Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1967/2020 04.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Vergi hesablanması barədə qərarın ləğv edilməsi, iddia müddəti, iddianın mümkünlük şərti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövl ət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinin nümayəndəsi X2, vəkili Məmmədov İlkin Rövşən oğlu iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinə (bundan sonra cavabdeh) qarşı “cavabdehin “Vergilərin hesablanması barədə” xx xxxx 2015-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1307/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. B.H.Muradov (satıcı) ilə iddiaçı (alıcı) arasında xx xxxxx 2009-cu il tarixdə notarial qaydada bağlanmış “Da şınmaz əmlakın alqı-satqı müqaviləsi”nin təsdiq olunmuş surətindən müəyyən olunur ki, satıcı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 79 ünvanında yerləşən, ümumi sahəsi 67,71 kv.m olan 97 saylı mənzili 51328 manata alıcıya (iddiaçıya) satmışdır.
2. İddiaçı (satıcı) ilə B.Ə.Yaqubov (alıcı) arasında xx xxx 2013-cü il tarixdə notarial qaydada bağlanmış “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin təsdiq olunmuş surətindən müəyyən olunur ki, satıcı (iddiaçı) Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 79 ünvanında yerləşən, ümumi sahəsi 67,71 kv.m olan 97 saylı mənzili 40.000 manata alıcıya satmışdır.
3. İddiaçının qonşuları tərəfindən xx xxxxxxx 2015-ci ildə notarial qaydada təsdiq edilmiş ərizələrindən müəyyən olunur ki, adı çəkilən şəxslər iddiaçının xx xxxx 2009-cu ildən xx xxxx 2013-cü ilə dək olan müddətdə Xətai rayonu, M.Hadi küçəsi, 79 saylı evin 97-ci mənzilində daimi yaşamasını təsdiq etmişlər.
4. Xətai RİH MKTB-nin 97 saylı MKİS tərəfindən xx xxxxxxx 2015-ci ildə verilmiş 1715 saylı arayışdan müəyyən olunur ki, iddiaçı xx xxxx 2009-cu il tarixli qeydiyyat vəsiqəsinə əsasən Xətai rayonu, M.Hadi küçəsi, 79 saylı evin 97-ci mənzilinin sahibi olmuş, xx xxxxx 2013-cü ildə satmış, akta əsasən mənzili satan günədək orada yaşamışdır.
5. Bakı Vergilər Departamentinin “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” iddiaçıya ünvanlandığı xx xxxxx 2015ci il tarixli məktubu ilə bildirilmişdir ki, 2013-cü ilin may ayı üzrə aparılmış notariat əməliyyatları barədə daxil olmuş məlumatlara əsasən iddiaçı tərəfindən ünvan 2 mənzil 97 ünvanınd a yerləşən mənzili 40000 manata satılmasına baxmayaraq, əldə edilən gəlirlərin müvafiq vergi bəyannaməsində göstərilməməsi hesablanacaq vergi məbləğində kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar 5 gün müddətində müvafiq vergi bəyannamələri, ətraflı izahat məktubu, təqdim edilmiş mənzil üzrə bağlanmış alqı-satqı müqavilələrinin təsdiq edilmiş surəti, təqdim edilmiş mənzilin ilkin dəyərinin müəyyən olunması ilə əlaqədar müvafiq qaydada təsdiq edilmiş surətinin məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda, vergi orqanının Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinə əsasən iddiaçının vergi öhdəliklərini yenidən hesablamaq hüququnun olması barədə iddiaçıya məlumat verilmişdir.
6. Bakı Vergilər Departamentinin “Vergilərin hesablanması barədə” xx xxxx 2015-c i il tarixli qərarı ilə iddiaçıya 2014-cü il üzrə bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 6.700 manat gəlir vergisi hesablanmışdır.
7. Vergilər Nazirliyinin “İnzibati şikayətin baxılmamış saxlanılması haqqında” xx xxxx 2018-ci il tarixli qərarı ilə qaldırılan məsələ barəsində inzibati şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş müddət buraxıldığına görə, iddiaçının inzibati şikayəti baxılmamış saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı xx xxxx 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergilərin hesablanması barədə” xx xxxx 2015-ci il tarixli, **********698100 saylı qərarının ləğv edilməsi barə də qərar qəbul olunmasını xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən 120 saylı mənzildə daimi qeydiyyatda olmuş, lakin faktiki olaraq həmin binada yerləşən və ona məxsus olan digər – 97 saylı mənzildə yaşamışdır. 2013-cü ildə qanunvericiliklə nəzərdə tutulmuş qaydada alqı-satqı ilə həmin mənzili satmış, bir müddət sonra vergi orqanı tərəfindən həmin alqı-satqı əməliyyatı ilə bağlı gəlirləri üzrə müvafiq bəyannamənin təqdim olunması tələb edilmişdir. İddiaçının fərdi sahibkar kimi qeydiyyatı olsa da, faktiki olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. İddiaçı ona məxsus evin alqı-satqısından vergidən azad olunması üçün həmin ünvanda yaşamasına dair 97 saylı MKİS-dən arayış və qonşularının ərizələrini toplayaraq cavabdehə təqdim etmişdir. Bir m üddət sonra, iddiaçıya məktub göndərilərək xx xxxx 2018-ci il tarixə 6740 manat vergi borcunun olduğu bildirilmiş, bununla bağlı cavabdehə müraciət etsə də onun şikayəti müddətin ötürülməsi əsası ilə baxılmamış saxlanılmışdır. İddia əsaslandırılarkən İnzibati Prosessual Məcəllənin 32.1, 32.2.1, “İnzibati icraat haqqında” Qanunun 73-cü maddəsinə istinad edilmişdir.
10. Cаvаbdeh iddiаyа dаir еtirаzını təqdim еdərək bildirmişdir ki, “Vergilərin hesablanması barədə” xx xxxx 2015-ci il tarixli qərar həmin tarixdə vergi ödəyicisinin elektron poçt ünvanına göndərilmiş və iddiaçı tərəfindən xx xxxxxxx 2015-ci il tarixdə oxunmuşdur. İddiaçı mübahisələndirdiyi qərardan xx xxxxxxx 2016-cı il tarixdən məlumatlı olmasına baxmayaraq ondan 3 il sonra şikayət verməklə qanunvericiliklə nəzərdə tutulmuş müd dəti ötürdüyündən iddia mümkün sayılmamalıdır.
11. İddiaçı məhkəməyə ərizə təqdim edərək, “Vergilərin hesablanması barədə” xx xxxx 2015-ci il tarixli qərardan şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən buraxılmış hesab edərək, müddətin bərpa edilməsini xahiş etmişdir. 12. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərardadı ilə cavabdehin xx xxxx 2015-ci il tarixli qərarının qanuniliyinin mübahisələndirilməsi ilə bağlı buraxılmış prosessual müddət bərpa edilmişdir. 13. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X8, 2-1(82)-3608/2018 saylı iş) xx xxxxxx 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək cavabdehin “Vergilərin hesablanması barədə” xx xxxx 2015-ci il tarixli qərarı ləğv edilmişdir.
14. Birinci instansiya məhk əməsi hesab etmişdir ki, iddiaçı xx xxxxx 2009-cu il tarixdə mənzili 51.328 manata almış, xx xxx 2013-cü il tarixdə isə alqı-satqı müqaviləsi əsasında həmin mənzili 40.000 manata satmışdır. Belə olan halda iddiaçının hər-hansı formada gəlir əldə etməsi mümkün deyildir. Cavabdehin mübahisələndirilən qərarında yalnız vergi məcəlləsinin bir sıra normaları sadalanmış, lakin iddiaçının məhz daşınmaz əmlakın alqı-satqısı ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Vergi qanunvericiliyi isə qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirin vergitutma obyekti olmasını nəzərdə tutmamışdır.
15. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyas ı məhkəməsindəki birinci icraat
16. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası (hakimlər X5məruzəçi, X7 və X3, 2-1(103)-1473/2019 saylı iş) xx xxxxxx 2019-cu il tarixli qərarla birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, cavabdehin apelyasiya şikayətini təmin etməmiş, xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirmədən saxlamışdır.
17. Cavabdeh kasasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) Kasasiya instansiyası məhkəməsindəki birinci icraat
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Sevda Hüseynova-məruzəçi, İlqar Hüseynov və Kəmaləddin Bədəlov, 2-1(102)-62/2020 saylı iş) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə cavabdehin kasasiya şikayəti təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi K ollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
19. Kasasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyini aşağı instansiya məhkəmələri müəyyən etmiş, cavabdeh tərəfindən iddianın müddətlə bağlı mümkünlük şərti mübahisələndirilmiş, lakin aşağı instansiya məhkəmələri məsələyə hər hansı bir qaydada qiymət verməmişlər. b) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
20. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X1məruzəçi, X4 və X6, 2-1(103)-1307/2020 saylı iş) xx xxxx 2020-ci il tarixli qərardadı ilə cavabdehin apelyasiya şikayəti qismən təmin edilərək, 2 saylı Bakı İn zibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
21. Apelyasiya instansiyası məhkəməsi iddianın mümkün sayılmaması ilə əlaqədar qeyd etmişdir ki, qanunvericiliyə əsasən müəyyən hallar istisna olunmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizənin verilməsi və müvafiq olaraq ona baxılması mümkün deyildir. İddiaçı tərəfindən müddətin ötürülməsinin onun təqsiri olmadan baş verməsinə dair bildirdiyi dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şikayətin verilməməsi təbii fəlakət və ya digər qarşısıalınmaz hadisə ilə, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmadığını iddiaçı bildirdiyi halda və onlara istinad etdiyi halda, müd dətin bərpası barədə qəbul edilmiş qərardad əsaslı hesab olunmalıdır. Əks halda apelyasiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü məsələsinə müddətlərə riayət edilməsi şərti ilə yenidən baxılmalıdır.
22. İddiaçı x xxxxxxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
23. Qərardadın qəbul edilməsındə əsas kimi, İnzibati Prosessual Məcəllənin 2.2.1-ci, 32.1 -ci, 35.1-ci və 38.1-ci maddələrinə istinad edilmiş və apelyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, 38.1-ci maddədə nəzərdə tutulan müddətə əməl edilməmişdir.
24. Apelyasiya instansiyası məhkəməsi 38.1-ci maddənin tələblərinə formal yanaşmış, mübahisələndirilən qərarın verilmə anı və həmin qərarın vətəndaşa yaratdığı əlverişsiz vəziyyətin müddətlərinin fərqliliyinə qiymət verməmişdir. Bu əhəmiyyətli məsələdir və belə yanaşma inzibati prosessual qanunvericiliyin ümumi ruhuna ziddir. Bu cür yanaşma istənilən inzibati orqana vətəndaş üçün əlverişsiz vəziyyət yaradan qərar qəbul edərkən, həmin qərarın mübahisələndirmə qaydasında ləğvindən yayınmağa şərait yaradar. Yəni, inzibati orqan vətəndaşa əlverişsiz vəziyyət yaradan qərar qəbul edərək, həmin qərarın icrasını, yaxud qərardan irəli gələcək əlverişsiz öhdəliklərini icrası tələbini sadəcə olaraq bir ildən artıq gecikdirmədi olacaq. Belə çıxır ki, bu hallarda inzibati icraat qaydasında işə baxmalı olan məhkəmə lər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38,1-ci maddəsinin tələblərinə istinad etməklə mübahisələndirmə müddətinin keçdiyini əsas gətirərək iddianı mümkünsüz sayacaq. Təbii ki, 38-ci maddənin, eləcə də 35-ci maddənin tələblərinin yoxlanılması zəruridir. Lakin bu yoxlama zamanı məhkəmələr mümkünlük şərtlərinə formal deyil, mahiyyəti üzrə yanaşmalıdır. İşə baxan birinci instansiya məhkəməsi buraxılmış müddətin üzrlü sayılmasına dair qərardad qəbul edərkən məhz mübahisə ilə bağlı buraxılmış müddətin hansı səbəblərdən buraxılmış olması, bu zaman inzibati orqanın hərəkətlərinin nədən ibarət olması ilə bağlı məqamlara diqqət yetirmiş, yalnız bunda sonra müddətin buraxıldığını üzrlü sayaraq bərpa etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Cavabdeh kasasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
26. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
27. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmamış, şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 28. “İnzibati icraat haqqında” Qanun: Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. 62.3. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür.
29. Vergi Məcəlləsi: Maddə 49.3. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə çıxarılmış qərar əsasında 10 gündən gec olmayaraq vergi ödəyicisinə vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin, habe lə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamə göndərilir. 49.4. Vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. 49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Maddə 70.1. Vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir.
30. İnzibati Prosessual Məcəllə: Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 24.6. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir; 24.7. buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz; Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır; Maddə 38.1 Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər; Maddə 83.4. Bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilmə li və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası mə hkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
31. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri: Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamas ını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödə nilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
32. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
33. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
34. Məhkəmə kolleg iyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir.
35. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
36. İddiaçının əsas dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi buraxılmış müddətin üzrlü sayılmasına dair qərardadı qəbul edərkən müddətin hansı səbəbdən buraxılması, cavabdehin hərəkətlərinin nədən ibarət olması ilə bağlı məqamlara diqqət yetirmiş, apelyasiya məhkəməsi bu məqamları nəzərə almamışdır.
37. Prosessual qanunvericiliyin tələblərinə görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Bu şərtlər mübahisələndirmə haqqında iddia növünə də aiddir. Mübahisələn dirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olubolmaması və müddətlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır.
38. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli məsələyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxxxx 2014- cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinin tətbiq edilməsi zəruridir.
39. İstinad edilən qərarda qeyd edilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır.
40. İddiaçı tərəfindən xx xxxx 2015-ci il tarixli qərar mübahisələndirilmişdir. Həmin qərarda da qeyd edilmişdir ki, şikayət onun təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Birinci instansiya məhkəm əsinə aid olan icraat materiallarından göründüyü kimi, iddiaçı ərizə təqdim etməklə, buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmiş və məhkəmənin qərardadı ilə cavabdehin xx xxxx 2015-ci il tarixli, qərarının qanuniliyinin mübahisələndirilməsi ilə bağlı buraxılmış prosessual müddət bərpa edilmişdir.
41. Müddətin bərpasına dair qərardaddan şikayət verilməsi nəzərdə tutulmasa da, qanunvericiliyə əsasən məhkəmənin yekun qərarından verilmiş apelyasiya şikayətində şikayət verilməyən qərardadlarla bağlı həll edilmiş məsələlər mübahisələndirilə bilər. Yəni həmin qərardadın əsassız olduğu barədə dəlillərini narazı qalan tərəf yekun qərarda verilmiş şikayətdə əsaslandırmalıdır. Şikayət verilməyən qərardadlara isə prosessual müddətin bərpa edilməsi barədə qəbul edilmiş qərardad aiddir.
42. İddiaçı vergi məsuliyyətinə cəlb olunması barədə cavabdehin xx xxxx 2015-ci il tarixli qərarının ləğvi ilə bağlı xx xxxx 2018-ci ildə məhkəməyə müraciət etmişdir.
43. İddianın predmeti olan cavabdehin qərarının iddiaçıya təqdim edilməsi işdə olan sübutlarla təsdiqini tapmamışdır.
44. Cavabdeh elektron qaydada qərarın iddiaçıya göndərildiyini bildirmiş, iddiaçı isə elektron qaydada ona qərar təqdim edildiyini təsdiq etməmişdir.
45. Yuxarıda bəhs olunan hüquq normalarına görə elektron qaydada göndərilmiş qərarın iddiaçıya çatdırılmasını cavabdeh sübuta yetirməlidir.
46. Cavabdeh belə sübutetməni yerinə yetirə bilməmişdir.
47. Qanunvericilikdə nəzərdə tutulmuşdur ki, müəyyən hallar istisna olunmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizənin veri lməsi və müvafiq olaraq ona baxılması mümkün deyildir.
48. Bu norma o vaxt tətbiq edilə bilər ki, iddiaçı mübahisə olunan qərarı almış olsun, lakin bir il keçdikdən sonra həmin qərarla bağlı iddia qaldırmış olsun. İddiaçıya vergi məsuliyyətinə cəlb olunması barədə qərarın təqdim edilməsi sübuta yetmədiyindən İPM-in 24.4-cü maddəsinin tətbiqi hazırkı halda istisna olunur.
49. Ali Məhkəmənin İnzibati Kollegiyası xx xxxxxx 2020-ci il tarixli qərarında prosessual müddətin buraxıldığı təqdirdə onun bərpası imkanının İPM-in 24-cü maddəsində nəzərdə tutulduğunu bildirmiş, apelyasiya instansiyası məhkəməsi də bu barədə qərardadında qeyd etmiş, lakin apelyasiya məhkəməsi tətbiq edilən normanı səhv təfsir etmişdir.
50. İşdə olan sübutlarla iddia müddətinin buraxılması təsdiq olunmadığından iddia m üddəti keçdiyinə görə iddianı mümkün saymamaqla apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır.
51. Kasasiya şikayəti təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilməlidir.
52. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1307/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. Qərar qətidir.