ərazisində başqa şəxslər tərəfindən tikinti işlərinin aparılmasına hazırkı cavabdeh tərəfindən icazə, bununla bağlı sərəncam verilməsi məhkəmə icraatında müəyyən edilmədiyindən, iddiaçı müvafiq tələblə ayrıca icraatda başqa cavabdehə qarşı iddia qaldıra bilər.
17. Yuxarıda qeyd olunan hərəkət və ya hərəkətsizliyi mövcud olmaqla hüquqa zidd qiymətləndirilsə belə, iddiaçının tələb etdiyi 1.500.000 manat maddi ziyanın məbləğinin nədə – real zərər, əldən çıxmış fayda və s. formada ifadə olunduğu müəyyən edilmir və bu tələb əsaslı sayıla bilməz. Həmçinin qeyd olunan hal mövcud olduğu təqdird ə, iddiaçıya 1.000.000 manat mənəvi zərərin vurulması, yəni iztirab və sarsıntı keçirilməsi ilə bağlı hər hansı sübut təqdim edilmədiyindən, iddia həmin tələb hissəsində də təmin olunmamalıdır.
18. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1066/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli qərarı ilə (hakimlər: F.F.Babayev /sədrlik edən və iyul məruzəçi/, R.Ə.Eyvazov və G.T.Axundova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia qismən təmin edilmiş, Bakı şəhəri Cavabdehndən mənəvi zərərə görə 5000 (beş min) manat tutularaq İddiaçı ödənilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin sadalanan hallarını, o cümlədən iddiaçının cavabdehin qanunsuz hərəkətləri (müdaxilələri) nəticəsində qanunla qorunan hüquqlarını həyata keçirə bilmədiyini və buna görə uzun zaman mülkiyyət hüquqlarının həyata keçirilməsində məhdudiyyətlərə məruz qaldığını, bu illər ərzində gedən məhkəmə mübahisələri ilə bağlı onun mənəvi iztirab və sarsıntı keçirdiyinin istisna olunmadığını, həmin mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığını nəzərə alaraq mənəvi zərərə görə cavabdehdən iddiaçının xeyrinə 5000 manat pulun tutulmasını ağlabatan və ədalətli hesab edir.
21. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilmə sini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın “5000 manat məbləğində mənəvi zərərin ödənilməsi” hissəsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi qeyd edir ki, iddiaçı tərəf cavabdeh Nizami RİH tərəfindən iddiaçıya vurulmuş maddi ziyanı əsaslandıra bilməmiş, yəni tələb olunan 1.500.000 manat maddi ziyan məbləğinin nədəreal zərər, əldən çıxmış fayda və.s formada ifadə olunduğu faktiki müəyyən edilməmişdir.
24. Bununla bağlı bildirir ki, maddi ziyanın müəyyən edilməsi ilə bağlı qanunvericiliyə uyğun olaraq məlikəmə tərəfindən ekspertiza keçirilməmişdir.
25. Əlavə olaraq qeyd etmək istəyir ki, iddiaçı tərəf İddiaçı iş üzrə məhkəmə ekspertizasının keçirilməsinə dair vəsatətlə Bakı Apellyasiya Məhkəməsinə müraciət etsə də, Məhkəmə tərəfindən vəsatətlə bağlı heç bir qərardad qəbul olunmamış və tərəfə bununla bağlı məlumat verilməmişdir.
26. Əlavə olaraq, Bakı Apellyasiya Məhkəməsi mənəvi zərərə görə cavabdehdən 5000 manat məbləğində pul tutulmasını ağlabatan və ədalətli hesab etmişdir. Lakin bunu nə əsasda qərara aldığı ilə bağlı heç bır məqama toxunmamışdır.
27. Bununla bağlı qeyd edir ki, İddiaçı 16 ildir ki, heç bir fəaliyyətlə məşğul olmamış və gəlir yeri olmamışdır. Buna görə də o sarsıntılı günlər keçirmişdir və hələ də bu situasiya davam etməkdədir.
28. Məhkəmənin nəzərinə b ir məqamı da çatdırır ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-1376/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarında Cavabdehnə sözügedən ünvanlarda ticarət obyektlərinin bərpa edilməsi ilə bağlı edilən hər-hansı qanunsuz müdaxilələrin onlara qadağa edilməsi qeyd olunmuşdur.
29. İşin hallarından da göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi iddiaçını bu illər ərzində əldə edəcəyi bütün faydadan məhrum etmişdir. İddiaçıya əmlakının sökülməsindən başlayaraq əmlak hüquqlarının kobud şəkildə pozulması dərin zərbə vurmuşdur. O, artıq 16 ildir ki, məhkəmələrdə, icra hakimiyyət orqanlarında əziyyət çəkir. Onun İddia tələbi təmin edilsə də, səbrsizliklə torpaq sahəsini alaraq öz fəaliyyətini həyata keçirməyi gözləsə də, cavabdeh orqanın onu məyus edən əməlləri ona mənəvi ziyan vurmuşdur. Bütün bunlardan başqa həm də, İddiaçı və digər şəxslərə ayrılmış 350 kv.metr torpaq sahəsinin təxminən 100 kv.metr sahəsini heç bir rəsmi sənəd olmayan, orada olan bütün yaşıllıqları gecə vaxtı məhv edərək ərazini qeyriqanuni zəbt etmiş şəxslərə vermişdir. Bu ərazidə tikilən qeyri-yaşayiş sahəsindən 4 ildir ki, hər ay təxminən 5-6 min manat məbləğində qanunsuz və əsassız olaraq qazanc əldə edilir.
30. Həmçinin onu da nəzərə çatdırır ki, sökülən "Koroğlu” (əvvəlki Məşədi Əzizbəyov) stansiyasının çıxışında yerləşən qeyri-yaşayış sahəsi qanuni olaraq İddiaçı xüsusi mülkiyyətində idi. Hal-hazırda İddiaçı konstitusion hüquqları əsaslı şəkildə pozulur.
31. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mənəvi zərərlə bağlı qərar qəbul e dərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-23- cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli, 7 №-li Qərarının müddəalarını pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun adı çəkilən Qərarında göstərilmişdir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərərvuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən d igər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir.
32. Həmçinin, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 N°-İİ Qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
33. Apellyasiya Məhkəməsi işi araşdırarkən iddiaçının hansı mənəvi və fiziki iztir ablar keçirməsini, zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulmasını, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olmasını, cavabdehin təqsirinin dərəcəsini və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər halları ətraflı araşdırmamış və iddiaçıdan bu halları sübut edə biləcək sənədləri tələb etməmişdir. Birinci instansiya məhkəməsində bu hallar barədə iddiaçıdan dəfələrlə hər hansı bir sənəd və ya fakt təqdim edə bilməsi soruşulmuş, lakin iddiaçı tərəfindən bu barədə hər hansı bir sənədin və ya faktın olmadığı bildirilmişdir.
34. Məhkəmə maddi və mənəvi zərərin ödənilməsi barədə gəldiyi nəticəni iddiaçıya məxsus tikilinin dövlət ehtiyacı üçün sökülməsi nəticəsində ona dəymiş ziyanın kompensasiyası kimi qəbul edilən xx.xx.2009 -cu İl və xx.xx.2009-cu il tarixli sərəncamlar 13 ildən artıq müddət keçməsinə baxmayaraq icra olunmamasını, nəticədə iddiaçının mülkiyyət hüquqlarının qeyri-müəyyən qalmasını, iddiaçının həmin müddətdə özfəaliyyətini realizə edə bilməməsini Cavabdeh tərəfindən qanunsuz müdaxilələrin törədilməsi ilə əlaqələndirmişdir.
35. Qeyd edir ki, məhkəmənin gəldiyi nəticənin Cavabdehnə heç bir aidiyyəti yoxdur. Belə ki, məhkəmədə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli 77 saylı, xx.xx.2012-ci il tarixli 113 saylı və xx.xx.2015-ci il tarixli 196 saylı Sərəncamları mübahisələndirilmiş və müvafiq qərarlar qəbul edilmişdir. Həmin Sərəncamlara görə məhkəmə tərəfindən qəbul edilmiş qərarların icrası Cavabdeh tərəfindən deyil, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilməli idi.
36. İddiaçıya, cavabdeh tərəfindən ticarət obyektinin tikilməsinə maneçilik törətməsinə dair heç bir sübut olmadığı halda, yalnız cavabdehin üzərinə maneçilik törətməmə ilə bağlı öhdəlik qoyulması barədə məhkəmə qərarının olmasına əsaslanıb qərar qəbul etmək əsassızdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
38. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər 39. “İnzibati icraat haqqında” Qanun: Maddə
89. İnzibati orqanların məsuliyyəti 89.1. İnzibati orqanla rın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
40. Mülki Məcəllə: Maddə
6. Mülki qanunvericiliyin prinsipləri 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.4. mülkiyyətin toxunulmazlığı Maddə
8. Mülki qanunvericiliyin məkana görə qüvvəsi 8.2. Mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvə zinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə
157. Mülkiyy ətin müdafiəsi 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə
203. Mülkiyyət hüququnun itirilməsi növləri 203.3. Qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: 203.3.1. öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; 203.3.2. qanuna gör ə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; 203.3.3. sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; 203.3.4. təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; 203.3.5. rekvizisiya; 203.3.6. müsadirə. 203.5. Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 10 96.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi a kta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 41. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun: Maddə 4.1. bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsası nda, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Maddə 4.2. dövlət alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə 5.2. dövlət mülkiyyətində olan torpaqlar üzərində istifadə və icarə hüquqları dövlət ehtiyacları üçün geri alınır. Maddə 7.1. torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən
42. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
43. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəf indən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008-ci il tarixli, 7 nömrəli Qərarı. 44. “İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında” Konvensiyaya əlavə 1 saylı protokol. Maddə
1. Mülkiyyət hüququ. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
45. Kassasiya şikayətləri vaxtında verilmişdir. Kassasiya şikayətləri formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər üzrə kassasiya mümkün hesab edilmişdir.
46. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə müba hisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
47. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayətlər təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdiril mədən saxlanılmalıdır.
48. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
49. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı kassasiya şikayətlərində irəli sürülən dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
50. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı müb ahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
51. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
52. Bununla yanaşı, kassasiya şikayətlərinin dəlillərinə münasibətd ə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
53. Mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, hazırkı iddiaçıya və digərlərinə məxsus olmuş, “Bakı Metropoliteni”nin “Əzizbəyov” (indiki Koroğlu) metrostansiyasının yaxınlığında yerləşən və Azərbaycan Respublikası Prezidentinin 1255 saylı 1 fevral 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş «Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2005 – 2007-ci illər üçün Tədbirlər Planı»nın müddəalarının icrasını təmin etmək istiqamətində sökülmüş ticarət obyektinin bərpa olunması üçün Bakı şəhəri Nizami RİH-ə icazə verilməsi barədə Bakı ŞİH 20 fevral 2009- cu il tarixdə 77 nömrəli sərəncam vermiş və həmin sərəncam əsasında Bakı şəhəri Cavabdeh 27 fevral 2009-cu i l tarixdə 93 nömrəli sərəncam vermişdir. Sonradan Bakı ŞİH-in 12 mart 2012-ci il tarixli 113 nömrəli sərəncamı ilə həmin sərəncam ləğv edilmişdir. 54. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə iddiaçının iddia tələbi təmin edilərək, Bakı ŞİH başçısının 12 mart 2012-ci il tarixli 113 saylı sərəncamının ləğv edilməsi, “Əzizbəyov” metro stansiyası ətrafında fəaliyyət göstərmiş qeyri-yaşayış sahələrinin digər ərazilərdə yenidən bərpa edilməsi haqqında verilmiş Bakı ŞİH başçısının 20 fevral 2009-cu il tarixli 77 saylı sərəncamını qüvvədə saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarlarını dəyişdirmədən öz qüvvəsində saxlamışdır.
55. Beləliklə, iddiaçıya məxsus tikilinin dövlət ehtiyacı üçün sökülməsi mübahisəsizdir və bunun nəticəsində ona dəymiş ziyanın kompensasiyası kimi qəbul edilən xx.xx.2009-cu il və xx.xx.2009-cu il tarixli sərəncamlar artıq 13 ildən artıqdır ki, icra olunmamış, nəticədə iddiaçının mülkiyyət hüququ qeyri-müəyyən qalmış, iddiaçı həmin müddətdə öz fəaliyyətini realizə edə bilməmişdir.
56. Apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 1.500.000 manat məbləğində maddi ziyanın tələb olunması əsasları araşdırılarkən müəyyən olunur ki, iddiaçı həmin pul vəsaitini əldən çıxmış fayda kimi tələb edir. İddiaçı maddi ziyan kimi əldən çıxmış fayda qismində tələb etdiyi pul vəsaitini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, apellyasiya məhkəməsinin də qeyd etdiyi kimi, qanunvericilik maddi ziyanla bağlı tələblərin konkret olaraq bu barədə səbəbli əlaqənin göstərilməsi ilə yanaşı, həm də mötəbər sübutlarla təsdiq olunmasını da şərtləndirir. Hazırki işdə isə belə sübutların təqdim olunmamasını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi həmin tələbin rədd olunması ilə bağlı düzgün nəticəyə gəlmişdir.
57. Bundan əlavə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddianın mənəvi zərərin ödənilməsi hissəsində qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
58. Cavabdeh tərəfindən sözügedən obyektin sökülməsi iddiaçının normal həyat şəraitinə neqativ mənəvi və psixoloji təsir potensialını özündə eht iva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında göstərilmişdi ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.
59. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu nun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008-ci il tarixli, 7 nömrəli Qərarının 8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda, mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur
60. Həmin Qərarın 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sars ıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
61. Məhkəmə kollegiyası istinad olunan Plenum qərarında göstərilənləri nəzərə alaraq, iddiaçıya 5000 (beş min) manat məbləğində mənəvi zərərin ödənilməsini hazırkı işin halları baxımından ağlabatan və ədalətli hesab edir.
62. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən hazırkı mübahisəyə münasibətdə apellyasiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun və əsaslı sayılmalı, kassasiya şikayətləri təmin olunmadan, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
63. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və cavabdehin kassas iya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1066/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.